Məhkəmə qərarları › İş №2-1(102)-2582/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2582/2024

18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2582/2024 18.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyi natı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1264/2024 nömrəli, 23 may 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur.

2. İddiaçıya məxsus diploma, əmək kitabçasına əsasən müəyyən olunur ki, İddiaçı 1975-ci ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və 1980-ci ildə “Təbii və kimyəvi liflərin əyirilməsi” ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının 1980-ci il 20 iyun tarixli qərarı ilə ona Mühəndis texnoloq ixtisası verilmişdir. xx.xx.1980-ci il t arixdən xx.xx.1981-ci il tarixədək Naxçıvan kombinatında texnoloq vəzifəsində işləmişdir. xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixə qədər Naxçıvan istehsalat və texniki şöbəsində mühəndis kimi işləmişdir. xx.xx.1983-cü il tarixdən xx.xx.2001-ci il tarixədək X1 işləmişdir. xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Bakı Texniki Kollecinin Naxçıvan şöbəsində işləmişdir. xx.xx.2003-cü il tarixdə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2006-cı il tarixdən “Aztelekom” məhdud məsuliyyətli cəmiyyətində müəllim-təlimatçı vəzifəsində işləmiş, xx.xx.2017-ci il tarixdə ştatların ixtisarı ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir.

3. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” **********87 №-li xx.xx.2022-ci il tarixli qərarı ilə pensiya hüququnun yarandığı tarix xx.xx.2019-cu il kimi götürülməklə, həmin dövrdə əmək pensiyasının məbləği 508.14 manat olması nəzərə alınmaqla, xx.xx.2022-ci il tarixdən ona ömürlük 305,03 manat pensiya təyin olunmuşdur. Qərarın “Qeyd” hissəsində göstərilmişdir ki, vətəndaşın pensiya işinə baxılan zaman məlum olmuşdur ki, xx.xx.2005-ci il tarixdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 60-cı maddəsinə əsasən xidmət illərinə əsasən pensiya təyin olunarkən 16 il 4 ay sığorta stajı olduğu təqdirdə 23 il 5 ay hesablama aparılmışdır (Tələb olunan 20 il iş stajı yoxdur). Nəticədə xx.xx.2005-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 30373,51 manat artıq ödəmə müəyyən olunmuşdur. 4. “Əmək pensiyasının təyin edilməsi haqqında” **********8 №-li xx.xx.2022- ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuş və xx.xx.2022-ci il tarixdən ona ömürlük 305,03 manat pensiya hesablanmışdır. 5. “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” 3-171/1-F-125335/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinə əsasən İddiaçı təyin olunmuş pensiya yenidən hesablanaraq xx.xx.2023-cü il tarixdən müddətsiz 368,98 manat pensiya təyin olunmuşdur.

6. İddiaçı hazırkı tələblə bağlı DSMF Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və sonuncunun xx.xx.2023-cü il tarixli 3-17-1/2-F-12408/2023 saylı cavab məktubunda bildirilmişdir ki, təqdim edilmiş əmək kitabçasına əsasən xidmət illəri 16 il 4 ay olma qla qanunvericilikdə tələb olunan sığorta stajından (20 ildən) az olduğu halda, əmək pensiyasının ilkin təyinatı zamanı 23 il 5 ay sığorta stajı nəzərə alınmışdır. Nəticədə ona yaşa görə əmək pensiyası üzrə xx.xx.2005-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ödənilmiş məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. İddiaçının hüququ olmadığı halda ona xx.xx.2005-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edildiyi üçün Qanunun 39.1-ci maddəsinin ona şamil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

7. Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli, 02/574 saylı məktub u ilə iddiaçının xx.xx.1983-cü il tarixdə X2 müəllim təyin olunması barədə əmr və 1992-ci il, 1993-cü il, 1994-cü il, 1995-ci il, 1996-ci il, 1997-ci il və 1998-ci il üzrə əməkhaqqı cədvəlləri təqdim edilmişdir. Bununla yanaşı iddiaçı barəsində tərtib olunan arxiv arayışında qeyd olunmuşdur ki, 1999-cu il və 2000-ci il dövrləri üzrə X2 aid sənədlər arasında iddiaçının adına rast gəlinməmiş və 2001-2003-cü illərə dair X2 dair sənədləri isə Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinə təhvil verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ə rizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə onun 1975-1980-ci illərdə əyani təhsil aldığı dövr, xx.xx.1992-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək və xx.xx.2001-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək işlədiyi müddəti ümumi iş stajına daxil etməklə ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və bu yeni hesablamaya görə ödəniş etmək öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, əmək pensiyaçısıdır. İlkin olaraq, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunun Naxçıvan şəhər idarəsi tərəfindən xx.xx.2005-ci il tarixindən ona pensiya təyin edilmişdir. xx.xx.2019-cu il tarixdən isə sığorta stajı və pensiya kapitalı nəzərə alınmaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona əmək pensiyası təyin edilmişdir. Lakin, cavabdeh tərəfindən ona əmək pensiyası təyin edilərkən onun əmək stajı tamlıqla və dəqiqliklə nəzərə alınmamışdır. Belə ki, o, 1975-1980-ci illərdə Politexnik Universitetində təhsil almışdır. xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Naxçıvan kombinatında texnoloq vəzifəsində işləmişdir. xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixə qədər Naxçıvan istehsalat və texniki şöbəsində mühəndis kimi işləmişdir. xx.xx.1983-cü il tarixdən xx.xx.2001-ci il tarixədək X1 işləmişdir. xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Bakı Texniki Kollecinin Naxçıvan şöbəsində işləmişdir. xx.xx.200 3-cü il tarixdə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Daha sonra, xx.xx.2006-cı il tarixdən “Aztelekom” məhdud məsuliyyətli cəmiyyətində müəllim-təlimatçı vəzifəsində işləmiş, xx.xx.2017-ci il tarixdə ştatların ixtisarı ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir. Lakin, cavabdeh onun 1975-1980-ci illərdə əyani təhsil aldığı dövr, xx.xx.1992ci il tarixindən xx.xx.2001-ci il tarixinədək və xx.xx.2001-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək işlədiyi müddəti ümumi iş stajına daxil etməmişdir. O, cavabdehə müraciət edərək, həmin müddətlərin ümumi iş stajına daxil edilməsini xahiş etmişdir. Lakin, 02 iyun 2023-cü il tarixdə cavabdeh onun ərizəsi ilə əlaqədar 3-17-1/2-F-124081/23 saylı məktubla inzibati aktın qəbulundan imtina etmişdir. Cavabdeh imtina məktubunu onunla əsaslandırıb ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin arayışına əsasən əmək kitabçasının surətində qeyd edilmiş X1 işlədiyi müddətdə xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixinədək, 1993-cü ilin iyun və oktyabr aylarında, 1996-cı ilin sentyabr ayında, 1 sentyabr 1997-ci il tarixindən 1 mart 1998-ci il tarixinədək, 1 may 1998-ci il tarixindən 1 yanvar 1999-cu il tarixinədək ona əmək haqqı hesablanmadığından, həmçinin 1999-2000-ci illərə dair sənədlərdə onun adına rast gəlinmədiyindən həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbi baxımından mümkün hesab edilmir. Hesab edir ki, cavabdeh təşkilatın ona ünvanlanmış məktubu qanunvericiliyin tələblərinə ziddir və onun sosial təminat hüquqlarını pozur. Naxçıvan Muxtar Respublikası Dö vlət Arxivində məlumatların olmaması həmin illərin sığorta stajına daxil edilməməsi üçün əsas deyildir. Belə ki, əmək kitabçasında orada qeyd edilən dövrlərdə işləməyi müəssisənin möhürü ilə təsdiq edilmişdir.

10. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış 14640.48 manat pensiya kapitalı əsasında ona xx.xx.2019-cu il tarixdən 227,11 manat məbləğdə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının təqdim etdiyi əmək kitabçasının və diplomunun surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1975-ci il tarixdən xx.xx.1980ci il tarixədək əyani təhsil aldığı dövr də nəzərə alınmaqla xx.xx.200 6-cı il tarixədək faktiki sığorta stajı 24 il 11 ay 10 gün olduğu halda, ona Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasan 25 il sığorta stajı nəzərə alınmışdır. Qanunun 29.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsəsən, iddiaçının əmək pensiyasının məbləği xx.xx.2020-ci il tarixdən 264,81 manata, xx.xx.2021-ci il tarixdən 295 manata, xx.xx.2022-ci i l tarixdən 305,03 manata çatdırılmışdır. Sözügedən Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım: 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən, iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 321,89 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən 368,98 manata çatdırılmışdır. İddiaçının əmək kitabçasının surətində qeyd edilmi ş xx.xx.1992-ci il tarixdən xx.xx.2004-ci il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 60-cı maddəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə təhsil və uşaq tərbiyə müəssisələrində kişilər azı 25 il, qadınlar - 20 il pedaqoji fəaliyyət göstərdikdə onlara xidmət illərinə görə pensiya almaq hüququ verilirdi. İddiaçının müraciətinin araşdırılması zamanı məlum olmuşdur ki, ona xx.xx.2005-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər İdarəsi tərəfindən xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 60-cı maddəsinə əsasən xidmət il ləri əsasında iddiaçının hüququ olmadığı halda ona yaşa görə əmək pensiyası teyin edilərək ödənilmişdir. Belə ki, təqdim etdiyi əmək kitabçasına əsasən xidmət illəri 16 il 4 ay olmaqla qanunvericilikdə tələb olunan sığorta stajından (20 ildən) az olduğu halda, əmək pensiyasının ilkin təyinatı zamanı 23 il 5 ay sığorta stajı nəzərə alınmışdır. Nəticədə ona yaşa görə əmək pensiyası üzrə xx.xx.2005-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilmiş məbləğ əsassız hesab edilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11176/2023 saylı, 07 noyabr 2023-cü il tarixli qərarı ilə (hakim N.İ.Abıyev) iddia tələbi təmin edilmişdir.

12. Birinci instansiya məhkəməsi 1975-1980-ci illərdə əyani təhsil aldığı dövrünə münasibətdə qeyd etmişdir ki, işin hallarına görə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilsə də, bu zaman iddiaçının 1975-ci ildən 1980-ci ilədək Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunda əyani təhsil aldığı dövr cavabdeh inzibati orqan tərəfindən nəzərə alınmadan pensiya məbləği hesablanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Beləliklə, hazırkı iş üzrə mübahisəli məsələ iddiaçının 1975-ci ildən 1980-ci illərdə əyani təhsil aldığı müddətin ona pensiya təyin edi lməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınması ilə bağlı olduğundan qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya təyin olunmuş yaşa görə əmək pensiyasının yəni hesablanması zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqla rını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əl də edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. İddiaçının xx.xx.1992-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək və xx.xx.2001-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək X1 işləməsi əmək kitabçasında qeyd edilsə də, həmin Texnikumun müəyyən dövrlər üzrə sənədləri arxivə təhvil verilməmişdir ki, arxiv sənədlərinin saxlanılması və ya onun təhvil verilməsi iddiaçının deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Həmin səlahiyyətə uyğun olaraq sənədlərin idarədə arxivində saxlanılması və ya arxivə təhvil verilməsi vəzifəsinin lazımınca icra olunmaması isə iddiaçının təqsiri deyil və bu da iddiaçının məsuliyyət sferasına adi edilə, onun mənafeyi ziddinə təfsir edilə bilməz. Bununla yanaşı, iddiaçının mübahisələndirilən əmək fəaliyyəti dövründə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İş materialları ilə əmək kitabçasının tərtib edildiyi dövr və aparılmış qeydlərin dəqiqliyi, kiril əlifbası ilə yazılması və müvafiq dövrlərə uyğun möhürlərlə t əsdiq olunması baxımından hər-hansı ciddi şübhə mövcud olmamışdır. İş üzrə materiallara əlavə edilmiş və mötəbərliyi şübhə doğurmayan əmək kitabçasında qeyd edilən məlumatlar nəzərə alınmaqla, əmək pensiyasının təyin edilməsi üçün yuxarıda istinad edilən qanunvericilik normaları ilə nəzərdə tutulmuş dispozisiya şərtlərinin iddiaçı tərəfindən ödənilməsi təsdiq olunur.

13. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1264/2024 nömrəli, 23 may 2024-cü il tarixli qərarı ilə (sədrlik edən: K.H.Əkbərov, hakimlər: M.N.Tağızadə və S.R.Səlimova) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-11176/2023 saylı, 07 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 may 2024-cü il tarixli 2-1(103)-1264/2024 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin iddiaçının 1975-1980-ci illərdə əyani təhsil aldığı dövrün sosial sığorta stajına daxil edilməsi hissəsində mümkün hesab olunmaması və tələbin digər hissədə təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. K ASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayəti iddia ərizəsinə qarşı verilmiş etiraza və apellyasiya şikayətinə uyğun əsaslandırılmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə

67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” Bənd

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya ə mək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydası” Bənd 4.1 Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağı dakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işə götürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən; 3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən; 4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən; 5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən; 6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödəni şli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən. 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən. 23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyin in müəyyən edilməsi üçün tədbirlər görür.. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təq dim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dai r iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırm a hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassa siya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərarının tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla, onunla eynilik təşkil edir. Bu mənada, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün onun müvafiq iş stajının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi i lə bağlı qiymətləndirməsi ilə də razılaşır.

29. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı 1975-1980-ci illərdə əyani təhsil aldığı, xx.xx.1992-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək və xx.xx.2001-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək işlədiyi dövrlər ümumi iş stajına daxil etməklə onun yaşa görə əmək pensiyasının yenidən hesablanmasına yönəlmişdir.

31. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsin əmək pensiyasının yenidən hesablanmasından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tə ləb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

32. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdi yi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Cavabdehin əvəzinə məhkəmələr tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılmış və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilmişdir.

33. İddiaçının əmək kitabçasında qeyd olunan mübahisəli dövrləri nəzərə almamasına rəğmən, iddiaçıya məxsus əmək kitabçasının həmin dövrlərə aid qeydlərinin mötəbərliyini şübhə altına alan və həmin məlumatları təkzib edən hər hansı mötəbər sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə icraatının gedişində də həmin dövrlərə aid qeydlərin mötəbərliyini şübhə altına alan və həmin məlumatları təkzib edən hər hansı hal müəyyən olunmamışdır. Odur ki, məhkəmələr haqlı olaraq iddiaçının əmək kitabçasını onun həmin dövrlərlə bağlı stajını təsdiq edən mötəbər sübut kimi qiymətləndirmişlər.

34. Hazırkı qərarın 20-22-ci bəndlərində göstərilən normaların tələbləri baxımından iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fizi ki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Əks təqdirdə əmək kitabçası institutu öz mahiyyətini itirmiş olardı.

35. Nəzərə alınmalıdır ki, əmək kitabçasının iş illərinə dair qeydləri ilə bağlı müvafiq sənədlərin arxivə təhvil verilməməsi iddiaçının məsuliyyət sferasına aid edilə və onun sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz.

36. İddiaçının təhsil müddət inin onun əmək stajına daxil edilməsi ilə bağlı nəzərə alınmalıdır ki, bu qərarın 20-ci bəndində qeyd edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənə qədər ali təhsil almışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun tətbiq edilməlidir. Həmin Qanuna əsasən ali məktəbləri əyani formada bitirmiş şəxslərin təhsil müddəti iş staj ına daxil edilir.

38. Cavabdeh apellyasiya və kassasiya şikayətlərində iddiaçının təhsil aldığı dövrün yaşa görə əmək pensiyası təyin edilən zaman nəzərə alındığını bildirir.

39. Bununla bağlı kollegiya qeyd edir ki, cavabdeh bunu təsdiq edəcək sübutlarını məhkəməyə təqdim etməmişdir.

40. Bundan başqa, cavabdeh xx.xx.2022-ci il tarixli **********3 saylı məktubunda əmək kitabçasına və diplomunun surətinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1975-ci il tarixdən xx.xx.1980-ci il tarixədək əyani təhsil aldığı dövr də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək faktiki sığorta stajı 21 il 2 ay 17 gün olduğu halda, ona 25 il sığorta stajı nəzərə alındığı, 02 iyun 2023-cü il tarixli məktubunda isə xx.xx.2005-ci ildə yaşa görə əmək pensiyası təyin edilərkən əmək kitabçasına əsasən xidmə t illərinin 16 il 4 ay təşkil etdiyini, habelə iddiaçının təqdim etdiyi əmək kitabçasının və diplomunun surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1975-ci il tarixdən xx.xx.1980ci il tarixədək əyani təhsil aldığı dövr də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək faktiki sığorta stajının 24 il 11 ay 10 gün olduğunu qeyd etmişdir.

41. Göründüyü kimi cavabdeh tərəfindən təhsil dövrünün sığorta stajına daxil edilməsi ilə bağlı mövqeyini konkret əsaslandıra bilməmişdir.

42. Bununla bağlı kollegiya qeyd edir ki, əmək pensiyası təyin edilən zaman təhsil aldığı dövr nəzərə alındığı halda iddiaçının 25 ildən artıq iş stajı mövcud olur.

43. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndiril ən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və İPM-in 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1264/2024 nömrəli, 23 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar