Məhkəmə qərarları › İş №2-1(102)-2579/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2579/2019

18.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2579/2019 18.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili Qulizadə Gülnar Məmmədağa qızının iştirakı ilə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinə qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 29 may tarixli 21(103)-587/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağı dakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1957-ci il xx.xx. tarixdə doğulmuş, əmək kitabçasının məlumatlarına əsasən, 1974-cü il 27 fevral tarixdən 1974-cü il 7 sentyabr tarixədək, 1975-ci il 13 yanvar tarixdən 1975-ci il 1 sentyabr tarixədək, 1979-ci il 10 dekabr tarixdən 1980-ci il 29 aprel tarixədək, 1980-ci il 29 aprel tarixdən 1980-ci il 8 iyul tarixədək, 1980-ci il 9 iyul tarixdən 1981-ci il 27 mart tarixədək, 1982-ci il 12 mart tarixdən 1993-ci il 17 mart tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. O, 1977-ci il 25 noyabr tarixdən 1979-cu il 10 noyabr tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçıya 2017-ci il 30 mart tarixdə ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək əmək kitabçasında göstərilən staj və hərbi xidmət dövrü nəzərə alınmaqla ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən iddiaçının ərizəsinə cavab verilməmişdir. İddiaçı 2018-ci il 19 iyul tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin hərəkətsizliyinin qanunsuz sayılmasını, 1974-cü il 27 fevral tarixdən 1993-cü il 17 aprel tarixədək əmək kitabçasında göstərilən müddətin sığorta stajına daxil edilməklə ona İİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1974-cü il 27 fevral tarixdən 1993-cü il 17 aprel tarixədək müxtəlif müəssisələrdə fasiləsiz olaraq əmək fəaliyyəti ilə məşğul olmuşdur. Onun əmək kitabçasında bu barədə qeydlər aparılmışdır. Bundan başqa, o, 1977-ci il 25 noyabr tarixdən 1979-cu il 10 noyabr tarixədək hərbi xidmətdə olmuşdur. İddiaçıya xəstəliyi ilə əlaqədar Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən 2017-ci il 30 mart tarixdə ikinci dərəcəli əlillik təyin edilmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə görə, iş stajı müəyyən olunmuş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq olunur, iş stajını sübut edən sənəd əmək kitabçasıdır. Həmin Qanuna əsasən vətəndaşın hərbi xidmət dövrü onun sosial sığorta stajına daxil edilir. 1992-ci il yanvar ayının 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Cavabdehin etirazları: Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğuna görə ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. İddiaçının əmək kitabçasında qeyd olunan 1982-ci il 12 mart tarixdən 1993-cü il 17 aprel tarixədək sosial sığorta stajının yoxlanılması zərurəti yaranmışdır. Lakin həmin dövrlərin yoxlanılması mümkün olmadığından, həmin illərin sosial sığorta stajına daxil edilməsi qanuna ziddir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 27 sentyabr tarixli 2-1(81)3501/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin hərəkətsi zliyi qanunsuz sayılmış, iddiaçının əmək kitabçasında göstərilən 1974-cü il 27 fevral tarixdən 1993-cü il 17 aprel tarixədək iş stajı sığorta stajına daxil edilməklə ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya əlillik 2017-ci ilin 1 iyul tarixindən əvvəl təyin edildiyindən, əlilliyə görə əmək pensiyası da həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən təyin edilməlidir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 29 may tarixli 2-1(103)-587/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qə rarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 3 iyul tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 10 iyul tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdehin vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: İddiaçının məhkə mə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. “Əmək pensiyaları haqqında” Qanunun (2 017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İddiaçının 1957-cı il 8 noyabr tarixdə doğulduğu və 2017-ci il mart tarixdə (59 yaş 4 ay) ona ikinci dərəcəli əlilliyin təyin olunduğu nəzərə alındıqda, iddiaçıya əlilliyə görə pensiya təyin olunması üçün ən çoxu 14,5 il sosial sığorta stajı tələb olunur. İşin hallarına görə, iddiaçı əlilliyə görə pensiya təyin olunması üçün zəruri olan iş stajını “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək əldə etmiş, bu barədə onun əmək kitabçasında müvafiq qeyd aparılmı şdır. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, onun 1974-cü il 27 fevral tarixdən 1993-ci il 17 mart tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu, habelə 1977-1979cu illərdə hərbi xidmət keçdiyi nəzərə alınmaqla 14,5 ildən artıq stajı vardır. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, “İnzibati icraat haqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 12.1-ci maddəsində nəzərdə tutulmuş şərt iddiaçı tərəfindən ödənilmişdir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 29 may tarixli 2-1(103)-587/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar