Məhkəmə qərarları › İş №2-1(102)-259/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-259/2020

12.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-259/2020 12.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRAR Açar sözlər: ( fərdi yaşayış evinin qazlaşdırılması üçün texniki şərtin verilməsi) GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçının nümayəndəsi X2, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “texniki şərtin və xüsusi kodun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2298/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, Əzizbəyov (indiki Xəzər) rayonu, Hövsan südçülük sovxozunda yerləşən, yaşayış sahəsi 143.8 kv.m, köməkçi sahəsi 139.8 kv.m. olan 5 otaqdan ibarət yaşayış evi İddiaçı (bundan sonra mətndə iddiaçı) adına mülkiyyət hüququ əsasında Abşeron rayonu 2 saylı notariusun xx xxxxxx 2005-ci il tarixli xxxxsaylı alqı-satqı müqaviləsinə əsasən qeydə alınmışdır. İddiaçı fərdi yaşayış evinin qazlaşdırılması üçün Cavabdehnə (bundan sonra mətndə cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2019-cu il tarixli məktubla onun müraciətini təmin etməmi şdir. Məktubda bildirilmişdir ki, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda fərdi yaşayış evinin qazlaşdırılması iddiaçının seçdiyi xüsusi icazəsi (lisenziyası) olan tikinti təşkilatları tərəfindən öz vəsaiti hesabına həyata keçirilir və layihə smeta sənədləri hazır olan evlərə quraşdırılması üçün qaz sayğacı Cavabdeh İB tərəfindən podratçı təşkilatlara ödənişsiz verilir. Bununla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, texniki şərtin verilməsinın cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı bildirmişdir ki, yuxarıda qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi giriş və çıxışları ayrı olan 2 ayrıca mənzildən ibarət olmasına baxmayaraq, yalnız bir qaz sayğacından istifadə edilir. Onun adına ayrıca kod açılaraq sayğacın quraş dırılması üçün Cavabdeha müraciət edilmiş və cavabdeh ona bildimişdir ki, kodun açılıb sayğacın quraşdırılmasını öz hesabına həyata keçirə bilər. Bu barədə, Azərbaycan Respublikasının Prezidenti x xxxxxx 2017-ci ildə Qaçqınlar və Məcburi köçkünlər üçün yeni fərman imzalamışdır. Həmin fərmanın 3-cü bəndində Cavabdeh, Azərişıq, Azərsu və s. orqanlara göstəriş və tapşırıq verilmişdir ki, hər bir məcburi köçkünün sayğacları tez bir zamanda quraşdırılsın. İddiaçı da həmin fərmandan sonra Cavabdeha müraciət etmiş və ona rədd cavabı verilmişdir. Qeyd olunanlara əsasən iddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 7-ci və 12-ci maddələrinə istinad edərək, texniki şərtin verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Azə rbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən fərdi yaşayış evinin qazlaşdırılması məqsədiylə texniki şərtin və xüsusi kod vasitəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir Cavabdeh iddia ərizəsinə etiraz edərək həmin iddianın təmin edilməməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1941/2019 nömrəli, xx xxxx 2019cu il tarixli qərarı ilə (hakim: Z.M.Tağıyev) iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən fərdi yaşayış evinin qazlaşdırılması məqsədi ilə Texniki şərtin və xüsusi kod vasitəsinin verilməsi vəzi fəsi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, öhdəliyin icrası haqqında cavabdehin üzərinə texniki şərtin və xüsusi kod vasitəsinin verilməsi vəzifəsinin qoyulması barədə iddiaçının tələbi qanuni və əsaslıdır. Qərardan narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2298/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: S.S.Seyidova, hakimlər: V.M.Məmmədov və İ.B.Əhmədov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1941/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh apelyasiya instansiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X4”nın 2.1-ci bəndinə əsasən yalnız tikintisi və ya yenidən qurulması nəzərdə tutulan, habelə qaz təchizatı sxemi dəyişdirilən qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması üçün qaz paylayıcıdan texniki şərt alınmalıdır. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlə rin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Həmin qaydaların 1-ci bəndinə əsasən, texniki şərtlər dedikdə, tikinti obyektlərinin qaz təchizatı üçün lahiyələndirilməsinə əsas olan və qazın verilməsi ilə mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəd başa düşülür. Vətəndaşlar tərəfindən texniki şərtin alınması üçün “Asan Xidmət” Mərkəzinə qazlaşdırılacaq sahəyə dair müvafiq sənədləri təqdim etməklə müraciət edilməlidir. İddia ərizəsində qeyd edilənlərlə bağlı müəyyən etmək olar ki, iddiaçı aidiyyəti üzrə müraciət etməmişdir. Daha sonra qeyd edilir ki, iddiaçının fərdi yaşayış evi 2011-ci il tarixdən təbii qazla təchiz edilərək oğlu X2 adına **********01730 saylı abonent kodu açılmışdır. Qaz təchizatı haqqında qanunun tələblərinə əsasən, hər bir yaşayış və ya qeyri-yaşayış sahəsinə bir ədəd qaz sayğacının quraşdırılması nəzərdə tutulmuşdur. Belə ki, yaşayış sahəsini təbii qazla təchiz etmək üçün bir ədəd qaz sayğacı kifayət edir. İddia ərizəsindən və təqdim edilmiş abonent saldosundan da göründüyü kimi iddiaçıya məxsus yaşayış sahəsi artıq təbii qazla təchiz edilmişdir. Etiraz: Cavabdehin kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim edərək həmin şikayətin təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiya sının iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxıldı. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Buna baxmayaraq məhkəmə kollegiyası kasassiya şikayətini əsassız hesab edir və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X4”nın: 2.1-ci bəndinə əsasən, yalnız tikintisi və yenidən qurulması nəzərdə tutulan, habelə qaz təchizatı sxemi dəyişdirilən qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması üçün qaz paylayıcıdan texniki şərtlər alınmalıdır. İstehlakçıların qaz təchizatı üçün texniki şərtin verilməsi və qaz qurğularınının qazpayayıcı şəbəkəyə qoşulması qaydası Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edili r. 2.4-1-ci bəndinə əsasən, X1 Agentliyi tərəfindən sənaye qaz qurğusunun istismarına icazə vermək üçün həmin qurğulara texniki baxış istehlakçıların təqdim etdiyi aşağıdakı sənədlər əsasında həyata keçirilir: 2.4-1.1. qaz paylayıcının verdiyi texniki şərt. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdehin imtinası əsassız olmuş və iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, öhdəliyin icrası qaydasında cavabdehin üzərinə texniki şərtin və xüsusi kod vasitəsinin verilməsi vəzifəsinin qoyulması barədə iddiaçının tələbi qanuni və əsaslıdır. Azərbaycan Respublikası İPM-in: 4.1-ci maddəsinə görə, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apellyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəm əsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2298/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar