Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2584/2023 17.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yeni çıxarış və texniki pasport verilməsi (ölçülər dəyişdirilməklə)) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 23 nömrəli evin 31 nöm rəli mənzilinə dair ümumi sahəsi 81,3 kv.m, yaşayış sahəsi 47,5 kv.m (1 saylı, ön giriş 6,0 kv.m, 2 saylı, mətbəx 8,4 kv.m, 3 saylı, 1-ci otaq 14,5 kv.m, 4 saylı, 2-ci otaq 18,0 kv.m, 5 saylı, 3-cü otaq 15 kv.m, 6 saylı, mətbəx 11,9 kv.m, 7 saylı, daxili dəhliz 4,5 kv.m və 8 saylı, tualet 3,0 kv.m) göstərilməklə yeni daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2411/2023 nömrəli, 10 iyul 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri, Qarabağ küçəsindəki 23 nömrəli yaşayış evi nin 31 nömrəli mənzili iddiaçının xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyata alınaraq Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən adına xx.xx.1994-cü il tarixli qeydiyyat vəsiqəsi verilmişdir.
2. Eyni zamanda Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən iddiaçının adına tərtib edilmiş xx.xx.1994-cü il tarixli texniki pasportda göstərilmişdir ki, mənzil 3 otaqdan ibarətdir. Ümumi sahəsi 81,3 kv.m, yaşayış sahəsi 47,5 kv.m, 1-ci otağın sahəsi 14,5 kv.m, 2-ci otağın sahəsi 18,0 kv.m, 3-cü otağın sahəsi 15 kv.m, mətbəxin sahəsi 20,3 kv.m, ön girişin sahəsi 6,0 kv.m, daxili dəhlizin sahəsi 4,5 kv.m, ayaqyolunun sahəsi 3,0 kv.m-dir. 3. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57 kv.m olan mənzil üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınaraq iddiaçının adına xx.xx.2019-cu il tarixli, ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və mənzilin texniki pasportu verilmişdir. Texniki pasportda göstərilmişdir ki, mənzil 3 otaqlıdır, ümumi sahəsi 57 kv.m, yaşayış sahəsi 47,3 kv.m, dəhliz mətbəxin sahəsi 9,7 kv.m, yaşayış otağının sahəsi 15,3 kv.m, yaşayış otağının sahəsi 16,7 kv.m, yaşayış otağının sahəsi 15,3 kv.m-dir.
4. İddiaçı adına yeni tərtib edilmiş texniki pasportda qeyd olunan ümumi sahənin həcmi üzrə uyğunsuzluqların aradan qaldırılması ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2020-c i il tarixli məktubla imtina edərək bildirmişdir ki, xx.xx.1994-cü il tarixli texniki pasportda mənzilin faktiki öz əksini tapsa da, əlavə 22,2 kv.m sahə dövlət reyestrində qeydiyyatdan keçməmiş və mənzil sahəsinin dəqiqləşdirilməsi ilə bağlı heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Əlavə sahənin altında yerləşən torpaq sahəsi isə binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 23 nömrəli evin 31 nömrəli mənzilinə dair ümumi sahəsi 81,3 kv.m, yaşayış sahəsi 47,5 kv.m (1 saylı, ön giriş 6,0 kv.m, 2 saylı, m ətbəx 8,4 kv.m, 3 saylı, 1-ci otaq 14,5 kv.m, 4 saylı, 2-ci otaq 18,0 kv.m, 5 saylı, 3-cü otaq 15 kv.m, 6 saylı, mətbəx 11,9 kv.m, 7 saylı, daxili dəhliz 4,5 kv.m və 8 saylı, tualet 3,0 kv.m) göstərilməklə yeni daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil qüvvədə olan qanunvericilik normaları əsasında onun tərəfindən alınmışdır və qeydiyyat vəsiqəsi ilə həmin mənzilə toxunulmaz mülkiyyət hüququ qeydə alınmışdır. Bu qeydiyyat vəsiqəsi ilə birlikdə həmin mənzilə ona xx.xx.1994-cü il tarixli texniki pasport da tərtib edilib verilmişdir. Həmin texniki pasportda mənzilin sahələr i müvafiq olaraq 6 (1 saylı, ön giriş), 8,4 (2 saylı, mətbəx), 14,5 (3 saylı, 1-ci otaq), 18,0 (4 saylı, 2-ci otaq), 15,0 (5 saylı, 3-cü otaq), 11,9 (6 saylı, mətbəx), 4.5 (7 saylı, daxili dəhliz) və 3.0 (8 saylı, tualet) sahələrin, ümumi sahənin 81,3 kv.m, yaşayış sahəsinin 47,5 kv.m mövcud olması göstərilmişdir. Cavabdeh təşkilata müraciəti ilə bağlı ona məxsus mənzilə xx.xx.2019-cu il tarixli reyestrdən çıxarış verilmişdir. Həmin çıxarışda mənzilin ümumi sahəsi 57 kv.m qeyd edilmişdir. Bu çıxarışla birlikdə verilmiş xx.xx.2019-cu il tarixli texniki pasportda mənzilin sahələri 9,7 (1 saylı, dəhliz mətbəx), 15,3 (2 saylı, yaşayış otağı), 16,7 (3 saylı, yaşayış otağı) və 15,3 (4 saylı, yaşayış otağı) sahələrin, ümumi sahənin 57 kv.m, yaşayış sahəsinin 47,3 kv.m olması göstərilmişdir. Mənzi lə dair göstəricilər arasında əhəmiyyətli ziddiyyətlərin olmasına ilk əvvəl o qədər də əhəmiyyət verməsə də, sonradan əsl göstəricilər üzrə sənəd tərtib edilməsi üçün cavabdehə müraciət etmişdir. Xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan bu mənzildə yenidənqurma, rekonstruksiya, yeni planlama işləri görülməmiş, mənzilin tərkib hissələri dəyişməz qalmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli, **********613 nömrəli məktubla müraciətindən imtina etmişdir.
7. Cavabdehin iddia tələbinə yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.
8. İşin məhkəmə araşdırması zamanı tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/4546 nömrəli, xx.xx.2021-ci il tarixli eks pert rəyi ilə müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın ümumi sahəsi faktiki olaraq 84 kv.m təşkil edir və həmin daşınmaz əmlakın texniki göstəriciləri xx.xx.1994-cü il tarixli, 30/1187 reyestr nömrəli texniki pasporta uyğundur. Əmlakın texniki göstəriciləri xx.xx.2019-cu il tarixli, **********65-05101-093022 reyestr nömrəli texniki pasporta uyğun deyildir.
9. Bakı İnzibati Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2-1(112)-448/2022 nömrəli qərarı (hakim Ş.A.Həsənova) ilə iddia təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 23 nömrəli evin 31 nömrəli mənzilinə dair ümumi sahəsi 81,3 kv.m, yaşayış sahəsi 47,5 kv.m (1 saylı, ön giriş 6,0 kv.m, 2 saylı, mətbəx 8,4 kv.m, 3 saylı, 1-ci otaq 14,5 kv.m, 4 saylı, 2-ci otaq 18,0 kv.m, 5 saylı, 3-cü otaq 15 kv. m, 6 saylı, mətbəx 11,9 kv.m, 7 saylı, daxili dəhliz 4,5 kv.m və 8 saylı, tualet 3,0 kv.m) göstərilməklə iddiaçının adına yeni daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın iddiaçının xüsusi mülkiyyətində olması işin mübahisəsiz haldır. Tərəflər arasında mübahisə həmin daşınmaz əmlakın sahələrinə dair texniki göstəricilərin çıxarışda və texniki pasportda qeydləri ilə bağlıdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/4546 nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın ümumi sahəsinin faktiki olaraq 84 kv.m təşkil etdiyi və həmi n daşınmaz əmlakın texniki göstəricilərinin xx.xx.1994-cü il tarixli, 30/1187 reyestr nömrəli texniki pasporta uyğun olduğu müəyyən edilmiş və ünvan 2 ünvanında yerləşən əmlakın texniki göstəricilərinin xx.xx.2019-cu il tarixli, **********6505101-093022 reyestr nömrəli texniki pasporta uyğun olmadığı müəyyən edilmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçının mülkiyyətində ümumi sahəsi 81,3 kv.m, yaşayış sahəsi 47,5 kv.m olan daşınmaz əmlakın olması müəyyən edildiyindən, həmin hal ekspert rəyi ilə də təsdiqini tapdığından cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası qanunsuz olmaqla iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmi n olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2476/2022 nömrəli qərarı (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2-1(112)-448/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) kassasiya instansiya məhkəməsində birinci icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 mart 2023-cü il tarixli, 2-1(102)-566/2023 nömrəli qərarı (hakimlər: Z.M.Quliyev /sədrlik edən və məruzəçi/, R.S.Nəbizadə və S.Ə.Kərimov) ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2476/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
16. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, işdə olan (iş səh. 5,6) xx.xx.1994-cü il tarixli texniki pasport (orada mənzilin ümumi sahəsi 81.3 kv.m yazılmışdır - qeyd Ali Məhkəmənin), Mülki Prosessual Məcəll ənin 89.3-cü maddəsinin tələblərinə cavab vermədiyindən iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, işdə həmin texniki pasportun lazımi qaydada təsdiq olunmamış kserosurəti mövcud olmaqla, texniki pasport heç kim tərəfindən imzalanmamış və texniki pasportu ona vermiş idarənin möhürü vurulmamışdır. Lakin apellyasiya məhkəməsi bunu araşdırmamış və sözügedən texniki pasportu yanlış olaraq mötəbər sübut kimi qiymətləndirmişdir. Buna görə də apellyasiya məhkəməsi işə təkrar baxarkən sözügedən xx.xx.1994-cü il tarixli texniki pasportun əslinin əldə edilməsi üçün müvafiq dövlət orqanlarına sorğular göndərməli, həmin texniki pasportunun əslini əldə etdiyi halda, xx.xx.1994-cü il və xx.xx.2019-cu il tarixli texniki pasportları müqayisə etməklə tutuşdurmalı və bundan asılı olaraq qanuni və əsaslı məhkəmə qərarı qəbul etməlidir. b) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2023-cü il tarixli, 2-1(103)-2411/2023 nömrəli qərarı (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və R.Ə.Səmədov) ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21 aprel 2022-ci il tarixli 2-1(112)-448/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və kassasiya instansiya məhkəməsinin göstərişinin icra edilməsi ilə bağlı əlavə olaraq qeyd etmişdir ki, işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün iddiaçının şəxsi mülkiyyətində olan mənzilin xx.xx.1994-cü il tarixli texn iki pasportunun əslinin və ya arxivdə olan təsdiq olunmuş surətinin məhkəməyə təqdim edilməsi ilə bağlı cavabdehə məhkəmə sorğusu göndərilmiş, həmin sorğuya cavab olaraq təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, mənzilə dair texniki pasportun tərtib edilməsi ilə bağlı məlumat (sənəd) aşkar edilməmişdir.
19. Məhkəmənin xüsusi bilik tələb olunan məsələlərlə bağlı ekspertiza təyin etmək hüququ vardır və bu hüquq hər hansı norma ilə məhdudlaşdırılmamışdır. Əksinə, inzibati işlərə baxılması zamanı məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğundan zərurət olduqda ekspertiza təyin etmək vəzifəsi daşıyır. Məhkəmə kollegiyası hesab etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi eks pert rəyi sübut kimi qəbul edilməklə, birinci instansiya məhkəməsi iddianın təmin olunması ilə bağlı düzgün nəticəyə gəlmişdir.
20. Apellyasiya instansiya məhkəməsi qərarında Mülki Məcəllənin 139.1, 139.2, 139.3, 146.2, 152.1, Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 2.1, 2.2, 4.1, 8 və 15-ci maddələrinə istinad etmişdir.
21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaçının müraciətindən imtinanın, etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq bildirmişdir ki, apellyasiya instansiya məhkəməsi mötə bər hesab olunmayan sənəd əsasında tərtib edilmiş ekspert rəyini sübut qismində qəbul etmişdir.
23. Cavabdeh kassasiya şikayətində Torpaq Məcəlləsinin 55, 68, Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 2 və 7-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
24. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək şikayətin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2023-cü il tarixli, 2-1(103)2411/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 87.10. Sübutlar bu Məcəllə ilə müəyyən edilmiş qaydada hakim tərəfindən təmin edilir. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 26. “İnzibati icraat haq qında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadı ğı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Maddə 67. inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edi lmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 27. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2000-ci il tarixli, 252 saylı Fərmanına əsasən məhkəmə ekspertizası fəaliyyəti Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin məhkəmə ekspertiza idarələri tərəfindən həyata keçirilir. 28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanı: 5-ci bənd. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, birtipli layihələr əsasında inşa olunmuş dövlət və ya ictimai mənzil fonduna aid çoxmənzilli binalarda yaşayış sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məqsədi ilə texniki inventarlaşdırma işləri aparılan zaman mənzilin (otağın) sahəsinin faktiki göstəriciləri (əlavə tikililər istisna olmaqla) ilə qeydiyyat sənədlərindəki, eləcə də order və kirayə müqavilələrindəki göstəricilərin fərqli olduğu aşkarlandıqda, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatının sahənin faktiki göstəriciləri əsasında aparılmasını təmin etsin.
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməs inə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddət ində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Belə ki, iş materialları ilə müəyyən olunduğu kimi, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı mülkiyyətində olan mənzilin faktiki vəziyyətinə uyğun, yəni yaşayış və köməkçi sahələrinin ölçüləri dəqiq göstərilməklə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq sənədlərin verilməsindən ibarətdir.
34. Məhkəmə kollegiyası işin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına və kassasiya şikayətinə münasibətdə təkrar qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/4546 nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın ümumi sahəsi faktiki olaraq 84 kv.m təşkil edir və həmin daşınmaz əmlakın texniki göstəriciləri xx.xx.1994-cü il tarixli, 30/1187 reyestr nömrəli texniki pasport a uyğundur. Əmlakın texniki göstəriciləri xx.xx.2019-cu il tarixli, **********65-05101-093022 reyestr nömrəli texniki pasporta uyğun deyildir.
35. Göründüyü kimi, ekspertiza aparılan zaman mübahisə predmeti olan mənzil faktiki ölçülmüş və bunun nəticəsində əldə edilmiş ölçülərin xx.xx.1994-cü il tarixli, 30/1187 reyestr nömrəli texniki pasportda qeyd olunan ölçülərə uyğun olduğu müəyyən edilmişdir. Başqa sözlə ekspert rəyi ilə müəyyən olunur ki, həmin daşınmaz əmlakın texniki göstəriciləri xx.xx.2019-cu il tarixli, **********65-05101-093022 reyestr nömrəli texniki pasport tərtib edildikdən sonra dəyişdirilməmiş, həmin texniki pasport tərtib edilərkən xx.xx.1994-cü il tarixli, 30/1187 reyestr nömrəli texniki pasportda qeyd olunan ölçülərə uyğun olmuşdur.
36. Bununla yanaşı məhkəmə kollegi yası onu da qeyd etməyi zəruri hesab edir ki, mübahisəli mənzil “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən xx.xx.1994-cü il tarixli bağışlama müqaviləsi əsasında 3 otaqlı tam kommunal şəraitli mənzil kimi özəlləşdirilmişdir. Tam kommunal şəraitli mənzil dedikdə isə mətbəx, hamam, tualet və dəhliz nəzərdə tutulur.
37. İşin müəyyən edilmiş hallarından görünür ki, mənzilin təyinatı və otaqlarının sayı dəyişdirilməmişdir. Buna baxmayaraq mənzilin xx.xx.2019-cu il tarixdə aparılmış dövlət qeydiyyatı nəticəsində hazırlanmış mənzilin texniki pasportundan görünür ki, mənzil tam kommunal şəraitli mənzil kimi əks olunmamışdır.
38. Göründüyü kimi, cavabdeh inzibati orqan mənzil üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatı zamanı səhvə yol verər ək mənzilin texniki göstəricilərini yanlış göstərmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli Fərmanından irəli gələn tələblərə əməl etməyərək uyğunsuzluqları aradan qaldırmaqla faktiki vəziyyəti əks etdirən sənəd tərtib etməmişdir.
39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə hazırki qərarın 25-29 a bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslı olmuşdur.
40. Odur ki, kassasiya şikayəti təmin edilmədən, a pellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2023-cü il tarixli, 21(103)- 2411/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.