Məhkəmə qərarları › İş №2-1(102)-258/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-258/2025

15.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-258/2025 15.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: sabiq hakimə pensiyanın yenidən hesablanması, işin hallarının qismən araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dö vlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 avqust 2024cü il tarixli, 2-1(103)-2847/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı X4 xx xxxxxx 1949-cu ildə anadan olmuşdur.

2. İddiaçı 1976-1987-ci illərdə Zəngilan rayon xalq məhkəməsinin hakimi, 1987-1990cı illərdə Fizuli rayon məhkəməsinin hakimi, 1990-2000-ci illərdə Xaçmaz rayon məhkəməsinin sədri, 2000-2007-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 2007-2019-cu illərdə Sumqayıt şəhər məhkəməsinin sədri və zifələrində çalışmış, 24 fevral 2019-cu il tarixdən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.

3. İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir.

4. Cavabdeh 29 mart 2023-cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 iyul 2022-ci il tarixdən iddiaçının vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2840,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 1278,00 manat, digər növ əlavələri 605,47 manat olmaqla orta aylıq əmək haqqı 4723,47 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında" Qanunun 20.7.2-ci maddəsinə əsasən 42 il 9 ay sabiq hakim kimi iş stajına uyğun olaraq vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (4723,47 manat) 80 faizi-3778,78 manat məbləğində hesablanmışdır. “Əmək pensiyaları haqqında" Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən 4156,66 manat məbləğində müəyyən edilmişdir. Bundan əlavə "Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2023-cu il tarixdən qüvvədə olan müddəalarına əsasən sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi, həmin Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına mün asibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Bununla əlaqədar xx.xx.2023-cü il tarixdən iddiaçının əmək pensiyası 4767,69 manat məbləğində müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a. birinci instansiya məhkəməsindəki birinci icraat

5. İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hakimlər məzuniyyətə çıxarkən onlara verilən 2 aylıq əmə k haqqı həcmində müavinət, 2 aylıq əmək haqqı həcmində müalicə pulu və hər beş illik əmək stajına, həmçinin elmi dərəcəyə görə hər ay vəzifə maaşının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqqın, xx.xx.2010-cu il tarixdən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində aylıq pul təminatı, xx.xx.2010-cu il tarixdən isə yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15 faizi həcmində haqq, xx.xx.2019-cu il tarixdən bir aylıq vəzifə maaşı həcmində maaşına əlavənin Ali Məhkəmənin hakiminin aylıq maaşına uyğunlaşdırılmaqla pensiya hüququnun yarandığı tarixdən əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya fərqinin birdəfəlik olaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edi lməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1976-1987-ci illərdə Zəngilan rayon xalq məhkəməsinin hakimi, 1987-1990-cı illərdə Fizuli rayon məhkəməsinin hakimi, 1990-2000-ci illərdə Xaçmaz rayon məhkəməsinin sədri, 2000-2007-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 2007-2019-cu illərdə Sumqayıt şəhər məhkəməsinin sədri vəzifələrində çalışmışdır. İddiaçıya 2019-cu ilin iyun ayının 01-dən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı pensiyaya çıxdığı ilk aylarda 2634.50 manat, 2022-ci il mart ayında 3424.85 manat, 2022-ci il aprel ayından 2897.95 manat, 2022-ci ilin oktyabr ayından isə 4156,66 manat pensiya alır. Sonradan iddiaçıya məlum olmuşdur ki, pensiyası hesablanarkən yanlışlığa yol verilmiş, fəaliyyətdə olduğu hakimlik illərin də müvafiq qanunvericiliyə uyğun olaraq məzuniyyətə çıxarkən ona verilmiş 2 aylıq əmək haqqı həcmində müavinət və 2 aylıq əmək haqqı həcmində müalicə pulu pensiya məbləğinə daxil edilməmişdir. İddiaçı müvafiq arayışı ərizəsinə əlavə etməklə pensiyasının yenidən hesablanması üçün cavabdeh inzibati orqana müraciət etsə də, tələbinin təmin edilməsindən imtina edilmişdir.

7. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, hakim vəzifəsində işlədiyi dövrdə aldığı hər il məzuniyyətə çıxdıqda 2 aylıq əmək haqqı həcmində müavinət və ildə bir dəfə 2 aylıq əmək haqqı miqdarında müalicə olunmaq üçün pul təminatı nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir

8. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir ki, etirazın əsasını imtina məktubunda göstərilənlər təşkil etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1291/2024 saylı 29 fevral 2024-cü il tarixli qərarı ilə (hakim X3) iddia təmin edilmiş, iddiaçı X2 hakim vəzifəsində işlədiyi dövrdə məzuniyyətə çıxarkən aldığı hər il 2 aylıq əmək haqqı həcmində müavinət və ildə bir dəfə 2 aylıq əmək haqqı miqdarında müalicə olunmaq üçün pul təminatı nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respub likasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilməsi qərara alınmışdır.

10. Məhkəmə qeyd etmişdir ki, ödəmə ilə bağlı məlumatın aşkar olunmaması həmin ödəmənin aparılmadığının mütləq təsdiqi kimi qiymətləndirilə bilməz. Bu zaman həm də nəzərə almaq lazımdır ki, maddi təminatla bağlı lazımi sənədləşdirmənin və rəsmiləşdirmənin müvafiq qaydada aparılması hakimlərin maddi təminatını həyata keçirən inzibati orqanın məsuliyyət sferasına aiddir və bunun üçün iddiaçı deyil, inzibati orqan cavabdehlik daşıyır. Belə cavabdehlik həm də inzibati orqan tərəfindən müvafiq sənədlərin saxlanılmasına və arxivləşdirilməsinə də aiddir. İnzibati orqanın məsuliyyət sferasına aid vəzifələrin layiqincə və tələblərə uyğun yerinə yetiriılməməsinin neqativ nəticələrinə görə şəxsin hüquqi statusu məhdudlaşdırıla bilməz. Hazırkı mübahisəyə münasibətdə qeyd edilən tələblərin cavabdeh inzibati orqan tərəfindən nəzərə alındığı və qiymətləndirildiyi iş üzrə materiallarla təsdiq olunmur.

11. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin “hər il məzuniyyətə çıxarkən aldığı 2 aylıq əməkhaqqı həcmində müavinət nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması” hissəsində təmin edilməməsi barədə qərar, “ildə bir dəfə 2 aylıq əmək haqqı miqdarında müalicə olunmaq üçün pul təminatı nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması” hissəsində pensiya hesablanan zaman nəzərə alındığına görə iş üzrə icraa ta xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 avqust 2024-cü il tarixli, 2-1(103)-2847/2024 nömrəli qərarı ilə (hakimlər X5 (məruzəçi), X7 və X6) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)1291/2024 saylı 29 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin “hər il məzuniyyətə çıxarkən aldığı 2 aylıq əməkhaqqı həcmində müavinət nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesabl anması” hissəsində təmin edilməməsi barədə qərar, “ildə bir dəfə 2 aylıq əmək haqqı miqdarında müalicə olunmaq üçün pul təminatı nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması” hissəsində iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a. kassasiya şikayətinin dəlilləri

15. Şikayətdə “Əmək pensiyaları haqqında” Qanunun 20.1.4, 20.7-ci maddələrinə istinad edilərək qeyd edilir ki, apellyasiya instansiya məhkəməsinin mövqeyi qanuni deyildir.

16. İddiaçının əmək pensiyası hakim vəzifəsində işlədiyi dövrdə ildə bir dəfə 2 aylıq əmək haqqı miqdarında müalicə olunmaq üçün pul təminatı nəzərə alınmaqla yenidən hesablandığından-yəni iddiaçının tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edi ldiyindən bu hissədə iş üzrə icraata xitam verilməlidir.

17. İddia tələbinin “hər il məzuniyyətə çıxarkən aldığı 2 aylıq əməkhaqqı həcmində müavinət nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması” hissəsi ilə bağlı qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 12 iyul 2023-cü il tarixli 3- 16-8/e-91 nömrəli məktubuna əlavə edilmiş həmin arayış-cədvəldə məzuniyyət müavinəti göstərilmədiyindən, pensiyanın yenidən hesablanmasında nəzərə alınması mümkün olmamışdır. Həmçinin müvafiq arayışda məzuniyyət qrafasına nəzər saldıqda məlum olur ki, pensiyanın hesablandığı xx.xx.2017-xx.xx.2019-cu il dövrü üzrə iddiaçı 2017-ci ilin avqust ayında 2101,00 manat, 2017-ci ilin dekabr ayında 1050,50 manat olmaqla iki dəfə məzuniyyət pulu almışdır ki, göründüyü kimi, bu da 2 aylıq əməkhaqqı miqdarında olmamışdır. Apellyasiya instansiya məhkəməsi cavabdehin dəlillərinə münasibət bildirməmiş, birinci instansiya məhkəməsinin mövqeyini təkrarlamaqla kifayətlənmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 38.Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

20. Qulluq stajına görə əmək pensiyasına əlavələ r... 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla;

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyas ı məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallar da 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Ka ssasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Hazırki iş üzrə materialları təhlil edərkən müəyyən edilir ki, iddiaçının tələbi iki hissədən ibarət olmuşdur:

1. Məzuniyyətə çıxarkən iki qat müavinətin nəzərə alınması;

2. İldə bir dəfə müalicə ilə bağlı 2 qat əmək haqqı həcmində pul təminatının ödənilməsi.

25. Həm birinci, həm də apellyasiya instansiya məhkəmələri iddiaçının iddia tələb ini əsaslı hesab edərək onun təmin edilməsini qanuna müvafiq hesab etsələr də, cavabdeh məhkəmələrin gəlmiş olduğu nəticələrlə razılaşmır.

26. Məhkəmə kollegiyası mübahisələndirilən tələblərin hər birini ayrı ayrılıqda təhlil etməklə onlara münasibət bildirməyi məqsədə müvafiq hesab edir. Məzuniyyətə çıxarkən iki qat müavinətin nəzərə alınması

27. Məhkəmə kollegiyası iddiaçının bu tələbi və apellyasiya instansiya məhkəməsinin bu tələblə bağlı gəldiyi nəticə ilə tam razılığını ifadə edir. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-16-8/691 nömrəli arayışından görünür ki, X4 xx.xx.2007-ci il tarixdən xx.xx.2019-cu il tarixədək Sumqayıt şəhər məhkəməsinin sədri vəzifəsində işləmişdir. Hakim işlədiyi dövrdə ona, hakimlik stajına görə vəzifə maaşının 45% -i, hakim səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xx.xx.2010cu il tarixdən vəzifə maaşının 15%-i həcmində əlavə haqq, hər il məzuniyyətə çıxdıqda 2 aylıq əmək haqqı həcmində müavinət və ildə bir dəfə 2 aylıq əmək haqqı miqdarında müalicə olunmaq üçün pul təminatı ödənilmişdir. xx.xx.2019-cu il tarixdən hakimlərə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı vəzifə maaşının 25 %-i və vəzifə maaşı miqdarında əlavə haqq ödənilir. Həmin tarixdən hakimlərə məzuniyyətə çıxdıqda ödənilən 2 aylıq əmək haqqı həcmində müavinət və müalicə olunmaq üçün 2 aylıq əmək haqqı miqdarında pul təminatının ödənilməsi dayandırılmışdır.

28. Eyni zamanda yuxarıda qeyd edilən məktuba əlavə edilmiş iddiaçı X1 Sumqayıt şəhər məhkəməsində sədr vəzifəsində işlədiyi son 5 illik əmək haqqı barədə arayışda onun 2 014-cü ilin 6-12 ayları, 2015-ci il, 2016-cı il, 2017-ci il, 2018-ci il, 2019-cu ilin 1-5-ci ayları ərzində əsas vəzifə maaşı, hakimlik stajına görə, təmsilçilik, müalicə üçün pul təminatı, məzuniyyət pulu aldığı, 2017 və 2018-ci illər üçün ona kompensasiya ödənildiyi qeyd edilmişdir (iş vər 34-36).

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı həmin şəxsin “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə ) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) aldığı və “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta haqqı ödədiyi vəsaitlər nəzərə alınır.

30. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Qərarını rəhbər tutaraq bildirir ki, iddiaçı hər il məzuniyyətə çıxarkən 2 aylıq əmək haqqı həcmində müavinət aldığından pensiya hesablanarkən bu hal nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilməlidir.

31. Odur ki, iddiaçı məzuniyyətə çıxarkən iki qat müavinəti aldığından həmin müavinəti almaması barədə cavabdehin mövqeyi əsaslı sayıla bilməz. İldə bir dəfə müalicə ilə bağlı 2 qat əmək haqqı həcmində pul təminatının ödənilməsi.

32. İddiaçı tərəfindən irəli sürülən bu tələblə bağlı məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni əsaslı hesab etmir.

33. Cavabdeh kassasiya şikayətində bildirir ki, əmək pensiyası iddiaçı hakim vəzifəsində işlədiyi dövrdə ildə bir dəfə 2 aylıq əmək haqqı miqdarında müalicə olunmaq üçün pul təminatı nəzərə alınmaqla yenidən hesablandığından-yəni iddiaçının tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən bu hissədə iş üzrə icraata xitam verilməlidir.

34. Məhkəmə kollegiyası bildirir ki, cavabdeh bu dəlili apellyasiya instansiya məhkəməsinə təqdim etsə də, məhkəmə həmin dəlilə münasibət bildirməmiş, iş üzrə obyektiv həqiqətə nail olmaq üçün ətraflı araşdırma aparmamışdır. B axmayaraq ki, belə bir tələb-ətraflı araşdırılmanın aparılması həm Konstitusiyada, həm də İnzibati Prosessual Məcəllədə öz əksini tapmışdır.

35. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli, 129-cu maddəsinin İİİ hissəsinə əsasən isə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

36. Eyni zamanda İPM-in 87.8-ci maddəsinin tələbinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

37. Yuxarıda qeyd edilmiş normalarda eh tiva edilmiş məna ondan ibarətdir ki, məhkəmə qərar qəbul edərkən qərarda əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Əks halda ədalətli məhkəmə araşdırılması şübhə altına alınmış olur.

38. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində iddiaçıya pensiya təyin edərkən ildə bir dəfə 2 aylıq əmək haqqı miqdarında müalicə olunmaq üçün pul təmina tının nəzərə alındığını bildirsə də, apellyasiya instansiya məhkəməsi öz növbəsində işin hərtərəfli, tam və obyektiv tədqiqi ilə bağlı araşdırma aparmamış, lazımi hüquqi dəyərləndirmələr həyata keçirməmiş, həm ilk dəfə, həm də son dəfə pensiya yenidən hesablanarkən ildə bir dəfə 2 aylıq əmək haqqı miqdarında müalicə olunmaq üçün pul təminatının nəzərə alınıb alınmaması ilə bağlı məsələni araşdırmamışdır.

39. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Brumaresku Rumıniyaya qarşı” iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır.

40. Beləliklə, kassasiya şikayətinin də lilləri qismən, yəni iddiaçı X1 ildə bir dəfə 2 aylıq əmək haqqı miqdarında müalicə olunmaq üçün pul təminatı nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilərək qərar ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, apellyasiya instansiya məhkəməsinin qərarı iddiaçı X1 hakim vəzifəsində işlədiyi dövrdə məzuniyyətə çıxarkən aldığı hər il məzuniyyətə çıxdıqda 2 aylıq əmək haqqı həcmində müavinət nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması v ə yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilməsi hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 avqust 2024-cü il tarixli, 21(103)-2847/2024 saylı qərarı qismən- iddiaçı X1 ildə bir dəfə 2 aylıq əmək haqqı miqdarında müalicə olunmaq üçün pul təminatı nəzərə alınmaqla ya şa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilməsi hissəsində ləğv edilsin. İş həmin hissədə təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılsın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 avqust 2024-cü il tarixli, 21(103)-2847/2024 saylı qərarı iddiaçı X1 hakim vəzifəsində işlədiyi dövrdə məzuniyyətə çıxarkən aldığı hər il məzuniyyətə çıxdıqda 2 aylıq əmək haqqı həcmində müavinət nəzərə alınmaqla yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhali nin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar