Məhkəmə qərarları › İş №2-1(102)-258/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-258/2023

24.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-258/2023 24.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2215/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli **********7486 nömrəli qərarına əsasən iddiaçıya məxsus olan obyektdə (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz E.Yusifov, Ağa Neymətulla, F.X.Xoyski və Təbriz küçələrinin kəsişməsi, Aptek 91, fəaliyyət növü ixtisaslaşdırılmış mağazalarda əczaçılıq mallarının pərakəndə satışı) nağd pul hesablaşmalarının aparılması qa ydalarına riayət olunması məsələsi(ləri) üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır.

2. Cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli DVX seriyalı 004434 nömrəli akta əsasən iddiaçıya məxsus olan həmin aptekdə xx.xx.2021-ci il tarixdə saat 12:30 radələrində operativ vergi nəzarəti həyata keçirilərkən müştəri tərəfindən alınmış 1 ədəd tibbi maska üçün 0,20 manat ödənildiyi, nəzarət-kassa aparatına çekin vurulmadığı və müştəriyə təqdim edilmədiyi aşkar edilmiş, 0,20 manat 2552 nömrəli çeklə saat 12:35-də əməkdaşlar tərəfindən nəzarət-kassa aparatına bərpa edilmiş, iddiaçı barəsində Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilmə si təklif olunmuşdur.

3. Bundan sonra cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********2684 nömrəli xx.xx.2021ci il tarixli qərarına əsasən iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.3cü maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində üç və daha çox dəfə yol verdiyinə görə 6000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2021 tarixədək 6000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin B akı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********2684 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçı barəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli DVX seriyalı 004434 nömrəli akta əsasən vergi qanunvericiliyinin pozulması haqqında xx.xx.2021-ci il tarixli, **********2684 nömrəli qərar qəbul edilmiş və Cəmiyyət 6000 (altı min) manat məbləğində vergi məsuliyyətinə cəlb olunması, ədalətsiz və qeyri-qanuni olmuşdur. Belə ki, dünyada, eləcə də ölkədə sürən ağır pandemiya şəraitində vətəndaşların dərman məhsulları ilə təchizatı ilə məşğul olan apteklərin fəaliyyətinə böyük ehtiyac duyulur. Belə bir dövrdə apteklər barədə bəzən ədalətsiz və qeyri-obyektiv surətdə vergi yoxlamalarının aparılması nəticəsində cərimələnməsi ölkə sahibkarlığının, xüsusilə də əczaçılıq fəaliyyətinin inkişafına ağır zərbələr vurur. Belə bir zərbələrdən birini də iddiaçı xx.xx.2021-ci il tarixdə ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, E.Yusifov, Ağa Neymətulla, F.X.Xoyski və Təbriz küçələrinin kəsişməsi ünvanında fəaliyyət göstərən Aptek 91-də həyata keçirilən operativ vergi nəzarəti tədbiri zamanı almışdır. Aptekdə yoxlama aparılarkən fəaliyyətdə olan satıcı X1 hadisə ilə əlaqədar təqdim etdiyi izahatına əsasən o, aptekdə xidmətdə olduğu dövrdə xx.xx.2021-ci il tarixdə saat 12:30 radələrində iki nəfər mülki geyimdə olan əməkdaş aptekə girmişlər. Onlar kənarda söhbət edərək alış satışı müşahidə etmişlər. Sonra satıcıya yaxınlaşıb ondan çek istəmişlər, o da öz növbəsində onların kimliyini soruşmuş və özlərini təqdim etmələrini istəmişdir. Onlar da bildirmişlər ki, vergi xidmətinin əməkdaşlarıdır, aptekdən maska aldıqları zaman çek vurulmamışdır. Satıcı da öz növbəsində çeki təqdim etmişdir, vergi əməkdaşları onlara baxmışlar. Belə ki, aptekdə olan “Azsmart” kassa aparatında yaranan nasazlığa görə çek vurulmuşdur, lakin gec çıxmışdır. Vergi əməkdaşı bərpa çekini çıxardarkən satıcı ona öz etirazını bildirmişdir ki, niyə görə bərpa çeki çıxardılır, çünki çek artıq mövcuddur və sonra satıcı çeki təqdim etmiş və vergi əməkdaşları da çeki götürmüşlər. İddiaçı barəsində cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, **********2684 nömrəli qərar qəbul olunarkən qeyd edilən obyektiv hallar nəzərə alınmamış və hadisənin mahiyyətinə hər tərəfli, tam və obyektiv surətdə diqqət yetirilməmişdir. Bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazı:

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********7486 nömrəli qərarına əsasən "xxxx" MMC üzrə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məqsədilə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, F.Yusifov, Ağa Neymətulla və F.X.Xoyski küçələrinin kəsişməsində yerləşən aptekdə saat 12:30-da keçirilən operativ vergi nəzarəti tədbiri zamanı müştəri tərəfindən alınm ış 1 ədəd tibbi maska üçün 0,20 manat ödənilmiş və nəzarət-kassa aparatı çekinin vurulmadığı və müştəriyə təqdim edilmədiyi aşkar edilmişdir. Vergi orqanının əməkdaşları tərəfindən həmin məbləğ (0,20 manat) saat 12:35-də 2552 saylı çeklə nəzarət-kassa aparatına bərpa olunmuşdur. Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Belə olan halda isə vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli DVX seriyalı 004434 nömrəli AKT tərtib olunaraq, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 16.1.9-ci maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019- cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələbləri pozulduğuna görə müəssisəyə Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən 6000 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Vergi orqanı tərəfindən tərtib edilmiş sözügedən AKT əsasında Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2021-ci il tarixli **********2684 saylı qərar qəbul edilmişdir. Operativ vergi nəzarəti zamanı Cəmiyyətin rəhbəri və ya səlahiyyətli nümayəndəsi yoxlama yerinə gəlməkdən, qərar və çıxarışla tanış olmaqdan və bir nüsxəsini qəbul etməkdən imtina etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, nəzarət-kass a aparatında yaranan nasazlıqlara görə çek vurulmuş, lakin gec çıxmışdır. Bununla əlaqədar qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş "Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.3-cü bəndinə əsasən nəzarət mexanizmi qurğusunun saz vəziyyətdə olmasını təmin etmək istifadəçinin vəzifələrinə aiddir. Qeyd edilən məlumatlardan göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdiyi mülahizələr həqiqətə uyğun deyildir, operativ vergi nəzarəti tədbirləri zamanı iddiaçı tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməməsi faktı aşkar edilmiş və qanunvericiliyin tələblərinə müvafiq şəkildə rəsmiləşdirilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin (hakim P.A.Hüseynov) 2-1(112)-1 431/2022 nömrəli, 24 fevral 2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müştəri tərəfindən alınmış mala görə nağd pul ödənilsə də, iddiaçının əməkdaşları tərəfindən ödəniş müqabilində çek vurulmamışdır. Bununla əlaqədar olaraq cavabdehin əməkdaşları tərəfindən bərpa çeki çıxarılmış və bu hal öz təsdiqin tapmışdır. İddiaçı aptekdə olan kassa aparatında nasazlığın olduğunu, buna görə də çekin gec çıxdığını bildirsə də, bununla əlaqədar sübutları məhkəməyə təqdim edə bilmədi. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş «Nəzarət-kassa aparatlarının istismarı Qaydaları»nın tələblərindən də göründüyü kimi, nəzarət mexanizmi qurğusunun saz vəziyyətdə olmasını təmin etmək, nəzarət kassa aparatının istismarı zamanı istənilən nasazlıq meydana çıxarsa, bu barədə vergi orqanlarına və Operatora dərhal məlumat vermək iddiaçının (İstifadəçi) vəzifələrinə daxildir. Göstərilənlərə əsasən iddia tələbi əsassızdır və təmin edilməməlidir.

9. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiya məhkəməsində birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/ X.A.Cəmilova və A.P.Oruczadə) 16 sentyabr 2022-ci il tarixli, 21(103)-2215/2022 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1431/2022 saylı, 24 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apelyas iya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

13. Apellyasiya instansiya məhkəməsində xx.xx.2021-ci il tarixdə vergi yoxlaması zamanı baş vermiş hadisə formal olaraq araşdırılmış, hadisənin obyektiv halları və motivi tam araşdırılmamış, bununla da AR VM-nin 58.7- ci maddəsinin düzgün tövsifi həyata keçirilmədən, hüquq normasının tələblərinə sırf mətni və qeyri-məntiqi yanaşma əsasında ədalətsiz və əsassız məhkəmə qərarı çıxarılmışdır. 14. xx.xx.2021-ci il tarixli, 2551 nömrəli çek mövc ud olduğundan bununla da satıcı tərəfindən hər hansı bir vergidən yayınmaq və ya alınan məhsula görə çeki təqdim etməmək kimi bir niyyəti, iradə ifadəsi və motivi olmamışdır. Məhkəmələr ədalətli və obyektiv araşdırma məqsədilə bu kimi hallara diqqət etməli idi.

15. Vergi orqanı tərəfindən operativ vergi yoxlaması həyata keçirilərkən və məsuliyyət qərarı qəbul edilərkən yuxarıda qeyd edilən işin faktiki halları ədalətli araşdırılmamış və bununla da qərar qəbul olunarkən vergi qanunvericiliyin bu tələbinə riayət edilməməsi halı məhkəmə instansiyalarında araşdırma zamanı da nəzərə alınmamışdır.

16. Beləliklə, apellyasiya instansiyası məhkəməsi Vergi Məcəlləsinin 3.1, 23.1.11, 53.3, 54.0.1, 54.0.2-ci, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müda fiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4.2-ci, İnzibati Prosessual Məcəllənin 12.1, 14.1, 58.7-ci maddələrinin tələbləri pozulmaqla qərar qəbul edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Cavabdehin kassasiya şikayətinə qarşı etirazının dəlilləri iddiaya dair etirazın dəlilləri ilə eynidir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Vergi Məcəlləsi: Maddə

23. Vergi orqanlarının hüquqları 23.1.1. vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. Maddə

24. Vergi orqanlarının vəzifələri 24.0.1, 24.0.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərin in hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə

50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarında uçota durmayan, bu Məcəllənin 33.2- ci maddəsinə uyğun olaraq təsərrü fat subyekti (obyekti) vergi orqanlarında uçotda olmayan və ya bu Məcəllənin 221.4.7-ci maddəsinə əsasən "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.2. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi; 50.1.2-1. nəzarət markalarının qəsdən məhv edilməsi, saxtalaşdırılması, qeyriqanuni yolla hazırlanması, istifadəsi və satışının qarşısının alınması sahəsində nəzarət edilməsi; 50.1.3. Ə hali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; 50.1.4. valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi və valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla alınıb-satılması və ya dəyişdirilməsi faktlarının aşkar edilməsi; 50.1.6. xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olan şəxslərin aşkar edilməsi; 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; 50.1.8. istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi; 50.1.9. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əməl olunmasına nəzarət edilməsi; 50.1.10. bu Məcəllənin 221.8-ci maddəsinə əsasən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almayan vergi ödəyicilərinin aşkar edilməsi; 50.1.11. nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; 50.1.12. pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi; 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən ) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71- 1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaiməfakturanın tərtib edilməsinə nəzarət edilməsi; 50.1.13-1. bu Məcəllənin 16.1.11-11-ci maddəsinə əsasən vergi ödəyicisinin idxal olunmuş mallarının saxlanıldığı (ığıdlıdlaşob) yerə baxış keçirilməsi; Maddə

58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları 58.7. qeyd edilən Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları qura şdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, posterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya al ıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: 58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Maddə

77. Vergi öhdəliyi 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəs i onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 avqust 2019-cu il tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın: 1.2-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikasının ərazisində tətbiq olunan nəzarət-kassa aparatlarının (bundan sonra – NKA) meyarları, qeydiyyatı, dövlət reyestri, onlara servis texniki xidmətin göstərilməsi, habelə NKA operatoruna dair tələblər və onların qeydiyyatı ilə bağlı qaydaları müəyyən edir və bununla bağlı yaranan münasibətləri tənzimləyir. 1.3-cü bəndə əsasən NKA -nın istismarında, o cümlədən qeydiyyatı və servis texniki xidmətində iştirak edən subyektlərə bunlar aiddir: 1.3.2. NKA-nın istifadəçiləri (bundan sonra – İstifadəçi). 1.4.6-cı bəndinə əsasən istifadəçi – malların təqdim edilməsi (xidmətlərin göstərilməsi) zamanı aparılan hesablaşmaları müvafiq qanunvericiliyə əsasən qeydiyyatdan keçirmiş NKA vasitəsilə həyata keçirməli olan vergi ödəyicisidir. 8.3.3, 8.3.15 və 8.3.16-cı bəndlərinə əsasən nəzarət mexanizmi qurğusunun saz vəziyyətdə olmasını təmin etmək; NKA-nın istismarı zamanı istənilən nasazlıq meydana çıxarsa, bu barədə vergi orqanlarına və Operatora dərhal məlumat vermək; pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çekdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək istifadəçinin v əzifələrinə daxildir.

19. İnzibati Prosessual Məcəllə: a) Maddə 14.1. mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.1. sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər. 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündə n 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qəra rı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

20. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmışdır və şikayətçinin tələbləri göstərilmişdir.

