Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-258/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Eminaqarov Elvin Elman oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vəsiqənin verilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi və iddiaçı Eminaqarov Elvin Elman oğlunun iştirakı ilə, iddiaçı Eminaqarov Elvin Elman oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə və üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı vətəndaşlığı olmayan şəxsin sənədinin verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli 2-1(103)1278/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1991-ci il tarixdə Gürcüstan Respublikasında doğulmuşdur və xx xxxx 2011-ci il tarixdə ona Gürcüstan Respublikasının vətəndaşlığı haqqında 10BA6831 nömrəli pasport verilmişdir.
2. İddiaçı 2011-ci ildə Azərbaycana gəlmiş, Gürcüstan vətəndaşı olaraq legioner idmançı k imi xx.xx.2011-ci il tarixdə Azərbaycanı xarici yarışlarda təmsil etmiş, ona ümumvətəndaş pasportu verilmişdir.
3. İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etdiyinə görə “Gürcüstan vətəndaşlığı haqqında” X1 32-ci maddəsinin, 1-ci bəndinin “d” yarımbəndinə müvafiq olaraq, iddiaçının Gürcüstan vətəndaşlığı dayandırılmışdır.
4. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın nəticəsinə dair” ******* nömrəli, xx.xx.2018-ci il tarixli arayışında göstərilmişdir ki, xx.xx.1991-ci il təvəllüdlü İddiaçı “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən olunmuşdur
5. İddiaçının deməsinə görə naməlum səbəbdən onun ümumvətəndaş pasportu geri alınmışdır. Bundan sonra iddiaçı Azərbaycan Respublikası DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət edərək, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs kimi müvafiq vəsiqə verilməsini xahiş etmiş, lakin cavabdeh ona xx.xx.2019-cu il tarixli məktubla cabab verərək bildirmişdir ki, “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən, DİN tərəfindən Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsi yalnız 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və on ların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarına verilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası hüdudlarından kənara getməsi üçün vətəndaşlığı olmayan şəxsə verilən şəxsiyyət vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1991-ci il tarixdə Gürcüstan Respublikasında doğulmuşdur və oranın vətandaşı olmuşdur. Valideynlərinin hər ikisi də Gürcüstan vətəndaşıdır. Peşəkar idmançı olduğundan legioner idmançı kimi x x.xx.2011-ci il tarixdə Azərbaycan Respublikasını xarici yarışlarda təmsil etmək üçün ona Azərbaycan Respublikasının ümumvətəndaş pasportu verilmişdir. Gürcüstan Respublikasının vətəndaşı olsa da, Azərbaycan tərəfinin də ona təqdim etdiyi ümumvətəndaş pasportu ilə Azərbaycan bayrağı altında yarışlara qatılırdı. Bundan xəbər tutan Gürcüstan tərəfi, başqa dövlətin vətəndaşlığını qəbul etməyi ilə bağlı onun Gürcüstan vətəndaşlığını dayandırmışdır. Hazırda Gürcüstan vətəndaşı olaraq Gürcüstana daxil ola bilmir. Azərbaycan tərəfinə etdiyi müraciətə cavab olaraq isə ona bildirilmişdir ki, onun Azərbaycan Respublikasının vətəndaşı olması müəyyən edilməmişdir. Belə olan halda vətəndaşlığı olmayan şəxs hesab edilir və ona vətəndaşlığı olmayan şəxs olduğuna dair müvafiq sənəd təqdim edilməlidir. B elə ki, onun heç bir sənədi olmadığı üçün Gürcüstan Respublikasına daxil olaraq vətəndaşlığın bərpa olunmasına dair heç bir addım ata bilmir.
8. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(112)-3323/2020 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 2011-ci ildə Azərbaycan Respublikasına gəldiyi vaxt onun Gürcüstan Respublikasının vətəndaşlığı olmuşdur. Buna görə də iddiaçı vətəndaşlığı olmayan şəxs sayıla bilməz.
10. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli 2-1(103)-1278/2020 nö mrəli qərarı ilə (hakimlər A.Nuriyeva (sədrlik edən və məruzəçi), V.Ağayev və A.Hüseyn) Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ ETİRAZİN DƏLİLLƏRİ, a. Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Bakı Apelyasiya Məhkəməsi tərəfindən qeyd olunan hallar nəzərə alınmamışdır. Buna səbəb Bakı Apelyasiya Məhkəməsi tərəfindən tərəflərin işti rakının lazımi surətdə təmin etməməsi olmuşdur ki, bu da tərəfin çəkişmə hüquqlarını pozmuş, zəruri sübutların təqdim edilməsində işin hərtərəflli araşdırılmasında çətinliklər yaratmışdır. Hesab edir ki, apelyasyia instansiyası məhkəməsi işə baxarkən Azərbaycan Respublikası İPM-nin 11 və 12-ci maddələrinin tələblərini pozmuş, iddiaçının iştirakı olmadan işə baxmışdır. b. Kassasiya şikayətinə qarşı etiraz
13. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c. məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyinə görə onun izahatı dinlənilməmişdir.
16. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qə rar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi Maddə 3.0.2 Vətəndaşlığı olmayan şəxs – heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxs; Maddə 3.0.7 Azərbaycan Respublikasında müvəqqəti yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs; Maddə 3.0.8 Azərbaycan Respublikasında daimi yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında daimi yaşamaq üçün icaz ə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs; Maddə 3.0.17 Sərhədkeçmə sənədi – xarici pasport, vətəndaşlığı olmayan şəxslərə yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün verilən sənəd, dənizçi kitabçası (vəsiqəsi), qaçqınlara verilmiş yol sənədi, vətənə qayıdış şəhadətnaməsi, Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən səyahət sənədi, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədlər. 18. “Azərbaycan Respublikası Milli Məclisinin 1997-ci il 30 dekabr tarixli 421-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə”
1. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə nümunəsi Az ərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən xüsusi sənədlər verilir.
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
20. İnzibati icraat haqqında qanun Maddə
11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə
16. Hüququn tətbiqindən imtinanın qadağa n olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə
17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, ş ikayət mümkün hesab edilmişdir.
22. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman işin hallarının tam araşdırılması barədə İPM-nin 12-ci maddəsində nəzərdə tutulmuş prinsiplərinə əməl olunmadığına görə apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı və iş təkrar baxılması üçün göndərilməlidir.
24. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, vətəndaşlıq statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə a id məsələdir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşdır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi?
25. Apelyasiya instansiyası məhkəməsi işin araşdırılmış hallarına əsasən hesab etmişdir ki, iddiaçının cavabdehə müraciəti ilə bağlı cavabdeh tərəfindən inzibati icraat başlanmış, təqdim edilmiş sənədlərin surətləri inzibati icraata dair işə əlavə edilmiş, inzibati icraatın nəticəsi olaraq vəsatətin təmin olunmaması, yəni iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsindən imtina barədə əsaslandırılmış qərar qəbul edilmişdir.
26. Məhkəmə əlavə olaraq bildirmişdir ki, iddiaçı Gürcüstan Respublikasının vətəndaşı olaraq 2011-ci ildə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsini almışdır. xx xxx 2013-cü il tarixdən iddiaçının Gürcüstan Respublikasının vətəndaşlığı dayandırılmışdır. Azərbaycan Respublikasına məxsus iddiaçının adına verilmiş ümumvətəndaş pasportu xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası DİN tərəfindən Dövlət Miqrasiya Xidmətinin məktubu əsasında fəaliyyətsizləşdirilmişdir. İddiaçı onun Gürcüstan Respublikasının vətəndaşlığının bərpası üçün həmin dövlətin Azərbaycan Respublikasında olan səfirliyə müraciət etmədən, cavabdehə müraciət edərək vətəndaşlığı olmayan şəxsin sənədinin ona verilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının müraciətini təmin etməmişdir.
27. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin əsaslandırması ziddiyyəlidir. Belə ki, iddiaçıya verilmiş ümumvətəndaş pasportunun kserosurətindən görünür ki, həmin pasport ona xx.xx.2021-ci ilədək verilmişdir. Həmin pasportun hansı əsaslarla verilməsi və nəyə görə geri alınması iş materialları ilə müəyyən edilmir. Məhkəmənin qərarında göstərilən “iddiaçının adına verilmiş ümumvətəndaş pasportu xx.xx.2018-ci il tarixdə AR DİN tərəfindən Dövlət Miqrasiya Xidmətinin məktubu əsasında fəaliyyətsizləşdirilmişdir” ifadəsi qeyri-müəyyəndir. Çünki pasportun “fəaliyyətsizləşdirilməsi”nin hüquqi əsasları müəyyən deyil. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunda vətəndaşlığın əldə edilməsi v ə itirilməsi anlayışlarından istifadə edilir və vətəndaşlığın itirilməsinin əsasları və qaydası konkret olaraq müəyyən edilmişdir. Məhkəmə hazırki iddiaya baxılarkən iddiaçının statusunu dəqiq müəyyən etməli, onun Azərbaycan Respublikasının vətəndaşlığını itirib-itirməməsini müəyyən etməli, bundan sonra iddianı mahiyyəti üzrə araşdırmalıdır. Çünki bu hallar, iddianın mümkün sayılması üçün zəruridir.
28. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin olunsun Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli 2-1(103)-1278/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.