Məhkəmə qərarları › İş №2-1(102)-2581/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2581/2024

26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2581/2024 26.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ünvanlı dövlət sosial yardımının təyin edilməsi, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı dövlət sosial yardımının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan Apell yasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyun 2024-cü il tarixli, 21(106)-22/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan xx.xx.1994-cü il təvəllüdlü iddiaçı Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına əsasən, ünvan 2 ünvanında müvəqqəti yaşayır.

2. Ünvanlı dövlət sosial yardımın alınması barədə müraciətin təmin olunmasından imtina edilməsinə dair xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, cavabdeh iddiaçının “Ərizə-bəyannamə”də göstərdiyi ünvanda yaşamadığını qeyd edərək ünvanlı dövlət sosial yardımın təyin olunmasından im tina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ünvanlı dövlət sosial yardımının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 4 ünvanında təmənnasız olaraq 3 uşağı ilə bildikdə yaşayır. O, uşaqlarının atası X4 ilə rəsmi nikahda olmamışdır və uzun müddətdir ki, birgə yaşamırlar. 3 uşağın (xx.xx.2015-ci il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X5) saxlanması üçün X1 aliment tutulması ilə bağlı qətnamə qəbul edilmişdir. İddiaçı hazırda uşaqları körpə ol duğu üçün işləyə bilmir. İddiaçının valideynləri ona hər ay 300 manat olmaqla maddi kömək edir və ailəsinin faktiki gəliri bu məbləğdən ibarətdir. İddiaçı ünvanlı dövlət sosial yardımının təyin edilməsi barədə VEMTAS vasitəsi ilə elektron qaydada cavabdehə müraciət etmişdir. Müvafiq qurumdan ailənin maddi-məişət şəraitinə baxış keçirilmiş və “ailə gəlirləri barədə məlumatların düzgün göstərilməməsi” qeyd edilməklə ona imtina cavabı verilmişdir. xx.xx.2022-ci tarixdə iddiaçı yenidən ünvanlı dövlət sosial yardımının təyin edilməsi barədə elektron qaydada müraciət etmiş, bu dəfə isə, yaşadığı ünvana yoxlama gəlmədən “ailə ərizə-bəyannamədə göstərilən ünvanda yaşamır” qeyd edilməklə ona imtina cavabı verilmişdir. Halbuki əvvəlki ilkin yoxlama onun ev ünvanında keçirilmiş və həmin ünvanda akt t ərtib edilmişdir.

5. Cavabdehin iddiaya qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı ünvanlı dövlət sosial yardımın təyin edilməsi barədə VEMTAS vasitəsilə müxtəlif tarixlərdə müraciətlər etmişdir. xx.xx.2022-ci il tarixli müraciətinə əsasən, ona ünvanlı dövlət sosial yardımının təyin olunmamasının səbəbi ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi olmuşdur. İddiaçının xx.xx.2022 tarixli müraciətinin təmin olunmamasının səbəbi isə ailənin “Ərizə-bəyannamə”də göstərdiyi ünvanda yaşamaması olmuşdur.

6. Şirvan İnzibati Məhkəməsinin (hakim: Amilya Hüseynova) 22 fevral 2023-cü il tarixli, 2-1(120)-689/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının yaşadığını iddia etdiyi mənzilin müayinəsi xx.xx.2022-ci il tarixdə aparıldığı halda, sosial yardımın təyin olunmasından imtina xx.xx.2022-ci il tarixdə, yəni müayinə aparılmadan verilmişdir.

8. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

9. İş üzrə apellyasiya instansiyası məhkəməsinin iclasında cavabdehin nümayəndəsi izahat verərək bildirmişdir ki, iddiaçının qeyd etdiyi mənzildə yaşamasını təsdiq edən sübut, ən azından kommunal ödənişlər barədə bildirişlər təqdim edilməyib. Bundan əlavə, iddiaçıya imtina aprel ayında deyil, xx.xx.2022-ci il tarixdə, yəni yaşamasını iddia etdiyi mənzildə müayinə aparıldıqdan sonra təqdim edi lmişdir. Həmçinin müayinə zamanı qeyd edilən mənzildə yaşayış üçün şərait olmadığı, hətta yatmaq üçün çarpayıların da olmadığı müəyyən edilmişdir.

10. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Fikrət Hüseynov /sədrlik edən və məruzəçi/, Samir Həsənov və Pərviz Hacıyev) 05 iyun 2024-cü il tarixli, 2-1(106)-22/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə iddianı əsaslı saymaqda haqlı olsa da, gəldiyi nəticəni iddiaçının yaşamasını iddia etdiyi mənzilin müayinəsinin xx.xx.2022-ci il tarixdə aparıldığı halda imtinanın xx.xx.2022-ci il tarixdə, yəni müayinə aparılmadan verilməsi i lə əsaslandırmışdır ki, bu hal iş materialları ilə təkzib olunur. Buna baxmayaraq, işin faktiki halına məhkəmə kollegiyası tərəfindən qiymət verilərək, bu qənaətə gəlinmişdir ki, qeyd olunan hal birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir. Çünki məhkəmə öz qərarında iddiaçının “Ərizə-bəyannamə”də göstərdiyi ünvanda yaşamasını inkar etməmişdir. Hazırkı mübahisənin araşdırılmalı olan halı da məhz iddiaçının həmin ünvanda faktiki olaraq yaşayıb-yaşamaması ilə bağlıdır.

12. Məhkəmə kollegiyası iddiaçının “Ərizə-bəyannamə”də göstərdiyi ünvanda onun iştirakı ilə cavabdeh qurumun əməkdaşları tərəfindən aparılmış müayinənin audio-video diskinə baxış keçirmiş və müəyyən edilmişdir ki, iddiaçının yaşadığını iddia etdiyi mənzildə 1 ədəd çarpayı və 1 ədəd divan, mətbəxdə məhdud sayda qab-qacaq, paltar dolabında geyim əşyaları, məhdud sayda məişət əşyaları mövcuddur. Mənzil səliqəsiz və natəmiz görünsə də, ümumi görünüş faktiki olaraq yaşayış olmasını deməyə əsas verir. Xüsusilə qeyd edilməlidir ki, mənzilin yerləşdiyi bloka və mənzilə iddiaçının övladlarının iddiaçıdan qabaqda daxil olmaları uşaqların həmin mənzili tanımalarına və oraya uyğunlaşmalarına dəlalət edir ki, bu hal məhkəmə kollegiyasına iddiaçının həqiqətən həmin mənzildə yaşamasını güman etməyə əsas verir.

13. İşin qeyd olunan faktiki halı və təqdim edilmiş sübutlar onu deməyə əsas verir ki, cavabdeh orqan iddiaçının müraciətinə münasibətdə düzgün hüququ araşdırma aparmamış və bu, iddiaçının hüquqlarının məhdudlaşdırılması ilə nəticələnmişdir.

14. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv ed ilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6.1. Sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Maddə 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanun a əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 6.3. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. 18. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 noyabr tarixli, 312 nömrəli Fərmanı “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar onun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

2. Müəyyən edilsin ki: 2.1-2. həmin Qanunun 6.2-ci və 7.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçi rir; 2.3. həmin Qanunun 6.1-ci və 6.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” 1.1. Bu Qaydalar “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən hazırlanmışdır və ünvanlı dövlət sosial yardımının (bundan sonra – sosial yardım) alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir. 2.1 (xx.xx.2023-cü il tarix ədək qüvvədə olan redaksiyada). Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyi n olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 3.2 (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada). VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı” üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.3 (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada). Bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra - Mərkəz) sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şərai tinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. 3.4 (xx.xx.2023-cü il tarixədək qüvvədə olan redaksiyada). Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video, foto çəkilişi və səs yazısı əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. 3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzl aşdırılaraq yoxlanılması həyata keçirilir. 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika ü zrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X2 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. 20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə

17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidm əti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəm əsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb edildiyi hissədə əsaslıdır. A pellyasiya instansiyası məhkəməsi inzibati orqan tərəfindən ünvanlı dövlət sosial yardımının ayrılması ilə bağlı normanın tətbiqi şərtlərinin tam şəkildə araşdırılmadığını və qiymətləndirilmədiyini, həmin hallar müəyyən olunmadan mübahisə üzrə obyektiv düzgün qərarın qəbul edilməsinin mümkün olmadığını nəzərə almamışdır. Bu səbəbdən şikayət qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin olunmalıdır.

25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini və iddianın qismən təmin olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri sayır.

26. Hazırkı mübahisəyə dair iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona (təmsilçisi olduğu ailəyə) ünvanlı dövlət sosial yard ımın təyin edilməsinə nail olmaqdan ibarətdir.

27. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı ünvanlı dövlət sosial yardımının təyin olunması barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh təqdim edilmiş məlumatlarda uyğunsuzluğun olduğunu, yəni iddiaçının “Ərizə-bəyannamə”də göstərdiyi ünvanda yaşamadığını qeyd edərək ünvanlı dövlət sosial yardımın təyin olunmasından imtina etmişdir.

28. Bu qərarın 18-ci bəndində istinad edilən normalara əsasən, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı” üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra - Mərkəz) sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video, foto çəkilişi və səs yazısı əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır.

29. Yuxarıda istinad olunan normaların mahiyyətinə görə, ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı müraciətin araşdırılması zamanı ərizəçinin gəlirləri, onun ərizəbəyannamədə q eyd olunan ünvanda yaşaması faktı müəyyən olunmalı, eləcə də həmin ünvan üzrə yaşayış sahəsinin maddi-məişət şəraiti yoxlanılmalı və qiymətləndirilməlidir. Araşdırma və qiymətləndirmə nəticəsində həmin halların ərizəçiyə münasibətdə mövcud olduğu təqdirdə, şəxsə ünvanlı sosial yardımın ayrılması mümkündür.

30. Qeyd olunmalıdır ki, şəxsə ünvanlı dövlət sosial yardımının təyin edilməsi barədə məsələni həll edən zaman, cavabdeh eyni zamanda həm “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun və “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın müvafiq normalarının, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur.

31. Nəzərə alınmalıdır ki, inzibat i orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən qanunun tələblərinə cavab verən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə, məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasın da səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Başqa sözlə, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq və ya natamam aparılmış inzibati icraatı tamamlamaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır.

32. Hazırkı mübahisəyə münasibətdə qeyd olunan dispozisiya şərtlərinin iddiaçıya münasibətdə mövcudluğu, xüsusən də iddiaçının iddia olunan ünvanda yaşaması faktı və həmin ünvan üzrə yaşayış sahəsinin maddi-məişət şəraiti inzibati icraat çərçivəsində cavabdeh tərəfindən obyektiv araşdırma prinsipinin tələbinə uyğun olaraq araşdırılmamış və həmin hal lara yoxlamanın obyektiv nəticələri nəzərə alınmadan qiymət verilmişdir. 33. “İnzibati icraat haqqında” Qanunun 47-ci maddəsinə görə, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur.

34. İstinad olunan Qanunun 24-cü maddəsinin tələbi baxımından, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

35. Məhkəmə kollegiyasının qənaətinə görə, bu qərarın əsaslandırma hissəsində qeyd edilən hüquqi mövqe baxımından, cavabdeh tərəfindən iddiaçının ünvanlı dövlət sosial yardımının təyin edilməsi barədə müraciətinə baxılması zamanı inzibati icraatla bağlı yuxarıda istinad olunan normaların tələblərinə riayət edilməmişdir. Odur ki, həmin məsələyə inzibati icraat qanunvericiliyinin müvafiq müddəalarına riayət edilməklə yenidən baxılmasının, obyektiv qanunauyğun qərarın qəbulu üçün tələb olunan qaydada və həcmdə araşdırmanın aparılmasının zəruri olduğunu, eləcə də həll edilməli olan məsələyə dair araşdırmanın həcmini nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia qismən təmin olunmalı, iddiaçının ünvanlı dövlət sosial yardımının təyin edilməsi barədə müraciətinə yenidən baxılması və müvafiq qərarın qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin olunmamalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyun 2024-cü il tarixli, 21(106)-22/2024 nömrəli qə rarı ləğv edilir, iş üzrə yeni qərar qəbul edilir. İddia qismən təmin edilir. Cavabdehin üzərinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla, iddiaçının ünvanlı dövlət sosial yardımının təyin edilməsi barədə müraciətinə yenidən baxılması və müvafiq qərarın qəbul edilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar