Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2580/2019 01.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: bağ torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması GİRİŞ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər: Məmmədov Xəqani Səyyad oğlu (sədrlik edən və məruzəçi hakim), X2, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Cahanov Məhəmməd Atakişi oğlunun katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsəl ələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-984/2019 saylı iş üzrə 16 may 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 01 oktyabr 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Bakı şəhər İcra Hakimiyyətinin 04 may 1994-cü il tarixli, 663 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsində 190 saylı BTK-da 45n saylı bağ sahəsi X1 ayrılmışdır. Bununla bağlı olaraq 190 saylı BTK tərəfindən 0,12 ha sah əsi olan 45n saylı bağa dair ona 57 saylı order verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 20 aprel 2018-ci il tarixli məktubu ilə sözügedən bağ sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəsisslərə şərait yaradılmamış, bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. İmtinanı qanunsuz hesab edən iddiaçı sözügedən bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbi ilə məhkəməyə müraciət etmişdir. Mübahisəyə baxılması ilə əlaqədar olaraq birinci instansiya məhkəməsi tərəfind ən Çöl Şüvəlan qəsəbəsində 190 saylı BTK-da 45n saylı bağ sahəsinə dair arxivdə saxlanılan sənədlər cavabdehdən tələb olunmuşdur. Cavabdeh sorğuya cavab verdiyi 13 sentyabr 2018-ci il tarixli cavab məktubunda bağ sahəsinə dair orderin arxivdə saxlanılmadığını bildirsə də, həmin bağla bağlı digər hüquq müəyyənedici sənədləri məhkəməyə təqdim etmişdir. Həmin sənədlərdən müəyyən edilir ki, iddiaçı ona bağ sahəsi verilməsi barədə Bakı Bağlar Təsərrüfatı İdarəsinə ünvanladığı ərizədə və həmin idarənin iddiaçıya ünvanlanmış ona bağ sahəsi ayrılması məsələsinə baxılması ilə əlaqədar məktubda “Şüv”, “190 nömrəli BTK”, “0,12”, “45n” məzmunda qeydlər mövcuddur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini n 18 oktyabr 2018-ci il tarixli məktubu ilə bildirilmişdir ki, göstərilən sahənin nömrəsi sxematik xəritədə (kadastr baza məlumatlarına əsasən) 178 V kimi qeyd edilmişdir. Şüvəlan bağ massivi, 178V nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış bağ sahəsinə dair məlumat İdarənin arxivində aşkar olunmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 20 noyabr 2018-ci il tarixli mütəxəssis rəyində isə göstərilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ sahəsində yerləşən 45n nömrəli bağ sahəsinin texniki göstəricilərini əks etdirən (texniki pasport, torpaq sahəsinin plan və ölçüsü, sxem və sair) təqdim edilməməsi səbəbindən İddiaçı iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin 190 nömrəli BTK-nın nəzdində (ərazisində) olmuş 0,12 ha, 45n nömrəli bağ sahəsi olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1(82)-168/2019 saylı, 10 yanvar 2019-cu il tarixli qərarı (hakim – E.M.Mustafayev) ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan bağ sahəsində 190 nömrəli BTK-nın nəzdində (ərazisində) olmuş 0,12 hektar, 45n nömrəli bağ sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103 )-984/2019 saylı, 16 may 2019-cu il tarixli qərarı (sədrlik edən və məruzəçi hakim – Ü.A.Mayılov, hakimlər – M.N.Tağızadə və K.N.Abiyeva) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-168/2019 saylı iş üzrə qəbul etdiyi 10 yanvar 2019cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan isə cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edib iddia tələbinin rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. Belə ki, müvafiq bağ sahəsinə dair idarəyə təqdim olunmuş ərizəyə əlavə olunmuş order və arxiv arayışında iddiaçının adı “ Mayinə” kimi göstərilmişdir. Bundan əlavə, müvafiq bağ sahəsində hasarlanma və mərzçəkmə işləri tam aparılmamışdır. Bundan başqa, müvafiq bağ sahəsi İdarənin elektron kadastr baza məlumatlarına uyğun gəlmir. Belə ki, sözügedən bağ sahəsinin yeri “178V” nömrəli bağ sahəsinin ərazisinə aiddir. Təkrar müraciət zamanı müvafiq ünvanda idarənin mütəxəssislərinə yoxlama-ölçü işlərinin aparılması üçün şərait yaradılmamışdır. Qeyd olunan səbəblərdən ərizənin icrası idarə tərəfindən mümkün olmamış və iddiaçıya qanuna müvafiq imtina məktubu ünvanlanmışdır. Tərəflərin izahatları Məhkəmə iclasında cavabdehin vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı dinl ənilmədən baxılmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağ ların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» 22.05.2007-ci il tarixli 2186 nömrəli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində ola n bağ təsərrüfatı idarələri ləğv edilmiş, AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin «Torpaq islahatı haqqında» AR Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam veril məsinin dövlət qeydiyyatı üçün, digərləri ilə yanaşı, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (o nların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Kollegiya apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, sadalanan normaların təhlili göstərir ki, qanunverici «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Hazırkı işin hallarından isə görünür ki, iddiaçı da qanunvericiliyin tələblərinə əməl edərək, bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün sözügedən maddədə təsbit olunan əsaslardan biri kimi bağ sahəsinin onun istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyətinin 04 may 1994-cü il tarixli, 663 nömrəli sərəncamını və 190 saylı BTK tərəfindən 0,12 ha sahəsi olan 45n saylı bağa dair ona verilmiş 57 saylı orderi cavabdehə təqdim etmişdir. Ümumilikdə isə imtina aktı, eləcə də apellyasiya və kassasiya şikayətlərində cavabdeh tərəfindən 0,12 ha bağ sahəsinə dair Qanunun 8 və 10-cu maddəsində qeyd edilən sənədlərin təqdim olunması (olunmaması) ilə bağlı iddiaçıya heç bir irad (etiraz) bildirməmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edil miş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrindədir. İstinad olunan normaların hazırki mübahisənin h allarına tətbiqi baxımından kollegiya hesab edir ki, iddiaçının mübahisələndirilən bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqları yaranmışdır və həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə müvafiq çıxarış verilməlidir. Cavabdehin həm imtina cavabının, həm də apellyasiya və kassasiya şikayətinin dəlillərindən göründüyü kimi mübahisəli torpaq sahəsinin iddiaçının adına keçirilməsini mümkünsüz hesab etməsinin əsasları kimi göstərilmişdir ki, bağ sahəsində mərzçəkmə və hasarlama işləri tam aparılmamışdır,müvafiq bağ sahəsi İdarənin elektron kadastr baza məlumatlarına uyğun gəlmir, sözügedən bağ sahəsinin yeri “178V” nömrəli bağ sahəsinin ərazisinə aiddir. Kollegiya həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir. Bununla bağlı olaraq ilk növbədə qe yd edilməlidir ki, cavabdeh bildirdiyi halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda, nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məka n göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin:... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Sözügedən bağ sahəsinin yerinin “178V” nömrəli bağ sahəsinin ərazisinə aid olduğu ilə bağlı dəlillə əlaqədar isə qeyd olunmalıdır ki, bu halın məhkəmələr tərəfindən araşdırılması nəticəsində müəyyən edilmişdir ki, Şüvəlan bağ massivi, 178V nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış bağ sahəsinə dair məlumat İdarənin arxivində aşkar olunmamışdır. Bundan başqa, iddiaçının ona ayrılmış bağ sahəsi kimi naturada göstərdiyi sahənin başqa hər hansı şəxsə ayrılmış və reyestrdə qeydə alınmış sahə olduğu da müəyyən olunmur. Arxiv arayışında iddiaçının adı “Mayinə” kimi göstərilməsinə münasibətdə isə nəzərə alınmalıdır ki, bu hala texniki səhv kimi yanaşılmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın konkret əsasları göstərilmişdir. Kollegiya nəzərə alır ki, hazırkı iş üzrə iddiaçının mübahisəli bağ torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək həmin əsaslardan hər hansı birinin möv cudluğu da müəyyən edilməmişdir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-984/2019 saylı iş üzrə 16 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-2580/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2580/2019
01.10.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver