Məhkəmə qərarları › İş №2-1(102)-2584/2018

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2584/2018

12.12.2018 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2584/2018 12.12.2018 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı əmək kitabçasında qeyd olunan 1979-cu ildən 30.08.1982-ci il tarixədək kolxozda, 25.05.2000-ci il tarixdən 16.11.2005-ci il tarixədək X5 Fabrikində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi, 25.05.2000-ci il tarixdən 16.11.2005-ci il tarixədək əyirici vəzifəsində işlədiyi müddətin güzəştli iş sta jı kimi hesablanması və 52 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(107)-535/18 saylı 27 sentyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 12.12.2018-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ xx.xx.xxxx-ci il təvəllüdlü İddiaçı 1979-cu ildən 30.08.1982-ci il tarixədək kolxozda, 25.05.2000-ci il tarixdən 16.11.2005-ci il 2 tarixədək X5 Fabrikində işləmiş və bu hal ИТ seriyalı ******* №li 19.10.1982-ci tarixli əmək kitabçasında qeyd edilmişdir. O, 1979-cu ildən 30.08.1982-ci il tarixədək kolxozda, 25.05.200 0-ci il tarixdən 16.11.2005-ci il tarixədək X5 Fabrikində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi, 25.05.2000-ci il tarixdən 16.11.2005-ci il tarixədək əyirici vəzifəsində işlədiyi müddətin güzəştli iş stajı kimi hesablanması və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün DSMF-in Mingəçevir şəhər şöbəsinə müraciət etmiş, lakin sonuncu 11.05.2018-ci il tarixli 57/1589 nömrəli məktubla bildirmişdir ki, iddiaçının işlədiyi illərin "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"a əsasən qarşılıqlı yoxlanılması mümkün deyil(X5 Fabriki hazırda fəaliyyət göstərmir və arxiv sənədl ərinin harada saxlanılması məlum deyil). İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ИТ seriyalı ******* №li əmək kitabçasında qeyd olunan 1979-cu ildən 30.08.1982-ci il tarixədək kolxozda, 25.05.2000-ci il tarixdən 16.11.2005-ci il tarixədək X5 Fabrikində işlədiyi müddətin sosial sığorta stajı kimi hesablanması və 25.05.2000-ci il tarixdən 16.11.2005-ci il tarixədək əyirici işlədiyi dövrün güzəştli iş stajı kimi hesablanaraq "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən 52 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəm ələrin mövqeyi Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin 11 iyul 2018-ci il tarixli 2-1(84)-987/2018 nömrəli qərаrı ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı 1979-cu ildən 30.08.1982-ci il tarixədək kolxozda, 25.05.2000-ci il tarixdən 16.11.2005-ci il tarixədək X5 Fabrikində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi, 25.05.2000-ci il tarixdən 16.11.2005-ci il tarixədək əyirici vəzifəsində işlədiyi müddətin güzəştli iş stajı kimi hesablanması, 14.09.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək 11.05.2015-ci il tarixdən ödənilməsi öhdəliyi qoyulmuşdur. Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin 11 iyul 2018-ci il tarixli 2-1(84)-987/2018 nömrəli qərаrından cavabdeh apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-535/18 saylı 27 sentyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibаtiİqtisаdi Məhkəməsinin 11 iyul 2018-ci il tarixli 2-1(84)-987/2018 nömrəli qərаrı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının faktiki həyata keçirdiyi iş insan səhhəti üçün zərərli olmaqla yanaşı onun yerinə yetirdiyi işin xarakteri və işlədiyi kimyəvi maddələr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulan, adı yuxarıda qeyd olunmuş peşələrin xarakteri ilə eynilik təşkil edir. Yerinə yetirilən eyni işə görə vəzifələrdə adların müxtəlifliyi eyni işlə məşğul olan işçilərin hüquqlarının pozulmasına gətirib çıxara bilməz. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-535/18 saylı 27 sentyabr 2018-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraiti xüsusilə ağır olan işlərdə çalışan qadınların 52 yaşına atdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin əmək şəraiti xüsusilə ağır olan) işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları laqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pens iyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1 -ci bəndinə əsasən sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin faydaların 4.2.7-ci bəndinə əsasən Pensiya təyinatı sektorunun məsləhətçisi:əruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlamasını həyata keçirir. İddiaçı təqdim etdiyi əmək kitabçasında qeyd olunan 1979-cu ildən 30.08.1982-ci il tarixədək kolxozda, 25.05.2000-ci il tarixdən 16.11.2005-ci il tarixədək X5 Fabrikində işləmə faktının “Qaydalar”a uyğun qarşılıqlı yoxlanılması mümkün deyil. Əmək kitabçasında qeyd olunan müəssisələr hal-hazırda fəaliyyət göstərmir, arxiv sənədlərinin harada saxlanılması məlum deyil. Əmək kitabçasında qeyd olunan dövrün qarşılıqlı yoxlanılması mümkün olmadığı üçün onun həqiqətən həmin müəssisədə işləməsini və 1992-ci ildən sonrakı dövr üçün məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsini aydınlaşdırmaq mümkün deyil. Əmək kitabçasında qeyd olunan dövrlərin qarşılıqlı yoxlanılması mümkün olmadığı üçün həmin dövr sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) ə sasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə qərar verərkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsini aydınlaşdırmamış və beləliklə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsinin tələbləri pozulmuşdur. Beləliklə, apellyasiya instansiya məhkəməsi maddi və prossesual hüquq normalarını düzgün tətbiq etməmiş və qanunun tələblərinə zidd qərar qəbul etmişdir. Kassator Azərbaycan Respublikası MPM-nin 405, 407, 417.1.3, 418-ci maddələrin ə, Azərbaycan Respublikası İPM-nin 91, 96-cı maddələrinə istinad edərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-535/18 saylı 27 sentyabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Ali Məhkəmənin X1 Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)535/18 saylı 27 sentyabr 2018-ci il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin ap ellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı 1979-cu ildə əmək fəaliyyətinə başlamış, 1979-30.08.1982-ci il tarixləri arasında kolxozda, 1982-ci ilin avqustundan 20.04.1987-ci il tarixədək müxtəlif müəssisələrdə, 20.04.1987-ci il tarixdən 19.05.2000-ci il tarixədək “X5” X2 X4 zavodunda presləyici laborant koməkçisi, presləyici-laborant, sapla dolama rezin boruların qəbul edicisi, mühəndis-texnoloq kimi vəzifələrdə işləmiş, 25.05.2000-ci il tarixdən 16.11.2005-ci il tarixədək X5 Fabrikində əyirici işləmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərl i və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmununa əsasən iddiaçı 52 yaşına çatdıqda onun azı 20 il sığorta ümumi və 10 il xüsusi stajı olmalıdır. Halbuki hazırkı iş üzrə iddiaçının 10 il xüsusi stajının olması iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı 1979-cu ildə əmək fəaliyyətinə başlamış, 1979-30.08.1982-ci il tarixləri arasında kolxozda, 1982-ci ilin avqustundan 20.04.1987-ci il tarixədək müxtəlif müəssisələrdə, 20.04.1987ci il tarixdən 19.05.2000-ci il tarixədək “X5” X2 X4 zavodunda presləyici laborant koməkçisi, presləyici-laborant, sapla dolama rezin boruların qəbul edicisi, mühəndis-texnoloq kimi vəzifələrdə işləmiş, 25.05.2000-ci il tarixdən 16.11.2005-ci il tarixədək X5 Fabrikində əyirici işləmişdir. İşə baxan apellyasiya instansiya məhkəməsi iddiaçının 20.04.1987-ci il tarixdən 19.05.2000ci il tarixədək “X5” X2 X4 zavodunda presləyici laborant koməkçisi, presləyici-laborant, sapla dolama rezin boruların qəbul edicisi, mühəndis-texnoloq kimi vəzifələrdə işlədiyi dövrü güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquq verən güzəştli iş stajına daxil etsə də, həmin vəzifələrin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiy ası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda olmadığını nəzərə almamışdır. Apellyasiya instansiya məhkəməsi öz qərarında iddiaçının faktiki həyata keçirdiyi işin insan səhhəti üçün zərərli olmaqla yanaşı onun yerinə yetirdiyi işin xarakteri və işlədiyi kimyəvi maddələr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulan, adı yuxarıda qeyd olunmuş peşələrin xarakteri ilə eynilik təşkil etməsini qeyd etsə də, iddiaçının işlədiyi vəzifələrin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda nəzərdə tutulan hansı peşələrin xarakteri ilə eynilik təşkil etməsini qeyd etməmişdir. Beləlik lə, işə təkrar baxan apellyasiya instansiya məhkəməsi nəzərə almalıdır ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun azı 10 il xüsusi stajı olmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbayc an Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.5.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-535/18 saylı 27 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar