Məhkəmə qərarları › İş №2-1(102)-2586/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2586/2019

04.09.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2586/2019 04.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və X2 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “icra hərəkətlərini etmək, maddi və mənəvi zərərin ödənilməsi vəzifələrinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 14 may tarixli 21(103)-1200/2019 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: Binəqədi Rayon Məhkəməsinin 2015-ci il 10 sentyabr tarixli 2(001)-8275/2015 nömrəli qətnaməsi ilə cavabdehlər X3 və qeyrilərinin X ünvanında yerləşən 4 otaqlı mənzildən çıxarılmaları qət edilmişdir. Həmin qətnamənin icrası üçün verilmiş icra sənədinə əsasən cavabdeh tərəfindən icra icraatına başlanılmış, borclulara 10 gün müddətində qətnaməni könüllü icra etmək təklif edilmiş, müxtəlif tarixlərdə verilmiş bildiriş və xəbərdarlıqlarla icra vərəqinin icra edilməsi tələb edilmiş, lakin icra vərəqinin könüllü icrası təmin olunmamışdır. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək Binəqədi Rayon Məhkəməsinin 2015-ci il 10 sentyabr tarixli 2(001)-8275/15 nömrəli qətnaməsinin icra edilməməsi nəticəsində ona dəymiş maddi ziyana görə 60.000 manat, mənəvi ziyana görə isə 100.000 manat məbləğində pulun ödənilməsini xahiş etmiş, lakin cavab deh onun ərizəsinə heç bir cavab verməmişdir. İddiaçı 2018-ci il 24 may tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Binəqədi Rayon Məhkəməsinin 2015-ci il 10 sentyabr tarixli 2(001)-8275/15 nömrəli qətnaməsinin icra edilməsi üçün verilmiş icra sənədi üzrə qanunvericilikdə nəzərdə tutulmuş icra hərəkətlərini etmək, 160.000 manat məbləğində maddi və mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 2015-ci il 10 sentyabr tarixli 2(001)-8275/2015 nömrəli qətnaməsi ilə cavabdehlər X3 və qeyrilərinin X ünvanında yerləşən 4 otaqlı mənzildən çıxarılmaları qət edilmişdir. X1 və qeyriləri müxtəlif bəhanələrlə məhkəmə qətnam əsini icra etməkdən imtina etmişlər. İddiaçı dəfələrlə cavabdehdən məhkəmə qətnaməsinin icrası üçün tədbirlər görülməsini xahiş tələb də, cavabdeh könüllü icra tədbirindən başqa heç bir şey etməmiş, nəticədə iddiaçıya maddi və mənəvi ziyan dəymişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 12 sentyabr tarixli 2-1(82)2894/2018 nömrəli qərardadı ilə iddia tələbi “Binəqədi Rayon Məhkəməsinin 2015-ci il 10 sentyabr tarixli 2(001)-8275/15 nömrəli qətnaməsinin icra edilməsi üçün verilmiş icra sənədi üzrə qanunvericilikdə nəzərdə tutulmuş icra hərəkətlərini etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin hərəkət və hərəkətsizliyi ilə bağlı məsə ləyə Binəqədi Rayon Məhkəməsinin icraatında olmuş mülki işin davamı kimi şikayət formasında icra sənədini vermiş məhkəmə tərəfindən baxılamlıdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 12 sentyabr tarixli 2-1(82)2894/2018 nömrəli qərarı ilə iddia tələbi “160000 manat məbləğində maddi və mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı məhkəmə qətnaməsinin icra edilməməsi nəticəsində ona maddi və mənəvi ziyanın vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmi şdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 30 oktyabr tarixli 2-1(103)-2651/2018 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 13 fevral tarixli 2-1(102)-330/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 30 oktyabr tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Ka ssasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 14 may tarixli 2-1(103)-1200/2019 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı iddiaçıya 2019-cu il 18 iyun tarixdə təqdim edilmişdir. İddiaçı həmin qərardan 2019-cu il 2 iyul tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşk il edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçı 4 ilə yaxındır ki, mülkiyyət hüququ ilə ona məxsus olan mənzilinə köçə bilmədiyindən ailə üzvləri ilə birlikdə kirayələrdə yaşayır. Məhkəmə bu müddət ərzində harada və hansı vəsait hesabına yaşamasının səbəblərini araşdırmamış, onun kirayədə yaşaması ilə cavabdehin hərəkətsizliyi arasındakı səbəbli əlaqəni görməzdən gəlmiş, iddiaçının mülkiyyət hüququnun davam edən pozuntusuna hər hansı bir münasibət bildirməmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra mətndə - İPM) 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Tərəflər məhkəmə iclasında təmsil olunmamışlar. Əsaslandırma hissəsi: Tərəflərin məhkəmə iclasında təmsil olunmadıqlarına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü b arədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, icra sənədinə əsasən cavabdeh tərəfindən icra icraatına başlanılmış, borclulara 10 gün müddətində qətnaməni könüllü icra etmək təklif edilmiş, müxtəlif tarixlərdə verilmiş bildiriş və xəbərdarlıqlarla icra vərəqinin icra edilməsi tələb edilmişdir. Digər tərəfdən, cavabdeh icra orqanı borcluların məcburi köçkün olduqlarını nəzərə alaraq, onlar ın başqa yaşayış sahəsi ilə təmin olunmalarına dair məsələnin həlli məqsədi ilə Qaçqınların və X4 üzrə Dövlət Komitəsinə müraciətlər etmiş, lakin Komitə borcluların başqa yaşayış sahəsi ilə təmin olunmalarının hazırkı vaxtda mümkün olmadığını bildirilmiş, borcluların başqa yaşayış sahəsi ilə təmin olunmalarınadək icra sənədinin icrasının dayandırılması xahiş olunmuşdur. Göründüyü kimi, icra sənədinin icrası məqsədi ilə cavabdeh orqanın icra hərəkətləri, xüsusilə də borcluların köçürülmələri məqsədi ilə başqa yaşayış sahəsinin müəyyən edilməsi üçün atdığı addımlar ondan asılı olmayan səbəbdən nəticəsiz qalmışdır. İddiaçının bilavasitə 160000 manat məbləğində zərərlə bağlı tələbinə gəldikdə, o, həmin məbləğdə zərərin məhz nədə ifadə olunduğunu, zərərin icra sənədinin icra olunmamasının bilav asitə nəticəsi olduğunu hər hansı sübutetmə vasitələri ilə əsaslandırmamışdır. Məhkəmə kollegiyası İPM-in 12-ci maddəsinin tələblərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən pozulduğuna dair şikayətin dəlilini əsaslı hesab etmir. Belə ki, icra sənədi üzrə icra işi cavabdehdən tələb edilərək öyrənilmiş, icra işinin materialları məhkəmə araşdırmasının predmeti olmuşdur. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 14 may tarixli 2-1(103)-1200/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qər ar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova A.S.Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar