Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2584/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə dair icarə hüquqlarının qeydə alınması; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 01.11.2024 hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Bakı şəhəri Nizami Bələdiyyəsi) qarşı “torpaq sahəsinə dair ica rə hüquqlarının qeydə alınması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-52/2024 nömrəli, 1 may 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr, 2442-ci məhəllə, 31 saylı binanın yaxınlığında yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2022-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, elektron kadastr məlumatına əsasən qeyd edilən torpaq sahəsi yaşayış binasına bitişi k yol kənarı ümumi istifadədə olan yaşıllıq ərazisi olmaqla dövlət mülkiyyətindədir. Bundan başqa, torpaq sahəsinin icarəyə verilməsinə dair qərar təqdim edilməmişdir.
2. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhər Nizami Bələdiyyəsinin 13 dekabr 2006-cı il 15 saylı ümumi iclasının protokolunun surətindən görünür ki, Nizami rayon, Q.Qarayev prospekti, 2442-ci məhəllədə 31 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 141.5 kv.m olan boş torpaq sahəsinin 49 illiyə ticarət və iaşə məqsədi ilə İddiaçı icarəsinə verilməsi, göstərilən ünvanlardakı boş torpaq sahələrindən istifadə edən fiziki və hüquqi şəxslərin vergiyə cəlb edilməsi məqsədi ilə onlarla ica rə müqaviləsinin bağlanması qərara alınmışdır.
3. Azərbaycan Respublikası Bakı şəhəri Nizami Bələdiyyəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhəri Nizami Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 14 dekabr 2006-cı il tarixli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, İcarəyəverən Bakı şəhəri Nizami Bələdiyyəsi icarə əsasında Nizami rayon Q.Qarayev prospekti 2442-ci məhəllə 31 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 141.5 kv.m olan ərazini İcarəçi İddiaçı 49 il istifadəyə vermiş, İcarəçi isə onu qəbul etmişdir.
4. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş müayinə aktından görünür ki, xx.xx.2022-ci ildə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ünvanında İddiaçı ai d olan torpaq sahəsinə baxış keçirilmişdir, torpaq sahəsi sənədlə və faktiki 141.5 kv.m-dir, torpaq sahəsi hər tərəfdən şərti sərhədlə göstərilib, tikili yoxdur, torpaq sahəsi yaşayış binasının yaxınlığında yolkənarı bir neçə meyvə və yaşıl ağacları olan ərazidən ibarətdir. Cizgidə göstərilən perimetrik ölçülərlə faktiki torpaq sahəsinin perimetrik ölçüləri arasında fərq vardır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 2442-ci məhəllə 31 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 141.5 kv.m olan torpaq sahəsinə icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami bələdiyyəsi ilə aralarında bağlanmış 14 dekabr 2006-cı il tarixli torpaq icarəsi müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 2442-ci məhəllə 31 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 141.5 kv. metr olan torpaq sahəsi ticarət və iaşə məqsədi ilə 4 illiyə ona icarəyə verilmişdir. Həmin torpaq sahəsi ona verildiyi gündən hal-hazıradək istifadəsindədir. Torpaq sahəsinə icarə hüququ əsasında çıxarışın verilməsi üçün DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********36 №-li məktubu ilə bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən qeyd edilən torpaq sahəsi yaşayış binasına bitişik yol kənarı ümumi istifadədə olan yaşıllıq ərazisi olmaqla dövlət mülkiyyətidir. Bundan başqa, torpaq sahəsinin icarəyə verilməsinə dair qərar təqdim edilməmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11895/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmiş, Bakı şəhəri Nizami Bələdiyyəsinin 13 dekabr 2006-cı il tarixli 15 saylı qərarına əsasən bağlanmış 14 dekabr 2006-cı il tarixli torpaq icarəsi müqaviləsi əsasında İddiaçı icarəsinə (istifadəsinə) verilmiş Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 2442-ci məhəllə 31 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 141.5 kv.metr olan torpaq sahəsinə dair iddiaçının icarə hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və buna dair Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Odur ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verər ək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
10. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd olunur: İddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Naturada müəyyən edilmiş koordinatlara əsasən ölçülmüş ərazi baza məlumatlarına əsasən araşdırılmışdır:
1. Bakı şəhəri, Nəsimi rayonu, Q.Qarayev prospekti, 2442-ci məhəllə 31 saylı binanın yaxınlığında yerləşən iddia olunan şərti sərhədli 141.5 kv.m torpaq sahəsinin faktiki koordinatları müəyyən edilmişdir.
2. İddia olunan torpaq sahəsi elektron kadastr məlumat bazasına əsasən dövl ət mülkiyyətindədir.
3. İddia olunan torpaq sahəsinin daxilində piyadaların hərəkəti üçün nəzərdə tutulmuş piyada səkisi və ağaclar yerləşir. Elektron kadastr məlumat bazasına əsasən dövlət mülkiyyəti olmaqla ümumi istifadədə olan torpaq sahəsidir.
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-52/2024 nömrəli, 1 may 2024-cü il tarixli qərarı ilə (hakimlər: P.Hüseynov sədrlik edən və məruzəçi, Ş.Məmmədova və R.Səmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmiş, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı alınaraq dövlət büdcəsinə ödənilmişdir.
12. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının icarə müqavil əsi əsasında istifadəsində olan torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlardır, həmin torpaq sahəsi yaşayış binasının yaxın məsafəsində, yolkənarı yaşıllıq ərazisi olmaqla ümumi istifadədə olan dövlət mülkiyyəti torpağıdır, iddia olunan torpaq sahəsinin daxilində piyadaların hərəkəti üçün nəzərdə tutulmuş piyada səkisi və ağaclar vardır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. İddia tələbi əsassızdır və təmin edilməməlidir.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi ilə b ağlı qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq, qeyd olunan qanunvericiliyin normasına əsasən ümumi istifadədə olan torpaqlara aid olduğu üçün bələdiyyə mülkiyyəti sayılır.
15. Eyni zamanda, həm Bakı şəhəri Nizami Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan, həm də, bələdiyyənin nümayəndəsi X1 birinci instansiya məhkəməsində verdiyi izahatından da görünür ki, Nizami Bələdiyyəsininxx.xx.2006-cı il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədə qeyd olunan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 2442-ci məhəllə, 31 saylı binanın yaxınlığında yerləşən İddiaçı icarəs inə verilmiş cizgidə göstərilən 141.5 kv.m torpaq sahəsi Nizami Bələdiyyəsinin inzibati ərazisidir.
16. Bundan əlavə, ekspert öz rəyində də, ümumi istifadədə olan torpaqların bələdiyyə mülkiyyətinə aid olduğunu qeyd etməsinə baxmayaraq, apellyasiya instansiya məhkəməsi bu xüsusatları nəzərə almamış, mübahisəli torpağın kimə məxsus olmasına dair tam araşdırma aparmadan və həqiqətə nail olmadan ədalətsiz qərar qəbul etmişdir.
17. Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 2442-ci məhəllə 31 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 141.5 kv.m olan torpaq sahəsini ticarət və iaşə məqsədi ilə 49 illiyə İddiaçı icarəsinə verilməsinə dair Nizami bələdiyyəsi ilə İddiaçı arasında bağlanılmış 14 dekabr 2006-cı il tarixli Torpaq icarəsi müqaviləsinin müddəti qurtarmayıb, qüvvədən düşmüş hesab edilməyib və hüquqi cəhətdən etibarlı sayıldığı üçün həmin torpaq sahəsinə dair iddiaçının icarə hüquqlarının Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınmasından cavabdehin imtinası əsassızdır.
18. Bakı şəhəri Nizami Bələdiyyəsinə ayrılmış torpaq sahələrinin xəritəsi təqdim olunmadığından ekspert mübahisəli torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyəti olmasını müəyyən edə bilmədiyini qeyd etsə də, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın əsassız mülahizələrinə əsaslanaraq və torpaq sahəsinin dövlət mülkiyyəti olduğu qənaətinə gələrək iddianı rədd etmişdir. Halbuki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 911 nömrəli Sərəncamla mübahisəli torpaq sahəsi Bakı şəhəri Nizami Bələdiyyəsinə təhvil verilmişdir.
19. Bütün yuxarıda göstərilənlərə əsasən i ddiaçı kassasiya şikayətində, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hall arda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəb indən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məlum olduğu kimi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı şəhəri Nizami Bələdiyyəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 2442-ci məhəllə 31 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 141.5 kv.m o lan torpaq sahəsinə icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Cavabdeh iddiaçının iddiasına dair verdiyi etirazında, həmçinin birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından verdiyi apellyasiya şikayətində göstərmişdir ki, “Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən qeyd edilən torpaq sahəsi yaşayış binasına bitişik yol kənarı ümumi istifadədə olan yaşıllıq ərazisi olmaqla dövlət mülkiyyətindədir. Bundan başqa, torpaq sahəsinin icarəyə verilməsinə dair qərar təqdim edilməmişdir. Bundan əlavə, təqdim edilən cizgidə göstərilən perimetrik ölçülərlə faktiki torpaq sahəsinin ölçü ləri arasında fərq vardır. Həmçinin təqdim edilən sənədlər surətdir.”
25. Beləliklə cavabdehin iddiaçının xahişinə olan imtinası 4 (dörd) əsas üzərində qurulmuşdur ki, bu əsasların ikincisi (“torpaq sahəsinin icarəyə verilməsinə dair qərar təqdim edilməmişdir”), üçüncüsü (“təqdim edilən cizgidə göstərilən perimetrik ölçülərlə faktiki sahəsinin ölçüləri arasında fərq vardır”) və dördüncüsü (“həmçinin təqdim edilən sənədlər surətdir”) aşkar şəkildə formal xarakter daşımaqla, iş üzrə düzgün qərar qəbul edilməsi üçün əhəmiyyət kəsb etmir.
26. Cavabdehin birinci əsası isə, qeyd edilən torpaq sahəsinin “... ümumi istifadə olan yaşıllıq ərazisi olmaqla dövlət mülkiyyətindədir”, kimi göstərilmiş, etirazda və apellyasiya şikayətində yazılmışdır ki, belə nəticəyə “... elektron kadastr məlumatına ə sasən...” gəlinmişdir.
27. Yəni bu şəkildə olan cavabın özü cavabdehin mövqeyinin formal xarakter daşıdığına dəlalət edir.
28. Sözügedən məsələnin araşdırılması məqsədi ilə apellyasiya məhkəməsi tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli sorğu göndərilmiş və cavabdehin bu sorğuya görə məhkəməyə təqdim etdiyi sənədlər, yəni “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktından məlum olur ki, həmin aktı cavabdehin 2 nəfər işçisi tərtib etməklə yanaşı, orada sözügedən torpaq sahəsinin dövlət mülkiyyətində olması barədə hər hansı bir qeyd yoxdur (iş səh. 93, 94).
29. Həmçinin eyni mətndə işin 110-111-ci səhifələrində olan 01 noyabr 2022-ci il tarixli akt mövcuddur ki, bu aktı cavabdehin başqa bir işçisi tərtib etmişdir.
30. Bununla yanaşı xüsus i olaraq qeyd edilməlidir ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/210/7532 saylı xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Q.Qarayev prospekti, 2442-ci məhəllə 31 saylı binanın yaxınlığında yerləşən, təqdim olunmuş şərti sərhədli 141,5 kv.m torpaq sahəsinin faktiki koordinatları müəyyən edilmişdir. X-409669,233; 409672,820; 409677,468; 409673,781; 409676,298; 409674,800; 409663,664; 409665,263; Y4474670,083; 4474683,988; 4474682,789; 4474683,988; 4474667,847; 4474662,037; 4474664,910; 4474671,107. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3- 21-3-30/2-24880/2023 saylı mütəxəssis rəyində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr-ti, 2442-ci məhəllə 31 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 141,5 kv.m olan torpaq sahəsinin dövlət mülkiyyəti olmaqla ümumi istifadədə olan torpaq sahəsi olması qeyd olunur. Lakin Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci və 59-cu maddəsində qeyd olunanlara və “Torpaq islahatı haqqında” Qanunun 7-ci maddəsində göstərilənlərə əsasən ümumi istifadədə olan torpaqların bələdiyyə mülkiyyətinə aid olmasını nəzərə alaraq, eyni zamanda Bakı şəhəri Nizami Bələdiyyəsinə ayrılmış torpaq sahələrinin xəritəsi təqdim olunmadığından sözügedən torpaq sahəsinin dövlət və ya bələdiyyə mülkiyyətinə aid olmasını müəyyən etmək mümkün olmamışdır.
31. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mütəxəssis qismində çıxış etmiş işçiləri ekspertə təqdim etdikləri “mütəxəssis rəyində” (iş səh. 132 və 151) göstərmişlər ki, iddia olunan torpaq sahəsi dövlət mülkiyyətindədir və istinad nöqtəsi kimi yenə “Elektron kadastr məlumatı bazası” götürülür.
32. Bundan əlavə Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə əraziləri və torpaqları haqqında” “Azərbaycan Respublikası qanununun təsdiq edilməsi barədə” 24 dekabr 1999-cu il tarixli Fərmanına uyğun olaraq, Bakı şəhəri İcra Hakimiyyəti başçısı müvafiq sərəncam qəbul etmişdir. Həmin sərəncamla Nizami rayon Bələdiyyəsinə ümumilikdə nə qədər torpaq sahəsinin ayrılmasını və mübahisəli torpaq sahəsinin olubolmaması barədə sənəd əldə edilib və həmin sərəncama müvafiq olaraq qərar qəbul edilməlidir.
33. Lakin apellyasiya instansiyası məhkəməsi iş materiallarını tam və hərtərəfli araşdırmadan, yanlış olaraq belə nəticəyə gəlmişdir ki, “iddiaçının icarə müqaviləsi əsasında istifadəsində olan torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlardır, həmin torpaq sahəsi yaşayış binasının yaxın məsafəsində, yolkənarı yaşıllıq ərazisi olmaqla ümumi istifadədə olan dövlət mülkiyyəti torpağıdır, iddia olunan torpaq sahəsinin daxilində piyadaların hərəkəti üçün nəzərdə tutulmuş piyada səkisi və ağaclar vardır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəy ə gəlməmişdir. İddia tələbi əsassızdır və təmin edilməməlidir.”
34. Halbuki Bakı şəhəri Nizami bələdiyyəsi ilə iddiaçının arasında bağlanmış 14 dekabr 2006-cı il tarixli torpaq icarəsi müqaviləsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 2442-ci məhəllə 31 saylı binanın yaxınlığında yerləşən ümumi sahəsi 141.5 kv. metr olan torpaq sahəsi ticarət və iaşə məqsədi ilə 49 illiyə iddiaçıya icarəyə verilmişdir. Həmin torpaq sahəsi ona verildiyi gündən hal-hazıradək istifadəsindədir.
35. Qeyd edilməlidir ki, sözügedən icarə müqaviləsi ləğv edilməmiş, hər hansı bir şübhə doğurmur və hazırda da qüvvədədir.
36. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Ali Məhkəmənin icraatında 2 (iki) oxşar inzibati iş olmuşdur, yəni hər iki işdə iddiaçılar fərqli fiziki şəxslər olsa da, cavabdehlər və üçüncü şəxslər eyni olmuş, müvafiq olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri Nizami Bələdiyyəsi, iddia tələbi də eyni olmuşdur. Belə ki, Bakı İnzibati Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 2-1(112)1475/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçının Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 79 saylı binanın yanında yerləşən ümumi sahəsi 360 kv.m torpaq sahəsinə icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 aprel 2024-cü il tarixli, 2-1(103)-640/20 24 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(102)-2316/2024 qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 aprel 2024-cü il tarixli, 2-1(103)640/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
37. Bununla yanaşı Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(102)-2524/2024 nömrəli qərarı ilə iddiaçı E.B.Bəşirovun kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 may 2024-cü il tarixli, 2-1(103)1026/2024 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.
38. Ali Məhkəmənin qərarının əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Apelyasiya instansiyas ı məhkəməsi iddiaçının iddia tələbini rədd edərkən iddiaçıya icarə müqaviləsi əsasında istifadəyə verilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmadığına və həmin torpaq sahəsinin yaşayış binalarının ümumi istifadəsində olduğuna istinad etmişdir. Lakin bu hal qanuni və əsaslı sayıla bilməz. Belə ki, Torpaq Məcəlləsinin 59-cu maddəsinin 2-ci bəndinə görə ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin ic arəsinə verilir. Oxşar yanaşma “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 7-ci maddəsində öz əksini tapmışdır. Həmin normanın tələbinə görə ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşəparkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin malqarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin tələbinə görə mülkiyyət hüququ 3 hüququ özündə ehtiva edir: sahiblik, istifadə və sərəncam Yuxarıda qeyd edilən qanunvericilik aktları ümumi istifadədə olan torpaqların xüsusi mülkiyyətə verilməsini, yəni üzərində sərəncam hüquqlarının tətbiqini istisna edir. Başqa sözlə ümumi istifadədə olan torpaq sahələri üzərində sahiblik və istifadə hüquqları reallaşa bilər.”
39. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nın kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 may 2024-cü il tarixli, 21(103)-52/2024 nömrəli qərarı ləğv edilsin. İş yenidən baxılması Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.