Məhkəmə qərarları › İş №2-1(102)-259/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-259/2023

17.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-259/2023 17.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə X1rşı iş üzrə QƏRARİ Açar sözlər: “diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə X1rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2890/2022 nömrəli, 6 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Rusiya Federasiyası Maxaçqala şəhəri Dağıstan Dövlət Universiteti tərəfindən verilmiş, apostil edilmiş ДИС № ******* nömrəli, xx.xx.2007-ci il tarixli diplomun surətinə əsasən, iddiaçıya Dövlət attestasiya komissiyasının xx.xx.2007-ci il tarixli qərarı ilə “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr diplomu verilmişdir.

2. İddiaçı diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir.

3. Cavabdehin 25 oktyabr 2021-ci il tarixli “Xarici dövlətlərin ali təhsil ixtis aslarının tanınması və ekvivalentliyinin (nostrifikasiyasının) müəyyən edilməsi barədə” qərarı ilə müraciətin icrasından imtina edilmişdir.

4. Qeyd olunan qərarda göstərilmişdir ki, iddiaçının ali təhsil aldığı müəssisənin Bakı filialının qanunsuz fəaliyyət göstərdiyi məlum olmuşdur. Belə ki, sözügedən təhsil müəssisəsi onun fəaliyyətinə xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərmişdir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Kovnensiyanın İ hissəsinə əsasən, ali təhsil müəssisəsi – ali təhsil verən və Tərəfin səlahiyyətli qurumu tərəfindən tanınan müəssisədir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 16.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verillmiş və akkre ditasiya olunmuş təhsil müəssəsinin fəaliyyətinə hüquqi təminat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununa uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Qeyd olunanlara əsasən qərara alınmışdır ki, ərizəçinin xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı 3 noyabr 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Rusiya Federasiyasının Dağıstan Dövlət Universiteti tərəfindən ona verilmiş 06 iyun 2007-ci il tarixli ДИС № ******* nömrəli ali təhsil haqqında diplomun Azərbaycan Respublikasının ərazisində qüvvədə olması və həmin diplomun sahibi kimi ona Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahibləri malik olduqları eyni akademik və peşə hüqu qlarının verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2001-2007-ci illərdə Dağıstan Universitetinin Əziz Əliyev adına Bakı Filialında təhsil almışdır. Rusiya Federasiyasının Dağıstan Dövlət Universiteti tərəfindən “Hüquqşünaslıq” ixtisası üzrə ona təqdim edilmiş 06 iyun 2007-ci il tarixli ДИС № ******* nömrəli ali təhsil haqqında diplomun mövcud qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasında tanınması (nostirifikasiyası) üçün 2021-ci ilin sentyabr ayında Təhsildə Keyfiyyət Təminatı Agentliyinə rəsmi sayt vasitəsilə elektron qaydada müraciət etməklə tələb olunan bütün sənədləri təqdim etmişdir. Cavabdehin 25 oktyabr 2021-ci il tarixdə elektron şəxsi kabinetinə göndərdiyi məlumatda, onun 2001-2007-ci illərdə təhsil aldığı Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Əziz Əliyev adına Bakı Filialının akkreditasiyasız fəaliyyət göstərdiyi və buna görə də, 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli, 2398/4489-2006 saylı qətnaməsi ilə fəaliyyətinin dayandırıldığı əsas gətirilərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə uyğun olaraq diplomunun tanınmasının mümkün hesab edilmədiyi bildirilmişdir. İddiaçı qeyd etmişdir ki, ona təqdim edilən diplom Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin diplomudur, həmin Universitetin Bakı filialının diplomu deyil. X2 Universitetinin məsul vəzifəli şəxslərinin imzaları və universitetin gerbli möhürü ilə təsdiq edilmişdir. Bildirmişdir ki, TKTA-nın öz qərarında istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali əthsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtinanın əsaslarını müəyyən edən 3.7-ci bəndində diplomun tanınmasından imtina üçün əsas göstərdiyi hal nəzərdə tutulmamışdır.

7. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, imtina qanuni və əsaslı olmuşdur. Belə ki, Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplom üzrə ixt isasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçı müraciət edən zaman elektron ərizəsində sözügedən təhsil müəssisəsinin Bakı filialında təhsil aldığını qeyd etmişdir. Lakin, onun nə diplomunda, nə də ki diploma əlavəsində, o cümlədən hər hansı digər rəsmi sənəddə (məs: arayış və s.) onun Bakı filialında təhsil alması faktı öz əksini tapmamışdır. İddiaçının sərhəd məlumatlarının yoxlanılması zamanı isə tədris müddətində Rusiya Federasiyasında ümumən olmadığı məlum olmuşdur. Bu səbəbdən də, həmin ölkə ərazisində olmadan tədris yükünün mənimsənilməsi qey ri-mümkün hesab edilmişdir. İddia ərizəsində qeyd edilən iddiaçının Bakı filialında təhsil almasına münasibətdə bildirilmişdir ki, sözügedən filial Azərbaycan Respublikasında fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmədən - qanunsuz olaraq fəaliyyət göstərmişdir. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın 1.5-ci bəndinə əsasən, xarici hüquqi və fiziki şəxslər, habelə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri öz öhdəliklərində bu Qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərar ası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar. Eyni zamanda, həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 1997-ci il tarixli, 637 nömrəli fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı”na əsasən ali və orta ixtisas təhsil müəssisələrinin, ixtisasartırma institutlarının və digər təhsil və təlim-tərbiyə müəssisələrinin fəaliyyəti lisenziya tələb olunan fəaliyyətlər sırasında yer almışdır. 1 saylı yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli, 2398/4-489-2006 saylı qətnaməsinə əsasən, Dağıstan Dövlət Universitetinin Bakı filialı qanunsuz (lisenziya olmadan) fəaliyyət göstərdiyi üçün onun fəaliyyəti dayandırılmışdır. Bundan əlavə, Azər baycan Respublikasının da qoşulduğu "Avropa regionunda ali əhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın, habelə “Xarici kvalifikasiyaların qiymətləndirilməsi meyarları və prosedurlarına dair yenidən işlənilmiş tövsiyələrin V hissəsinə (qiymətləndirmə meyarları), "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın tətbiqinə dair qəbul edilmiş Avropa regionu üzrə tanınma Təlimatı”nın 3-cü hissəsinə əsasən qeyd olunur ki, tanınma proseduru zamanı xarici ali təhsil ixtisasının əldə edildiyi ali təhsil müəssisəsinin statusu məsələsinə diqqət yetirilməli, yəni həmin müsəssisənin qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərməsi, o cümlədən, akkreditasiyasının və lisenziyasının olub-olmaması nəzərə alınmalıdır. Cavabdeh göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

8. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Dağıstan Dövlət Universiteti Bakı Filialı tərəfindən ona verilmiş ДИС № ******* nömrəli ali təhsil haqqında əldə etdiyi bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən (nostrifikasiya) olunması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3578/2022 nömrəli, 24 may 2022-ci il tarixli qərarı ilə (hakim A.A.Abdullayeva) iddia təmin edilmiş, Dağıstan Dövlət Universiteti Bakı Filialı tərəfindən iddiaçıya verilmiş ДИС № ******* nömrəli ali təhsil haqqında əldə etdiyi bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentliyinin müəyyən (nostrifikasiya) olunması öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş hazırkı mübahisə ilə eyni predmet təşkil edən Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji qərarlarından müəyyən edilmişdir ki, qanuni qüvvəsini almış 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli qətnaməsinə əsasən Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialı Azərbaycan Respublikasında qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmadan və lisenziya almadan fəaliyyət göstərdiyindən, onun fəaliyyəti dayandırılmışdır.

11. Həmçinin 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh Dağısan Dövlət Universitetinin Bakı Filialına qarşı iddiası qismən təmin edilərək, Filialın fəaliyyətinin dayandırılması və onda təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilməsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə olunması qət edilmiş, iddia tələbi “Filial fəaliyyətə başladığı gündən halhazıradək verilmiş diplomların etibarsız sayılması” hissəsində rədd edilmişdir.

12. Qətnaməyə görə Dağıstan Dövlət Universitetinin Bakı Filialında təhsilini hər hansı səbəbdən başa vurmamış (o cümlədən müvafiq tədris kursunu müvəffəqiyyətlə başa vurmadan təkrar həmin kursda saxlanılmış) tələbələrin Filialın fəaliyyətinin dayandırılmasına qədər olan dövrdəki təhsilləri qanuni sayılm ışdır, çünki, onlar həmin yarımçıq qalmış təhsilin bazasında təhsillərini (bir neçə ay, 1 il, 1 il yarım və s.) davam etdirərək diplom almaq hüququ qazanmış olurlar.

13. Məhkəmə qeyd etmişdir ki, nazirliyin Filial fəaliyyətə başladığı gündən iddia ərizəsi təqdim edilənədək verilmiş diplomların etibarsız sayılmasına dair iddiası təmin edilməmişdir.

14. Hazırkı iş üzrə iddiaçı da məhkəmə tərəfindən qətnamə qəbul edildikdən əvvəl 2007-ci ilin iyun ayının 20-dən əvvəl Filialı bitirmiş və 1 iyul 2007-ci ildə ona diplom verilmişdir. Odur ki, iddiaçı 06 iyun 2007-ci ildə təhsilini başa vurduğuna görə aldığı diplom üzrə ona ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamə verilməsindən cavabdehin imtinası qanuna uyğun olmamışdır.

15. Cavabdeh apellyasiya şikayəti verərə k qeyd olunan qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2890/2022 nömrəli, 6 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.P.Oruczadə /məruzəçi/, X.A.Cəmilova və M.N.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3578/2022 nömrəli, 24 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Cavabdeh kassasiya şikayəti verərək qeyd olunan qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİK AYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh kassasiya şikayətində İPM-nin 12.1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, məhkəmə cavabdeh orqanın iddiaçının təhsil aldığı illərdə bu kimi qanuni əsas olmadan fəaliyyət göstərən ali təhsil müəssisələrinin filiallarının fəaliyyətinin qarşısnın alınması üçün hansı işləri gördüyünü araşdırmamışdır. Belə ki, sözügedən məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən ali məktəb rektorlarına və təhsil müəssisələrinin rəhbərlərinə göndərilən məktublarla səlahiyyətli qurumun sözügedən istiqamətdə bir sıra işlər aparması müəyyən olunur.

20. Həmçinin İPM-nin 73.3-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, məhkəmə iddiaçının təhsil aldığı ali təhsil müəssisənin müvafiq qaydad a qanunauyğun fəaliyyət göstərməməsi barədə cavabdehin mövqeyini nəzərə almadan öz mülahizəsi əsasında qərar qəbul etmişdir. Belə ki, ali təhsil müəssisəsinin müvafiq lisenziyaya və akkreditasiyaya malik olmasının müəyyənləşdirilməsi xarici kvalifikasiyaların tanınması sahəsində araşdırılması mühüm olan vacib məsələlərdən biridir və beynəlxalq təcrübədə də məhkəmələr tərəfindən deyil, səlahiyyətli qurumlar tərəfindən müəyyən edilir.

21. Cavabdeh bundan başqa qeyd etmişdir ki, 1 saylı Yerli İqtisad Məhkəməsi iddianı qismən təmin etməklə xarici kvalifikasiyaların tanınmasına deyil, ali təhsil haqqında sənədlərin həqiqiliyinə qiymət vermişdir. Belə ki, Rusiya Federasiyasının səlahiyyətli qurumu tərəfindən dövlət nümunəli blanklarda təqdim edilən sənədlər saxta sayıla bilməzdi. Sənədlərin əsli olması ilə xarici kvalifikasiyaların tanınması isə ayrı-ayrı prosedurlardır. 22. 1 saylı Yerli İqtisad Məhkəməsi tərəfindən hazırda (o dönəm) təhsili davam edən şəxslərin digər ali təhsil müəssisələrinə köçürülməsi öhdəliyinin Təhsil Nazirliyinin üzərinə qoyulması məsələsi ilə əlaqədar bildirmişdir ki, tələbələrin bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi ilə xarici kvalifikasiyaların tanınması prosesleri fərqli tələblər əsasında həyata keçirildiyi üçün fərqləndirilməlidirlər.

23. Cavabdeh “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında" Konvensiyanın 1-ci hissəsinə, Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 1997-ci il tarixli, 637 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı”-nın, Azərbayc an Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli, 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”-nın və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları"-nın müvafiq bəndlərinə istinad edərək kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Təhsil haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün хüsusi razılığ ı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir (19 iyun 2020-ci ilə qədər olan redaksiya). Həmin Qanunun 27.4-cü maddəsinə əsasən xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 29.0.21-ci maddəsinə əsasən xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Həmin Qanunun 44.2-ci maddə sinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.

26. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.278.28-ci bəndlərinə görə nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) keçirir və xarici ölkələrdə alınmış təhsil sənədlərinin nostrifikasiya qaydalarına mü vafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. 27. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

28. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”yə görə nazirlik xarici ölkələrdə alınmış təhsil sənədlərini n nostrifikasiya qaydalarına uyğun müvafiq komissiya yaradır, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydalarının 1.1-ci bəndinə əsasən bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; Həmin Qaydaların 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təh sil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir; Həmin Qaydaların 3.2-ci bəndinə əsasən ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə a lınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu; Həmin Qaydaların 3.7-ci bəndinə əsasən 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.

30. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, əriz ə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhk əməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

31. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

33. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

36. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işi n faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

37. Hazırkı mübahisəyə dair iş üzrə materiallardan iddiaçıya qeyd olunan təhsil müəssisəsini bitirdiyi barədə ДИС № ******* nömrəli, xx.xx.2007-ci il tarixli diplom verildiyi, həmin diplomun Rusiya Federasiyasının səlahiyyətli orqanı tərəfindən apostil olunduğu müəyyən olunur. Eyni zamanda, qanuni qüvvəsini almış 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Rusiya Federasiyasının Dağıstan Dövlət Universitetinin Bakı filialı Azərbaycan Respublikasında qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmadan və lisenziya almadan fəaliyyət göstərdiyi üçün onun fəaliyyəti dayandırılmışdır. 38. 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin 20 iyun 2007-c i il tarixli qətnaməsindən həmçinin görünür ki, qətnamə ilə iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh Dağısan Dövlət Universitetinin Bakı Filialına qarşı iddiası qismən-təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması hissəsində təmin olunmuş, iddia tələbi qalan hissədə - “Filial fəaliyyətə başladığı gündən hal-hazıradək verilmiş diplomların etibarsız sayılması” hissəsində rədd edilmişdir və həmin müəssisədə təhsil alan və təhsilini başa vurmayan tələbələrin müvafiq təhsil müəssisələrində yerləşdirilməsi vəzifəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə olunmuşdur.

39. Qeyd olunmalıdır ki, qətnamə ilə Dağıstan Dövlət Universitetinin Bakı Filialında təhsilini hər hansı səbəbdən başa vurmamış (o cümlədən müvafiq tədris kursunu müvəffəqiyyətlə başa vurmadan təkrar həmin kursda saxlanılmış) tələbələrin Filialın fəaliyyətinin dayandırılmasına qədər olan dövrdəki təhsilləri qanuni sayılmış, onların yarımçıq qalmış həmin təhsil bazasında təhsillərini (bir neçə ay, 1 il, 1 il yarım və s.) davam etdirmək hüququ tanınmışdır.

40. Həmçinin təhsil müəssisəsinin fəaliyyətinin dayandırıldığı dövrə qədər məzun olmuş şəxslərə və onlara verilmiş diplomlara münasibətdə məhkəmə qətnaməsi ilə həmin dövrə aid diplomların etibarsız sayılmasının rədd olunduğu nəzərə alınmalıdır. Belə ki, iddia həmin hissədə rədd olunmaqla həmin məhkəmə qətnaməsi ilə qeyd olunan diplomlar etibarlı sayılmış və onların etibarlılıq statusu təsbit edilmişdir. Bu baxımdan cavabdeh həmin diplomların tanınması ilə bağlı müraciətlərə baxarkən qüvvədə olan həmin məhkəmə qətnaməsini nəzərə almalı idi.

41. Bundan əlavə, oxşar işlər üzrə formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyi də belədir ki, məhkəmə tərəfindən qətnamə qəbul edilənə qədər Filial tərəfindən verilmiş diplomların etibarsız sayılmasına dair iddianın rədd edilməsi barədə qanuni qüvvəyə minmiş 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi mövcud olduğundan hazırkı vəziyyətdə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

42. Bununla bağlı nəzərə almaq lazımdır ki, təhsil müəssisənin fəaliyyətinin qanunauyğunluğunu təmin etmək tələbə və məzunların deyil, təhsil siyasətini həyata keçirən və bu sahəyə məsul olan müvafiq dövlət qurumlarının məsuliyyət sferasına aiddir. Şəxs uzun müddət fəaliyyət göstərən təhsil müəssisəsinin bu fəaliyyətinin dövlət tərəfindən qadağan olunmadığına və b unun üzərindən dövlət tərəfindən həmin fəaliyyətin leqal sayıldığına inanmış, onun davranışına etimad göstərmiş və həmin təhsil müəssisəsinə daxil olmuş, orada təhsil almışdır. Odur ki, xx.xx.2007-ci il tarixində təhsilini başa vurmuş iddiaçı, təhsil müəssisəsinin fəaliyyətinin dayandırıldığı dövrə qədər aldığı diplom üzrə ixtisasının tanınmasını və ekvivalentliyin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsini tələb etməkdə haqlı sayılmalı, cavabdehin bundan imtinası qanunsuz hesab olunmalıdır.

43. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2890/2022 nömrəli, 6 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar