Məhkəmə qərarları › İş №2-1(102)-2588/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2588/2023

18.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2588/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X9) qarşı “bağ sahəsinə hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2035/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti X8 və İstismarı Birliyinin “Ləhiş ərazisindəki 473 nömrəli bağın istifadəyə verilməsi haqqında” 16906 saylı, 28 iyul 2005-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Ləhiş bağ massivi ərazisində yerləşən 473 saylı, ümumi ölçüsü 0.25 ha olan torpaq sahəsinə dair X11 ilə müqavilə bağlanmışdır.

2. Bakı şəhəri Sabunçu ray on qeydiyyat şöbəsi tərəfindən verilmiş “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 xx.xx.2012-ci il tarixdə ölmüşdür. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabının 2012-ci il iyun ayının 06 günündə, 657 nömrə ilə qeyd edilmişdir.

3. Bakı Nikah Evi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə İddiaçı arasında Bakı şəhəri 1 noyabr 1978-ci il tarixində nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabının 1978-ci il noyabr ayının 01 günündə, 4964 nömrə ilə qeyd edilmişdir.

4. Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X14 xx.xx.2012-ci il tarixdə ölmüşdür. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabının 1978-ci il n oyabr ayının 01 günündə, 4964 nömrə ilə qeyd edilmişdir.

5. Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə məktubla müraciət edilərək bildirilmişdir ki, X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Bakı şəhəri 14 saylı notariat ofisinə müraciət daxil olmuşdur. X4 xx.xx.2012-ci il tarixdə vəfat etməsi və vərəsələrin dairəsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 saylı qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci bəndinə əsas ən, X15, X12 və İddiaçı mirası qoyanın vərəsələri olması barədə məlumat məktubu təqdim edilir.

6. Notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, X12 ərizəsində bildirmişdir ki, qaynanası X4 xx.xx.2012-ci il tarixində vəfatından sonra qalmış miras əmlaka dair vərəsəliyi nə faktiki və yaxud notariat ofisində ərizə verməklə qəbul etməmiş və qanunla nəzərdə tutulan vərəsəliyin qəbuluna dair 6 (altı) aylıq müddəti buraxmışdır. Hərəkətsizliyinin nəticələri ona aydındır və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir.

7. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” imtina məktubun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, tərəflərindən göstərilən torpaq sahəsi arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Torpaq sahəsinin bir hissəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üstüstə düşür.

8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məktubla təqdim edilmiş mütəxəssis rəyindən müəyyən edilmişdir ki, məhkəmə tərəfindən qeyd edilmiş suallarla əlaqədar olaraq bildirilmişdir ki:

1. Faktiki olaraq torpaq sahəsi 2900 kv.m təşkil edir (üzərində tikili yoxdur). Vahid elektron baza məlumatlarına əsasən göstərilən ərazisinin bir hissəsi (**********73 reyestr nömrəli) X5 məxsus torpaq sahəsi ilə üst-üstə düşür.

2. Bağ sahələri ayrılarkən koordinatlarla ayrılmadığından sənəd üzrə dəqiq koordinatları müəyyən etmək mümkün olmamı ş, faktiki göstərilən 2900 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatları (X;Y) əlavə olunmuşdur.; sənəd üzrə 1200 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatları (X;Y) əlavə olunur, faktiki olaraq 472 saylı bağ sahəsi kimi istifadə olunan faktiki 4900 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatları (X;Y) əlavə olunur; faktiki olaraq göstərilən 2900.0 kv.m torpaq sahəsinin 435 kv.m hissəsi (**********73 reyestr nömrəli) X5 məxsus torpaq sahəsi ilə üst-üstə düşür; X3 mülkiyyətində olan bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə uyğun qeydiyyata alınıb. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcraiyyə Komitəsinin X8 və istismarı Birliyini n 16906 nömrəli, 28 iyul 2005-ci il tarixli müqaviləsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.25 ha torpaq sahəsi olan 473 nömrəli bağ sahəsinə mülkiyyət hüququnun mərhum X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

10. Daha sonra iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək, Bakı şəhəri İcraiyyə Komitəsinin X8 və istismarı Birliyinin 16906 nömrəli, 28 iyul 2005-ci il tarixli müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.2465 ha torpaq sahəsi olan 473 nömrəli bağ sahəsinə yeni nömrə verilməklə mülkiyyət hüququnun mərhum X7 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edil məsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 473 nömrəli bağ sahəsi 1950-ci ildən ailələrinin qanuni sahibliyində və istifadəsindədir. Həmin bağ sahəsi ilə əlaqədar sonuncu dəfə Bakı şəhəri İcraiyyə Komitəsinin X8 və istismarı Birliyinin 16906 nömrəli, 28 iyul 2005-ci il tarixli müqaviləsi ilə X4 adına rəsmiləşdirilmişdir. X13 rəhmətə getdiyindən notariat ofisində vərəsəlik işi açılmışdır. Vərəsə kimi o, tanınmışdır. Belə ki, X4 vəfatından sonra miras bağ sahəsi onun tərəfindən faktiki olaraq qəbul edilmişdir. Bundan başqa digər mümkün vərəsələr tərəfindən miras payından notarial şəkildə imtina edilmişdir. Ləhiş bağ massivi ünvanında ye rləşən 473 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı (arayışın-çıxarışın alınması üçün) cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Halbuki, tərəflərindən həmin sahə 70 ildən artıq müddətdir ki, istifadə edilməkdədir. Bununla da, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən həmin bağın yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ əldə etmək hüququ yaranmışdır. Buna baxmayaraq cavabdeh imtina məktubunda guya torpaq sahəsinin arxiv cizgisi ilə uyğunsuzluq təşkil etməsi, digər fiziki şəxsin adına qeydiyyata alınmış sahə ilə üst-üstə düşməsini qeyd etmişdir. Hesab edir ki, cavabdehin imtinasında qeyd olunan uyğunsuzluq formal xarakter daşı yır. Bu imtinanı aşağıdakı qeyd edilən səbəblərdən əsassız hesab edir: 473 saylı bağ sahəsi 1950-ci ildən onların istifadələrindədir. Vaxtı ilə həmin ərazidə hətta qədimi bağ evi və hasar olmuşdur. Bağlar İdarəsinin sənədi ilə ərazi ailələrinə verilmişdir. Hər hansı sənəd üzrə uyğunsuzluq inzibati orqanın təqsiri ucbatından yaranmış hal ola bilər ki, əslində uyğunsuzluğun olması da inzibati orqan tərəfindən yaradılan suni əngəldir. Digər fiziki şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsi halı ilə bağlı bildirir ki, digər fiziki şəxs qonşusu X6r. Həmin şəxs tərəfindən dəfələrlə cavabdeh orqana müraciətlər edilərək, sahəsinin koordinat nöqtələrinin səhv qeydə alındığı, öz faktiki istifadəsində olan sahədən kənara çıxmaqla çıxarış verildiyi bildirilsə də, onun ərizələrinə cavabdeh tərəfindən reaksiya göstərilməmişdir. X3 özünə də, digər fiziki şəxsin (yəni onun) istifadəsində olan sahə ilə üstüstə düşməsi adı altında imtina verilmişdir ki, faktiki olaraq 2 qonşunun mübahisəsiz problemlini mübahisəyə çevirmək niyyəti hiss olunur. X3 istifadəsində 50 sot sahə var ki, onun 12 sotu özəlləşdirilib. Həmin 12 sotun da koordinat nöqtələri səhv vurularaq, təxminən 5 sotu onların istifadələrində olan sahəyə salınmışdır. Hansı ki, koordinat nöqtələri vurulan zaman artıq iki qonşu arasında mübahisə edilməyən hasar mövcud olmuşdur. Qeyd olunan bağ sahəsi onun qanuni istifadəsində olduğu halda, aparılmış səhv koordinat nöqtələrinin vurulması, onun hüquqlarının qeydiyyatından imtinaya əsas ola bilməz. Həmin bağ sahəsi ilə bağlı qanuni əsaslarla bağlanmış müqavilə vardır. Qüvvədə olan qanunve ricilik bu cür uyğunsuzluqların olmasını mümkün hesab etmiş və onların aradan qaldırılmasının yollarını tənzimləmiş, bu işin görülməsini cavabdeh inzibati orqana həvalə etmişdir. Qeyd olunan torpaq sahəsi ilə bağlı onların hüquqlarını təsdiq edən icarə müqaviləsi vardır və torpaq sahəsi onların faktiki istifadələrindədir. Həmin müqavilə indiyə kimi hər hansı orqan tərəfindən mübahisələndirilməmişdir. Belə bir halda sözügedən bağ sahəsi ilə bağlı hüquqları tanınmalı və qeydiyyata alınmalı idi. Əgər uyğunsuzluqlar müəyyən edilsə, bu cavabdeh tərəfindən aradan qaldırılmalı idi. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır.

