Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2582/2023 04.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ikinci dərəcə əlilliyin təyin olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona ikinci dərəcə əlilliyin təyin edilməsi” tələbi nə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-443/2023 nömrəli, 9 iyun 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. TSEK-in elektron informasiya sistemindən çıxarışa əsasən, İddiaçı ilk dəfə xx.xx.2016-cı il tarixində TSEK-də müayinədən keçmiş və ona həmin tarixdən “Qabarıq asteno-nevrotik sindrom. Kəllədaxili hipertenziya. OS-mürəkkəb hipermetropik astiqmatizm. OS – refraksion ambliopiya. VİSOD-1,0 (vahid), VİSOS-0,03, xroniki dəmir defisitli anemiya” diaqnozu ilə ümumi xəstəlik səbəbindən xx.xx.2021-ci il tarixədək beş il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir.
2. Əlillik müddəti bitdikdən sonra iddiaçıya Tibbi Sosial Ekspert Komissiyasına göndərilməsi üçün Sumqayıt 1 nömrəli şəhər poliklinikası tərəfindən xx.xx.2021-ci il tarixli 0529003AAG75 nömrəli göndəriş verilmişdir.
3. Sumqayıt 1 nömrəli şəhər poliklinikası tərəfindən rəsmiləşdirilən xx.xx.2021-ci il tarixli 0529003AAG75 nömrəli göndəriş cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş, “Göndərişin natamam doldurulması - Səbəb: əsas diaqnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin, yanaşı xəstəlik olan göz xəstəliyi qeyd olunsa da Səhiyyə Nazirliyinin reyestrində aşkar olunmadı” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir.
4. Daha sonra iddiaçıya TSEK-ə göndərilməsi üçün 1 nömrəli X6 tərəfindən xx.xx.2021-ci il tarixli 0531003AALSX nömrəli göndəriş verilmişdir.
5. Həmin gö ndərişə əsasən iddiaçı son 6 ay ərzində - xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində “Astiqmatizm” xəstəliyi ilə ambulator müayinədə, xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” publik hüquqi şəxsində, xx.xx.2016-cı il tarixdə, habelə xx.xx.2021-ci il tarixdə X9 adına Milli Oftalmologiya Mərkəzində, xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Sumqayıt 4 nömrəli şəhər Xəstəxanasında stasionar müalicədə olmuşdur. TSEK-ə göndəriş zamanı əsas diaqnoz “H52.2 Astiqmatizm OU-mürəkkəb hipermetropik astiqmatizm HM 7.0 dərəcə və 6.0 dərəcə VİZUS OD-1.0 (vahid) VİZUS OS-0,04 k/etmir (yüzdə dörd)” qoyulmuş, ağırlaşmalar “H53.0 Anopsiya nəticəsində ambliopiya, Refraksion ambliopiya”, “H54.4 Monokulyar Korluq VİZUS OD-1.0 (vahid) VİZUS OS – 0.04 k/etmir (yüzdə dörd)”, yanaşı xəstəliklər isə “G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya, Neyrorevmatizm. Revmatik ensefalopatiya”, “G93.2 Xoşxassəli kəllədaxili hipertenziya, Kəllə-daxili hipertenziya”, “İ02 Revmatik xoreya, Revmatik xoreya. Geniş həcmli və qısa amplitudla xoreik hiperkinezlərlə”, “G90.8 Vegetativ [avtonom] sinir sisteminin digər pozğunluqları, Qabarıq asteno-nevrotik sindrom, tez-tez baş verən vegetativ-damar krizləri ilə”, “D50.8 Dəmir defisitli anemiya, Xroniki dəmir-defisitli anemiya” kimi müəyyən edilmişdir.
6. Həmin göndəriş cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş, “Şəxsə son 6 ay ərzində 2 fərqli xəstəlik əsasında göndəriş rəs miləşdirilməsi mümkün deyildir” səbəbi ilə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 26 aprel 2021-ci ildən “Qabarıq asteno nevrotik sindrom. Kəllədaxili hipertenziya. OS- mürəkkəb hipermetropik astiqmatizm. OS – refraksion ambliopiya. VİSOD-1,0 (vahid), VİSOS-0,03. Xroniki dəmir defisitli anemiya” diaqnozu ilə ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2016-cı ildən “Astiqmatizm OU-mürəkkəb hipermetropik astiqmatizm HM 7.0 dərəcə və 6.0 dərəcə VİZUS OD-1.0 (vahid) VİZUS OS-0,04 k/etmir (yüzdə dörd)” əsa s diaqnozla Sumqayıt şəhər 1 nömrəli X6ndə qeydiyyatdadır. 12 saylı TSEK tərəfindən ona xx.xx.2016-cı ildə “Qabarıq asteno nevrotik sindrom. Kəllə daxili hipertenziya. OS mürəkkəb hipermetropik astiqmatizm. OSrefraksion ambiolopiya. VİSOD-1,0 (vahid), VİSOS-0,03 (yüzdə üç). Xroniki dəmir defisi anemiya” diaqnozu ilə ikinci dərəcəli əlillik təyin edilmişdir. Növbəti müayinə xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Sumqayıt 1 nömrəli X4 əlillik dərəcəsinin təyini məqsədilə xx.xx.2021-ci ildə 0531003AALSX saylı göndərişlə tibbi sənədləri cavabdehə göndərmişdir. Göndərişə qədər xx.xx.2021-ci ildə Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində və xx.xx.2021-ci ildə Sumqayıt 4 nömrəİi şəhər xəstəxanasında stasionar müalicə almışdır. Əsas diaqnozla (Astiqmatizm OU mürəkkəb hipermetropik astiqmatizm HM 7.0 dərəcə və 6.0 dərəcə VİZUS OD-1.0 (vahid) VİZUS OS-0,04 k/etmir (yüzdə dörd)) yanaşı göndərişdə yanakı xəstəliklər də qeyd edilmişdir.
9. Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt 1 saylı şəhər poliklinikasının xx.xx.2016-cı il tarixli 052003AADMV saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X5: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.4 - Dəqiqləşdirilməmiş ensefalopatiya; Diaqnozun mətni: Ensefalopatiya, Neyrorevmatizm. Revmatik ensefalopatiya., Qabarıq astenonevrotik sindrom, tez-tez baş verən vegetativ-damar krizləri ilə. Revmatik xoreya. Geniş həcmli və qısa amplitudla xore ik hiperkinezlərlə. OUHipertenzion angiopatiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina verilmişdir.
10. Sumqayıt 1 saylı şəhər poliklinikasının xx.xx.2016-cı il tarixli 0529003AADX9 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X5: Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H49-H52 - Göz alması əzələlərinin xəstəlikləri, gözlərin müştərək hərəkətinin, akkomodasiya və refraksiyanın pozğunluqları => H52 Refrak...; Diaqnozun mətni: Qabarıq asteno nevrotik sindrom. Kəllə daxili hipertenziya. OS-mürəkkəb hipermetropik astiqmatizm. Osrefraksion ambliopiya. VİSOD1,0(vahid),VİSOS-0,03 (yüzdə,üc). Xroniki dəmir defisitli anemiya; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın e nməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərə çarpan veg...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.
11. Sumqayıt 1 saylı şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli 0529003AAG75 saylı göndərişi əsasında baxılmış və “X5: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 Sinir sisteminin digər pozğunluqları => G93 - Baş beynin digər zədələnmələri => G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya; Diaqnozun mətni: G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya, Neyrorevmatizm. Revmatik ensefalopatiya. Ağırlaşma G93.2 Xoşxassəli kəllədaxili hipertenziya, Kəllə-daxili hipertenziya. Ağırlaşma İ02 Revmatik xoreya, Revmatik xoreya. Geniş həcmli və qısa amplitudla xoreik hiperkinezlərlə. Ağırlaşma G90.8 Vegetativ [av tonom] sinir sisteminin digər pozğunluqları, Qabarıq astenonevrotik sindrom, tez-tez baş verən vegetativ-damar krizləri ilə. Yanaşı xəstəliklər - G24.8 Digər distoniyalar, NSD hipertonik tipli. Yanaşı xəstəliklər D50 Dəmir defisitli anemiya, Xroniki dəmir-defisitli anemiya; H53.0- Anopsiya nəticəsində ambliopiya, OS-refraksion ambliopiya, H35 - Tor qişanın digər xəstəlikləri, OU Hipertenzion angiopatiya, orta dərəcəli ambliopiya; H50.1 müştərək xarici çəpgözlük, OS Müştərək monolateral xarici çəpgözlük; H52.0 Hipermetropiya, OS-mürəkkəb hipermetropik astiqmatizm; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: əsas diaqnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin, yanaşı xəstəlik göz xəstəliyi qeyd olunsa da Səhi yyə Nazirliyinin reyestrində aşkar olunmadı səbi ilə imtina verilmişdir.
12. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-137/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qərarı ilə (sədrlik edən hakim V.Əzizova) iddia təmin edilmiş, iddiaçıya 26 aprel 2021-ci ildən ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
13. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya 2016-cı ildə “Qabarıq asteno-nevrotik sindrom, kəllədaxili hipertenziya, OSmürəkkəb hipermetropik astiqmatizm, OS – refraksion ambliopiya, VİSOD-1,0 (vahid), VİSOS-0.03, xroniki dəmir defisitli anemiya” diaqnozu ikinci dərəcəli əlillik təyin edilmişdir. 2021-ci ildə əlilliyin müddəti bitdikdən sonra verilmiş göndərişdə eyni diaqnozlar göstərilsə də, cavabdeh iddiaçıya müxtəlif səbəblərlə imtina cavabı vermişdir. Mə hkəmə cavabdehin iddiaçının xəstəliyinin Səhiyyə Nazirliyinin reyestrində qeyd olunmaması dəlilinə münasibətdə qeyd edir ki, məhkəmənin sorğusuna cavab olaraq X9 adına Milli Oftalmologiya Mərkəzi müvafiq məktubla iddiaçının xx.xx.2022-ci il tarixdə həmin mərkəzdə tibbi ekspert komissiyasından müayinədən keçdiyini və tibbi rəyin vətəndaşların elektron sağlamlıq kartı sisteminin poliklinika modulu üzrə Oftalmologiya bölməsinə daxil edildiyini bildirmişdir
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.. b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-443/2023 nömrəli, 9 iyun 2023-cü il tarixli qərarı ilə (haki mlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.T.Məmmədov və G.İ.Cabbarova) apellyasiya şikayətinin təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Ekspertizası və X8 tərəfindən verilmiş T-464/2022 saylı ekspert rəyində qeyd olunu r ki, “İddiaçı iş materiallarında əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün 1 N2-İİ Sumqayıt şəhər X2 tərtib edilmiş son göndərişdə qeyd edilmiş diaqnozla əlaqədar şəxs İxtisaslaşdırılmış tibb müəssisəsində müayinə və müalicə olunduqdan sonra yeni forma N° 88 rəsmiləşdirilməlidir ki, xx.xx.2022-ci il tarixli Nazirlər Kabinetinin 187 saylı Qərarına əsasən “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricilərinin və müddəti”nin təyininə baxılsın”.
19. Apellyasiya məhkəməsi, ekspert rəyini əsaslı saymayaraq, iddiaçı barəsində birinci instansiya məhkəməsinin qərarını təsdiq etməklə qanunsuz qərar qəbul etmişdir. Qeyd etmək lazımdır ki, Agentlik ona daxil olan göndəriş (tibbi sənəd) əsasında əlillik təyin edir. Burada da son 6 ay ərzində göndə rişlərdə 2 fərqli diaqnoz təyin edildiyi üçün şəxs barəsində əlillik təyin edilməmişdir. Odur ki, Agentlik tərəfindən hər hansı qeyri-qanuni hərəkət edilməmiş və diaqnoz ona əlillik təyin edilməsinə əsas vermədiyi üçün Agentlik tərəfindən belə bir qərar qəbul edilmişdir. Məhkəmə heç bir qanuni əsas olmadan Agentliyin bu səlahiyyəti ilə bağlı əsassız qərar etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
20. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddət i müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə
4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Resp ublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə
6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri” nə elektron sənəd formasında daxil edilmiş Tibbi-Sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.
23. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli 595 nömrə li Fərmanı: (-).
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 6.1. birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər etsin; (-). 24. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı: Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015- ci il 14 sentyabr tarixli 595 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1.“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilsin (əlavə olunur). (-).
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə: 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarət etmə, hərəkət etmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hall arında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52- H53.9); 2.5. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir: (-) 2.5.14. bir gözün olmaması və ya əməli korluğu (görmə itiliyinin korreksiya ilə 0,04 və ondan az olması, yaxud görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması) (H54.4); (-).
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnaməsi: 4.1. Şəxslərin TSEK-də əlilliy in qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. (-).
27. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsind ə şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün h esab edilmişdir.
29. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
31. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdir də, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları ye tərli hesab olunur.
33. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
34. Bununla belə, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
35. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlil olub-olmamasının müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
36. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı ola raq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbiinstrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv gös təricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyət kimi nəzərdə tutulmuşdur
37. Məhkəmə kollegiyası qeyd edir ki, bu qərarın 37-ci bəndində qeyd edilmiş hər iki halda, yəni həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nə ticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
38. Belə yanaşma bu qərarın 21 və 22-ci bəndlərində istinad olunan normaların mahiyyətindən və kompleks təfsirindən irəli gəlir. Belə ki, həmin normalara görə, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (sağlamlıq vəziyyətinin qiymətləndirilməsi mərhələsi). Əlilliyin qiymətləndirilm əsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (əlilliyin təyini mərhələsi).
39. Belə ki, işin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış hallarına əsasən, iddiaçıya 2016-cı ildə qabarıq asteno-nevrotik sindrom, kəllədaxili hipertenziya, OSmürəkkəb hipermetropik astiqmatizm, OS – refraksion ambliopiya, VİSOD-1,0 (vahid), VİSOS-0.03, xroniki dəmir defisitli anemiya diaqnozu ikinci dərəcəli əlillik təyin edilmişdir. 2021-ci ildə əlilliyin müddəti bitdikdə 088 saylı göndərişdə eyni diaqnozlar göstərilsə də, cavabdeh tərəfindən göndərişin na tamam doldurulması, əlavə müayinə və müalicəyə ehtiyacı olması və s. səbəblərlə iddiaçıya əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir.
40. Nəzərə alınmalıdır ki, iddiaçıya təyin edilmiş əsas diaqnoz X1 göz xəstəliklərinə aid edilmişdir (H52.2), digər xəstəliklər yanaşı xəstəliklər qrafasında qeydə alınmışdır.
41. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin sorğusuna cavab olaraq, X9 adına Milli Oftalmologiya Mərkəzi İddiaçı xx.xx.2022-ci il tarixdə həmin Mərkəzə Tibbi ekspert Komissiyasına müayinədən keçdiyini və tibbi rəyin Vətəndaşların elektron Sağlamlıq Kartı Sisteminin Poliklinika Modulu üzrə Oftalmologia bölməsinə daxil edildiyini bildirmişdir.
42. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi qərarında ekspert rəyinə münas ibət bildirərək müəyyən etmişdir ki, tibbi ekspertizanın keçirilməsi məhkəmə tərəfindən Səhiyyə Nazirliyi Məhkəmə Tibb Ekspertizası və X7 həvalə edilsə də, həmin ekspertizanın keçirilməsində və rəyin tərtib edilməsində cavabdeh inzibati orqanın nümayəndəsinin də ekspert kimi iştirak etməsi səbəbindən məhkəmə həmin ekspert rəyini mötəbər sübut kimi qiymətləndirmir.
43. Odur ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, xx.xx.2021-ci il tarixli, 0531003AALSX nömrəli Forma 88 göndərişdəki əsas xəstəlik və ağırlaşma kimi qeyd edilmiş H52.2 və H53.0 kodlu xəstəliklər hazırkı qərarın 25-ci bəndində qeyd edilən Əsasnaməyə əsasən, iddiaçıya ikinci dərəcə əlilliyin, ağırlaşma kimi qeyd edilmiş H54.4 diaqnozlu xəstəlik isə üçüncü dərəcə əlilliyin müd dətsiz təyin edilməsinə əsas verən xəstəliklər siyahısına daxil edilmiş və sözügedən xəstəliklər X3 da daxil edilmişdir.
44. Beləliklə, mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış və nəticədə iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olan qərar qəbul etmişdir.
45. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən səbəblərdən və istinad olunan normalar baxımından kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İn zibati Kollegiyasının 2-1(105)-443/2023 nömrəli, 9 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.