Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2583/2024 20.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı ü zrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2024-cü il tarixli, 21(106)-43/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:
1. İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur.
2. İddiaçıya xx.xx.2014-cü il tarixdən əlilliyə görə pensiya təyin edilmiş, xx.xx.2021-ci il tarixdən pensiya dayandırılmışdır.
3. İddiaçıya məxsus hərbi biletə, xx.xx.1988-ci il tarixli, ИТ № ******* nömrəli əmək kitabçasına əsasən müəyyən olunur ki, o, 19 may 1974-cü il tarixdən 28 iyun 1976-cı il tarixədək hərbi xidmət keçmiş, xx.xx.1973-cü il tarixdən xx.xx.1988-ci ilə qədər Saatlı r ayonu “Moskva” adına kolxozda işləmiş, xx.xx.1988-ci ildən xx.xx.1994-cü ilə qədər Saatlı rayon Avtonəqliyyat müəssisəsində, xx.xx.2000-ci ildən xx.xx.2011-ci ilədək Saatlı rayon X4 Cəmiyyətində sürücü kimi işləmişdir.
4. İddiaçı Saatlı rayon sabiq “Moskva” adına kolxozda 1973-cü ildə 228 adam günü, 1974-cü ildə 136 adam günü, 1976-cı ildə 224 adam günü, 1977-ci ildə 249 adam günü; 1978-ci ildə 263 adam günü; 1979-cu ildə 306 adam günü, 1980-ci ildə 301 adam günü, 1981-ci ildə 305 adam günü; 1982-ci ildə 294 adam günü; 1983-cü ildə 301 adam günü; 1984-cü ildə 309 adam günü; 1985-ci ildə 311 adam günü; 1986-cı ildə 307 adam günü; 1987-ci ildə 308 adam günü; 1988-ci ildə 258 adam günü işləmişdir.
5. Azərbaycan Respublikasının X6 filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 503 nömrə li arayışından görünür ki, Saatlı rayon sabiq “Moskva” adına kolxozda kişilər üçün 1973-1974, 1976-1987-ci illərdə adam günləri minimum 240 gün, 1988-ci ildə adam günləri minimum 220 gün müəyyən olunmuşdur.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********11 nömrəli məktubundan görünür ki, keçmiş Dövlət Əmlak Komitəsinin 20 aprel 1998-ci il tarixli 646 nömrəli sərəncamı ilə "xxxx" X5 X1 bazasında “X8” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və mövcud qanunvericiliyə uyğun olaraq səhmdar cəmiyyətinin səhmləri 14 dekabr 2004-cü il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********608500 nömrəli məktubundan görünür ki, dövlət reyestrində olan məlumatlara əsasən 5 saylı Ərazi Vergilər İdarəsində "xxxx" ASC adlı hər hansı müəssisə və ya təşkilat qeydiyyatda deyildir. Dövlət reyestrində "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) adlı vergi ödəyicisi barədə məlumat aşkar edilmişdir. "xxxx" ASC xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Hüquqi şəxsin fəaliyyətə başladığı tarixdən hazırkı tarixədək sahibkarlıq fəaliyyətinin dayandırılması barədə məlumatları məktuba əlavə olunur. "xxxx" ASC-yə məxsus vergi orqanında olan şəxsi hesab vərəqəsinə əsasən hüquqi şəxs tərəfindən 2000-2011-ci illəri əhatə edən dövr ərzində vergilər üzrə ümumilikdə 9772,3 manat məbləğində hesablama aparılmış, 6691,32 manat məbləğində ödəniş həyata keçirilm işdir. “Sosial sığorta haqqında” Qanunun 10-cu maddəsinin tələblərinə əsasən sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti hesabatlarını qəbul etmək xx.xx.2018-ci il tarixdən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir. Hal-hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin proqram təminatında hesabatların qəbul edilməsinə dair aparılan işlər nəticəsində məcburi dövlət sosial sığorta haqlarına görə 2017-2018-ci illərə görə təqdim edilmiş bəyannamələrin görülməsi və həmin illər üçün dəqiqləşmiş bəyannamələrin təqdim edilməsi imkanı yaradılmışdır. 2006-2016-cı illərin müvafiq dövrlərinə görə isə bəyannamələrin görülməsi və dəqiqləşmiş bəyannamələrin verilməsi üçün rəqəmsal imkanların yaradılması istiqaməti ndə müvafiq işlər aparılmaqdadır. Yuxarıda qeyd edilən məlumatları nəzərə alaraq bildiririk ki, 2000-2011-ci illər ərzində vergi ödəyicisi "xxxx" Səhmdar Cəmiyyəti tərəfindən işçilər üçün hesablanmış əmək haqqı, məcburi dövlət sosial sığortası haqları və ödənilmiş sığorta haqları barədə məlumatlar Dövlət Vergi Xidmətinin proqram təminatına inteqrasiya edilmədiyi üçün həmin dövrlər üzrə olan hesablanmış və ödənilmiş sığorta haqları barədə məlumatların vergi orqanı tərəfindən təqdim olunması mümkün deyildir.
8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi xx.xx.2023-ci il tarixli məktubdan görünür, iddiaçıya ilk dəfə xx.xx.1994-cü il tarixdə sürücülük vəsiqəsi verilmiş, 2012-ci il tarixdə həmin vəsiqə 2022-ci il tarixədək etibarlı olan BC kateqoriyalı vəsiqəyə dəyişdirilmiş dir.
9. X6 filialı tərəfindən verilmiş 13 may 2024-cü il tarixli, 3-48-DA-14F/2-203/2024 nömrəli arayışdan görünür ki, Saatlı rayon Dövlət Arxivi vətəndaş X3 Saatlı rayon “Moskva” kolxozunda 1973-1988-ci illərdə əmək fəaliyyəti barədə xx.xx.2014-cü il tarixli 144 nömrəli arxiv arayışı Saatlı rayon “Moskva” kolxozuna aid “Kolxozçuların şəxsi hesab” kitablarına əsasən verib. Azərbaycan Respublikası Dövlət Arxivi Şirvan filialı X3 Saatlı rayon “Moskva” kolxozunda 1973-1988-ci illərdə əmək fəaliyyəti barədə xx.xx.2021-ci il tarixli 503 nömrəli arxiv arayışını Saatlı rayon “Moskva” kolxozunun 1972-1998-ci illərə aid “Kolxozçuların əmək stajı və qazanc uçot kitabı”na əsasən vermişdir. Vətəndaşa verilən arayışlar başqa-başqa kitablara əsaslanıb. Bu baxımdan kitablardakı məlumatlar fərqlidir. Hər iki arayışdakı məlumatların əsli arxivdə öz əksini tapdı.
10. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli, **********7 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, yaşa görə əmək pensiyası təyin olunması üçün təqdim etdiyiniz ******* nömrəli əmək kitabçanızdakı qeydlərə əsasən Saatlı Avtonəqliyyat müəssisəsində işlədiyiniz 1988-1994-cü illəri əhatə edən dövrün doğruluğunun araşdırılması zərurəti yaranmışdır. Filialın əməkdaşları tərəfindən xx.xx.1988-xx.xx.1994-cü illərdə Saatlı rayon Saatlı Avtonəqliyyat müəssisəsində işlədiyiniz dövr üzrə sosial sığorta stajınızın doğruluğunun Saatlı rayon Dövlət Arxivində yoxlanılması zamanı işə qəbul və işdən azad olunma əmrlərinin doğruluğu təsdiq olunmuşdur. Araşdı rma zamanı Saatlı Avtonəqliyyat müəssisəsinin fəaliyyətinin hüquqi ünvanının olmaması və əmək haqqı cədvəllərinin saxlanılmaq üçün Saatlı rayon Dövlət Arxivinə təhvil verilməməsi müəyyən olunmuşdur. Həmin dövrlər üzrə müəssisənin əmək haqqı kitablarının arxivə təhvil verilməməsi səbəbindən əmək haqqı alıb almadığınızı yoxlamaq mümkün olmamışdır. Əmək kitabçasında qeyd olunmuş xx.xx.2000-xx.xx.2011-ci illərdə Saatlı rayon X4 Cəmiyyətində işləməyiniz barədə sosial sığorta stajının doğruluğunun yoxlanılması müəssisənin həmin dövrlərə aid arxiv sənəd materiallarının mühafizə olunması üçün İmişli rayon Dövlət Arxivinə təhvil verilməməsi səbəbindən mümkün olmamışdır. Bu səbəbdən sizə yaşa görə əmək pensiyasının təyin olunması “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun deyildir. İŞ ÜZR Ə QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin 10 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1988-xx.xx.1994-cü illərdə Saatlı rayon Avtonəqliyyat müəssisəsində və xx.xx.2000-xx.xx.2011-ci illərdə Saatlı rayon X4 Cəmiyyətində işlədiyi illəri sığorta stajı kimi müəyyən edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin 10 saylı Regional Ərazi Filialının üzərinə yaşa görə pensiya təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərə k, iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin 10 saylı Regional Ərazi Filialının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını, iddia tələbinin dəyişdirilərək “işlədiyi illər sığorta stajı kimi nəzərə alınaraq ona əlilliyə görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir.
13. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin 10 saylı Regional Ərazi Filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunmuş, eləcə də iddianın dəyişdirilməsi qəbul olunmuşdur.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, yaşa görə əmək pensiyası təyin olunmasından ötrü Dövlət Sosial Müdafiə X9 şəxsin 10 saylı regional ərazi filialına müraciət etmişdir. Ona Dövlət Sosial Müdafiə X9 şəxsin 10 saylı regional ərazi filialı tərəfindən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarına əsaslanaraq xx.xx.2021-ci il tarixli, **********7 nömrəli məktubla imtina edilərək yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Bildirmək istəyir ki, o, xx.xx.1988xx.xx.1994-cü illərdə Saatlı rayon Avtonəqliyyat müəssisəsində işləmişdir. Bundan başqa xx.xx.2000-xx.xx-2011-ci illərdə Saatlı rayon X4 Cəmiyyətində işləmiş və əmək haqqı almışdır. Qeyd etmək istəyir ki, qeyd etdiyi bütün illərdə və müəssisələrdə işləməyi əmək kitabçasında qeyd olunmuşdur. Dövlət Sosial Müdafiə X9 şəxsin 10 saylı regional ərazi filialı tərəfindən ona verilmiş imtina məktubu tamamilə əsassızdır. Hesab edir ki, onun yaşa görə əmək pensiyasına çıxmağına heç bir maneə yo xdur, çünki yaşı da, tələb olunan əmək stajı da qanunvericiliyin tələblərinə uyğundur.
15. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaya qarşı təqdim etdiyi etirazda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialına ərizə ilə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Mil-Muğan regional filialının xx.xx.2021-ci il tarixli, **********7 nömrəli imtina məktubunda qeyd edilən məlumatlara əsasən, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. xx.xx.1955-ci il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası hüququnun yaranması üçün qanunla nəzərdə tutulan yaş həddinə 64 yaş 6 ayının tamam olduğu xx.xx.2020-ci il tarixdə çatmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq (28800 manat); 2) azı 25 il sığorta stajı olduqda. Lakin iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtlərdən heç birini ödəmir. İddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********7 nömrəli imtina məktubunda qeyd edilən məsələlərə aydın lıq gətirilməsi və işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün tərəflərindən Mil-Muğan regional filialına xx.xx.2022-ci il tarixli, **********5 nömrəli xidməti məktub ilə müraciət edilmişdir. Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filial tərəfindən xx.xx.2022-ci il tarixli, **********0 nömrəli xidməti məktub ilə sözügedən məsələlərə aydınlıq gətirilmiş və bildirilmişdir ki, iddiaçının Saatlı rayon “Moskva” kolxozunda işlədiyi müddətdə 12 il tam, eyni zamanda, 228+136+224=588/240 x 12 = 29 aydan artıq (29,4) olmaqla 14 il 5 ay, təqdim etdiyi xx.xx.1988-ci il tarixdə tərtib olunmuş ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək 6 il 4 ay 24 gün, həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayo n şöbəsinin xx.xx.2021-ci il tarixli arayışına əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmət dövrü 2 il 1 ay 10 gün təşkil edir. Həmin xidməti məktuba əsasən iddiaçının xx.xx.2006-cı il tarixinədək mübahisələndirilməyən ümumi iş stajı 22 il 11 ay 4 gün, mübahisələndirilən əmək fəaliyyəti dövrü 11 il 8 ay təşkil etdiyi qeyd edilmişdir. Qeyd edirlər ki, iddiaçının mübahisəli olmayan sığorta stajı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1000 №-li arayışa əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmət keçdiyi 2 il 1 ay 10 gün, təqdim etdiyi ******* №-li əmək kitabçasına və AR Milli Arxiv İdarəsi X6 filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 503 № -li arxiv arayışına əsasən isə 1973-1988-ci il tarixlərdə Saatlı rayon “Moskva” kolxozunda işlədiyi 14 il 5 ay və xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyi 6 il 4 ay 24 gün müddətdir ki, ümumilikdə 22 il 11 ay 4 gün təşkil edir. İddiaçı təqdim etdiyi AR Milli Arxiv İdarəsi X6 filialının xx.xx.2021-ci il tarixli, 503 №-li arxiv arayışının surətinə əsasən Saatlı rayon “Moskva” kolxozunda 1973-cü il tarixdən 1987-ci il tarixədək minimum adam günü 240 gün, 1988-ci il tarixdə 220 gün olmuşdur. İddiaçı 1977-ci il tarixdən 1988-ci il tarixədək (12 il) kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirsə də, 1973-cü il tarixindən 1976-cı il tarixinədək işləməklə kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasını yerinə yetirməmişdir. Belə ki, iddiaçının 1973-cü ildə 228 gün, 1974-cü ildə 136 gün və 1975-ci ildə 0 gün, 1976-cı ildə 224 gün faktiki iş günü müəyyən edilmişdir. Belə ki, faktiki müddət üzrə hesablama faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının həmin illərdə faktiki işlədiyi müddət üzrə iş stajı göstərilən qaydada müəyyən ediləcək. Beləliklə, yuxarıda qeyd edilən qaydaya uyğun olaraq, iddiaçının kolxozda işlədiyi müddətdə 12 il tam, eyni zamanda, 228+136+224=588x12/240 = 29 aydan artıq (29,4) olmaqla 14 il 5 ay ümumi iş stajı vardır. İddiaçının mübahisələndirilən sığorta stajı xx.xx.2000-ci il tarixdən xx.xx.2011-ci il tarixədək işlədiyini iddia etdiyi müddətdir ki, ümumilikdə 11 il 8 ay təşkil edir. Mil-Muğan regional filialının Saatlı rayon qəbul şöbəsinin xx.xx.2021-ci il tarixli aktına uyğun olaraq, iddiaçının xx.xx.2000-ci il tarixdən xx.xx.2011-ci il tarixədək işlədiyini iddia etdiyi dövr üzrə sosial sığorta stajının doğruluğunu yoxlamaq müəssisənin hüquqi ünvanı məlum olmadığından, həmçinin iddiaçının işə daxilolma və işdən azad edilmə əmrləri və əmək haqqı cədvəlləri saxlanılmaq üçün Saatlı rayon Dövlət Arxivinə təhvil verilmədiyindən yoxlamaq mümkün olmamışdır. Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialın xx.xx.2022ci il tarixli, **********0 nömrəli xidməti məktubuna uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 altsisteminə əsasən, iddiaçının fərdi hesabının sığorta hissəsində əmək kitabçasında qeyd olunmu ş xx.xx.2000-ci il tarixdən xx.xx.2011-ci il tarixədək 11 il 8 ay əmək fəaliyyəti dövrü üzrə pensiya kapitalı qeydə alınmamışdır. Həmçinin iddiaçının xx.xx.2011-ci il tarixli işdən çıxma əmri qeyri-iş gününə (şənbə günü) təsadüf edir. Qeyd olunanlar iddiaçının əmək kitabçasında xx.xx.2000-ci il tarixdən xx.xx.2011-ci il tarixədək əmək fəaliyyəti dövrlərinin mötəbərliyinə şübhə yaradır. Bu səbəbdən əmək kitabçasında sözügedən qeydlər mötəbər hesab edilməmiş və həmin dövrlər iddiaçının sığorta stajına daxil edilməmişdir. Əlavə olaraq Qanunun 22-1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Halbuki, iddiaçının fərdi şəxsi hesabında xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq qeyd edək ki, İddiaçı əlillik səbəbi - “Ümumi xəstəliklə əlaqədar” olmaqla İİ dərəcəli əlillik müəyyən edilmiş və xx.xx.2014-cü il tarixdə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə isə əlillik müddətinin bitməsi ilə əlaqədar olaraq İddiaçı təyin edilmiş əlilliyə görə əmək pensiyası dayandırılmışdır.
16. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaya qarşı etiraza əlavəsində qeyd olunmuşdur ki, iddiaçının xx.xx.2000-ci il tarixdən xx.xx.2011-ci il tarixədək "xxxx" ASC-də işlədiyini id dia etdiyi dövr üzrə müəssisənin əmr kitabları və əmək haqqı cədvəlləri Saatlı rayon Dövlət Arxivinə təhvil verilmədiyindən əmək kitabçasındakı qeydləri qarşılıqlı yoxlamaq və sosial sığorta stajına daxil etmək mümkün olmamışdır. Belə ki, Nazirliyin Mərkəzləşdirilmiş Elektron X2 altsisteminə əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2011-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır; - iddiaçının xx.xx.2011ci il tarixli işdən çıxma əmri qeyri-iş gününə (şənbə günü) təsadüf edir, - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə ünvanlanan sorğuya xx.xx.2022-ci il tarixli, **********583000 nömrəli cavab məktubunda hüquqi şəxsin fəaliyyətinin xx.xx.2010-cu il tarixdən xx.xx.2015-ci il tarixədək dayandırıldığı q eyd edilmişdir. Bildirirlər ki, iddiaçının cavabdeh orqana təqdim etdiyi ******* nömrəli əmək kitabçasında onun xx.xx.2000-ci il tarixdən “QAZ-53” markalı nəqliyyat vasitəsinə sürücü təyin edildiyi və xx.xx.2011-ci il tarixdə işdən azad edildiyi qeyd olunmuşdur. İddiaçıya “QAZ-53” markalı nəqliyyat vasitəsini idarə etmək üçün tələb olunan kateqoriyalı sürücülük vəsiqəsinin verildiyi tarixi müəyyən etmək üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə sorğu ünvanlanmış və xx.xx.2022-ci il tarixli, 016-155005-1222 nömrəli cavab məktubunda iddiaçı Ə.Hüsevnova “BC” kateqoriyalı sürücülük vəsiqəsinin xx.xx.2012-ci il tarixdə verildiyi qeyd edilmişdir. Beləliklə, iddiaçı Ə.Hüsevnov “QAZ-53” markalı nəqliyyat vasitəsini idarə etmək üçün “Yol hərəkəti haqqında” Azərbaycan Res publikası Qanununun 34-cü maddəsinə əsasən tələb olunan kateqoriyalı (BC) sürücülük vəsiqəsini xx.xx.2012-ci il tarixdə almışdır. Qeyd olunanlara əsasən iddiaçının xx.xx.2000-ci il tarixdən “QAZ-53” markalı nəqliyyat vasitəsinə sürücü təyin edilməsi qeyrimümkündür. Əlavə olaraq qeyd etməyi zəruri hesab edirlər ki, iddiaçının 1973-1988-ci il tarixlərdə Saatlı rayon “Moskva” kolxozunda işlədiyinə dair sənədlərin həqiqiliyini müəyyən etmək üçün qarşılıqlı yoxlama keçirilmişdir. 1 saylı Şirvan-Salyan regional filialının xx.xx.2023-cü il tarixli qarşılıqlı yoxlama aktına əsasən Saatlı rayon “Moskva” kolxozuna aid “Kolxozçuların şəxsi hesab” kitablarında və 1972-1998-ci illərə dair “Kolxozçuların əmək stajı və qazanc uçot kitablarında iddiaçı Ə.Hüsevnovun adı aşkar olunan vərəqdə möhür və hər ha nsı bir imzaya rast gəlinməmişdir. Lakin digər vətəndaşların adı qeyd olunan vərəqlərdə möhür və imza vardır. Bu səbəbdən sözügedən dövrlər iddiaçının sığorta stajına daxil edilməmişdir. Beləliklə, hazırkı is üzrə iddiaçının kifayət qədər sosial sıgorta stajı və ya fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından onun yaşa görə əmək pensiyası hüququ yaranmır.
17. Şirvan İnzibati Məhkəməsinin (hakim F.N.Abbasov) 01 may 2023-cü il tarixli, 21(120)-291/2023 saylı qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı Azərbaycan Respublikasının X6 filialının xx.xx.2021-ci il tarixli, 503 nömrəli arxiv arayışında göstərilən Saatlı rayon sabiq “Moskva” adına kolxozda işlədiyi 1977-1988-ci illərə dair iş stajı tam, eləcə də 1973, 1974 və 1976-cı illərə dair iş stajı həmi n dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət, həmçinin xx.xx.1988-xx.xx.1994-cü illərdə Saatlı rayon Saatlı Avtonəqliyyat müəssisəsində və xx.xx.2000-xx.xx.2011-ci illərdə Saatlı rayon X4 Cəmiyyətində işlədiyi illər nəzərə alınmaqla, ona xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
18. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyini iddia etdiyi xx.xx.1988-xx.xx.1994-cü illərdə Saatlı rayon Saatlı Avtonəqliyyat müəssisəsinin fəaliyyətinin hüquqi ünvanını n olmaması və əmək haqqı cədvəllərinin saxlanılmaq üçün Saatlı rayon Dövlət Arxivinə təhvil verilməməsi, həmin dövrlər üzrə müəssisənin əmək haqqı kitablarının arxivə təhvil verilməməsi səbəbindən əmək haqqı alıb-almamasını yoxlamağın mümkün olmaması, eləcə də xx.xx.2000-xx.xx.2011-ci illərdə Saatlı rayon X4 Cəmiyyətində işləməyi barədə sosial sığorta stajının doğruluğunun yoxlanılması müəssisənin həmin dövrlərə aid arxiv sənəd materiallarının mühafizə olunması üçün Saatlı rayon Dövlət Arxivinə təhvil verilməməsi və ya saxlanılmaması iddiaçının təqsirindən baş verməmiş və iddiaçı buna görə məsuliyyət daşımır. Eyni zamanda iddiaçının qeyd edilən illərdə müəyyən aylar üzrə əmək haqqı almadığının öz əksini tapmaması da o demək deyildir ki, iddiaçı həmin aylarda işləməmiş və əmək haqqı almam ışdır. Bundan əlavə filialın əməkdaşları tərəfindən iddiaçının xx.xx.1988-xx.xx.1994-cü illərdə Saatlı rayon Avtonəqliyyat müəssisəsində işlədiyi dövr üzrə sosial sığorta stajının doğruluğunun Saatlı rayon Dövlət Arxivində yoxlanılması zamanı işə qəbul və işdən azad olunma əmrlərinin doğruluğu təsdiq olunmuşdur. Eləcə də iddiaçının xx.xx.2000-ci ildə Saatlı rayon X4 Cəmiyyətinə işə qəbul və xx.xx.2011-ci il tarixdə işdən azad edilməsi barədə əmrlərinin surətləri məhkəməyə təqdim olunmuşdur. Bununla yanaşı, Saatlı rayon sabiq “Moskva” adına kolxozda 1973, 1974 və 1976-cı illərdə minimum adam günü norması kişilər üçün 240 adam günü müəyyən olunmuşdur. Buna qarşılıq 1973, 1974 və 1976-cı illərə münasibətdə iddiaçı minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də həmin illər ona ta m əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir.
19. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
20. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-43/2024 nömrəli, 30 may 2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi: F.C.Hüseynov, hakimlər: S.F.Həsənov və T.S.Kərimov) apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati Məhkəməsinin 01 may 2023-cü il tarixli, 2-1(120)-291/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmşdır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının müvafiq dövrdə sürücülük hüququnun olmaması, bununla da xx.xx.2000-ci il tarixdən xx.xx.2011-ci il tarixədək olan zaman aralığında Saatlı rayon X4 Cəmiyyətində işləməsinin mümkün olmaması ilə bağlı dəlilinə münasibətdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2023-ci il tarixli məktubda bildirilir ki, iddiaçıya ilk dəfə xx.xx.1994-cü il tarixdə sürücülük vəsiqəsi verilmiş, 2012-ci il tarixdə həmin vəsiqə 2022-ci il tarixədək etibarlı olan BC kateqoriyalı vəsiqəyə dəyişdirilmişdir. Saatlı rayon “Moskva” kolxozuna aid “Kolxozçuların şəxsi hesab” kitablarında və 1972-1998-ci illərə dair “Kolxozçuların əmək stajı və qazanc uçot kitablarında iddiaçının adı aşkar olunan vərəqdə möhür və hər hansı bir imzaya rast gəlinməməsi ilə bağlıdır ki, bu məsələ də məhkəmə kollegiyasının 14 fevral 2024-cü il tarixli məhkəmə iclasında qeyd edilən kitaba baxış zamanı öz təsdiqini tapmamışdır. Belə ki, kitaba baxış zamanı müəyyən edilmişdir ki, kitabın hər səhifəsində möhür vurulmamış, əsasən kitabın açıq vəziyyətdə sağ tərəf hissəsinə möhürlər vurulmuşdur, iddiaçıya aid olan məlumatlar isə kitabın sol hissəsində qeyd edilmişdir. Həmçinin iddiaçının Saatlı rayon X4 Cəmiyyətində iş fəaliyyəti ilə bağlı qeyd edir ki, həmin müəssisənin əmrlər kitabı və əmək haqqı cədvəlləri arxivə təhvil verilmədiyindən məhkəmə kollegiyası onunla eyni müəssisədə işləmiş şahidlərin ifadələrinə istinadən bu qənaətə gəlir ki, iddiaçının həmin müəssisədə işləməsi və əmək haqqı alması faktı öz təsdiqini tapır və qe yd olunan hal iddiaçının ziyanına şərh oluna bilməz.
22. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2024-cü il tarixli, 2-1(106)-43/2024 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
23. Kassasiya əsaslandırılmışdır. şikayəti etirazın və apellyasiya şikayətinin dəlillərinə uyğun b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, cavabdehin kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Əmək pensiyaları haqqında” Qanun Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Maddə 5.1. Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir. Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta s tajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə
34. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə 34.1. Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. 34.2. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. 26. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Re spublikasının Qanunu: Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir:... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; Maddə
69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 27. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanunu. Maddə
67. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. 28. 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşla rın pensiya təminatı haqqında” Qanun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 67....Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxu d bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
30. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları” Maddə 117. q) bəndi. Arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. 31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: Bənd 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PA S-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... Bənd 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən s ənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 9 4.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə təl əb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə qismən riayət edilməmişdir. On a görə də, apellyasiya məhkəməsinin qərarı qismən ləğv edilməli, ləğv edilmiş hissədə iddia rədd edilməli, qalan hissədə isə qərar dəyişdirilmədən saxlanılmalıdır.
36. Hazırda, iddiaçı işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınaraq, xx.xx.2021-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.
37. İlk növbədə qeyd edilməlidir ki, əmək pensiyaları haqqında qanunvericiliyə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmçinin əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər.
38. İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuş, onun yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2020-ci ildə yaranmış olsa da, iddiaçıya xx.xx.2014-cü il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilmiş və xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası almışdır. İddiaçı öz arzusuna görə yaşa görə əmək pensiyası deyil, əlilliyə görə əmək pensiyası növünü seçərək əlilliyə görə pensiya almaqda davam etdiyindən, yalnız əlilliyə görə pensiya dayandırıldıqdan sonra iddiaçı yaşa görə pensiya almaq arzusunu bildirdiyindən ona yaşa görə əmək pensiyası xx.xx.2021-ci il tarixindən təyin edilməlidir.
39. Hazırkı halda iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iki şərtdən biri olmalıdır: fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı m inimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olmalıdır.
40. İddiaçıya məxsus hərbi biletə, xx.xx.1988-ci il tarixli, ИТ № ******* nömrəli əmək kitabçasına əsasən müəyyən olunur ki, o, 19 may 1974-cü il tarixdən 28 iyun 1976-cı il tarixədək hərbi xidmət keçmiş, xx.xx.1973-cü il tarixdən xx.xx.1988-ci ilə qədər Saatlı rayonu “Moskva” adına kolxozda işləmiş, xx.xx.1988-ci ildən xx.xx.1994-cü ilə qədər Saatlı rayon Avtonəqliyyat müəssisəsində, xx.xx.2000-ci ildən xx.xx.2011-ci ilədək Saatlı rayon X4 Cəmiyyətində sürücü kimi işləmişdir.
41. Cavabdeh iddiaçının hərbi xidmətdə olduğu dövrü (2 il 1 ay 9 gün) və xx.xx.1988ci ildən xx.xx.1994-cü ilə qədər (6 il 4 ay 24 gün) Saatlı rayon Avtonəqliyyat müəssisəsind ə sürücü işlədiyi dövrü mübahisələndirmir.
42. Cavabdeh imtina məktubunda və iddiaya dair etirazında iddiaçının kolxozda işlədiyi müddətdə 12 il tam, eyni zamanda, 228+136+224=588x12/240 = 29 aydan artıq (29,4) olmaqla 14 il 5 ay stajını qəbul etmişdir.
43. Daha sonra cavabdeh apellyasiya və kassasiya şikayətlərində iddiaçının kolxozda və 2000-2011-ci illərdə işlədiyi dövrü mübahisələndirmişdir.
44. Kolxozda işlədiyi dövrə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı Saatlı rayon sabiq “Moskva” adına kolxozda 1973-cü ildə 228 adam günü, 1974-cü ildə 136 adam günü, 1976-cı ildə 224 adam günü, 1977-ci ildə 249 adam günü; 1978-ci ildə 263 adam günü; 1979-cu ildə 306 adam günü, 1980-ci ildə 301 adam günü, 1981-ci ildə 305 adam günü; 1982-ci ildə 294 adam günü; 1983-cü ildə 301 adam günü; 1984-c ü ildə 309 adam günü; 1985-ci ildə 311 adam günü; 1986-cı ildə 307 adam günü; 1987-ci ildə 308 adam günü; 1988-ci ildə 258 adam günü işləmiş, onun həmin illərdə işləməsi adına olan xx.xx.1988-ci il tarixli, ИТ № ******* nömrəli əmək kitabçası və Azərbaycan Respublikasının X6 filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 503 nömrəli arxiv arayışı ilə təsdiq olunmuşdur.
45. İddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur.
46. Həmçinin, kollegiya qeyd edir ki, iddiaçının işləmiş olduğu dövrdə qüvvədə olmuş hüquq normalarına görə arxiv müəssisələri tərəfindən verilmiş arayışlar pensiya hüququ verən iş stajının müəyyən edilməsi üçün əsasdır. Göründüyü kimi, iddiaçının 1973-1974, 1976-1988-ci illərdə Saatlı rayon sabiq “Moskva” adına kolxozda işləməsi Azərbaycan Respublikasının X6 filialının arayışı ilə təsdiq olunur.
47. İddiaçının 1973-1974, 1976-1988-ci illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozlarda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. İddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) on un iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə Azərbaycan Respublikasının X6 filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 503 nömrəli arayışından görünür ki, Saatlı rayon sabiq “Moskva” adına kolxozda kişilər üçün 19731974, 1976-1987-ci illərdə adam günləri minimum 240 gün, 1988-ci ildə adam günləri minimum 220 gün müəyyən olunmuşdur.
48. Buna qarşılıq iddiaçı tərəfindən minimum əmək iştirakı norması 1973, 1974 və 1976-cı illərə münasibətdə tam yerinə yetirilməmişdir, yəni o, minimum əmək işti rakı normasından az işləmişdir. Ona görə də həmin illər ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir ilə) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının həmin illərdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir - (228 + 136 + 224) × 12 = 6216/240=29,4 (≈2 il 5 ay). 49. xx.xx.2000-xx.xx.2005-ci illərdə Saatlı rayon X4 Cəmiyyətində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı kollegiya qeyd edir ki, iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Bu mənada “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Cavabdeh isə iddiaçının iş stajını təsdiq edən əlavə sübutlar tələb edərək, qeyd olunan normanın tələbini pozmuşdur.
50. Bundan əlavə, iş illərinə dair əmək kitabçasında aparılmış qeydlər barədə məlumatların cavabdeh tərəfindən qarşılıqlı yoxlanılmasının və həmin illər üzrə iş stajının düzgünlüyünün araşdırılmasının mümkün olmaması, həmin qeydlərlə bağlı müvafiq sənədlərin arxivə təhvil verilməməsi iddiaçının sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz.
51. Həm ümumi məhkəmə təcrübəsini, həm “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2006-cı ildən qüvvəyə minməsini, həm də həmin Qanunun 27-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ümumiyyətlə 1 yanvar 2006-cı il tarixədək iş stajı işdə olan mötəbər sübutlarla təsdiq olunduğundan, iddiaçının əmək haqqından məcburi dövlət sosial sığorta tutulmasından asılı olmayaraq ümumi iş stajına daxil edilməlidir.
52. Bundan başqa, qanunvericilik qaydasında müəssisələr xx.xx.2006-cı il tarixədək olan ödənilməmiş məcburi dövlət sosial sığorta haqqlarından azad edilmişlər. Beləliklə, xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan fəaliyyət dövrünü sosial sığorta stajına daxil etməkdə apellyasiya məhkəməsi haqlı olmuşdur.
53. Kollegiya qeyd edir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2011-ci il tarixədək olan dövrü pensiyanın təyin edilməsinə əsas təşkil edən sosial sığorta stajına daxil edilməsi barədə isə apellyasiya məhkəməsinin mövqeyi düzgün olmamışdır.
54. Belə ki, xx.xx.2006-cı il tarixdən sonrakı fəaliyyət dövrünün sosial sığorta stajına daxil edilə bilməsi üçün şəxsin adına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi tələb olunur. Hazırkı işin hallarından isə xx.xx.2006-cı il tarixdən xx.xx.2011-ci il tarixədək olan dövrlə bağlı məhz iddiaçının adına sosial sığorta ödənişlərinin edildiyi müəyyən edilmir. Apellyasiya məhkəməsi iddia tələbini bu hissədə təmin edərkən ümumən iddiaçının Saatlı rayon X4 Cəmiyyətində işlədiyi dövrün əmək kitabçasında qeydə alınmasına istinad etmiş, lakin iddiaçı tərəfindən xx.xx.2006-cı il tarixdən sonrakı dövrlər üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsinə əhəmiyyət verməmişdir.
55. Beləliklə, 19 may 1974-cü il tarixdən 28 iyun 1976-cı il tarixədək (2 il 1 ay 9 gün) hərbi xidmət dövrü, Saatlı rayon sabiq “Moskva” adına kolxozda işlədiyi 1977-1988-ci illərə dair iş stajı tam (12 il), eləcə d ə 1973, 1974 və 1976-cı illərə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət (2 il 5 ay), Saatlı rayon Avtonəqliyyat müəssisəsində xx.xx.1988-ci ildən xx.xx.1994-cü ilə qədər (6 il 4 ay 24 gün) və xx.xx.2000-xx.xx.2005-ci illərdə Saatlı rayon X4 Cəmiyyətində işlədiyi (5 il 10 ay 2 gün) illər nəzərə alındıqda iddiaçının 25 ildən artıq (28 il 9 ay 6 gün) sığorta stajının olduğu müəyyən olunur ki, bu da iddiaçıya xx.xx.2021-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir.
56. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2024-cü il tarixli, 2-1(106)-43/2024 nömrəli qərarı qismən yəni, “xx.xx.2006-xx.xx.2011-ci illərdə Saatlı rayon X4 Cəmiyyətində i şlədiyi illər nəzərə alınmaqla” hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2024-cü il tarixli, 21(106)-43/2024 nömrəli qərarı qismən yəni, “xx.xx.2006-xx.xx.2011-ci illərdə Saatlı rayon X4 Cəmiyyətində işlədiyi illər nəzərə alınmaqla” hissəsində ləğv edilsin və həmin hissədə iddia rədd edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.