12. Cavabdeh orqan iddia ərizəsinə qarşı etirazda qeyd etmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmi şdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, göstərilən torpaq sahəsi arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Torpaq sahəsinin 423 kv.m hissəsi X3 adına **********73 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 472 saylı bağ sahəsi ilə üst-üstə düşür. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır və iddiaçıya xx.xx.2022- ci il tarixli, **********95 saylı cavab məktubu ünvanlanmışdır. Məlumat üçün bildirilmişdir ki, İdarənin arxiv məlumatlarına əsasən Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən 473 nömrəli bağ sahəsi keçmiş X8 və İstismarı birliyi ilə X24 arasında bağlanılmış xx.xx.1968-ci il tarixli, 16199 nömrəli müqavilə əsasında daş ınmaz əmlak dövlət reyestrində **********59 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10781/2022 nömrəli, 22 iyul 2022-ci il tarixli qərardadı ilə X9 iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir.

14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10781/2022 nömrəli, 21 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmiş, Bakı şəhəri İcraiyyə Komitəsinin X8 və istismarı Birliyinin 16906 nömrəli, 28 iyul 2005-ci il tarixli müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.2465 ha torpaq sahəsi olan 473 nömrəli bağ sahəsinə yeni nömrə verilməklə mülkiyyət hüququnun mərhum X7 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin ikinci cümləsində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi nəzərdə tutulduğundan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatdan daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt olduğundan hazırki mübah isə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 22.2-ci maddəsinin müddəaları tətbiq edilməklə iddia tələbi təmin edilməli və X4 vərəsəsi İddiaçı torpaq sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməlidir.

16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

17. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2035/2023 nömrəli, 22 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər: A.Oruczadə /sədrlik edən və məruzəçi/, X.Cəmilova və R.Səmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilmiş, Bakı şəhəri İcraiyyə Komitəsinin X8 və istismarı Birliyinin 1 6906 nömrəli, 28 iyul 2005-ci il tarixli müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.2065 ha torpaq sahəsi olan 473 nömrəli bağ sahəsinə yeni nömrə verilməklə mülkiyyət hüququnun mərhum X7 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı hazırkı tələblə mübahisə predmeti olan torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməsini deyil, müvafiq arayışın verilməsini tələb edir. Müvafiq ünvanda olan torpaq sahəsinin mərhum X7 məxsus olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Lakin mər humun Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.2500 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının olması öz təsdiqi tapsa da, həmin torpaq sahəsinin 435 kv.m hissəsinə münasibətdə torpaq sahənin başqa şəxsin, hazırki iş üzrə üçüncü şəxs X3 qeydiyyatdan keçməsi müəyyən edildiyindən hazırkı iddia tələbi üzrə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tətbiqi yalnız 0.2065 ha hissəyə münasibətdə mümkündür.

19. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, o üst-üstə düşən 435.0 kv.m hissə ilə bağlı üçüncü şəxs X3 adına verilmiş “Torpaq sahəsinin plan və ölçüsü” sənədini inzibati icraat qaydasında mübahisələndirmək hüququna malikdir.

20. Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əş ya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır. Əlbəttə ki, vərəsə anlayışın və miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüququnun tənzimlənməsi prinsipi Mülki Məcəllənin müddəalarında əks olunur.

21. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materialları düzgün təd qiq olunmamışdır. Cavabdehin heç bir rəsmi mövqeyində iddiaçıya məxsus 25 sot sahənin 4, 35 sotunun üst-üstə düşməsi qeyd edilməmişdir. Cavabdeh 29 sotun 4, 35 sotunun digər şəxslə üst-üstə düşməsini qeyd edir. Bu da birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmışdır. Hətta cavabdehin mütəxəssisinin tərtib etdiyi mütəxəssis rəyində də faktiki istifadəmdə olan 29 sot torpaq sahəsinin 435 kv.metr sahəsinin qonşuya məxsus torpaq sahəsi ilə üst-üstə düşməsi qeyd olunur.

23. Təəssüflər olsun ki, Bakı Apellyasiya Məhkəməsi iş materiallarına düzgün qiymət vermədən sənəd üzrə qeyd olunan 25 sotun 4, 35 sotunun üst-üstə düşməsi kimi qəbul edərək mənə 2065 sot sahəyə dair çıxarış verilməsi öhdəliyini cavabdehə həvalə etmişdir. Bu da İddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Məh z bu hal Ali Məhkəmə tərəfindən birinci instansiya məhkəməsi qərarının qüvvədə saxlanılması barədə yeni qərar qəbul edilməsinə əsas olmalıdır.

24. Bundan başqa, iddia ərizəsində də qeyd olunduğu kimi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 473 nömrəli bağ sahəsi 1950-ci ildən iddiaçının ailəsinin qanuni sahibliyində və istifadəsindədir. Həmin bağ sahəsi ilə əlaqədar sonuncu dəfə Bakı şəhəri İcraiyyə Komitəsinin X8 və istismarı Birliyinin 16906 nömrəli, 28 iyul 2005-ci il tarixli müqaviləsi ilə X4 adına rəsmiləşdirilmişdir. X13 rəhmətə getdiyindən notariat ofisində vərəsəlik işi açılmışdır. Vərəsə kimi o, tanınmışdır. Belə ki, X4 vəfatından sonra miras bağ sahəsi iddiaçı tərəfindən faktiki olaraq qəbul edilmişdir. Bundan başqa digər mümkün vərəsələr tərəfindən miras pa yından notarial şəkildə imtina edilmişdir. Ləhiş bağ massivi ünvanında yerləşən 473 saylı bağ sahəsi üzərində çıxarışın alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Halbuki, tərəflərindən həmin sahə 70 ildən artıq müddətdir ki, istifadə edilməkdədir.

25. Mübahisəli torpaq sahəsinin adına qeydiyyata alındığı X9 da birinci instansiya məhkəməsi zamanı keçirilən iclasda iştirak etmiş və öz yazılı izahatını məhkəməyə təqdim etmişdir. İzahatda qeyd olunmuşdur ki, İddiaçı onun bağ qonşusudur. Onların hər birinin özlərinə məxsus l00 ildən artıq müddət istifadələrində olan bağ sahələri vardır. Onun faktiki bağ sahəsi 49 sotdur, İddiaçı faktiki bağ sahəsi isə 29 sotdur. Onun xüsusi mülkiyyətinə verilən sahə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 472 saylı bağ sahəsi olmaqla 12 sot (1200 kv.m) torpaq sahəsi təşkil edir* Həmin sahənin 435 kv.m hissəsinin koordinatları düzgün qeyd edilmədiyindən, İddiaçı qızma məxsus faktiki sahə ilə “sənəd üzrə” üst-üstə düşmə halı baş vermişdir. Əslində isə sahələri ayrıdır və aralarında torpaq sahələri ilə bağlı heç bir narazıçılıq, münaqişə, iddia yoxdur və ola bilməz.

26. Birinci instansiya məhkəməsi qəbul etdiyi qərarda haqlı olaraq bu nəticəyə gəlmişdir ki, mübahisənin həlli kimi Bakı şəhəri İcraiyyə Komitəsinin X8 və istismarı Birliyinin 16906 nömrəli, 28 iyul 2005-ci il tarixli müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.2465 ha torpaq sahəsi olan 473 nömrəli bağ sahəsinə yeni nömrə verilməklə mülkiyyət hüququnun qeydiyyatı aparıl sın. Yalnız cavabdeh iş üzrə formal apellyasiya şikayəti vermiş və heç bir əsaslandırma aparmamışdır. Buna baxmayaraq apellyasiya şikayəti təmin edilmiş və haqsız olaraq iddiaçının uzun illərdir istifadəsində olan torpaq sahəsi nəzərə alınmamışdır.

27. Bakı Apellyasiya Məhkəməsi qəbul etdiyi qərarında yalnız 0.2065 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı qərar qəbul edilmişdir. Lakin bu hissədə qərar qanunsuzdur. Çünki qanuni istifadəsində olan torpaq sahəsi 25 sot təşkil edir, onun 4 sotu yox, 29 sotun 4 sotu X3 torpaq sahəsi ilə üst-üstə düşür. Yəni istifadəsində olan 25 sot torpaq sahəsi ilə bağlı hər hansı mübahisəli hal mövcud deyildir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİ Q EDİLƏN HÜQUQ 29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qe ydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn olmuş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlə ri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

30. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməl i və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

31. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

32. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Məlum olduğu kimi, apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının hazırkı iş üzrə qəbul etdiyi 22 iyun 2023-cü il tarixli, 2-1(103)-2035/2023 saylı qərarla cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətini qismən təmi n etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10781/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qərarını qismən ləğv etmiş, Bakı şəhəri İcraiyyə Komitəsinin X8 və istismarı Birliyinin 16906 nömrəli, 28 iyul 2005-ci il tarixli müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.2065 ha torpaq sahəsi olan 473 nömrəli bağ sahəsinə yeni nömrə verilməklə mülkiyyət hüququnun mərhum X7 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə etmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.

34. Apellyasiya məhkəməsi həmin nəticəyə gələrkən qərarında göstərmişdir ki, “Birinci instansiya məhkəməsi iddianı tam təmin edərkən üst-üstə düşən sahəni iddiaçının faktiki istifadəsində olan 0.29 ha-dan çıxmaqla yerdə qalan 2465 kv.m sahəyə dair çıxarışın verilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur. Kollegiya hesab edir ki, məhkəmənin bu hissədə gəldiyi nəticə əsassız olmuşdur. Belə ki, iş materiallarında olan 473 nömrəli bağın istifadəyə verilməsi haqqında 16906 saylı, 28 iyul 2005-ci il tarixli müqavilə ilə iddiaçının vərəsəsi olduğu X7 ayrılmış torpaq sahəsinin qanuni ölçüsü 0.25 ha təşkil edir, beləliklə müəyyən edilir ki, iddiaçının faktiki istifadəsində 0.29 ha torpaq sahəsi olsa da, onun yalnız 0.25 ha torpaq sahəsinə münasibətdə hüquq müəyyənedici sənədi mövcuddur. Belə olduqda Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.2065 ha torpaq sahəsi (2500 kv.m (qanuni istifadəsində olan)-435 kv.m (üst-üstə düşən sahə)=2065 kv. m) olan 473 nömrəli bağ sahəsinə yeni nömrə verilməklə mülkiyyət hüququnun mərhum X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı hazırkı tələblə mübahisə predmeti olan torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməsini deyil, müvafiq arayışın verilməsini tələb edir. Müvafiq ünvanda olan torpaq sahəsinin mərhum X7 məxsus olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Lakin mərhumun Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.2500 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının olması öz təsdiqi tapsa da, həmin torpaq sahəsinin 435 kv.m hissəsinə münasibətdə torpaq sahənin başqa şəxsin, hazırki iş üzrə üçüncü şəxs X3 qeydiyyatdan keçməsi müəyyən edild iyindən hazırkı iddia tələbi üzrə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tətbiqi yalnız 0.2065 ha hissəyə münasibətdə mümkündür. Məhkəmə Kollegiyası həmçinin iddiaçıya izah edir ki, o üst-üstə düşən 435.0 kv.m hissə ilə bağlı üçüncü şəxs X3 adına verilmiş “Torpaq sahəsinin plan və ölçüsü” sənədini inzibati icraat qaydasında mübahisələndirmək hüququna malikdir.”

35. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının və apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının mübahisəli torpaq sahəsinə dair 0,2065 ha hissəsi ilə bağlı kassasiya şikayəti cavabdeh tərəfindən ümumiyyətlə verilməmiş, yəni apellyasiya məhkəməsinin inzibati koll egiyasının xx.xx.2023-cü il tarixli qərarı həmin hissədə artıq qanuni qüvvəyə minmişdir.

36. Buna görə də məhkəmə kollegiyası apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-2035/2023 nömrəli qərarından iddiaçının vermiş olduğu kassasiya şikayətindəki mübahisələndirdiyi 400 kv.m. torpaq sahəsi ilə əlaqədar inzibati mübahisə ilə bağlı kassasiya şikayətinə baxır.

37. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, məlum olduğu kimi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri İcraiyyə Komitəsinin X8 və istismarı Birliyinin 16906 nömrəli, 28 iyul 2005-ci il tarixli müqaviləsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.25 ha torpaq sahəsi olan 473 nömrəli bağ sahəsinə mülkiyyə t hüququnun mərhum X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

38. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək, Bakı şəhəri İcraiyyə Komitəsinin X8 və istismarı Birliyinin 16906 nömrəli, 28 iyul 2005-ci il tarixli müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.2465 ha torpaq sahəsi olan 473 nömrəli bağ sahəsinə yeni nömrə verilməklə mülkiyyət hüququnun mərhum X7 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

39. İş materiallarından göründüyü kimi, Azərbaycan Respublikası Bakı şəhər İcra Hak imiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti X8 və İstismarı Birliyinin “Ləhiş ərazisindəki 473 nömrəli bağın istifadəyə verilməsi haqqında” 16906 saylı, 28 iyul 2005-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Ləhiş bağ massivi ərazisində yerləşən 473 saylı, ümumi ölçüsü 0.25 ha olan torpaq sahəsinə dair X11 ilə müqavilə bağlanmışdır.

40. İşdə olan Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 882596 nömrəli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 xx.xx.2012-ci il tarixdə ölmüşdür. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabının 2012-ci il iyun ayının 06 günündə, 657 nömrə ilə qeyd edilmişdir.

41. Həmçinin iş materiallarından görünür ki, Bakı şəhəri 14 saylı notariat ofisi tə rəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə 19 noyabr 2021-ci il tarixli, 4310 nömrəli məktubla müraciət edilərək bildirilmişdir ki, X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Bakı şəhəri 14 saylı notariat ofisinə müraciət daxil olmuşdur. X4 xx.xx.2012-ci il tarixdə vəfat etməsi və vərəsələrin dairəsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 saylı qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci bəndinə əsasən, X15, X12 və İddiaçı mirası qoyanın vərəsələri olmas ı barədə məlumat məktubu təqdim edilir.

42. İşdə olan notarial qaydada təsdiq edilmiş **********372 nömrəli ərizənin surətindən görünür ki, X12 ərizəsində bildirmişdir ki, qaynanası X4 xx.xx.2012-ci il tarixində vəfatından sonra qalmış miras əmlaka dair vərəsəliyi nə faktiki və yaxud notariat ofisində ərizə verməklə qəbul etməmiş və qanunla nəzərdə tutulan vərəsəliyin qəbuluna dair 6 (altı) aylıq müddəti buraxmışdır. Hərəkətsizliyinin nəticələri ona aydındır və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir.

43. İşdə olan notarial qaydada təsdiq edilmiş **********367 nömrəli ərizənin surətindən görünür ki, X15 anası X4 xx.xx.2012-ci il tarixində vəfatından sonra qalmış miras əmlaka dair vərəsəliyi nə faktiki və yaxud notariat ofisinə ərizə verməklə qəbul etməmiş və qanunl a nəzərdə tutulan vərəsəliyin qəbuluna dair 6 (altı) aylıq müddəti buraxmışdır. Hərəkətsizliyinin nəticələri ona aydındır və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir.

44. Həmçinin işdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış “daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” imtina məktubun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, tərəflərindən göstərilən torpaq sahəsi arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Torpaq sahəsinin bir hissəsi digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış sahə ilə üst-üstə düşür.

45. Eyni zamanda işdə olan 3-cü şəxs X9 tərəfindən cavabdehə ünvanlanmış notarial qaydada təsdiq edilmiş **********068 nömrəli ərizənin surə tindən görünür ki, T.Mahmudova ərizəsində bildirmişdir ki, atası X10 xüsusi mülkiyyətinə verilən, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi 472 saylı bağ sahəsinə dair 063743 saylı, 26 may 2016-cı il tarixli, reyestr nömrəsi **********73 olan “torpaq sahəsinin plan və ölçüsü” sənədində qeyd edilən bağ sahəsinin 0.12 ha (12 sot) saxlanılmaqla 063743 saylı, 28 may 2016-cı il tarixli “torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilərək döngə koordinatlarında uyğunsuzluq olduğuna görə hazırki vəziyyətə uyğun yeni plan və ölçü sənədinin tərtib edilməsi xahiş edilmişdir.