22. Şikayətdə apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini t əkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Bununla belə, məhkəmə kollegiyası aşağıda göstərilənlərin qeyd edilməsini zəruri hesab edir.

27. Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar - kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növ bəti və növbədənkənar) və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmişdir və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir.

28. Hazırkı iş üzrə cavabdeh vergi orqanı iddiaçı barəsində operativ vergi yoxlamasının həyata keçirilməsi qərarına gəlmiş, operativ vergi nəzarətinin nəticələrinin protokollaşdırılmasında Vergi Məcəlləsinin tələblərinə əməl etmişdir.

29. Aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilən işin hallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il t arixli **********7486 nömrəli qərarına əsasən İddiaçı MMC-yə (VÖEN **********) məxsus olan obyektdə (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz E.Yusifov, Ağa Neymətulla, F.X.Xoyski və Təbriz küçələrinin kəsişməsi, Aptek 91, fəaliyyət növü ixtisaslaşdırılmış mağazalarda əczaçılıq mallarının pərakəndə satışı) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması məsələsi(ləri) üzrə xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. Cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli DVX seriyalı 004434 nömrəli akta əsasən iddiaçıya məxsus olan həmin aptekdə xx.xx.2021-ci il tarixdə saat 12:30 radələrində operativ vergi nəzarəti həyata keçirilərkən müştəri tərəfindən alın mış 1 ədəd tibbi maska üçün 0,20 manat ödənildiyi, nəzarət-kassa aparatına çekin vurulmadığı və müştəriyə təqdim edilmədiyi aşkar edilmiş, 0,20 manat 2552 nömrəli çeklə saat 12:35-də əməkdaşlar tərəfindən nəzarət-kassa aparatına bərpa edilmiş, iddiaçı barəsində Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Bundan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********2684 nömrəli xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı MMC-nin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.3-cü maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində üç və daha çox dəfə yol verdiyinə görə 6000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2021 tarixədək 6000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır.

30. Nəzərə almaq lazımdır ki, müştəri tərəfindən alınmış mala görə nağd pul ödənilsə də, iddiaçının əməkdaşları tərəfindən ödəniş müqabilində çek vurulmamışdır. Bununla əlaqədar olaraq cavabdehin əməkdaşları tərəfindən bərpa çeki çıxarılmış və bu hal öz təsdiqini tapmışdır.

31. İddiaçı iddiasının və kassasiya şikayətinin dəlili olaraq aptekdə olan kassa aparatında nasazlığın olduğunu, buna görə də çekin gec çıxdığını bildirsə də, bu barədə qeyd olunan halları təsdiq edən müvafiq sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.

32. Azərbaycan Respublikası Nazi rlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın tələblərindən də göründüyü kimi, nəzarət mexanizmi qurğusunun saz vəziyyətdə olmasını təmin etmək, nəzarət kassa aparatının istismarı zamanı istənilən nasazlıq meydana çıxarsa, bu barədə vergi orqanlarına və Operatora dərhal məlumat vermək iddiaçının (İstifadəçi) vəzifələrinə daxildir.

33. Qeyd edilməlidir ki, iddiaçının nəzarət mexanizmi qurğusunun saz vəziyyətdə olmaması barədə vergi orqanlarına və Operatora məlumat verməsinə dair müvafiq sübut iş materiallarında aşkar edilməmişdir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə cavabdeh inzibati orqan operativ vergi nəzarətinin keçirilməsi nəticəsində tərtib edilmiş aktlara istinad etməklə iddiaçını məsuliyyətə cəlb etmiş, öz qərarlarını “İnzibati icraat haqqında” Qanunun 61.2-ci maddəsinə uyğun olaraq əsaslandırmış, məhkəmə icraatının gedişində məsuliyyət qərarlarının qəbul edilməsinin əsasları barədə dəlillər irəli sürülmüş və materiallar təqdim edilmişdir. Həmin dəlillərin və sənədlərin inzibati icraatın gedişində iddiaçıya bildirildiyi, iddiaçıya həmin dəlilləri təkzib edən sübutların təqdim edilməsi üçün şərait yaradıldığı, başqa sözlə, inzibati icraat çərçivəsində inzibati orqanla vergi ödəyicisi arasında inzibati icraatın başlanğıcı və gedişatı ilə bağlı, inzibati icraat materialları ilə bağlı “kommunikasiyanın” olduğu iş üzrə sübuta yetirilmişdir.

35. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən mübahisələndirilən inzibati akt ın qüvvədə saxlanılması ilə bağlı apellyasiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 sentyabr 2022-ci il tarixli, 21(103)-2215/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar