Məhkəmə qərarları › İş №2-1(102)-2589/2025

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-2589/2025

26.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2589/2025 26.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi (əmək kitabçasının mötəbərliyi; iş yerindən verilmiş güzəştli arayış); oxşar işlər üzrə məhkəmə təcrübəsinin mövcudluğu; şikayət üzrə kassasiyanın mümkün sayılmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüs usi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 may 2025-ci il tarixli, 21(103)-1570/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmiş, cavabdeh imtina edərək bildirmişdir ki, onun Mərkəzi Filiala təqdim etdiyi 15 sentyabr 1994-cü il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin 3 fevral 2022-ci il tarixli, 02/A nömrəli arayışında xx.xx.1988-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzin də həmin müəssisədə tikinti ustası və iş icraçısı vəzifələrində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisədəki iş stajına aid məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı sözügedən müəssisənin arxiv sənədlərinin saxlanılmadığı, eyni zamanda müəssisənin xx.xx.2003-cü il tarixindən sonra fəaliyyətdə olmadığı, ona dair arayışın isə əmək kitabçasına əsasən tərtib olunduğu müəyyən edilib. Bu fakt "xxxx" ASCnin 05 iyun 2024-cü il tarixli birgə aktı ilə təsdiq edilib. Göstərilən səbəblərdən həmin dövrü iş stajına daxil etmək mümkün deyil. Buna görə də ümumi iş stajı 25 ildən az (8 il 4 ay 8 gün (xx.xx.1980-xx.xx.1982-ci il tarixləri arasındakı dövrlər və 2006-cı il tarixindən sonra 6 il 4 ay)) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 8609,42 manat təşkil edir. Qeyd edilənləri nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

2. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərini qeyri-qanuni hesab edərək ona 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən gü zəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əmək kitabçasından da göründüyü kimi, onun xx.xx.1979-cü ildən xx.xx.2004-cü ilədək olan dövrdə ümumi iş stajı 25 ildən bir qədər çoxdur ki, bunun da 12 il 6 aydan çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına əlavə edilmiş 2 nömrəli Siyahısında nəzərdə tutulmuş tikinti ustası və iş icraçısı vəzifələrində işləmişdir. Hesab edir ki, bu səbəbdən, ona pensiya təyin olunmasından cavabdeh tərəfindən imtina edilməsi qanunsuz olmuşdur. Çünki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində aydın şəkildə göstərilir ki, işçinin iş stajını təsdiq edən əsas sənəd onun əmək kitabçasıdır. Əmək kitabçasına əsasən isə onun xx.xx.2006-cı ilə qədər olan ümumi iş stajı 25 ildən çoxdur. İdarənin arxiv sənədlərinin saxlanıb-saxlanmamasına görə isə o, heç bir məsuliyyət daşımır.

4. Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz imtina məktubunun məzmununa uyğun əsaslandırılmışdır.

5. Bakı İnzibati Məhkəməsinin (hakim: B.M.Cəlalov) 19 dekabr 2024-cü il tarixli, 21(112)-12960/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2021-ci il tarixdən hesablanıb ödənilməsi vəzifəsinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və O.N.İsmayılov) 14 may 2025-ci il tarixli, 2-1(103)-1570/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 7.1. İddiaçıya məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən o, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək “Azərnəqliyyattikinti” Trestinin 445 nömrəli Tikinti İdarəsində təsərrüfat fəhləsi (7 ay, 23 gün); xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək OTK-481 təsərrüfat fəhləsi (1 il, 11 ay, 22 gün); xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixədək betonçu və xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək tikinti ustası (9 il, 9 ay, 12 gün); xx.xx.1994-cü il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" DŞ-nin 445 nömrəli Tikinti İdarəsində iş icraçısı (10 il, 25 gün) xx.xx.2006cı il tarixədək cəmi 25 il, 1 ay, 21 gün. Həmçinin xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-də mühəndis vəzifəsində (3 il, 10 ay, 7 gün); xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-nin tikinti şöbəsində sahə mühəndisi vəzifəsində (11 ay); xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həmin şöbədə sahə rəisi vəzifəsində (1 ay, 23 gün); xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-nin tikinti icraat şöbəsində sahəsi rəisi vəzifəsində işləmişdir (8 ay 26 gün); xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" QSC-də texniki şöbədə texniki nəzarət mühəndisi vəzifəsi ndə işləmişdir (4 ay 11 gün); xx.xx.2023-cü il tarixdən “X1” MMC-də baş mühəndis vəzifəsinə qəbul edilmişdir. Göründüyü kimi, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun xx.xx.2006-cı il tarixə qanunla tələb olunan iki şərtdən birincisi olan 25 ildən az olmayan ümumi stajı tam olaraq tamamlanmışdır. 7.2. "xxxx" ASC-nin 03 fevral 2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1988-ci ildən (əmr №56/1, xx.xx.1988) xx.xx.1994-cü ilədək (əmr №116/Şxx.xx.1994) 445 saylı Üzən Tikinti Quraşdırma Dəstəsində tikinti ustası, xx.xx.1994-cü ildən (əmr №145/Ş, xx.xx.1994) xx.xx.2004-cü ilədək (əmr № 45/k, xx.xx.2004) həmin idarədə iş icraçısı vəzifəsində işləmişdir. Tikinti ustası və iş icraçısı vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarının İİ Siyahı, XXVİİ bölmə, b) yarımbəndinin 2290000b-23419 və 2290000b-24441 kodlarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin, vəzifələrin istehsalatların və göstəricilərin Siyahısı”na daxildir. SSRİ Nəqliyyattikinti nazirinin xx.xx.1988-ci il tarixli 120-OR saylı əmrinə əsasən “Azərnəqliyyattikinti” tresti "xxxx" Layihə Sənaye Tikinti Birliyi (LSTB) adlandırılmış, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1993-cü il tarixli 614 nömrəli Fərmanına əsasən "xxxx" LSTB-si "xxxx" Dövlət Şirkətinə (DŞ) çevrilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli 851 nömrəli Sərəncamı ilə "xxxx" DŞ-ti "xxxx" X3 Cəmiyyətinə çevrilmişdir. Beləliklə, iddiaçının zərərli iş stajının yarandığı müəssisənin verdiyi arayışa əsasən iddiaçının xx.xx.2006-cı il tarixə qanunla tələb olunan 12 il 6 aydan artıq, yəni 16 il, 3 ay, 10 gün güzəştli stajının olması müəyyən edilir. Belə ki, iddiaçının “tikinti ustası” və “iş icraçısı” işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarının İİ Siyahısı, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin, vəzifələrin istehsalatların və göstəricilərin Siyahı”sı, XXVİİ bölmə, b) yarımbəndinin 2290000b-23419 və 2290000b-24441 kodlarına uyğundur. 7.3. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın “iddiaçının xx.xx.1988xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də “tikinti ustası” və “iş icraçısı” vəzifələrində işlədiyi dövrü sosial sığorta stajına daxil etmə məsinə əsas olaraq adıçəkilən müəssisədəki iş stajına aid məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı, sözügedən müəssisənin arxiv sənədlərinin saxlanılmaması, eyni zamanda müəssisənin xx.xx.2003-cü il tarixindən sonra fəaliyyətdə olmadığı” dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının əmək kitabçasında həmin dövrlərdə sözügedən müəssisədə işlədiyi qeyd olunmuşdur. Müəssisənin arxiv sənədlərinin saxlanılmaması isə iddiaçının məsuliyyət sferasına aid edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün ikinci şərt – xx.xx.2006-cı il tarixədək 12 il 6 aydan az olmayan xüsusi stajı da tam olaraq tamamlanmışdır. Cavabdeh orqan iddiaçının yuxarıda qeyd olu nan ona güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ verən vəzifələrdə işlədiyi dövrün güzəştli iş stajına hesablanmasını istisna edəcək şərtin mövcudluğunu sübuta yetirə bilməmişdir.

8. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

9. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2-ci, 96.2-96.3-cü, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.

10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd o lunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.

2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mü bahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.

3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.

4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrild ikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.

5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.

11. Hazırkı işdə şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.

12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur.

13. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadına istinad olunmaqla qəbul etdiyi qərardadlarda (xx.xx.2024-cü il tarixli 2-1(102)-1734/2024 nömrəli; xx.xx.2024-cü il tarixli 2-1(102)-3360/2024 nömrəli) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxsin əmək kitabçasında onun əmək fəaliyyətini əks etdirən qeydlər, bu qeydlərə dair əsaslı şübhələr yoxdursa, mötəbər sayılır və həmin qeydlərin aid olduğu dövr şəxsin sosial sığorta stajına daxil edilir. Bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür.

14. Bundan əlavə, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin, işçinin məşğul olduğu peşə üzrə ye rinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır.

15. Hazırkı iş üzrə iddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş yaş həddinə (57 yaşa) çatması və xx.xx.2006-ci il tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli iş stajına malik olması işin aşağı instansiya məhkəmələri tərəfindən araşdırılması zamanı (iddiaçıya məxsus əmək kitabçası; iş yerindən verilmiş güzəştli arayış və məhkəmə sorğularına cavab məktubları) öz təsdiqini tapmışdır. Qeyd edilməlidir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək azı 25 il ümumi və 12 il 6 ay xüsusi (güzəştli) iş stajına malik olduğundan, 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdir və bu kateqoriyadan olan şəxslərə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı şərti tətbiq edilmir. Odur ki, cavabdehin iddiaçının bu şərtə (pensiya kapitalı) cavab verməməsi barədə dəlili də əsassızdır.

16. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına görə, kassasiya şikayəti verən cavabdeh üçün əlçatan və bəlli olmuşdur.

17. Kollegiya həmçinin qeyd ed ir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının zəruri olan həddə sübutların mümkünlüyünə, aidiyyətinə və mötəbərliyinə dair tələblərə riayət edilməklə tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur.

18. Bundan başqa, hazırkı iş üzrə İPM-in 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 may 2025-ci il tarixli, 21(103)-1570/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar