Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2581/2018 12.12.2018 ALİ MƏHKƏMƏ X3 XAzərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı X3 Xvəkili Vəkil iştirakı ilə İddiaçı X3 Xcavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2286/2018 saylı 27 sentyabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 12.12.2018-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdak ı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ Suriya Ərəb Respublikasının vətəndaşı, 1954-cü il təvəllüdlü X3 X 06.12.2017-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün qeydiyyata alınmış, adına ***-**** nömrəli şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla müsahibə keçirilmiş, cavabdehin 02.03.2018-ci il tarixli İQ-16/1 nömrəli qərarı ilə iddiaçıya qaçqın statusunun verilməsi haqqında vəsatət təmin edilməmişdir. Cavabdehin 02.03.2018-ci il tarixli İQ-16/1 nömrəli qərarından iddiaçı inzibati şikayət vermişdir. Cavabdehin 17.04.2018-ci il tarixli 26 nömrəli qərarı ilə, 02.03.2018-ci il tarixli İQ-16/1 nömrəli qərardan iddiaçı tərəfindən verilmiş şikayət əsassız olduğuna görə təmin edilməyərək, qərar dəyişdirilmədən saxlanılmışdır. İddiaçı X3 Xcavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 02.03.2018-ci il tarixli İQ-16/1 nömrəli və 17.04.2018-ci il tarixli 26 nömrəli qərarlarının ləğv edilməsini, Azərbaycan Respublikası ərazisində iddiaçıya qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2840/2018 saylı, 03.07.2018-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərarın ləğv edilib iddianın təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2 -1(103)-2286/2018 saylı 27 sentyabr 2018-ci il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03.07.2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən sonuncunun səlahiyyətləri çərçivəsində qanunvericiliyə uyğun qaydada baxılmışdır. İddiaçı vətəndaşı olduğu ölkəyə qayıtmaq istəməməsini orada ümumi vəziyyətin pis olması, bu səbəbdən ölkəsini tərk etməyə məcbur qalması ilə əlaqələndirmək istəsə də, müsahibə zamanı verdiyi izahatlardan onun heç bir təhdid və təqibə məruz qalmadığı məlum olmuşdur. İddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib o lunmamış, vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışdır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona qaçqın statusunun verilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiqini tapır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2286/2018 saylı 27 sentyabr 2018-ci il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə BMT-nin Qaçqınl ar üzrə Ali Komissarlığının «Suriya Ərəb Respublikasını xilas olmaq üçün tərk etmiş insanların Beynəlxalq himayəsi ilə bağlı Mülahizələr» adlı Bələdçisinə əsasən, Suriya ərazisinin demək olar bütün hissələrini zorakılıqlar bürüyüb və onlar qismən üst-üstə düşən münaqişələrin müxtəlif iştirakçıları arasında baş verir və getdikcə müxtəlif regional və beynəlxalq iştirakçıları əhatə edir. Ölkədə dərin parçalanma baş verib və burada münaqişə tərəfləri olan Suriya silahlı qüvvələri, «İraq və X1» (İŞİD) qruplaşması, silahlı anti-hökumət qrupları və «X2 Qüvvələri» (YPG) ölkənin müxtəlif hissələri üzərində nəzarətə və təsirə malikdirlər. Suriyada münaqişəyə son qoymağa yönələn beynəlxalq səylər hələ nəticə vermədiyinə görə, münaqişə Suriya əhalisi üçün zəifləmək bilməyən dağıdıcı nəticələr doğurmaq da davam edir, o cümlədən mülki əhali arasında itkilər artır, ölkə daxilində və ölkədən xaricə iri miqyaslı köçlər baş verir və misli görünməmiş humanitar böhran yaranır.İddiaçı vətəndaşı olduğu Suriya Ərəb Respublikasının Homs şəhərindəndir, onun ölkəsində vətəndaş müharibəsi gedir və o, öz ölkəsində əsassız ittihamla rastlaşaraq təqib olunur. Apellyatorun həyat və sağlamlığına real təhlükə olduğu üçün o, əvvəl Səudiyyə Ərəbistanına, lakin Səudiyyə Ərəbistan hökumətinin Suriya Ərəb Respublikası hökuməti ilə münasibətləri mənfi olduğundan, Azərbaycan Respublikasına gəlib. İddiaçı haqqında Homs sakini və Səudiyyə Ərəbistanına miqrasiya edən şəxs kimi fərdi təqib qorxusunun əsasları mövcuddur. Belə ki, qeyd edilən məsələlərə görə o, Suriya hökuməti tərəfindən «güman edilən müxalif» (perceive d oppositionary) kimi qəbul edilə bilər. Suriya hökuməti müxaliflərin hazırda və əvvəllər nəzarət etdiyi bölgələrdə yaşayan sakinləri, xüsusilə sünniləri heç bir fərq qoymadan «müxalifətin dəstəkçisi» kimi qəbul edir və onlara qarşı kollektiv cəzalandırma tədbirləri tətbiq edir. Bundan əlavə, iddiaçı Suriya hökuməti ilə «düşmən» vəziyyətdə münasibətləri olan Səudiyyə Ərəbistanına mühacirət edib. Bu amil də onu Suriya hökuməti və onunla əlaqəli silahlı qruplaşmaların gözündə güman edilən müxalifə çevirir. Suriya hökuməti və onunla əlaqəli qruplar Suriya müxalifəti ilə assosiasiya edilən şəxsləri hər hansı fərq qoymadan müxtəlif xarakterli öldürməyə, pis rəftara, o cümlədən işgəncəyə, haqsız həbslərə məruz qoyur. Qeyd edilən pozuntular fərdi və ötəri deyil, kollektiv və sistematik xarakter d aşıyır. Qeyd olunanlara əsasən, iddiaçının vəziyyətində olan şəxslər müxalifətlə assosiasiya edildikləri üçün Suriya hökuməti tərəfindən sistematik və kollektiv cəzalandırma siyasətinə məruz qalırlar. İddiaçı «güman edilən müxalif» kateqoriyasına aid olduğu üçün vətəndaşı olduğu ölkədə zorakılığa məruz qala bilər. Kassator Azərbaycan Respublikası İPM-nin 90.1 və 90.2-ci maddələrinə isitnad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2286/2018 saylı 27 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini, yaxud işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına göndərilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məluma t verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 Xvəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2286/2018 saylı 27 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini, yaxud işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına göndərilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2286/2018 saylı 27 sentyabr 2018-ci il tarixli qərarı ilə bağlı aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2286/2018 saylı 17 avqust 2018-ci il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2840/2018 saylı, 03.07.2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin baxılması 27 sentyabr 2018-ci il tarixə təyin olunmuş və məhkəmə icraatının iştirakçılarına bu barədə məhkəmə bildirişi göndərilmişdir. Bundan sonra iddiaçının vəkili və nümayəndəsi Vəkil Bakı Apellyasiya Məhkəməsinə 10.09.2018-ci il tarixdə vəsatətlə müraciət edərək 27.09.2018-ci il tarixdə məhkəmə iclasında iştirak edə bilməməsi ilə əlaqədar məhkəmə iclasının vaxtının 20.10.2018-ci il tarixdən sonrakı tarixə keçirilməsini xahiş etmişdir. Həmçinin vəsatətə ölkə xaricin də olmasını təsdiq edən aviabiletlərin sürətlərini əlavə etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının27.09.2018-ci il tarixli məhkəmə iclasında məhkəmə kollegiyası iddiaçının vəsatətini təmin etmir və həmin iclasda yekun məhkəmə qərarı qəbul edir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsiə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. Həmin Məcəllənin 185.3-cü maddəsinə əsasən əgər işdə iştirak edən şəxslər məhkə mə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır. Həmin Məcəllənin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər. Göründüyü kimi işə baxan apellyasiya instansiya məhkəməsi yuxarıda sadalanan prosessual hüquq normalarının tələblərini pozmaqla iddiaçının nümayəndəsinin və vəkilinin məhkəmə gəlməməsinin üzürlü səbəbi olmasına baxmayaraq vəkilin vəsatətini rədd etmiş və vəsatətin rədd edilməsi səbəblərini əsaslandırmadan, məhkəmə iclasını təxirə salmadan və iddiaçının hüquq müdafi əçisinin iştirakını təmini üçün şərait yaratmadan qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X3 Xkassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2286/2018 saylı 27 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.
Məhkəmə qərarları › İş №2-1(102)-2581/2018
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2581/2018
12.12.2018 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver