Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2579/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya A gentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 20 iyun tarixli, 2-1(105)-426/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 1 nömrəli xəstəxananın poliklinika şöbəsi tərəfindən İddiaçı əlillik vəziyyəti ilə bağlı Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilmişdir. 2. xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli Tibbi Sosial Ekspert Komissiyasının qiymətləndirmə nəticələrindən görünür ki, İddiaçı əlilliyin təyin edilməsindən imtina edilmişdir. Səbəb kimi əlavə müalicəyə ehtiyac olması və göndəri şin natamam doldurulması göstərilmişdir.
3. İş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertizası və X4 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsində tərtib edilmiş göndərişlə göndərilmiş №088 saylı arayışda qeyd edilən “Miokarditdən sonrakı kardioskleroz, radiolokasiyon ablasıya əməliyyatından sonrakı vəziyyət, İİ f/s.AF=38%, Səyrıcı aritmiya, paroksizmal forma, anopsiya nəticəsində ambliopiya, VısOD-1,0, Vizus OS-0,4 (onda dörd), astenonevrotik sindrom, arterial hipertenzıya, mərhələ, risk 4 (çox yüksək) diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunks ional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona 413 nömrəli Əsasnamənin meyarlarını aid etmək mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları A) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra-“iddiaçı” və ya “İddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra-“cavabdeh” və ya “TSERA”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əlilliyinin bərpa olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2020-ci ildə kəskin nəfəsalması pozulmuş və yerimə, addımlamasında kəskin şəkildə azalma yaranmış, gecələr yata bilmə mə, boğulmalar baş vermiş, səhhətində yaranmış kəskin pisləşmə nəticəsində xx.xx.2020-ci ildə o, Sumqayıt şəhər 1 saylı Ailə Sağlamlıq Poliklinikasında kardioloji xidmətinə yaxınlaşaraq ürəyini EXO və ciyərlərini rentgen etdirmişdir. EXO və rentgenin cavabında onun ürəyində genişlənmə yarandığı, ürək ritminin kəskin şəkildə aşağı düşməsi və ciyərinin sağ-sol hissəsində su aşkar edilmişdir. Sənədləşmə işləri ilə əlaqədar ailə üzvləri onu xəstəxanaya yerləşdirə bilməmişlər. Sonda xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhər Bərpa xəstəxanasının qarşısında ürəktutma və özündən getmədən sonra qəbul etdilər. Müayinə zamanı müəyyən edilmişdir ki, ürəyinin sol mədəcik sistolik və diasistolik ölçüləri böyümüş, sistolik funksiyası ciddi azalmış, LVEF 14% sol qulaqcıq dilatasiya olunmuş, A orta korarlcta siyanın olmaması, A orta kökü, A orta qapaqları açılıması, mitral qapaqlar N saf boşluqlar böyüməsi, seqmentar divar hərəkətinin qüsuru, posteriorun və anteriorun bazalı xarici bütün divarlarının akinetik olması, hər 2 plevra boşluğunda - sağda 450ml— 1000 ml maye, VD-25 mm (aşağı boş vena)-genişlənməsi müəyyən edilmişdir. 20 gün orada qaldıqdan sonra ciyərlərindən su dərmanlar vasitəsi ilə çəkilərək normal vəziyyətə gəlmişdir, buna baxmayaraq ürəyindəki yaranmış vəziyyət düzəlməmişdir. xx.xx.2020-ci ildə ürəyi ilə bağlı Bakı Sağlamlıq Mərkəzində müayinədə olmuş, 2-3 müayinədən sonra ürəyin tomoqrafiyası üçün Mərkəzi Klinikaya yönələndirilmişdir. xx.xx.2020-ci il tarixdə Mərkəzi Klinkada ürəyin MRT müayinəsi nəticəsində ürəyin funksiyasının 17% olması müəyyən edilmişdir. Tibbi Sosial Eks pert Komissiyasının (bundan sonra-“TSEK”) xx.xx.2021-ci il tarixli cavabı ilə ona əlilliyin təyinindən imtina olunmuşdur. İmtinaya səbəb kimi: Dövlət Səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması göstərilmişdir. Daha sonra TSEK-in xx.xx.2021-ci il tarixli cavabı ilə ona əlilliyin təyinindən imtina olunmuşdur. İmtinaya səbəb kimi əlavə müalicəyə ehtiyacın olması, xəstənin stasionar müayinə və müalicə müddətinin əlilliyin təyin edilməsi üçün yetərli olması qeyd edilmişdir. Növbəti dəfə ona TSEK-in xx.xx.2021-ci il tarixli cavabı ilə yenidən əlilliyin təyinindən imtina olunmuş, səbəb kimi əlavə müalicəyə ehtiyacın olması, diaqnozun ağırlaşmalarının olmaması göstərilmişdir. xx.xx.2022 tarixdə əlillik təyinindən imtina olunmuşdur, səbəb kimi dövlət səhiyyə müəss isəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması, həkimin rəyində xəstənin diaqnozunun dəqiqləşdirilməli olması bildirilmişdir. Halbuki, iddiaçı 2020-ci il tarixdən həmin xəstəliyin daşıyıcısıdır. Hal-hazırda səhhətində müsbətə doğru heç bir irəliləyiş yoxdur.
6. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Cavabdeh iddiaya dair etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin xx.xx.2021-cı il tarixli göndərişi əsasında baxılmış və “X2: İX Sinif-Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Miokarditdən sonrakı kardioskleroz. Radiolokasion ablasiya əməliyyatından sonrakı vəziyyət, İİ f.s. AF=38%, Səyirici aritmiya, paroksizmal forma, Anopsiya nəticəsində ambliopiya, VİZUS OD - 1.0. VİZUS OS - 0.4 (onda dörd), Asteno - nevrotik sindrom. Arterial hipertenziya, İİ mərhələ, risk 4 (çox yüksək); Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müayinə və müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina verilmişdir. xx.xx.2022-ci il tarixdə aparılmış əyani müayinədə müəyyən olunmuşdur ki, əlavə müayinə və müalicəyə ehtiyac vardır.
8. İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublik ası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 (bundan sonra-“MTE və PAB” PHŞ) həvalə edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) İddiaçıya təyin edilmiş diaqnozlar təsdiq edilirmi ? 2) diaqnozun təsdiq edildiyi halda həmin diaqnozlar və ümumiyyətlə, iddiaçının səhhəti ona əlillik dərəcəsinin təyin edilməsinə əsas verirmi? 9. “MTE və PAB” PHŞ-nin xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, məhkəmə-tibb eksperti Hafiz Kazımovun və TSERA-nın tibbi sosial eksperti Ceyhun Məmmədovun iştirakı ilə iddiaçının məhkəmə tibbi müayinəsi keçirilmiş və belə bir nəticəyə gəlinmişdir ki, iddiaçının əlillik vəziyyətinin TSEK tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsində tərtib edilmiş 088 saylı arayışda qeyd edilən “Miokarditdən sonrakı kardioskleroz, radioloka siyon ablasıya əməliyyatından sonrakı vəziyyət, İİ f/s.AF=38%, Səyrıcı aritmiya, paroksizmal forma, anopsiya nəticəsində amblıopıya, VısOD-1,0, Vızus OS-0,4 (onda dörd), asteno-nevrotik sindrom, arterial hipertenzıya, mərhələ, risk 4 (çox yüksək)” diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Nazirlər Kabinetinin 413 saylı Qərarı ilə təsdiq edilmiş Əsasnamənin meyarlarını aid etmək mümkün olmamışdır.
10. Sumqayıt İnzibati Məhkəməsinin 2023-cü il 17 yanvar tarixli, 2-1(118)-147/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi qoyulmuşdur(hakim-V.Əzizova).
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya təyin edilmiş diaqnoz X1 l30-l52 (Ürəyin digər xəstəlikləri) və l42-kardiomiopatiya, l42.2 – digər hipertrofik karidomiopatiya olmaqla Qan dövranı xəstəliklərinə aid edilmişdir.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının (bundan sonra-“Əlilliyin qiymətləndirilməsi” Qaydası) 3.1.2-ci bəndinə əsasən reyestrə daxil edilmiş göndərişlərdə əlillik səbəbinin qeyd olunmasına baxmayaraq, göndərişin natamam doldurulması, əlavə müayinə və müalicəyə ehtiyacı olması və s.səbəblərlə cavabdeh Agentlik tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir.
13. Halbuki, Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olun ması meyarlarına” dair Əsasnamənin (bundan sonra-“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına” dair Əsasnamə) 2.2.1-ci bəndində qeyd olunan xəstəliyi olan şəxslərə ikinci dərəcə əlillik təyin edilir və Agentlik həmin Əsasnamənin tələblərini yerinə yetirməyə borcludur.
14. İddiaçı müvafiq tibb müəssisəsi tərəfindən müayinə olunaraq onda təkrarən eyni diaqnozun qoyulmasına baxmayaraq və iddiaçı barədəsində Forma 88 saylı arayış tərtib edilərək “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməsinə baxmayaraq cavabdeh tərəfindən yuxarıda ( bax § 11) qeyd edilən səbəblə iddiaçıya əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir.
15. Qeyd edilən tibbi ekspertizanın keçirilməsi məhkəmə tərəfindən “MTE və PAB” PHŞ-yə həvalə edilsə də, həmin ekspertizanın keçirilməsində və rəyin tərtib edilməsində cavabdeh inzibati orqanın nümayəndəsinin də ekspert kimi iştirak etməsi səbəbindən məhkəmə həmin ekspert rəyini mötəbər sübut kimi qiymətləndirməmişdir.
16. Cavabdehin imtina cavabında iddiaçıda müəyyən olunmuş əsas xəstəliyin mövcudluğu inkar edilməmişdir.
17. Qeyd olunanlara əsasən iddiaçıda yuxarıda qeyd edilən xəstəliklər və ağırlaşmalar cavabdeh tərəfindən formal əsaslarla ona əlilliyin təyin edilməsindən imtina edilməsi qanunsuz olmuşdur. Belə ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən həmin halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərfən düzgün istifadə etməmişdir.
18. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilmə sini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. B) apellyasiya instansiyası məhkəməsində icraat
19. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2023-cü il 20 iyun tarixli, 21(105)-426/2023 saylı qərarı ilə (hakimlər-G.Cabbarova/sədrlik edən, H.Babayeva və Z.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
20. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə (bax yuxarı §§ 11-17) razılaşmamış və onun istinad etdiyi qanunvericilik normalarına istinad etmiş, əlavə olaraq aşağıdakıları qeyd etmişdir.
21. İddiaçı barəsində təyin edilmiş diaqnoz “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin aşağıda ( ba x § 36) istinad edilən müvafiq bəndlərində əlilliyin təyin edilməsinə əsas olan xəstəliklər kimi qeyd edilmişdir.
22. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan qeyd edilən diaqnozun “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uyğun olaraq əlillik dərəcəsinin təyin edilməsi üçün əsas olmaması halına istinad edərək, bu halın müəyyən edilməsinin onun diskresion səlahiyyəti olması halı ilə əsaslandırmışdır.
23. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, əlilliyin təyin edilməsi meyarları məhz qanunvericilik norması əsasında müəyyən edilməklə, cavabdeh inzibati orqanın diskresion səlahiyyəti ilə əhatə olunmur.
24. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı müvafiq tibb müəssisəsi tərəfindən bir n eçə dəfə müayinə olunaraq, barəsində bir neçə tibbi göndəriş tərtib edilmiş, hər dəfə ona təkrarən eyni diaqnoz qoyulmasına baxmayaraq, cavabdeh tərəfindən eyni əsasla imtina edilmişdir.
25. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 2020-2023cü illərdə mütəmadi olaraq ambulator və stasionar müalicə almış, bununla bağlı müvafiq tibb müəssisəsində onun barəsində ambulator kartada qeydlər aparılmışdır. Nəticə etibarilə iddiaçının son 12 ay ərzində ümumilikdə 6 aydan çox ambulator və stasionar müalicə alması halı iş materiallarında olan tibbi sənədlər, ambulator karta, tibb müəssisəsinin arayışı, şahid ifadəsi əsasında öz təsdiqini tapmışdır.
26. Göründüyü kimi, hazırki iş üzrə cavabdehin imtinası qanunsuz olmuş, habelə apellyasiya şikayətinin dəlilləri iş materi alları əsasında təkzib olunmaqla, əsassız olmuşdur.
27. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri A) Kassasiya şikayətinin dəlilləri
28. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın və apellyasiya şikayətinin məzmununa əsaslanır. Cavabdeh həmçinin qeyd etmişdir ki, şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi onun diskresion səlahiyyətidir.
29. Kassasiya şikayəti “Əlilliyin qiymətləndirilməsi Qayda”sının 1.2, Əlilliyin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlı q imkanlarının məhdudluğunun müəyyən edilməsi meyarlarına dair” Əsasnamənin 1.3-cü bəndinə istinad edilməklə əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək cavabdehin kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, "Əlilliyin qiymətləndirilməsi" Qaydasının 3.1.2-ci bəndinə əsasən reyestrə daxil edilmiş göndərişlərdə əlillik səbəbinin qeyd olunmasına baxmayaraq, göndərişin natamam doldurulması, əlavə müayinə və müalicəyə ehtiyacı olması və s.səbəblərlə cavabdeh tərəfindən iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir.
31. Cavabdeh qeyd etmişdir ki, əlilliyin təyin edilməs i barədə qərar qəbul etmək yalnız cavabdeh inzibati orqanın səlahiyyətidir. Halbuki məhkəmədə hüquqların müdafiəsi hər bir vətəndaşın ayrılmaz konstitision hüququdur. Bu hüququn məhdudlaşdırılması isə tamamilə qanunsuzdur. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.
33. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. TƏTBİQ EDİLƏN HÜQUQ
34. Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respubliksının Qanunu: Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən so nra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən son ra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.
36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial eksper tiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən son ra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi;
37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə:... 1.5-ci bənd. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.... 2.1. Birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması halla rında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Birinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.1.1. qan dövranının üçüncü dərəcəli xroniki çatışmazlığı (İ01-İ09, İ11.0, İ13.0-İ13.2, İ23İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9). 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52-H53.9) 2.4. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: 2.4.1. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0)
38. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göst ərilməli və şikayət əsaslandırılmalıdır. 94.3. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kolleg iyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
40. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avrop a İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
41. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddiaya qarşı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
42. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya göndərişlərdə qeyd olunan diaqnoz ilə əlaqədər əlilliyin təyin edilməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tə rəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
43. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
44. Bununla belə, cavabdehin kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
45. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
46. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, göndərişlərə əsasən TSEK 4 dəfə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli əlilliklə bağlı qiymətləndirmə aparmış və hər dördündə əlilliyin qiymətləndirilməsindən imtina edilmişdir. İlk 3 qiymətləndirmədə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilməsinin səbəbi kimi əlavə müalicəyə ehtiyac olması, sonuncu qiymətləndirmədə isə göndərişin natamam doldurulması göstərilmişdir.
47. Qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiy mətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur.
48. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib e dilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
49. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
50. Bu mənada kassasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri əsassız sayılmalıdır və onun hazırkı mübahisə yə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
51. Mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından iddiaçı barəsində tərtib olunmuş göndərişdə qeyd edilən xəstəliklər arasında “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uyğun olaraq ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas verən xəstəliklərin ( bax yuxarı § 37) (l30-l52 və l42-kardiomiopatiya, l42.2) mövcud olduğu görünür. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.
52. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.
53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən səbəblərdən və istinad olunan normalar baxımından kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
54. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2023-cü il tarixli, 21(105)-426/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.