Məhkəmə qərarları › İş №2-1(102)-2584/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2584/2019

29.08.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2584/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: sosial təminat hüququ ilə bağlı mübahisələr; təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması GİRİŞ HİSSƏ Hakimlər: 29.08.2019 Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), X1 və http://supremecourt.gov.az/static/view/102X2 dan ibarət tərkibdə, Tərəflərin iştiraki olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sos ial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinə qarşı təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında iddia tələbinə dairiş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 aprel 2019-cu il tarixli qərarından cavabdeh şöbətərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya Ali Məhkəmə hakimlərinin səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq p ul təminatı, hakimlərə verilən müalicə üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı, məzuniyyətə çıxarkən məzuniyyət pulundan əlavə iki aylıq əmək haqqı məbləğində müavinət, ixtisas dərəcəsinə görə 15% əlavə haqq nəzərə alınmaqla pensiya hüququnun yarandığı tarixdən əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya fərqinin birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 17 dekabr 2018-ci il tarixli qərarı ilə (hakim. İddiaçı; iş No 2-1(81)-4857/2018) iddianın təmin edilməsi; Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə ödənilən vəzifə maaşlarının 25 % miqdarında vergidən azad olunan pul təminatı və Ali Məhkəməsinin hakimlərinə yüksək hüquqi ixtisasa görə ödənilən vəzifə maaşının 15% miqdarında əlavə, mə zuniyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində verilən müavinət, il ərzində müalicə üçün verilən iki aylıq əmək haqqı həcmində pul məbləği nəzərə alınmaqla, iddiaçının pensiya hüququnun yarandığı tarixdən, yəni 27.09.2018-ci il tarixdən pensiyasının yenidən hesablanması və yaranmış məbləğ fərqinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh şöbəyə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 aprel 2019-cu il tarixli qərarı ilə (sədrlik edən K.Abiyeva, hakimlər M.Tağızadə və Ü.Mayılov; iş № 21(103)-769/2019) cavabdeh şöbə tərəfindən verimiş apellyasiya şikayətinin təmin edilməməsi; 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 17 dekabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh şöbə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh şöbənin kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq, hazırkı iş üzrə tərəflərin nümayəndələri gəlmədiklərindən və bunun səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı xx.xx.1948-ci il tarixdə anadan olmuşdur, ona 27.09.2011ci il tarixdə yaşa görə əmək pensiyası təyin edlmişdir. İddiaçı 02.07.1982 - 22.11.1983-cü il tarixlərdə Bakı şəhər Məhkəməsində hakim, 23.11.1983 - 31.10.2000-ci il tarixlərdə Azərbaycan SSR-nin Ali Məhkəməsində hakim, 28.08.2000 - 16.07.2007-ci il tarixlərdə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsində hakim, 16.07.2007 - 27.09.2018-ci il tarixlərdə isə Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışmışdır. Cavabdeh şöbənin “Pensiya miqdarının dəyişdirilməsi haqqında» 19 noyabr 2018-ci il tarixli qərarına əsasən iddiaçının apellyasiya instansiyası məhkəməsinin hakimi işlədiyi son iki il əsas götürülməklə 27.09.2018-ci il tarixdən 2.801,6 manat miqdarında yaşa görə əmək pensiyası hesablanmışdır. Azərbaycan Respub likası Ali Məhkəməsi tərəfindən iddiaçıya verilmiş 11.09.2018-ci il tarixli, 138/18 saylı arayışa əsasən, 01.05.2018-ci il tarixdən Ali Məhkəmənin hakiminin vəzifə maaşı 1824 manat müəyyən edilmişdir. Bundan əlavə onların hər birinə hər beş illik əmək stajına görə vəzifə maaşlarının 15%-i miqdarında (vəzifə maaşının 45%-dən artıq olmamaqla) ayda əlavə haqq ödənilir. 01.10.2010-cu il tarixdən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25% həcmində aylıq pul təminatı ödənilir, 01.11.2010-cu il tarixdən yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15% həcmində haqq ödənilir. Həmçinin hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaları üçün pul təminatı ödənilir. İddiaçı hesab etmişdirki, ona hesablanan pe nsiya məbləği azdır, burada 25 faiz səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərc, hakimlərə məzuniyyətə çıxdığı vaxt verilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaları üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmamışdır. İddiaçı bu əlavələrin pensiyasında nəzərə alınıb yenidən hesablanması üçün ərizə ilə cavabdeh şöbəyə müraciət etsə də, həmin inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki,qanunvericliklə 01.10.2010-cu il tarixdən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşlarının 25 % miqdarında vergidən azad olunan pul təminatı və 01 noya br 2010-cu il tarixdən Ali Məhkəməsinin hakimlərinə yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15% miqdarında əlavə müəyyən edilmişdir. Həmçinin hakimlərin sosial müdafiəsinə yönəldilən pensiya təminatı onların müstəqilliyini və qərəzsizliyini qorumaq üçün verilən Konstitusiya və beynəlxalq hüquqi aktlarda nəzərdə tutulan təminatların zəruri tərkib hissəsidir. Mövcud qanunvericiliyin tələblərinə görə pensiya alan hakimin ona təyin olunmuş pensiyanın məbləği hakimlik statusuna malik olan şəxslərin məvaciblərinin artırılması ilə əlaqədar mütənasib surətdə yenidən hesablanmalıdır. Odur ki, iddiaçının hazırkı tələbi əsaslı olduğundan, cavabdeh inzibati orqan imtina etməkdə haqlı olmamışdır. Belə ki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 5-ci və 6-cı hissələrinə əsasən, azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Bu maddənin beşinci hissəsinin müddəaları bu Qanuna uyğun keçirilmiş təyinatlardan əvvəl hakim işləmiş və pensiya yaşına çatmış sabiq hakimlərə də şamil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4-cü maddəsinə müvafiq olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış sabiq hakimlərə təyin edilir. Həmin Qanunun 20.7- ci və 29.3-cü maddələrinin mənasına görə əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin əmək pensiyasına əmək haqqındak ı sonrakı artımlar da nəzərə alınır, onların tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. “«Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununa əlavə və dəyişiklik edilməsi barədə” 08.10.2010-cu il tarixli Azərbaycan Respublikası Qanununa görə, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşlarının 25 % miqdarında vergidən azad olunan pul təminatı verilir. 01 noyabr 2010-cu il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 19 oktyabr 2010-cu il tarixli 1160 saylı Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Ali Məhk əməsinin hakimlərinə yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15% miqdarında əlavə müəyyən edilmişdir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 4-cü cümləsinə əsasən, hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Həmin Qanuna 08 oktyabr 2010-cu il tarixli düzəliş edildikdən sonra 107-ci maddə yeni redaksiyada verilmiş və onun 2-ci bəndi ilə hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində məzuniyyət haqqı verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «H.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-lqtisa di Kollegiyasının13 mart 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 fevral 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qəbul etdiyi «Məhkəmələr və hakimlər haqqında» Qanunun 106 və 109-cu maddələrinin müvafiq maddələrinin şərh edilməsinə dair” 23 yanvar 2001-ci il, 27 iyun 2001-ci il, 18 iyul 2008-ci il tarixli qərarlarında hakimlərin maddi və sosial təminatlarını Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş məhkəmə hakimiyyəti müstəqilliyinin tərkib hissəsi kimi qiymətləndirməklə belə bir mövqe müəyyənləşdirmişdir ki, hakimlərə, xüsusilə onların ədalətliliyinə və peşsksrlığına son dərəcə ciddi tələblərlə yanaşmaqla bərabər, öz səylərini hakimləri n sosial və maddi təminatı məsələlərinin yüksək səviyyədə həll edilməsinə yönəlmişdir. Hakimlərin statusuna dair Avropa Xartiyasının 6.4-cü maddəsinə əsasən müəyyən olunmuş müddət çərçivəsində öz hakimlik vəzifəsini yerinə yetirib, pensiya yaşına çatmış hakimlərə onların axırmcı iş yerlərində hakim kimi aldıqları vəzifə maaşlarına mümkün olduğu miqdarda yaxın olan məbləğdə pensiya verilməsinə təminat verilməlidir. BMT Baş Assambleyası tərəfindən qəbul olunmuş “Məhkəmə hakimiyyətinin əsas prinsipləri”nin 7-ci maddəsində nəzərdə tutulmuşdur ki, hər bir dövlət məhkəmə hakimiyyətinin mütləq şəkildə öz funksiyalarını yerinə yetirə bilməsi üçün kifayət qədər vəsait ayırmağa borcludur. Avropa Şurası Nazirlər Komitəsinin “Hakimlərin müstəqilliyi, səmərəliliyi və rolu haqqında” Tövsiyəsinə müvafi q olaraq hakimləri peşə nüfuzuna və məsuliyyət dərəcəsinə uyğun statusla təmin etmək və həvəsləndirməklə onların fəaliyyəti üçün lazımi şərait yaradılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür; cavabdeh şöbənin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, m əhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 16 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 aprel 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar