Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2582/2019 18.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar söz: torpaq sahəsinin ölçüsündə yol verilmiş səhvin düzəldilməsi Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin ölçüsündə yol verilmiş səhvin düzəldilərək, həmin torpaq sahəsinin onun adına qeydiyyata alınması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 03 aprel 2019-cu il tarixli, 2-1(103)-678/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 18 sentyabr 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia tələbinin onunla əsaslandırmışdır ki, iddiaçı 1990-cı ildə Moldaviya Respublikasında olan evini Azərbaycan Respublikasında indiki yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən ev ilə dəyişmişdir. Bakı şəhər X2 İcraiyyə Komitəsi tərəfindən sözügedən evə ona 113126 saylı order verilmişdir. Həmin vaxt torpaqların özəlləşdirilməsi ilə bağlı qaydalar olmadığından əldə etdiyi evin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi tərəfindən həyata ke çirilməmişdir. 1999-cu ilin əvvəlində yaşadığı evin özəlləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinə müraciət edilmiş və 23.04.1999-cu ildə yaşadığı evin özəlləşdirilməsi barədə ona həmin idarə tərəfindən 003540 nömrəli ÖM seriyalı qeydiyyat vəsiqəsi vermişdir. Sözügedən ev özəlləşdirilərkən evin texniki pasportunda evin yerləşdiyi torpaq sahəsinin planında (cizgidə) göstərilən ölçülərində olduqca səhvə yol verilmiş və bu ölçülər düzgün göstərilməmişdir. Belə ki, torpaq sahəsinin faktiki olaraq eni 29,10 metr, uzunluğu isə 36,30 metr olmasına baxmayaraq texniki pasportda isə torpağın eni 25,1 metr uzunluğu isə 29,8 metr göstərilmişdir. Bu yanlışlığın doğru olan ölçüləri Bakı şəhəri Xəta i rayon Bələdiyyəsi tərəfindən verilmiş 09.03.2004-cü il tarixli fiziki şəxslərin mülkiyyətində olan yaşayış və qeyri yaşayış tikililərin qiymət cədvəlində olan eskiz layihədə öz əksini tapmışdır. Həmin eskiz sənədində sözügedən torpaq sahəsinin cizgisi 1999-cu il tarixli texniki pasportda olan cizgi ilə eyni olsa da, lakin torpağın ölçülərində fərqlilik yaranmışdır. İlk öncə belə düşünmək olar ki, onun tərəfindən sözügedən torpaq sahəsində sonradan qanunsuz olaraq artırmalar olmuş və bunun nəticəsində bu gün torpağın ölçülərində fərqlilik yaranmışdır. Əslində isə belə bir qanunsuz artırmalar olmamış və həmin sahədə bunu etmək mümkünsüzdür. Belə ki, sözügedən torpaq sahəsi özəlləşdirmədən öncə iki tərəfdən qonşu ərazilərlə və iki tərəfdən də avtomobil yolu ilə əhatəli olmuşdur. Belə halda torpaq sahəsində hər hansı bir qanunsuz artırmanın aparılmasından söhbət belə gedə bilməz. Təəssüflər olsun ki, 2004-cü ilin sentyabr ayında Dövlət və Xəritəçəkmə Komitəsində mülkiyyətində olan evin həyətyanı torpaq sahəsini özəlləşdirərkən onlar tərəfindən də yanlışlığa yol verilərək istifadədə olan torpaq sahəsi 280 m2 az göstərilmişdir. Halbuki, 2004-cü ilin mart ayında, yəni torpaq sahəsinin özəlləşdirilməsindən 6 ay öncə Bakı şəhəri Xətai rayon Bələdiyyəsi tərəfindən çəkilmiş eskiz sənəd mövcud olmuş və komitə tərəfindən bu sənəd heç bir halda ciddi şəkildə araşdırılmaqla nəzərə alınmamışdır. 14.04.2017-ci il tarixində mülkiyyətində olan torpaq sahəsində qanuni şəkildə tikdiyi fərdi yaşayış evinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində özəlləşdirilməsi həyata keçirilmiş və fərdi yaşayış evi üçün verilmiş texniki pasportda evin bir hissəsinin qanuni torpaqda, bir hissəsinin isə qanunsuz zəbt olunmuş torpaqda olduğu kimi göstərilmişdir. Eyni zamanda idarə tərəfindən verilmiş texniki pasportda qanunsuz zəbt edilmiş sahənin ərazinin kənar hissəsində deyil, orta hissəsində olduğu göstərilmişdir. Halbuki, belə bir zəbt olunma həmin sahədə əsla mümkün deyildir. Həyətyanı torpaq sahəsinin sərhədlərində heç bir dəyişiklik edilmədiyi barədə (bunun mümkünsüz olması açıqca ortadadır) xahişlərinə baxmayaraq bu məsələ bura qədər ciddi şəkildə araşdırılmamışdır. Məhkəmə tərəfindən bu məsələnin iki əsas sual üzərindən araşdırılması vacibdir, əks halda yenə də məsələ həll edilməmiş qalacaqdır. Birinci müəyyən edilməlidir ki, əvvəldən iki tərəfdən qonşularla və digər iki tərəfdən i sə avtomobil yolu ilə əhatə olunmuş torpaq sahəsində necə oldu ki, 280 m.kv. qanunsuz artım baş vermişdir? İkinci müəyyən edilməlidir ki, qanunsuz artırılan torpaq sahəsi həyətyanı sahənin sərhədlərinin hansı istiqamətində artırılmaqla sonradan necə əmələ gəlmişdir? Bununla əlaqədar tərəfindən 19.12.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə müraciət etsə də, həmin idarədən 10.01.2018-ci il tarixli **********42 saylı məktubla ona bildirilmişdir ki, Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən torpaq sahəsinin ölçülərində olan uyğunsuzluqların araşdırılması ilə bağlı ********** nömrəli, 19.12.2017-ci il tarixli müraciəti ilə bağlı bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən **********81 reyestr nömrəli çıxarışda göstərilən (mülkiyyətdə olan) torpaq sahəsinin verilməsinə əsas olmuş JN-15186H, kod 01000003 saylı şəhadətnamə (0.02401 ha torpaq sahəsi) alqı-satqı müqaviləsi əsasında verilmişdir. Bundan başqa aparılan araşdırma zamanı əlavə 284.5 kv.m torpaq sahəsinin istifadə edildiyi və fərdi yaşayış evinin bir hissəsinin torpaq sahəsinin sərhədlərindən kənarda yerləşdiyi müəyyən edilmişdir. Həmçinin bildirilmişdir ki, fərdi yaşayış evinin sənəd üzrə yerləşməsi ilə faktiki sahələri arasında uyğunsuzluq (sənəd üzrə olan ümumi sahə 153.3 kv.m-faktiki olaraq ümumi sahə 134.1 kv.m) mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsinin müddəalarına əsasən ərizəsinin icrasından imtina edilmişdir. Halbuki, onun cavab dehdən sözügedən torpaq sahəsi üzrə araşdırma apararaq həqiqətən də qeydiyyata alınması tələb etdiyi torpaq sahəsinin 1990-cı ildən onun sahibliyində olması faktını müəyyən etməklə qeydiyyatının aparılması idi. Lakin, cavabdeh bu faktla əlaqədar heç bir araşdırma aparmadan yalnız özündə olan əvvəlki qeydiyyat sənədinə əsasən cavab məktubu göndərməkdən başqa bir şey etməmişdir. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin ölçüsündə yol verilmiş səhvin düzəldilərək, həmin torpaq sahəsinin onun adına qeydiyyata alınması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 12.12.2018-ci il tarixli iş № 2-1(82) -1622/2018, (sədrlik edən hakim E.Mustafayev) qərarı ilə iddianın təmin edilməsiqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 12.12.2018-ci il tarixliqərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 03.04.2019-cu il tarixli iş № 2-1(103)-678/2019 (hakimlər H.Həmidov - sədrlik edən və məruzəçi, E.Nağıyeva və V.Baxışova) qərarı ilə cavabdehin apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 12.12.2018-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı ca vabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin 280 kvadrat metr ölçüsündə yol verilmiş olan səhvin düzəldilərək, həmin torpaq sahəsinin onun adına qeydiyyata alınması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanun vericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və k ooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab ol unur: (maddə 8.0.5) 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina e dilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbay can Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli, 516 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə» dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək (2.0.1), daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq (2.0.2) Xidmətin fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015ci il tarixli, 516 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11 və 3.0.24-cü bəndlərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarışın verilməsi, tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyriyaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsinin təmin edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vəzifəsi kimi müəyyən edilmişdir. Göründüyü kimi cavabdeh qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Belə ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən torpaq sahəsi iddiaçının adına qeydiyyata alınarkən və texniki pasport tərtib edilərkən səhvə yol verilmiş, torpağın sahəsi 280 kvadrat metr az qeyd edilmişdir. Seriya RX, **** *** nömrəli çıxarışda torpaq sahəsi 0,02401 hektar, yəni, 240,1 kvadrat metr göstərilsə də, işdə olan 09 mart 2004-cü il tarixli qiymət cədvəlindən və 15 mart 1999-cu il tarixli texniki pasportdan görünür ki, torpağın sahəsi 852,0 kvadrat metrdir. Həmçinin cavabdeh öz imtinasında əlavə 284,5 kvadrat metr torpaq sahəsinin istifadə edildiyini və fərdi yaşayış evinin bir hissəsinin torpaq sahəsinin sərhədlərindən kənarda yerləşdiyini qeyd etsə də, məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı torpaq sahəsinin hər tərəfdən daş hasarla hasarlandığı və mübahisəli sahənin hasar daxilində evi də əhatə etməklə həyətə düşdüyü müəyyən edilmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 03 aprel 2019-cu il tarix li, 2-1(103)-678/2019 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 03 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 03 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 03 aprel 2019-cu il tarixli, 21(103)-678/2019 saylı qərarla, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında D aşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli, 2-1(82)-1622/2018 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin 280 kvadrat metr ölçüsündə yol verilmiş olan səhvin düzəldilərək, həmin torpaq sahəsinin onun adına qeydiyyata alınması” tələbinə dair iddiasının təmin olunmaması qənaətinə gələrkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 12.1, 15-ci maddələrinə istinad edərək belə hesab e tmişdir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə işin faktiki halları baxımından əsassız və maddi normalarının tətbiqi baxımından qanunsuzdur. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Belə ki, iddiaçı kasasiya şikayətində Mülki Prosessual Məcəllənin 9.1, 9.2, 9.3, 77.1, 88-ci maddələrini, həmçinin İnzibati Prosessual Məcəllənin 11.1, 11.2-ci maddələrini qeyd edərək həmin maddələrin tələblərinin pozulmasını yazır, lakin bunun konkret şəkildə nədən ibarət olduğunu göstərmir, yəni, iddiaçının bu dəlili formal, deklarativ və ümumi xarakter daşıyır, hər hansı bir faktla təsdiqlənmir. Digər tərəfdən, qeyd edilməlidir ki, məlum olduğu İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «sahibliyində olan torpaq sahəsinin 280 kvadrat metr ölçüsündə yol verilmiş olan səhvin düzəldilərək, həmin torpaq sahəsinin onun adına qeydiyyata alınması» tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Lakin burada xüsusi olaraq qeyd edilməlidir ki, iddia tələbində irəli sürülmüş 280 kvadrat metr torpaq sahəsinin ölçüsündə, iddiaçının qənaətinə görə yol verilmiş səhvin düzəldilməsi göstərilsə də, həmin 280 kvadrat metr torpaq sahəsinin ölçüsündə, iddiaçının qənaətində qüsurlar olması heç bir rəsmi sənədlə təsdiqlənmir, bu 280 kvadrat metr torpaq sahəsinin iddiaçıya ayrılmasına dair hər hansı bir səlahiyyətli orqan tərəfindən verilmiş sənəd mövcud deyildir, yəni, faktiki olaraq sözügedən 280 kvadrat metr torpaq sahəsi zəbt edilmişdir. Belə olan halda 280 kvadrat metr torpaq sahəsinin ölçüsündə yol verilmiş olan səhvin düzəldilməsi şəklində iddia irəli sürülməsi yanlış olmaqla yanaşı əsassızdır, bu məsələdə iddiaçı qanun çərçivəsində hərəkət etmək hüququna malikdir. Eyni zamanda qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 21 sentyabr 2018-ci il tarixli **********36 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, ünvan 5 ünvana dair mart 1999-cu il tarixli çıxarışın və texniki pasportun təsdiq edilmiş surətinin verilməsinə dair 15 avqust 2018-ci il tarixli, 2-1(82)1622/2018 nömrəli sorğunuza baxılmış və bildirilmişdir ki, ünvan 5 ünvan ilkin olaraq 23 aprel 1999-cu il tarixdə mənzil kimi qeydiyyatdan keçmişdir. 14 aprel 2017-ci il tarixdə Xətai rayon İcra Hakimiyyətinin 13 may 2005-ci il tarixli 350 nömrəli sərəncamına əsasən fərdi yaşayış evi kimi qeydiyyatdan keçmişdir. ünvan 5 ünvana dair 1999-cu il tarixli qeydiyyat vəsiqəsi saxlanılmadığı üçün order və texniki pasportun göndərilməsi mümkün olmamışdır. Əlavə olaraq bildirilmişdir ki, sözügedən ünvana dair 1999-cu il tarixli texniki pasportun tərtib edilməsi barədə məlumat İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 10 iyul 2018-ci il t arixli, **********81 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinə yerində baxış keçirilib koordinatları müəyyən edilməklə ölçülmüşdür. Ölçmə işlərinin nəticəsi kameral şəraitdə elektron bazasında araşdırılıb sxemlər hazırlanmışdır. Elektron baza əsasən: iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin ölçüləri JN-15186 H, kod 01000003 saylı torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamənin və **********81-10301 reyestr nömrəli texniki pasportun ölçülərinə uyğun deyildir (əlavə edilmiş sxemdə ölçülər göstərilir). Naturada ölçülmüş ərazinin faktiki sahəsi 0,0508 hektardır ki, bundan 0,0240 hektarı **********81-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində, 0,0268 h ektarına isə heç bir hüquq müəyyənedici sənəd yoxdur. Dövlət mülkiyyətidir. Mövcud elektron kadastr baza məlumatlarına əsasən faktiki ölçülmüş torpaq sahəsinin İddiaçı adına işlənmiş JN 15186 nömrəli Şəhadətnamə ilə 240 kvadrat metr və X1 adına işlənmiş JN 15185 nömrəli Şəhadətnamə ilə verilmiş 600 kvadrat metrdən 160 kvadrat metr onların mülkiyyətindədir və 101 kvadrat metr boşdur. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən İddiaçı göndərilmiş 10 yanvar 2018-ci il tarixli, **********42 nömrəli məktuba əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən torpaq sahəsinin ölçülərində olan uyğunsuzluqların araşdı rılması ilə bağlı ********** nömrəli, 19 dekabr 2017-ci il tarixli ərizənizə baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, elektron kadastr məlumatına əsasən **********81 reyestr nömrəli çıxarışda göstərilən (mülkiyyətdə olan) torpaq sahəsinin verilməsinə əsas olmuş JN-15186H, kod 01000003 saylı şəhadətnamə (0,02401 hektar torpaq sahəsi) alqı-satqı müqaviləsi əsasında verilmişdir. Bundan başqa aparılan araşdırma zamanı əlavə 284,5 kvadrat metr torpaq sahəsinin istifadə edildiyi və fərdi yaşayış evinin bir hissəsinin torpaq sahəsinin sərhədlərindən kənarda yerləşdiyi müəyyən edilmişdir. Həmçinin bildirilmişdir ki, fərdi yaşayış evinin sənəd üzrə yerləşməsi ilə faktiki sahələri arasında uyğunsuzluq (sənəd üzrə olan ümumi sahə 153,3 kvadrat metr - faktiki olaraq ümumi sahə 134,1 kvadrat metr) mövcuddur və bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci bəndinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olm alıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənizin icrasından imtina edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (maddə 8.0.5.) 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müra ciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli 516 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə” dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək (2.0.1.), daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq (2.0.2.) Xidmətin fəaliyyət istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli, 516 saylı Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.11 və 3.0.24 bəndlərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarışın verilməsi, tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsinin təmi n edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vəzifəsi kimi müəyyən edilmişdir. Belə olan halda apelyasiya instansiyası məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi 0,0268 hektar torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri yoxdur və dövlət mülkiyyətinə aiddir. Bundan əlavə qeydiyyata alınmış evin sənəd üzrə ümumi sahəsi ilə faktiki sahələri arasında uyğunsuzluq olduğundan və iddiaçının istifadəsində olan 280 kvadrat metr torpaq sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən inzibati orqan haqlı olaraq iddiaçının ərizəsinin təmin etməkdən imtina etmişdir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 03 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 03 aprel 2019-cu il tarixli, 21(103)-678/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-2582/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-2582/2019
18.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver