Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2587/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi; operativ vergi nəzarəti; əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2023-cü il tarixli, 2-1(103)-915/2023 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022ci il tarixli, **********6625 nömrəli qərarı ilə iddiaçı cəmiyyətdə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müq aviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi (ləri) üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək (xx.xx.2022-ci il daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. 2. “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə etmədən işlərin yerinə yetiril məsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında DVX seriyalı 002622 saylı xx.xx.2022-ci il tarixli aktdan və ona əlavədən görünür ki, 7 nəfər fiziki şəxsin (X13, X5, X14, X15, X8, X16, X4) Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi” faktı aşkar olunmuşdur və qeyd edilən akt İddiaçı MMC-nin (“X12”) qanuni təmsilçisi Mamedov Gusein tərəfindən imzalanaraq qəbul edilməkdən imtina olunmuşdur. 3. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********7763 nömrəli qərarı ilə iddiaçıya Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azər baycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 7 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 14.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********7763 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sə nədlərin təqdim olunması haqqında" tələbnamənin üçüncü bəndində, göstərilən sənədlərin bir iş günü müddətində vergi orqanının operativ nəzarəti keçirən vəzifəli şəxslərinə və ya vergi orqanının BŞLGBİ-yə təqdim olunması qeyd olunmuşdur. Həmçinin, tələbnamənin 5-ci abzasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 377 və 380-ci maddələrinə əsasən sənədlərin verilməsi barədə tələb yönəldilən şəxs tərəfindən həmin sənədləri göstərilən müddətdə təqdim edilməsi tarixindən operativ vergi nəzarəti müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanılır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Lakin, tələbnamə ilə xx.xx.2022-ci il tarixində tanış olmaqlarına baxmayaraq, cavabdeh vergi orqanı tərəfindən sənədlərin təqdim olunması üçün nəzərdə tutulan bir iş günü müddəti gözlənilmədən, xx.xx.2022-ci il tarixli DVX 002622 saylı AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə, habelə VM-nin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilinəsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında akt tərtib edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli qərarı qanunsuz çıxarılmış və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmişdir. Müəssisədə əmək müqaviləsi olmayan və izahatları vergi əməkdaşları tə rəfindən məcburi alınan şəxslər araşdırılmış və məlum olmuşdur ki, X13 müəssisənin işçisi olmamış, vergi yoxlaması keçirilən zaman müəssisənin fəaliyyəti və iş şəraiti ilə tanış olmaq məqsədilə gəldiyini və həmin müəssisədə stajor kimi fəaliyyət göstərəcəyini öz izahatında bildirmişdir. İzahatı alınan digər şəxs isə X4 olmuşdur ki, həmin şəxs müəssisədə olan zaman bəstəkarlar ittifaqında mühasib vəzifəsində işlədiyini və hələ də orada əmək müqaviləsinə xitam verilmədiyini bildirmişdir. Həmin müddətdə bəstəkarlar ittifaqında hələ də əmək müqaviləsinə xitam verilmədiyi üçün müəssisə tərəfindən onun əmək müqaviləsinin tərtib edilməsi mümkün olmamışdır. İzahatda adı qeyd olunan şəxslərdən digəri isə X17 olmuşdur ki, həmin şəxs müəssisədə həkim kimi fəaliyyət göstərən Jalə xanımın “DA VİNCİ” kl inikasında asistenti vəzifəsində fəaliyyət göstərməkdədir. Həmin gün X3 xanımla digər klinikaya birlikdə gedəcəyi üçün müəssisədə olmuş və vergi orqanı əməkdaşları tərəfindən müəssisənin işçilərindən biri kimi qeydiyyata alınmışdır. Vergi orqanı əməkdaşlarına onun müəssisənin işçisi olmadığı barədə məlumat verilsə də məhəl qoyulmamış və aktda həmin şəxsin adı da qeyd edilmişdir. Aktda adı qeyd edilənlərdən digəri isə X9 olmuşdur ki, həmin şəxs də müəssisənin işçisi olmamış, vergi yoxlaması keçirilən zaman müəssisənin fəaliyyəti və iş şəraiti ilə tanış olmaq məqsədilə gəldiyini və həmin müəssisədə stajor kimi fəaliyyət göstərəcəyini öz izahatında bildirmişdir. Faktiki olaraq həmin şəxs müəssisə tərəfindən işçi olaraq qəbul edilməmişdir. Digər bir şəxs isə X15 olmuşdur ki, həmin şəxs klinika da fəaliyyət göstərən Arzu İsmayılovanın tələbəsi olduğunu və klinikada heç kimi tanımadığını, əmək fəaliyyəti ilə məşğul olmadığını bildirmişdir. X6 öz izahatında qeyd etmişdir ki, müəssisəyə ilk dəfə gəlmiş, xələt geyinərək iş rejiminə baxmaq və iş rejimi ilə qane olduğu halda müəssisədə işləyə biləcəyini bildirmişdir. Yəni həmin şəxs öz izahatında müəssisə ilə heç bir əlaqəsinin olmadığını açıq-aşkar bildirmişdir. Əmək müqaviləsiz işçi kimi hesab edilən şəxslərdən digəri isə X10r. Həmin şəxs İddiaçı MMC-dən əvvəl “Kəpəz” klinikasında yəni "xxxx" MMC-də əmək fəaliyyəti ilə məşğul olmuşdur. Yoxlayıcılar gələn zaman həmin şəxs hələ də əvvəlki iş yerində qeydiyyatda olmuş, iddiaçı müəssisədə işləyəcəyi üçün iş şəraiti ilə tanış olmaq məqsədilə müəssisəyə həmin gün gəlmişdir. X7 əmək müqavil əsinə əvvəlki işlədiyi müəssisədə 11 fevral 2022-ci il tarixində xitam verilmiş və həmin şəxs müəssisədə elə həmin gün qeydiyyata alınmışdır. İzahatlar vergi orqanı əməkdaşları tərəfindən məcburən alınmış və tərəflərindən adlarını məcburən işçi kimi əmək müqaviləsilə qeydiyyatdan keçirdikləri şəxslərin çoxu İddiaçı MMC-nin işçiləri kimi bir gün də olsa işləməyiblər, yəni onların müəssisə ilə demək olar ki, heç bir iş əlaqələri olmamışdır. Həmin gün izahatları alınmış şəxslərin əksəriyyəti vergi əməkdaşlarının davranışlarından öz narazılıqlarını bildirmiş və onlardan alınan izahatları vergi orqanının əməkdaşlarından çəkindikləri üçün imzaladıqlarını bildirmişlər.
6. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirilmişdir ki, iddiaçıya məxsus “X12" adlı obyektində həyata keçirilmiş operati v vergi nəzarəti tədbiri zamanı 7 (yeddi) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2022-ci il tarixli DVX seriyalı 002622 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisi iştirak etmiş, lakin aktı imzalamaqdan və nüsxəsini almaqdan imtina etmiş və bu hal müvafiq aktda qeyd olunmuşdur. Tərtib edilmiş akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********7763 saylı qərar qəbul edilərək, vergi ödəyicisinə 14.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və "Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamə vergi ödəyicisinə göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli, **********516100 saylı əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”-nın 10.4-cü bəndinə əsasən operativ vergi nəzarəti tədbiri zamanı vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilmişdir. İddiaçının obyektində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslərin faktiki sayı və onların şəxsiyyəti müəyyən edilmişdir. Həmin Qaydaların 10.8-ci bəndinə əsasən vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, habelə həmin təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslər tələb olunan sənədləri təqdim etməkdən və (və ya) izahat verməkdən imtina etdikdə, bu hal nəzarətin həyata keçirildiyi obyektdə həmin şəxslər və vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən imzalanan, sərbəst formada tərtib edilmiş aktla rəsmiləşdirilir. Qeyd edilən şəxslər həmin aktı imza etməkdən imtina etdikdə, bu barədə aktda müvafiq qeydlər edilir. Vergi orqanı tərəfindən qeyd edilən tələblərə riayət edilmişdir. İddiaçının işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslərlə əmək münasibətinin mövcud olmasına dair arqumenti əsassızdır. Belə ki, vergi orqanının işçiləri operativ vergi nəzarəti tədbirini həyata keçirən zaman, həmin şəxslərin iş başında aşkarlanması, iş xalatlarını soyunaraq, təşviş içində qaçmaqları, vergi işçilərinə verdikləri izahatlar əsasında məhz həmin klinikalarda işə götürülmələri faktlarının özləri tərəfindən təsdiq edilməsi və müvafiq əmək haqqı məbləğlərinin danışılması eyni zamanda vergi ödəyicisini n həmin şəxslərin bəzilərinin orada stajorluq əsasında fəaliyyət göstərməsilə bağlı hər hansı bir sübut təqdim etməməsi, faktla bağlı operativ vergi nəzarəti tədbirini həyata keçirən zaman vergi işçilərinin kamera ilə video çəkiliş edilməsinə icazə verilməməsi (obyektin özündə olan kamera görüntüləri əsas kimi məhkəmə tərəfindən nəzərə alına bilər), vergi işçilərinin haqlı olaraq həmin vergi ödəyicisi barəsində əsaslı şəkildə akt tərtib etmələrini bir daha sübut edir. İddiaçının əsas fəaliyyət növü 15001 kodlu '‘Klinikaların Fəaliyyəti” növünə daxildir, bu baxımdan iddiaçının ərizədə göstərdiyi kimi, obyekti ixtisaslaşmış, yəni tibbi xidmətlərlə bağlı olduğundan, orada həmin şəxslərin ixtisasca fəaliyyət təcrübəsi olmadığı halda işə cəlb olunması məntiqə uyğun deyildir, əks halda, vergi öd əyicisi stajorluq fəaliyyətinə cəlb edilmiş şəxslərlə bağlı stajorluq üzrə peşə istehsalat təcrübəsinin keçilməsi üçün göndəriş olunan müəssisənin sənədlərini təqdim edə və ya bu barədə stajorluq keçilməsi üzrə hər hansı müqavilə təqdim edə bilərdi. Həmçinin, vergi ödəyicisinin iddia etdiyi, şəxsin həmin müəssisə ilə deyil, başqa müəssisədə müqaviləsinin olması barədə iddiası əsassızdır belə ki, Əmək Məcəlləsi şəxsin eyni anda iki müəssisədə fəaliyyət göstərməsi halını məhdudlaşdırmır və bu olduğu təqdirdə hər iki müəssisə əmək müqaviləsi bağlana bilər, bundan əlavə həmin şəxsin digər müəssisədə müqaviləsinin olması barədə ödəyici hər hansı sübut təqdim etməmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 3 oktyabr 2022-ci il tarixli, 2-1(112)-8334/2022 nömrəli qərarı ilə (N.Abıyev) iddia tələbi rədd edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, 7 nəfər fiziki şəxslərin izahatlarından da görünür ki, onlar iddiaçı müəssisədə müvafiq olaraq "mühasib”, “laboratoriya həkimi”, “həkim”, “qeydiyyatçı” vəzifələrində işlədiklərini, həmçinin “stajçı”, “əvəzedici” və “təcrübəkeçən” kimi çalışdıqlarını göstərmişlər. Belə olan halda vergi ödəyicisi həmin şəxslərlə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işçi kimi əmək müqaviləsi bağlamalı olduğu halda, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən göstərilən şəxsləri işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarına yol vermişdir ki, bu da vergidən yayınma faktı kimi qiymətləndirilir.
9. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilmə sini və iddianın təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2023-cü il tarixli, 21(103)-915/2023 nömrəli qərarı ilə (hakimlər X.Cəmilova - sədrlik edən və məruzəçi, R.Səmədov və A.Oruczadə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 3 oktyabr 2022-ci il tarixli qərarı qismən – iddia tələbinin “cavabdehin **********7763 saylı xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının X2 münasibətdə (2000 manat maliyyə sanksiyasının tətbiqi hissəsində) ləğv edilməsinin təmin edilmədiyi hissədə ləğv edilməsi, cavabdehin “**********7763 saylı xx.xx.2022-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı X2 münasibətdə (2000 manat maliyyə sanksiyasının tətbiqi hissəsində) ləğv edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi qərarın qüvvədə qalan hissəsi ilə bağlı qeyd etmişdir ki, vergi orqanı tərəfindən operativ vergi nəzarəti tədbiri qanunda müəyyən edilmiş prosedur ardıcıllıqla aparılaraq operativ vergi nəzarəti tədbiri zamanı barəsində nəzarət tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş vergi ödəyicisi barədə məlumatlar tam qeyd edilməklə, vergi orqanının vəzifəli şəxsi tərəfindən vergi nəzarətinə başlamazdan əvvəl müvafiq elektron informasiya sistemindən əmək müqaviləsi bildirişləri barədə məlumatlar əldə edilmiş, əmək müqaviləsi bağlanmadan işlər in görülməsinə cəlb olunan 6 nəfər fiziki şəxsin şəxsiyyət vəsiqə rekvizitləri müəyyənləşdirilmiş, onların aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat obyektində çalışan digər şəxslər barədə məsələlər aydınlaşdırılmış, 6 nəfər fiziki şəxsin izahatları alınmış, işəgötürən tərəfindən həmin şəxslərə əmək müqaviləsi bildirişinin surətinin verilmədiyi, həmin fiziki şəxslərin hansı tarixdən işlərin yerinə yetirilməsinə cəlb edilmələri müəyyənləşdirilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi qərarın ləğv edilən hissəsi ilə bağlı qeyd etmişdir ki, vergi orqanı tərtib etdiyi aktda əmək müqaviləsi bağlanmadan işə cəlb edildiyini aşkar etdiyi X1 həmin tarixdə (günün ikinci yarısı) işəgötürənlə əmək müqaviləsi olsa da, həmin tarixdə akt tərtib olunmasına baxmayaraq aktdakı məlumatlar qanund a göstərilən 1 gün ərzində yoxlanılmamış (əmək qanunvericiliyinin tələbinə görə də əmək müqaviləsi işçinin işə götürüldüyü vaxtdan bir gün müddətində bağlanır), nəticədə bir neçə gündən sonra aktın nəticəsi olaraq müvafiq qərar qəbul edilərkən həmin məsələ bir daha yoxlanmadan şəxsə münasibətdə iddiaçıya 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur.
13. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir.
14. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. iddiaçının kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayətində qeyd edir ki, apellyasiya məhkəməsi qərar qəbul edərkən işin halla rını tam araşdırmamış, təqdim edilmiş sübutlar nəzərə alınmışdır. Belə ki, X16 ifadə verərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Klinikada işçi olmamışdır. MMC- nin rəhbəri tərəfindən klinikanın açılması ilə bağlı iş təklifi almış və təklifi dəyərləndirmək istəmişdır. Şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, tibb kollecini bitirmiş, həmin Klinikada çalışan ginekoloq Arzu İsmayılova tanışları olmuş, Arzu həkim həmin klinikada işləməklə yanaşı Tədris Cərrahiyyədə işləmiş, lakin orada qəbuluna düşə bilməmiş, buna görə də İddiaçı MMC -yə onun yanında praktikaya getməsi üçün orada onunla görüşə gəlmişdir.
16. Təranə Həsənova ilə bağlı qeyd olunur ki, o ifadə vermək üçün məhkəmə iclasında iştirak etməsə də, onun vergi yoxlamasının keçirildiyi vaxt verdiyi izahatdan da m üəyyən olunur ki, Təranə Həsənova ilk dəfə obyektə gəldiyini, xəstələrin sayını bilmək üçün və könüllü müraciət edən vətəndaşların sayını öyrənmək üçün gəldiyini, onunla əmək müqaviləsi bağlanmadığını və əmək haqqının verilmədiyini bildirmişdir. Təranə Həsənovanın vergi orqanına verdiyi ifadədən də aydın görünür ki, müəssisənin işçisi olmadığını izahatda göstərmişdir.
17. İddiaçı kassasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün Mülki Məcəllənin 372, 377, 380-cı maddələrinə və Vergi Məcəlləsinin 220-ci maddəsinə istinad etmişdir. b. cavabdehin kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh kassasiya şikayətində qeyd edir ki, Nərgiz Abdullayeva əmək müqaviləsi bağlamadan işlərin görülməsinə cəlb olunduğunu öz izahatı ilə etiraf etmişdir. Belə ki, adıçəkilən işçi iş materialına əlavə olu nmuş xx.xx.2022-ci il tarixli məhkəməyə verdiyi ifadəsində bildirir ki, xx.xx.2022-ci il saat 10:00-da mühasib vəzifəsində işlədiyi üçün işə gəlmiş, ona ayrıca otaq verilmiş, izahatını sərbəst vermiş, onunla bir otaqda oturan Könül adlı işçi, qeydiyyatçı Nuray adlı işçini tanıdığını bildirmiş, yoxlama keçirilən xx.xx.2022-ci il günün ikinci yarısında onunla əmək müqaviləsi bağlanılmasını və əmək müqaviləsi bildirişini işəgötürən tərəfindən günün ikinci yarısında sistemə işləndiyini bildirmişdir. Şəxsin əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmək üçün işçiyə aid məlumatlar öncədən işəgötürəndə mövcud olmalıdır, başqa sözlə işçi şəxsiyyətini təsdiq edən sənədi əvvəlcədən işəgötürənə təqdim etməli və bu halda onunla əmək müqaviləsi bağlanacağından xəbərdar olmuş olm alıdır, işçinin öz izahatında faktı etiraf etməsi onlarla işə cəlb edilməzdən əvvəl hər hansı müqavilə bağlanmadığını bir daha sübut edir.
19. Cavabdeh kassasiya şikayətini hüquqi cəhətdən əsaslandırmaq üçün Vergi Məcəlləsinin 58.10-cu, Əmək Məcəlləsinin 49.1-ci və İnzibati Prosessual Məcəllənin 12.1, 58.7 və 69.4-cu maddələrinə istinad etmişdir. c. iddiaçının kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, cavabdehin kassasiya şikayətinin təmin edilməməsini və iddianın təmin edilməyən hissəsində də təmin edilməsini xahiş etmişdir. Etiraz kassasiya şikayətinə uyğun tərtib edilmişdir. ç. cavabdeh kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, iddiaçının ka ssasiya şikayətinin təmin edilməməsini və iddianın təmin olunan hissəsində rədd olunmasını xahiş etmişdir. Etiraz kassasiya şikayətinə uyğun tərtib edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Vergi Məcəlləsi Maddə
50. Operativ vergi nəzarəti 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.2. Operativ vergi n əzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əs asən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. Operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Maddə
58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları … 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəz ərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığ orta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
23. İnzibati Prosessual Məcəllə Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şi kayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
25. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
27. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
28. İşin faktiki hallarına əsasən qeyd edilməlidir ki, cavabdeh vergi orqanın xx.xx.2022-ci il tarixli qərarına əsasən iddiaçı MMC-də xx.xx.2022-ci il tarixdə operativ vergi nəzarəti keçirilmişdir. Operativ vergi nəzarəti zamanı 7 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin ( xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək xx.xx.2022-ci il tarixli aktla rəsmiləşdirilmiş və həmin akt əsasında cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərar qəbul edilərək iddiaçıya 14.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
29. Vergi qanunvericiliyinə əsasən, operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır (maddə 50.1). Həmin Məcəllənin 50.1.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi üçün operativ nəzarət tədbiri həyata keçirilir. Göründüyü kimi, operativ vergi nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir.
30. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əs asən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
31. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tətbiqi üçün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının müəyyən edilməsi yetərlidir. Belə ki, qanunverici məhz həmin faktın özünü gəlirlərin gizlədilməsinə (azaldılmasına) şərait yaradan hal kimi təsbit etmişdir.
32. Hazırkı işin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən operativ vergi nəzarəti tədbiri qanunda müəyyən edilmiş prosedur ardıcıllıqla aparılmış, belə ki, operativ vergi nəzarəti tədbiri zamanı barəsində nəzarət tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş vergi ödəyicisi barədə məlumatlar tam qeyd edilməklə, vergi orqanının vəzifəli şəxsi tərəfindən vergi nəzarətinə başlamazdan əvvəl müvafiq elektron informasiya sistemindən əmək müqaviləsi bildirişləri barədə məlumatlar əldə edilmiş, əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb olunan 7 nəfər fiziki şəxsin şəxsiyyət vəsiqə rekvizitləri müəyyənləşdirilmiş, onların aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat obyektində çalışan digər şəxslər barədə məsələlər aydınlaşdırılmış, 7 nəfər fiziki şəxsin izahatları alınmış, işəgötürən tərəfindən həmin şəxslərə əmək müqaviləsi bildir işinin surətinin verilmədiyi, həmin fiziki şəxslərin hansı tarixdən işlərin yerinə yetirilməsinə cəlb edilmələri müəyyənləşdirilmişdir.
33. Birinci instansiya məhkəməsi iddia tələbini bütövlükdə rədd etsə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilərək “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında cavabdehin qərarı - X2 münasibətdə ləğv edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, X1 həmin tarixdə (günün ikinci yarısı) işəgötürənlə əmək müqaviləsi olsa da, həmin tarixdə akt tərtib olunmasına baxmayaraq aktdakı məlumatlar qanunda göstərilən 1 gün ərzində yoxlanılmamış nəticədə bir neçə gündən sonra aktın nəticəsi olaraq müvafiq qərar qəbul edilərkən həmin məsələ bir daha yoxlanmadan şəxsə münasibətdə iddiaçıya 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur.
34. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Nərgiz Abdullayevanın məhkəməyə təqdim etmiş və iş materiallarına əlavə edilmiş (iş səh. 165) əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, "xxxx" MMC ilə X4 arasında sonuncunun MMC-də əlavə iş yeri olmaqla mühasib vəzifəsinə təyin olunması ilə bağlı əmək müqaviləsi bağlanmış və həmin müqavilə bildirişi xx.xx.2022-ci il tarixdə saat 14:22:44-də imzalanmışdır.
35. Belə olan halda həmin şəxslə əlaqədar iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqavil əsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi əsassızdır.
36. Digər 6 nəfərə münasibətdə də, məhkəməyə kollegiyası apellyasiya məhkəməsinin araşdırmasını yetərli hesab edir. Belə ki, apellyasiya məhkəməsi qeyd etmişdir ki, 6 nəfərdən Günel Salahova və Leyla Bağırova işəgötürən tərəfindən onlara 300 manat əmək haqqının verildiyini bildirdikləri üçün onların əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb olunduqlarına görə həmin şəxslərə münasibətdə vergi orqanının müvafiq maliyyə sanksiyası tətbiq etməsi düzgün olmuşdur. Mədinə Azayeva isə izahatında başqa həkimi əvəz etdiyini və ona əmək haqqının verilmədiyini bildirsə də, sonradan (xx.xx.2022-c i ildə) onunla əmək müqaviləsinin bağlanması onu deməyə əsas verir ki, artıq həmin şəxs xx.xx.2022-ci il tarixdə də işəgötürən tərəfindən əmək müqaviləsi bağlanmadan müəyyən işlərin görülməsinə cəlb edilibmiş, sadəcə onunla əmək müqaviləsi vergi yoxlamasından sonra gecikməklə bağlanmışdır. Gülər Şükürova isə izahatında obyektə praktika üçün gəldiyini və əmək haqqının danışılmadığını bildirsə də, onun bu obyektə praktika üçün göndərildiyinə dair sənədin təqdim olunmaması, yoxlama zamanı onun da ağ xalatda olub, müəyyən işləri görməsi əmək müqaviləsi bağlanmadan işlərə cəlb olunmasına dəlalət edir.
37. Bundan başqa Şəhanə Xəlilova ifadə vermək üçün apellyasiya məhkəməsinin iclasında iştirak etməsə də, onun yoxlamanın keçirildiyi vaxt verdiyi izahatında stajçı kimi işlədiyini və ona 300 manat əmək haqqının verildiyini etiraf etmişdir.
38. Digər şəxs - Təranə Həsənova isə ilk dəfə xalat geyinib obyektə gəldiyini, xəstələrin sayını bilmək üçün və könüllü müraciət edən vətəndaşların sayını öyrənmək üçün gəldiyini, onunla əmək müqaviləsi bağlanmadığını və əmək haqqının verilmədiyini bildirmişdir. Lakin o, yoxlama zamanı obyektdə ağ xalatda olmuş və o, vergi orqanı müfəttişlərinin də bildirdiyi kimi, geyimi ilə, həkim olduğu üçün vətəndaşlardan fərqlənmiş, buna görə də əmək haqqı almadığını bildirsə də, bu hal onun əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb olunmasını təkzib etmir. Belə ki, həmin şəxsin yoxlama keçirilən zaman obyektdə ağ xalatda olub, həkim kimi rəftar etməsi və adi vətəndaşlardan seçilməsi onun işçi hesab olunması üçün yetərli əlamətlərdir.
39. Beləliklə, y uxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2023-cü il tarixli, 21(103)-915/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.