Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-258/2022 08.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Daxili Qoşunların Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü; cavabdeh iddiaya cavab verməli orqan deyil) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili Qoşunların Baş İdarəsinə qarşı “istifadə edilməmiş növbəti məzuniyyət əvəzinə kompensasiya ödənilməsi” tələbinə dair i ş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.10.2021-ci il tarixli, 21(103)-2110/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 04.08.1998-ci il tarixindən 17.01.2004-cü il tarixinədək Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarə, Hərbi Əks Kəşfiyyat Xidməti, Milli Təhlükəsizlik Nazirliyində həqiqi hərbi xidmətdə olmuş və “Hərbi xidmət haqqında” Qanunun 18-ci maddəsinin “q” bəndinə (ştatların ixtisarına görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır.
2. İddiaçı ona 1998-2002-ci təqvim illəri ərzində istifadə edilməmiş növbəti məzuniyyət əvəzinə kompensasiyanın ödənilməsi məqsədilə cavabdeh Azərbaycan Respublik ası Daxili Qoşunların Baş İdarəsinə müraciət etmiş, cavabdeh isə 17.01.2020-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.
3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçının müraciətilə bağlı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Kadrlar İdarəsinə sorğu verilmiş, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Kadrlar İdarəsindən daxil olmuş məktubundan məlum olmuşdur ki, iddiaçı 04.08.1998-ci il tarixdən 17.01.2004cü il tarixədək Milli Təhlükəsizlik Nazirliyinin tərkibində həqiqi hərbi xidmətdə olduğu dövrdə növbəti məzuniyyətdən istifadə etmiş və bununla bağlı ona müvafiq ödənişlər həyata keçirilmişdir. Milli Təhlükəsizlik Nazirliyinin tərkibində həqiqi hərbi xidmətdə olduğu dövrdə növbəti məzuniyyətdən istifadə et diyindən və bununla bağlı ona müvafiq ödənişlər həyata keçirildiyindən həmin qərarın tələbləri ona şamil olunmur İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1998-2002-ci təqvim illəri ərzində istifadə edilməmiş növbəti məzuniyyət əvəzinə kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 04.08.1998 və 17.01.2004-cü il tarixlərdə Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarə, Hərbi Əks Kəşfiyyat Xidməti, Milli Təhlükəsizlik Nazirliyində zabit vəzifələrində xidmətdə olmuş və “Hərbi xidmət haqqın da” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin “q” bəndi ilə (ştatların ixtisarına görə) ehtiyata buraxılmışdır. 2004-cü ildən DİN-nin Daxili Qoşunlarında xidmətini davam etdirmiş və 18.04.2018-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi (öz arzusu) ilə ehtiyata buraxılmışdır. 1998, 1999, 2000, 2001, 2002 və 2003-cü təqvim illərində keçmiş MTN-də xidmətdə olarkən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istifadə etməmişdir. Daxili Qoşunlarda xidmətdə olarkən istifadə etmədiyi məzuniyyət barədə keçmiş MTN-ə (indiki DTX-yə) müvafiq sorğular verilmişdir. Sorğuya cavablara əsasən 2003, 2004-cü təqvim illərinə görə pul ödənilsə də, 1998, 1999, 2000, 2001 və 2002-ci illərə görə istifadə olunmamış məzuniyyət günləri əvəzinə kompensasiyalar ödənilməmişdir. Pretenziya qaydasında etdiyi müraciətlərə cavab verildiyindən, qeyd edilən illərin (1998, 1999, 2000, 2001 və 2002) kompensasiyalarının ödənilməsi üçün mübahisənin məhkəmə qaydasında həll olunması zərurəti yaranmışdır.
6. Cаvаbdеh imtina məktubu ilə eyni məzmunlu еtirаz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3078/2021 saylı 20.05.2021-ci il tarixli qərarı ilə (hakim Nəriman Abıyev) iddianın təmin edilməməsi qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı 1998, 1999, 2000, 2001 və 2002-ci illərdə növbəti əmək məzuniyyətlərindən istifadə etmişdir. İddiaçı tərəfindən də 01.04.2021-ci il tarixində məhkəməyə təqdim olunmuş ərizədə qeyd olunan pul təminatı şəxsi vərəqədən çıxarışlarda o lan məlumatlar 1998 və 1999-cu illərə münasibətdə etiraf olunmuş, 2000, 2001 və 2002-ci təqvim illərinə münasibətdə isə həmin məlumatlar mübahisələndirilmişdir.
9. İddiaçı apellyasiya şikayəti verərək iddianın təmin edilməsi və qərarın ləğv edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.10.2021-ci il tarixli, 21(103)-2110/2021 nömrəli qərardadına əsasən (sədrlik edən Xəyalə Cəmilova, hakimlər Mirzə Tağızadə və Azər Hüseynov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2-1(112)-3078/2021 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.
11. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı istifadə etmədiyi məzuniyyət günlərinə görə kompe nsasiyanı 1998-ci il tarixdən 2004-cü il tarixədək işlədiyi Xidmətdən deyil, `sonuncu dəfə 2018-ci ildə ehtiyata buraxıldığı iş yerindən- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsindən tələb edir iddiaçının iddiası ona cavab verməli olmayan şəxsə qarşı yönəlməklə yanaşı, mübahisə açdığı məsələ də İnzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir.
12. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.10.2021-ci il tarixli, 2-1(103)-2110/2021 nömrəli qərardadının ləğv edilərək mahiyyəti üzrə baxılması üçün işin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin d əlillərinə əsasən iddiaçının müraciət etdiyi vaxtda mövcud olan vəzifə maaşı, rütbəyə görə maaş və xidmət illərinə görə əlavə 18.04.2018-ci il tarixində DQBİ-dən ehtiyata buraxıldığı zaman tutduğu vəzifə maaşı, rütbəyə görə maaş və xidmət illərinə görə əlavədir. Odur ki, iddiaçının iddiası ona cavab verməli olmayan şəxsə qarşı yönəlməsinə dair apellyasiya instansiyası məhkəməsinin qənaəti əsassızdır.
14. Həmçinin, Ali Məhkəmə Plenumunun 2019-cu ilin 3№-li Bülletenində Plenum tərəfindən qəbul olunan nümunəvi qərarda öhdəliyin icrası haqqında iddia növlərinə müddət tətbiq olunmur. Odur ki, iddiaçının mübahisə açdığı məsələ də İnzibati Prosessual Məcəllənin qüvvəyə minməzdən əvvəlki dövrə aid olması barədə apellyasiya instansiyası məhkəməsinin bu qənaəti də əsassızdır.
15. İnzibati Prosessu al Məcəllədə “öhdəliyin icrasına dair” iddiaların verilməsi və məhkəmədə baxılması üçün müddət məhdudiyyəti, ümumiyyətlə, nəzərdə tutulmamışdır. Hazırkı işin İPM-in 2-ci və 34-cü maddəsində nəzərdə tutulmuş “öhdəliyin icrasına dair” iddia növündə qaldırılması isə işin mübahisəsiz halıdır. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi Ali Məhkəmənin Plenumunun “İcmal məktubunda” göstərilənləri təhrif edərək “mübahisələndirmə” iddia növünə dair tələbləri “öhdəliyin icrasına dair” iddia növünə tətbiq etməklə qanunsuz və əsassız qərardad qəbul etmişdir. 16. 2019-cu ilin 3 №-li Bülletenin 5-ci səhifəsində Ali Məhkəmə Plenumu tələb edir ki, İPM-in 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Lakin hər bir halda apellyasiya instansiyası məhkəm əsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Mübahisələndirilən qərardaddan isə görünür ki, apellyasiya instansiyası məhkəməsi bu tələbin əksinə olaraq iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, həmin dəlillər yuxarıda qeyd olunanlarla bağlı iddiaçının iddia tələbinə mahiyyəti üzrə baxılması üçün əsas yaratmır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.10.2021-ci il tarixli, 2-1(103)2110/2021 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etirazın əsasını imtina məktubu ilə iddia ərizəsinə etirazda qeyd olunanlar təşkil etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. İnzibati-P rosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
19. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
20. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhk əmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
21. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasın ı, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (1.4, 2.1 və 2.3-cü bəndlər). KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya insta nsiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Ali Məhkəmə Plenumunun hazırkı qərarın 22-ci bəndində göstərilən hüquqi mövqeyindən görünür ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır və bu zaman məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddi a müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
27. Hazırkı iş üzrə də apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinə uyğun olaraq iddianın mümkünlük şərtlərini yoxlamış və haqlı olaraq belə qənaətə gəlmişdir ki, cavabdeh hazırkı iddiaya cavab verməli inzibati orqan deyil.
28. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından məlumdur ki, iddiaçı 1998-2004-cü illərdə Azərbaycan Respublikası yanında Xüsusi İdarə - Hərbi Əks-Kəşfiyyat Xidmətində, Milli Təhlükəsizlik Xidmətində çalışmışdır. İddia tələbi isə 1998-2002-ci illər üzrə pozulmuş hüquqlarının bərpası, yəni həmin dövrdə işlədiyi müddət ərz ində istifadə etmədiyi məzuniyyət günlərinə görə kompensasiya ödənilməsindən ibarətdir.
29. Lakin iddiaçı həmin tələblə 1998-2004-cü il tarixədək işlədiyi Xidmətə deyil, sonuncu dəfə 2018-ci ildə ehtiyata buraxıldığı iş yerinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsinə müraciət etmişdir. Belə olan halda hazırkı qərarın 18 və 22-ci bəndlərində qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından iddia hazırkı cavabdehə qarşı mümkün deyil. Odur ki, kassatorun bununla bağlı dəlilləri əsassızdır.
30. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.10.2021-ci il tarixli, 2-1(103)-2110/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
31. Qeyd olunanlara əsasən məhkəmə kollegi yası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06.10.2021-ci il tarixli, 21(103)-2110/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir. Hakimlər: Nigar Rəsulbəyova İlqar Hüseynov (xüsusi rəylə) Kəmaləddin Bədəlov İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsinə qarşı iş üzrə (№ 2-1(102)-258/2022) hakim İlqar Hüseynovun XÜSUSİ RƏYİ Apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanması barədə həmkarlarımın gəldiyi nəticə ilə aşağıdakı səbəblərə görə razı deyiləm. “İnzibati icraat haqqında” Qanunda aşağıdakılar təsbit olunmuşdur: Maddə 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Maddə 4.2. İnzibati orqan müraciətə baxılması ilə əlaqədar səlahiyyətli olubolmamasını müstəqil şəkildə müəyyən etməyə borcludur. Maddə 33.1. Ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir. Maddə 33.2. Ərizə və ona əlavə edilmiş sənədlərin səlahiyyətli inzibati orqana göndərilməsi barədə ərizəçiyə 6 gün müddətində yazılı şəkildə əsaslandırılmış məlumat verilməlidir. “İnzibati icraat haqqında” Qanunun istinad edilən normalarının tələbindən göründüyü kimi, inzibati orqan müraciətə baxılması ilə əlaqədar səlahiyyətli olub-olmamasını müstəqil şəkildə müəyyən etməyə borcludur. Ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməli, ərizə və ona əlavə edilmiş sənədlərin səlahiyyətli inzibati orqana göndərilməsi barədə ərizəçiyə 6 gün müddətində yazılı şəkildə əsaslandırılmış məlumat verilməlidir. İşdən göründüyü kimi cavabdeh müraciətə baxılması ilə əlaqədar səlahiyyətli olubolmadığını müstəqil şəkildə müəyyən edərək, ərizəni başqa inzibati orqana göndərməməklə iddiaçının müraciətinə baxmaqda özünü səlahiyyətli hesab etmiş, müraciətə mahiyyəti üzrə baxaraq müraciətin tə min olunmasından imtina etmişdir. Digər tərəfdən, işin materiallarına görə, iddiaçı ödənişin icrası üçün təkcə cavabdehə deyil, əvvəllər xidmət keçdiyi orqana (onun hüquq varisi Dövlət Təhlükəsizlik Xidmətinə) də müraciət etmiş, həmin orqan da onun müraciətinin təmin olunmasından imtina etmişdir. Əlavə olaraq, Dövlət Təhlükəsizlik Xidməti də hazırkı icraatın iştirakçısıdır. Belə olan halda, əgər apellyasiya instansiyası məhkəməsi Daxili Qoşunların Baş İdarəsini əsl cavabdeh hesab etmirdisə, İPM-in 13-cü maddəsində nəzərdə tutulmuş xidməti vəzifəsinə uyğun davranmalı, iddiaçıya hüquqi yardım göstərməli idi. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı bu, nəinki baş verməyib, əksinə cavabdehin nümayəndəsi hazırkı mübahisə üzrə təmsil etdiyi orqanı bir daha səlahiyyətli hesab edərək i stifadə olunmamış məzuniyyətlərə dair DTX-nın müvafiq arayışı olduğu təqdirdə kompensasiyanın ödənilməsini mümkün hesab etmişdir (bax: iş v. 100). Beləliklə, iddiaçının hüququnun cavabdeh tərəfindən pozulmadığına, buradan, iddianın ona cavab verməli olmayan orqana qarşı yönəldiyi səbəbi ilə iddianın mümkünsüzlüyünə dair apellyasiya instansiyası məhkəməsinin qənaəti işin faktiki hallarına uyğun deyil. Apellyasiya instansiyası məhkəməsi iddianın mümkünsüzlüyünün digər əsası kimi iddiaçı tərəfindən iddianın verilməsi müddətinə əməl olunmamasına istinad etmişdir. (Kassasiya instansiyasının hazırkı qərarında apellyasiya instansiyası məhkəməsinin həmin qənaətinə hər hansı münasibət bildirilməmişdir). Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İnzibati Prosessual Məcəllə (İPM) qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Mübahisə aç an tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Apellyasiya instansiyası məhkəməsinin həmin qənaəti əsaslı deyil. “Qanunverici digər demokratik hüquqi dövlətlərdə olduğu kimi, dövlət hakimiyyətini səm ərəli həyata keçirmək üçün Konstitusiyanın 94-cü maddəsində öz əksini tapmış məsələləri tənzimləyərkən, onların ən mühüm və əsaslı xarakter daşıyan tərəflərini müəyyən etməklə artıq qanunvericilik qaydasında nizamlanmış normaları konkretləşdirmək və həyata keçirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanına qaydalar müəyyən etmək səlahiyyəti verə bilər.” (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasının və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair 2014-cü il 28 mart tarixli Qərarı). Tərəflərin öz tələb və etirazlarının əsa sı kimi istinad etdikləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” 2014-cü il 26 dekabr tarixli, 399 №-li Qərarı Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına əsaslanmaqla və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi nəzərə alınm aqla qəbul edilmiş, normativ aktda 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək (“İnzibati icraat haqqında” Qanun və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi qüvvəyə minməzdən əvvəl) yaranmış hüquqların reallaşdırılması üçün yeni hüquqi imkan yaratmışdır. Həm də bu imkan “İnzibati icraat haqqında” Qanun və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi qüvvəyə mindikdən sonra (2014cü ildə) müəyyən edilmişdir. İddiaçı bu hüquqi imkandan istifadə etmək, qanunla müəyyən olunmuş (Konstitusiyadan irəli gələn pozulmuş məzuniyyət hüququnun əvəzlənməsi məqsədini daşıyan) “istifadə edilməmiş məzuniyyətə görə” kompensasiya almaq məqsədi ilə (öhdəliyin icrası üçün) cavabdehə müraciət etmişdir. Digər tərəfdən, öhdəliyin icrası haqqında iddialar üzrə İPM-də müddət müəyyən edil məmişdir. Həm də nəzərə almaq lazımdır ki, burada, söhbət inzibati orqana müraciət etmək üçün deyil, inzibati orqana edilmiş müraciət üzrə inzibati orqanın qərarından, hərəkətindən və ya hərəkətsizliyindən sonra inzibati məhkəmədə iddia qaldırmaq üçün müddətin müəyyən edilməsindən gedir. “İşin hallarının araşdırılması” prinsipi iddianın mümkünlüyünə də aiddir. İPM-in 12.1, 35.1, 82-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməli idi. Hakim İlqar Hüseynov