Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2582/2025 03.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi; oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fi lialına qarşı “ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 may 2025-ci il tarixli, 2-1(103)1882/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/2-K-10629/2024 nömrəli məktubunun əsassız hesab edilməsi və əmək pensiyasından əsassız olaraq tutulmuş 333,48 manat vəsaitin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddət şəkər xəstəsi olduğu üçün TSEK tərəfindən 12 aprel 2014-cü il tarixdə 3-cü qrup əlil hesab edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən ona dövlət qulluqçusu kimi son iki ilin əməkhaqqına əsasən əmək pensiyası təyin edilmişdir. Əlillik müddəti 2021-ci ilin aprel ayında bitdiyi üçün həmin ilin may ayına kimi pensiya almışdır. Təkrar əlillik uzun sürən proseslərdən sonra 07 dekabr 2021-ci ildə təsdiq edilmişdir. Ona təyin edilmiş dövlət qulluqçusu kimi əmək pensiyasının ödənilməsinin davam etdirilməsi üçün Filiala müraciət etmişdir. 2022-ci ilin fevral ayında yanvar-fevral aylarının pensiyası birlikdə ödənilmişdir. 2021-ci ilin dekabr ayının 25-də pensiyasının nəyə görə ödənilmədiyi barədə ərizə ilə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Mərkəzi Filial xx.xx.2022ci il tarixli, **********0 n ömrəli məktubla bildirmişdir ki, xx.xx.2014-cü il tarixdən xx.xx.2019cu il tarixə kimi olan dövr ərzində ümumilikdə ona 2108,60 manat artıq, xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixinədək olan dövr ərzində isə 176,80 manat əskik pul vəsaiti ödənildiyindən, nəticədə ümumilikdə ona 1931,80 manat artıq pul vəsaiti ödənilib. Eyni zamanda bildirilmişdir ki, təkrar əlilliyi müəyyən edildiyindən əmək pensiyası avtomatik bərpa olunaraq ona cari ilin fevral ayı üzrə ümumilikdə 968,97 manat ödənilməli olduğu halda, 1920,26 manat məbləğində əmək pensiyası ödənilib. Nəticədə cari ilin fevral ayı üzrə 951,29 manat artıq pul vəsaiti ödənilib. Həmçinin, 2021-ci ilin dekabr ayı (25 gün üçün) və cari ilin yanvar ayı üzrə ümumilikdə ona ödənilməli olan 1750,40 manat pensiya məbləği hesablanıb. Həmin 1750,40 manat pul vəsaiti ona ümumilikdə artıq ödənilmiş 2883,09 (1931,69+951,29) manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilib. Qalan artıq ödənilmiş 1132,69 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 21(112)-2619/2023 nömrəli qərarı ilə pensiyasından qanunsuz olaraq tutulmuş və büdcəyə bərpa edilmiş 2021-ci ilin dekabr ayının 25 günü üçün hesablanmış 781,43 manatın 2022ci ilin yanvar ayı üçün əskik ödənilmiş 17,68 manatın, cəmi 799,11 manat vəsaitin ona ödənilməsi vəzifəsi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala həvalə edilmişdir. Həmin məbləğ cavabdeh orqan tərəfindən 2023-cü ilin sentya br ayından hissə-hissə (hər ay 266,37 manat) ona ödənilirdi. Ona hesablanmış 1132,69 manat məbləğ məhkəmədə mübahisə predmeti olduğu vaxt cavabdeh inzibati orqan yenə də, heç bir razılığı olmadan 2023-cü ilin fevral ayında həmin ilin yanvar ayı üçün hesablanmış 156,68 manat məbləği artıq ödəmə hesab etdiyi üçün 1132,69 manatı ona ödəməmişdir. Baxmayaraq ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinin xx.xx.2023cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən artıq ödənilmiş məbləğ əmək pensiyaçısından son üç il üçün tutulmalıdır. Ona görə də, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-ü il tarixli və xx.xx.2013-ü il tarixli ərizələrlə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, ona artıq vermə kimi hesablanmış vəsaitin son üç ild ən əvvələ hesablandığı üçün həmin artıq vermənin ləğv edilməsi və həmin məbləğə görə əmək pensiyasından tutulmuş əskik vermə kimi hesablanmış 176,80 manat və 2023- cü ilin yanvar ayı üçün ödənilməyən 156,68 manat məbləğində vəsaitin ona ödənilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Birinci müraciətinə xx.xx.2023-cü il tarixli, 3-171/2-K-241410 nömrəli cavab məktubu ilə bildirmişlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin xx.xx.2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən artıq ödənilmiş məbləğ əmək pensiyaçısından son üç il üçün tutulur. Bu maddənin tələbi nəzərə alınaraq, əmək pensiyası üzrə artıq ödənilmiş vəsaitlər yenidən hesablanır, hazırda Filialın hər hansı qalıq borc məbləği yoxdur. Bundan sonra, xx.xx.2023-cü il ta rixli ərizəsində və direktor müavininin qəbulunda olarkən artıq alma kimi hesablanmış və Qanunun 39.1-ci maddəsinə əsasən silinmiş həmin məbləğə görə əmək pensiyasından tutulmuş 176,80 manatın və 156,68 manatın cəmi, 333,48 manat məbləğin ona ödənilməsini xahiş etsə də, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 3-17-1/2-K-10629/2024 nömrəli məktubla müraciətinin təmin olunmasından imtina edilmişdir.
3. Cavabdehin iddia tələbinə etirazında qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Yuxarıda qeyd edilən maddənin tələbləri nəzərə alınmaqla iddiaçının əm ək pensiyası üzrə artıq ödənilmiş vəsaitlər yenidən hesablanmışdır və onun hazırda Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına hər hansı qalıq borc məbləği yoxdur. Bakı İnzibati Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 2-1(112)-2619/2023 nömrəli qərarına əsasən həmin qərarda qeyd olunan 799,11 manat pul vəsaiti xx.xx.2023-xx.xx.2023-cü il tarixlər arasındakı dövr ərzində hər ay 266,37 manat olmaqla iddiaçının əmək pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülüb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nın 6.6-cı bəndində əmək pensiyasının yenidən hesablanması, yenidən hesablanmağa hüququn yarandığı tarixdən aparılır və bu zaman, bu Qaydanın 6.1.4-cü, 6.1.6-6.1.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar əsasında keçmiş dövr üzrə əskik və artıq ödəmələr müəyyən edildikdə, həmin ödəmələr Qanunun 32.1-1-ci və 39.1-ci maddələri nəzərə alınmaqla əvəzləşdirilir.
4. Bakı İnzibati Məhkəməsinin (hakim: A.A.Abdullayeva) 24 dekabr 2024-cü il tarixli, 2-1(112)-6169/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
5. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və O.N.İsmayılov) 06 may 2025-ci il tarixli, 2-1(103)-1882/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlan ılmışdır.
6. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
7. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2-ci, 96.2-96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
8. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə is tinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
9. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
10. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şə rt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.
11. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadına istinad edilməklə qəbul etdiyi qərardad(lar)da (xx.xx.2025-ci il tarixli 2-1(102)-600/2025 nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. İnzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə b ağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inz ibati akt) qəbul etməyə haqlıdır.
12. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması əsaslarını müəyyən edir. Belə ki, artıq ödənilən əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
13. Hazırkı iş üzrə iddiaçı onun barəsində aparılan inzibati orqan tərəfindən aparılan inzibati icraatdan narazıdır, müvafiq tərtib edilmiş aktda öz etirazını bildirmiş və eyni zamanda, cavabdeh tərəfindən şəxs barəsində müvafiq məbləğin geri qaytarılmasına dair məhkəmə qərarı təqdim edilməmişdir. Həmçinin, iddiaçıdan asılı olmayan hallar nəticəsində cavabdehin səhv etməsi iddiaçıda n artıq ödənişin tutulmasına əsas yarada bilməz. Məhkəmə araşdırması nəticəsində rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçının öz pensiya məbləğinə müdaxilə etməsi müəyyən edilməmişdir. Odur ki, cavabdeh təşkilat “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun qeyd olunan normaların tələblərini pozmuşdur.
14. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış q ərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.
15. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.
16. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin təkrar edilən dəlilərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətlərinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
17. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.
18. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA AL Dİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 may 2025-ci il tarixli, 21(103)-1882/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.