46. Bununla yanaşı işdə olan cavabdeh tərəfindən 3-cü şəxs T.Mahmudovaya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********43 nömrəli imtina məktubunun surətindən görünür ki, onun torpaq sahəsi üzərində hüquqların daşınm az əmlakın dövlət reyestrində qeydiyyata alınması və plan ölçünün tərtib edilməsi ilə bağlı ********** nömrəli, xx.xx.2022- ci il tarixli ərizəsinə baxılaraq bildirilmişdir ki, faktiki torpaq sahəsinin yerləşməsi ilə sahəyə dair plan ölçü arasında fərq mövcuddur. Belə ki, plan ölçüyə əsasən torpaq sahəsinin bir hissəsi faktiki olaraq digər fiziki şəxsin istifadəsində olan torpaq sahəsinə düşür. Bu səbəbdən plan ölçünün tərtib edilməsi tərəflərindən mümkün olmamışdır.

47. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********43 nömrəli məktubla təqdim edilmiş mütəxəssis rəyindən müəyyən edilmişdir ki, məhkəmə tərəfindən qeyd edilmiş suallarla əlaqədar olaraq bildirilmişdir ki:

1. Faktiki olar aq torpaq sahəsi 2900 kv.m təşkil edir (üzərində tikili yoxdur). Vahid elektron baza məlumatlarına əsasən göstərilən ərazisinin bir hissəsi (**********73 reyestr nömrəli) X5 məxsus torpaq sahəsi ilə üst-üstə düşür.

2. Bağ sahələri ayrılarkən koordinatlarla ayrılmadığından sənəd üzrə dəqiq koordinatları müəyyən etmək mümkün olmamış, faktiki göstərilən 2900 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatları (X;Y) əlavə olunmuşdur.; sənəd üzrə 1200 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatları (X;Y) əlavə olunur, faktiki olaraq 472 saylı bağ sahəsi kimi istifadə olunan faktiki 4900 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatları (X;Y) əlavə olunur; faktiki olaraq göstərilən 2900.0 kv.m torpaq sahəsinin 435 kv.m hissəsi (**********73 reyestr nömrəli) X5 məxsus torpaq sahəsi ilə üst-üstə düşür; X3 mülkiyyətində olan bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə uyğun qeydiyyata alınıb.

48. Beləliklə iş üzrə müəyyən edilmişdir ki, iddiaçının vərəsəsi olduğu X1 üzrə 0.25 ha torpaq sahəsi ayrılmasına baxmayaraq, onun faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 0.29 ha təşkil edir. Faktiki istifadədə olan torpaq sahəsinin 435.0 kv.m hissəsi, **********73 reyestr nömrəsi ilə X3 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Hazırda 3-cü şəxs ona məxsus torpaq sahəsinin plan-ölçü sənədinin düzgün verilmədiyinə istinad etməklə, iddiaçı ilə bağ sahələrinin ayrı olduğuna və aralarında torpaq sahələri ilə bağlı heç bir narazıçılıq və iddia olmadığını bildirməklə, bağ sahəsinin ölçüsü saxlanılmaqla hasar daxilində faktiki istifadəsində olan vəziyyətə uyğun 12 sot torpaq sahəsi ilə bağlı yeni torpaq sahəsinin plan və ölçüsü sənədinin tərtib edilməsinə razılıq verdiyini və etiraz etmədiyini bildirmişdir.

49. Bundan başqa müəyyən edilmişdir ki, Ləhiş bağ massivində 473 nömrəsi ilə bağ sahəsi X18 adına **********59 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Lakin, məhkəmə araşdırması zamanı iddiaçının iddia etdiyi torpaq sahəsi ilə X18 adına qeydiyyata alınmış 473 nömrəli bağ sahəsinin üst-üstə düşməsi halı müəyyən edilməmişdir.

50. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin 22 iyun 2023-cü il tarixli qərarı qismən, yəni “Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1078/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qərarı qismən ləğv edilsin”, həmçinin “iddia təl əbi qalan hissədə təmin edilməsin” hissələrində ləğv edilməli, sözügedən 400 kv.m. torpaq sahəsinə dair yeni qərar qəbul edilməli, iddiaçının iddiası həmin hissədə də təmin edilməlidir.

51. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 2- 1(103)2035/2023 nömrəli qərarı qismən, iddia tələbinin rədd edilməsi (400 kv.metr) hissəsində ləğv edilsin – həmin hissədə (400 kv.metr) iddia təmin edilsin. Bakı şəhəri İcraiyyə Komitəsinin X8 və istismarı Birliyinin 16906 nömrəli, 28 iyul 2005-ci il tarixli müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 400 kv.metr torpaq sahəsi olan 473 nömrəli bağ sahəsinə yeni nömrə verilməklə mülkiyyət hüququnun mərhum X7 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar