Məhkəmə qərarları › İş №2-1(102)-2578/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2578/2019

08.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2578/2019 08.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: 52 yaşdan güzəştli şərtlə pensiya, peşənin 1 saylı Siyahıda olan peşə ilə üst-üstə düşməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal ray on şöbəsinin vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon şöbəsinə (bundan sonra cavabdeh) qarşı “iddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni 17 may 2013-cü ildən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(103)-1225/2019 saylı, 14 may 2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 8 oktyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı x x.xx.1961-ci ildə Xaçmaz rayonunda doğulmuşdur. 12.05.1980-cı ildən 10.05.1982-çi ilə qədər Sovet Ordu sıralarında hərbi xidmətdə olmuşdur. Əmək kitabçasına əsasən 30.09.1982-ci ildən 18.05.1984-cü ilə qədər “Neft Daşları” NQÇİ-də qaz-kompressor sexində nasos qurğularının maşinisti, 19.05.1984-cü ildən 31.03.1988-ci ilə qədər qaz-kompressor sexində kompressor qurğularının maşinisti, 01.04.1988-ci ildən 20.11.2008-ci ilə qədər qaz-kompressor sexində qaz mühərrikli kompressor qurğularının maşinisti işləmiş və 21.11.2008-ci ildən hazırkı vaxta qədər qaz-kompressor sahəsində kompressor qurğularının maşinisti vəzifəsində işləyir. Azneft İB “Neft daşları” NQCİ-nin 17.05.2018-ci il tarixli arayışına əsasən iddiaçının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarındakı “Güzəştli şər tlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bölməsi “Ümumi peşələr” ə əsasən 17 may 2018-ci il tarixə qədər dəniz şəraitində güzəştli şərtlərlə iş stajı 35 il 07 ay 15 gün təşkil edir. İddiaçı ona pensiya təyin olunması ilə bağlı ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh 13.06.2019-cu il tarixli məktubla iddiaçıya pensiya təyin olunmasından imtina etmiş və imtinanın əsası kimi iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün ümumi və xüsusi iş stajının tamam olmaması qeyd olunmuşdur. İddiaçı 5 fevral 2019-cu il tarixdə iddia ərizəsi ilə cavabdehə qarşı məhkəməyə müraciət edərək ona 52 yaşı tamam olduğu tarixdən, yəni 17 may 2013-cü ildən güzəştli şərtlərlə əmək pensiyasının təyi n edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 27, 31, 37, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 71 və 72-ci maddələrinə istinad edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X4, 2-1(81)-1354/2019 saylı iş) 6 mart 2019-cu il tarixliqərarı ilə iddia təmin edilərək iddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni 17 may 2013-cü ildən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və hazırkı dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, tədqiq edilmiş əmək kitabçasından müəyyən edili r ki, iddiaçının 1 yanvar 2006-cı ilə qədər 23 il 3 ay ümumi və güzəştli iş stajı mövcuddur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin6 mart 2019-cu il tarixliqərarı ilərazılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X5-məruzəçi, X3 və X2, 2-1(103)-1225/2019 saylı iş) 14 may 2019-cu il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Cavabdeh 31 may 2019-cu il tarixdə qərarın surətini almış, 1 iyul 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv, iddianın mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 1997-ci il 1 avqust tarixədək qüvvədə olmuş 13-cü maddə sinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:

1. Yeraltı işlərdə, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;

2. Əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərd ə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 1997-ci il 1 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən avqustun 1-dək yaş həddi hər il 6 ay artırılır. İddiaçının “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyigünə 01.01.2006cı il tarixə qədər ümumi iş stajı 20 ildən az olmuşdur. İddiaçının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda, Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə əmək şəraiti xüsusilə zərərl i və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin vəzifələrin və göstəriciləri”ndə peşələrdə azı 10 il əmək stajının olması iş materialları ilə təsdiqlənmir. tərəflərin izahatları: Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməməsinə baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-c ü maddəsi). Cavabdehin kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı xx xxx 1961-ci ildə anadan olmuşdur. 52 yaşdan (2013-cü i ldən) güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh imtinasında “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci ildən qüvvədə olan redaksiyasına istinad edərək tələb olunan 25 il ümumi, 12 il 6 ay xüsusi stajının çatışmadığına görə ərizəni təmin etməmiş, mübahisə ilə bağlı yuxarıda bəhs edilən məhkəmə qərarları qəbul edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (mübahisə hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq oluna n siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təmi natı haqqında” Qanunun 13-cü maddəsində deyilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin tələbinə görə şəxsin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı əsasında güzəştli şərtlə pensiya hüququnun yaranması üçün 1 yanvar 2006-cı ilədək tələb olunan həm ümumi iş stajı (ən azı 20 il), həm də Siyahıda qeyd edilən peşədə işləməsini təsdiq edən xüsusi stajı (ən azı 10 il) mövcud olmalıdır. İddiaçının əmək kitabçasına görə 12 may 1980-ci ildən 10 may 1982-ci ilə qədər hərbi xidmətdə olmuş, 30 sentyabr 1982-ci ildən 1 yanvar 2006-cı ilə qədər fasiləsiz iş stajı mövcud olmaqla, 1 yanvar 2006-cı ilə qədər ümumi iş stajı 25 ildən çox (ən azı 20 il) olmuşdur. Həmçinin iddiaçı 30.09.1982-ci ildən 18.05.1984-cü ilə qədər “Neft Daşları” NQÇİ-də qaz-kompressor sexində nasos qurğularının maşinisti, 19.05.1984-cü ildən 31.03.1988-ci ilə qədər qaz-kompressor sexində kompressor qurğularının maşinisti, 01.04.1988-ci ildən 20.11.2008-ci ilə qədər qaz-kompressor sexində qaz mühərrikli k ompressor qurğularının maşinisti işləmiş, 21.11.2008-ci ildən hazırkı vaxta qədər qaz kompressor sahəsində kompressor qurğularının maşinisti vəzifəsində işləmişdir və onun 1 yanvar 2006-cı ilə qədər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə ən azı 10 il işləməsi təsdiq edilir. İddiaçı “Neft Daşları“ NQÇİ-də işlədiyindən və həmin idarə dənizdə neft və qaz çıxarılması ilə məşğul olduğundan iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 1 nömrəli Siyahısı”nın X bölməsindəki peşələrə uyğunlaşdırılmalıd ır. İddiaçının nasos qurğularının maşinisti, kompressor qurğularının maşinisti vəzifələri müvafiq olaraq həmin 1 №-li Siyahının X bölməsinin 1100000a-14259 “texnoloji nasosların maşinistləri” və 1100000a-13979 “səyyar kompressorların maşinistləri” şifrlərinə uyğundur. Odur ki, iddiaçının 1 yanvar 2006-cı ilədək “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin a) bəndində nəzərdə tutulan əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışması təsdiq olunmuşdur. İddiaçının 1 yanvar 2006-cı il tarixə ən azı 10 il əmək şəraiti zərərli və ağır olan işlərdə çalışması təsdiq edilir. Həm bəhs edilən dövr, həm də başqa dövr də daxil olmaqla iddiaçının 1 yanvar 2006-cı il tarixə 20 ildən çox ümumi stajı olması əmək kitabçasında və arayışla olan məlumatlarla sübuta yetir. 13 iyun 1997-ci il tarixli Qanunla “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədlərinin 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərə alınarsa, iddiaçının 52 yaşdan, yəni 17 may 2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış olur. Bəhs olunanlara əsasən iddiaçının 52 yaşı olarkən (17 may 2013-cü il) 20 ildən artıq ümumi stajı, onun da 10 ildən az olmayan güzəştli şərtlə yaşa görə pensiya hüququ verən xüsusi stajı olduğundan, onun güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə iddiası əsaslı olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun iddiaçının pensiya hüququ yaranan zaman qüvvədə olmuş 31.1-ci maddəsinin redaksiyasına görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Qanunun 32.1-ci maddəsinin iddiaçının pensiya hüququ yaranan zaman qüvvədə olmuş redaksiyasına əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Bəhs olunanlara əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisə olunan hissədə dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hi ssə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Yasamal rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-1225/2019 saylı, 14 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar