Məhkəmə qərarları › İş №2-1(102)-259/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-259/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-259/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Səbail Rayon İcra Hakimiyyətinə, Bakı Şəhər İcra Hakimiyyətinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququn qorunması, kompensasiya, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra qaydası) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Səbail Rayon İcra Hakimiyyətinə, Bakı Şəhər İcra Hakimiyyətinə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2023-cü il tarixli, 2-1(103)-4/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 30 dekabr 2003-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 8864 nömrəli kitabda qeyd olunmuş şəhadətnaməyə əsasən X1 məxsus olan Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsi 30 yanvar 2004-cü il tarixli alqı-satqı müqaviləsi ilə İddiaçı satılmış və həmin müqavilə 14 saylı Dövlət Notariat Kontorunda 4Ə-1/8 saylı reyestr nömrəsi ilə qeydə alınmışdır.

2. Qeydə alınmış hüquqlar əsasında 19 fevral 2004-cü il tarixdə İddiaçı adına JN10756D saylı, ******* kodlu torpağı mülkiyyətə verilməsinə dair şəhadətna mə verilmişdir.

3. İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinə, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə müraciət edərək mülkiyyətində olan torpaq sahəsində bağça və məhkəmə binası tikilidiyindən ona torpaq sahəsinin hər sotuna görə 25000 manat kompensasiya ödənilməsini xahiş etmiş, cavabdehlər hərəkətsizlik göstərərək iddiaçının müraciətinə cavab verməmişlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Bakı Şəhər İcra Hakimiyyətinə, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 fevral 2004-cü il tarixli JN-10756D saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onun mülkiyyətinə verilmiş Bakı şəhəri, Səbail rayo nu, Badamdar qəsəbəsində yerləşən 0,06 hektar ölçüsü olan 10756D saylı torpaq sahəsinə görə 150.000 (yüz əlli min) manat məbləğində maddi ziyanın cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti və Səbail rayon İcra Hakimiyyətindən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X2 arasında 30 yanvar 2004-cü il tarixdə 14 saylı Dövlət Notariat Kontorunda bağlanılmış 4Ə-1/8 saylı müqaviləyə və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 19 fevral 2004-cü il tarixli JN-10756D saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsinə mülkiyyət hüququ əldə etmişdir. Həmin torpaq sahəsi hasara alınmışdır. Lakin 2012-ci ildə iddiaçıya məlumat gəlib ki, mülkiyyətində olan torpaq sahəsində tikinti işləri aparılır. Həmin yerə gələndə özünü Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinin əməkdaşları kimi təqdim edən şəxslər bu ərazidə məktəb və bağça tikintisinin həyata keçiriləcəyini bildirmişlər. İddiaçı onlara bu torpaq sahəsinin onun mülkiyyətində olduğunu, razılığı olmadan burada tikinti işlərinin aparılmasının qanunsuz olduğunu bildirmiş, lakin buna məhəl qoyulmamışdır. Bundan sonra Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinə müraciət etmiş, orada həmin əraziyə yaxın yerdə alternativ torpaq sahəsi veriləcəyini bildirsələr də bugünkü günə kimi həmin torpaq sahəsini verməyiblər. İddiaçının mülkiyyətində olan torpaq sahəsində isə artıq mək təb və bağça kompleksi tikilib və istifadəyə verilib. Bildirmək istəyir ki, Bakı şəhər İcra Hakimiyyətinin 24 iyun 2011-ci il tarixli, 283 saylı sərəncamı ilə Səbail rayon İcra Hakimiyyətinə yeni məktəb və uşaq bağçası binasının tikintisinin layihələndirilməsi üçün 1,1280 ha torpaq sahəsi daimi istifadəyə verilmişdir. Göründüyü kimi iddiaçının mülkiyyətində olan torpaq sahəsində onun razılığı olmadan və bazar dəyərinə uyğun kompensasiya verilmədən Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən məktəb və bağça kompleksi inşa edilmişdir. Hal-hazırda həmin torpaq sahəsinin üzərində 329 nömrəli orta məktəb fəaliyyət göstərir. İddiaçı mülkiyyətinə verilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 hektar ölçüsü olan 10756D saylı torpaq sahəsinə görə 150.000 (yüz əll i min) manat məbləğində maddi ziyanın ödənilməsi ilə bağlı 27 sentyabr 2017-ci il tarixdə cavabdeh Bakı şəhər İcra Hakimiyyəti və 26 sentyabr 2017-ci il tarixdə digər cavabdeh Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinə müraciət etsə də cavab verilməmişdir. Azərbaycan Respublikasında əmlak bazarının araşdırılmasını həyata keçirən, yaydığı və yaxud sorğu əsasında təqdim etdiyi informasiyalar müxtəlif dövlət və özəl qurumlar üçün əsasverici, etibarlı mənbə kimi istifadə olunan “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyi tərəfindən verilmiş 25 sentyabr 2017-ci il tarixli 219/009-17/A-02 saylı “torpaq sahəsinin bazar dəyərinin müəyyən edilməsi barədə” Arayışdan görünür ki, İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən (329 nömrəli məktəbin yeri) torpaq sahəsinin 1 sotunun bazar dəyəri 25 sentyabr 2017-ci il tarixə 22.000 (iyirmi iki min)-25.000 (iyirmi beş min) manat təşkil edir.

6. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Səbail rayon İcra Hakimiyyətini cavabdehlər sıyahısından çıxarılmaqla Bakı şəhər İcra Hakimiyyətindən 150.000 manat məbləğində kompensasiyanın tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. 7. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)-337/2018 saylı, 30 yanvar 2018-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

8. İddiaçı yenidən məhkəməyə ərizə təqdim edərək, 19 fevral 2004-cü il tarixli JN10756D saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 hektar ölç üsü olan 10756D saylı torpaq sahəsinə görə 132.000 (yüz otuz iki min) manat məbləğində kompensasiya məbləğinin cavabdehlər Bakı Şəhər İcra Hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyətindən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 9. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(81)-54/2019 saylı, 16 sentyabr 2019-cu il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. 10. 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-54/2019 nömrəli, 02 oktyabr 2019cu il tarixli qərarı ilə (hakim X3) iddia qismən təmin edilərək 19 fevral 2004-cü il tarixli JN10756D saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olmuş 0,06 ha torpaq sahəsinə görə 60.000 (altmış min) manat kompensasiya cavabdehlər Bakı Şəhər İcra Haki miyyətindən və Səbail Rayon İcra Hakimiyyətindən müştərək qaydada İddiaçı xeyrinə tutulması qərara alınmışdır.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququ olduğundan mülkiyyətində olmuş torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi tələbində haqlıdır.

12. İddianın təmin edilməyən hissəsi ilə əlaqədar olaraq məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən tələb edilən kompensasiya məbləği real bazar qiymətinə uyğun deyildir. Odur ki, iddiaçıya məxsus olmuş və hazırda üzərində məktəb binası inşa edilmiş torpaq sahəsinin hər 1 sotu (100 kv.m) üçün 10.000 manat (0,06 ha üçün 60.000 manat) hər iki cavabdehdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

13. Birinci instansiya məhkəməsinin qərarından iddiaçı, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən apelyasiya şikayətləri verilmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 2-1(103)-22/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üçüncü şəxs qismində iştirakına xitam verilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2023-cü il tarixli, 2-1(103)-4/2023 nömrəli qərarı ilə (hakimlər X6 (məruzəçi), X4 və X7) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, cavabdeh Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, 1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)54/2019 nömrəli, 02 oktyabr 2019-cu il tarixli qərarı ləğv edilmi ş, iddia rədd edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin 24 iyun 2011-ci il tarixli, 283 saylı sərəncamı ilə Səbail rayon İcra Hakimiyyətinə yeni məktəb və uşaq bağçası binasının tikintisinin layihələndirilməsi üçün ayrılmış torpaq sahəsində inşa edilən məktəb və bağça iddiaçıya aid torpaq sahəsində tikilməmişdir. Belə olan halda iddiaçının cavabdehlərdən kompensasiya tələb etməsi əsassızdır.

17. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

18. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin müddəalarına istinad edilərək q eyd edilir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələbini rədd etməklə onun mülkiyyət hüququnu pozmuşdur. Belə ki, iş materiallarından görünür ki, iddiaçının mülkiyyətində olan 6 sot torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti və Səbail rayon İcra Hakimiyyəti tərəfindən zəbt edilərək yerində məktəb və bağça kompleksi tikilmiş, iddiaçıya isə ədalətli kompensasiya verilməmişdir. Məhkəmə bu cür qərar qəbul etməklə Konstitusiyanın 29-cu maddəsinin tələbini pozmuşdur. b. kassasiya şikayətinə etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsus i mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzin in daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə

157. Mülkiyyətin müdafiəsi... 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətl i obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə

246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir.... 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir.... 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möh kəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir.... 246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 22. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Əsas anlayışlar 1.1. Bu Qanunun məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur: 1.1.1. alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınması; Maddə

5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; Maddə

23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və to rpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; (-). 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; (-). Maddə

58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tari xinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiymət i əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür.

23. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə

67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi...

4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, o nların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 29-1. Məhkəmə ekspertizası İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Maddə

58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində b axış keçirə, şahidləri, ekspertləri və digər proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.3. Sübutların cəlb olunmasına dair şifahi məhkəmə iclasında qaldırılmış vəsatət yalnız məhkəmənin əsaslandırılmış qərardadı ilə rədd edilə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğ u gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 25. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Plenumunun 10 nömrəli qərarı KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstə rilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamış, İPM-in 12, 58-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Bu səbəbdən apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir.

29. Məhkəmə kollegiyası ape llyasiya məhkəməsinin qərarının ləğvi ilə əlaqədar mövqeyini aşağıdakı kimi əsaslandırmağı məqsədə müvafiq hesab edir.

30. Hazırki işdə iddiaçının hüquqi marağı pozulmuş mülkiyyət hüququna görə ədalətli kompensasiyanın alınmasına yönəlmişdir.

31. İşin hallarından məlum olur ki, 0,06 ha torpaq sahəsinə dair iddiaçının adına verilmiş 19 fevral 2004-cü il tarixli, JN-10756D saylı, ******* kodlu torpağı mülkiyyətə verilməsinə dair şəhadətnamə mövcuddur.

32. Qüvvədə olan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.

33. Apelyasiya instansiyası məhkəməsi iddiaçının mülkiyyət hüququ əsasında sah ib olduğu torpaq sahəsinə dair kompensasiya tələb etməsi ilə bağlı mövqeyini şəhadətnamədə olan torpaq sahəsinin yeri müəyyən edilmədiyinə görə qanunsuz hesab etmişdir.

34. Apelyasiya instansiyası məhkəməsi bu yanaşmasını qərarda aşağıdakı kimi şərh etmişdir: “Kollegiya tərəfindən aparılan uzunmüddətli araşdırma nəticəsində, cavabdehlər tərəfindən iddiaçının mülkiyyət hüququna toxunan hər hansı müdaxilənin olduğu müəyyən edilməmişdir. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 19 fevral 2004-cü il tarixli JN-10756D saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onun mülkiyyətinə verilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsinin faktiki yerləşdiyi yerin müəyyən edilməsi v ə bu barədə iddiaçıya rəsmi məlumatın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir....... Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1195/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və 19 fevral 2004-cü il tarixli JN10756D saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 hektar torpaq sahəsinin faktiki yerləşdiyi yerin müəyyən edilməsi və bu barədə İddiaçı rəsmi məlumatın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Bundan sonra işin obyektiv, hərtərəfli araşdırılması məqsədi ilə Bakı İnzibati Məhkəməsinə sorğu verilərək qeyd edilən qər arın icra vəziyyəti barədə məlumatın təqdim edilməsi xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 20 aprel 2023-cü il tarixli sorğuya cavab olaraq verilmiş cavab məktubu xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Məktubda qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1195/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından apellyasiya şikayəti verilmədiyindən qərar xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almış, icra edilməsi üçün xx.xx.2022-ci il tarixli məktubla cavabdehə göndərilmiş və cavabdeh tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixli məktubla qərarın icra olunması barədə məlumat daxil olmuşdur. Həmin məktuba qoşma kimi əlavə edilmiş qərarın icra olunması barədə məktubda qeyd edilmişdir ki, ləğv edilmiş DTXK-nın Bakı şəhər şöbəsi tərəfindən 19 fe vral 2004-cü il tarixində İddiaçı adına verilmiş JN-10756 nömrəli mülkiyyət hüququna dair şəhadətnamədə göstərilən 0.06 ha torpaq sahəsinin Səbail rayonu İcra hakimiyyəti tərəfindən verilmiş ilkin yerləşmə cizgisinə nəzərən araşdırma aparılmışdır. Qeyd olunan cizgidə torpaq sahəsinin coğrafi yerləşməsini bildirən istinad məlumatları, məsafə ölçüləri göstərilməyib. Cizgidə ayrılmış torpaq sahəsinin əsas məhəllə yoluna nisbətdə cərgə üzrə birinci sahə olduğu qeyd işarələnmişdir. Elektron kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən faktiki cərgədəki birinci sahə **********37-10302 reyestr nömrəsi ilə digər fiziki şəxsin adına xüsusi mülkiyyət üzrə dövlət qeydiyyatına alınmışdır. Bundan sonra Məhkəmə tərəfindən **********37-10302 reyestr nömrəsi ilə qeydiyyata alınmış fərdi yaşayış evinin mülkiyyətçilərinə dair müvafiq sənədlərin təsdiq edilmiş surətlərinin Məhkəməyə təqdim edilməsi məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu verilmiş, sorğuya cavab olaraq müvafiq sənədlər Məhkəməyə təqdim edilmişdir. Təqdim edilən sənədlərdən müəyyən edilir ki, iddiaçı tərəfindən iddia edilən sahədə 1458.40 kv.m olan fərdi yaşayış evi mövcuddur və xx.xx.2021-ci il tarixli reyestrdən çıxarışa əsasən qeyd edilən fərdi yaşayış evinin 1416.2 kv.m paylı mülkiyyət hüququ üzrə X5 məxsus olmuşdur. İş materiallarında olan alqı-satqı, bağışlama müqavilələrindən isə görünür ki, X8 ona məxsus olan payın müəyyən hissələrini müxtəlif şəxslərin mülkiyyətinə vermişdir. Göründüyü kimi Bakı şəhər İcra Hakimiyyətinin 24 iyun 2011-ci il tarixli, 283 saylı sərəncamı ilə Səbail rayon İcra Hakimiyyətinə yeni məktəb və uşaq bağçası binasının tikintisinin layihələndirilməsi üçün ayrılmış torpaq sahəsində inşa edilən məktəb və bağça, iddiaçıya aid torpaq sahəsində tikilməmişdir. Belə olan halda iddiaçının cavabdehlərdən kompensasiya tələb etməsi əsassızdır.”

35. Beləliklə, apelyasiya instansiyası məhkəməsinin mövqeyindən belə anlaşılır ki, apelyasiya instansiyası məhkəməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi qanuni qüvvəsini almış Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1195/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarını icra edə bilməməsi barədə məktubu əsas götürməklə iddia tələbini rədd etmişdir.

36. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının müəyyən səbəblərdə n icra edilməmə proseduru hər hansı məktubla nizama salınan məsələ deyildir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra edə bilməməsi ilə bağlı hərəkətlərinə düzgün hüquqi qiymət verməmiş, məhkəmə qərarının qanunla müəyyən edilmiş qaydada icrası vəziyyətini müəyyən etməmiş, “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarının tələbinə uyğun icra vəziyyətini öyrənməmişdir.

38. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 79.1-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Nəzərə alınmalıdır ki, inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasının təmin olunması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir.

39. Məhkəmə kollegiyası bildirir ki, apelyasiya instansiyası məhkəməsi birbaşa bu işlə bağlı digər işə baxılması ilə əlaqədar bu işin icraatını dayandırmış, həmin iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minmiş, məhkəmə qərarı ilə reyestr xidmətinin ərazi idarəsinə iddiaçının mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin faktiki yerləşdiyi yerin müəyyən edilməsi və bu barədə iddiaçıya məlumat verilməsi həvalə edilmiş, lakin apelyasiya məhkəməsi həmin qərarın icrası ilə bağlı ətraflı araşdırma aparmamış, məhkəmə qərarının icrasının hansı qaydada həyata keçirilməsini və məhkəmə qərarının icrasının qanunvericiliyə uyğun qaydada nəticələnməsini müəyyən etməmişdir.

40. Bundan əlavə reyestr xidmətinin ərazi idarəsinin məktubunda qeyd edilmişdir ki, cizgidə torpaq sahəsinin coğrafi yerləşməsini bildirən istinad məlumatları, məsafə ölçüləri göstərilməyib. Cizgidə ayrılmış torpaq sahəsinin əsas məhəllə yoluna nisbətdə cərgə üz rə birinci sahə olduğu qeyd işarələnmişdir.

41. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi qeyd edilən cizginin hansı orqan və ya qurum tərəfindən tərtib edilməsini araşdırmamış, həmin cizginin həqiqətən də mötəbər sübut olub olmamasına qiymət verməmiş, kadastr baza məlumatlarında iddiaçıya məxsus torpaq sahəsinin, habelə məktəb və bağçanın yerləşdiyi torpaq sahəsinin təyinatını, kateqoriyasını müəyyən etməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1195/2022 nömrəli işə baxış keçirilməsinin zəruriliyini müzakirə etməmişdir.

42. İşdə olan sənədlərə görə iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilk dəfə Səbail rayon İcra Hakimiyyəti başçısının 30 may 1995-ci il tarixli 1616 nömrəli sərəncamı əsasında ayrılmışdır. Səbail rayon İcra Hakimiyyəti hazırkı iş üzrə cavabdehdir və 3 0 may 1995-ci il tarixli 1616 nömrəli sərəncam əsasında ayrılmış torpaq sahəsini naturada yerini tanıtmaq vəzifəsi vardır. Odur ki, məhkəmə tərəfindən bu hala da aydınlıq gətirilməmişdir.

43. İş materiallarından görünür ki, iddiaçı Bakı şəhər İcra Hakimiyyəti tərəfindən zəbt edilərək üzərində məktəb və bağçanın tikilməsini müəyyən etməkdən ötrü məhkəmə tikinti texniki ekspertizasının təyin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinə yazılı vəsatət təqdim etmişdir (cild 3, iş vər. 80-81).

44. Apelyasiya instansiyası məhkəməsi İPM-in 58.3-cü maddəsinin tələbinə uyğun vəsatətə əsaslandırılmış münasibət bildirməmişdir.

45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv ed ilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iddiaçı tələbində haqlı olduğu təqdirdə əmlakın qiymətləndirilməsi yuxarıda bəhs edilən qanunvericiliyə uyğun həyata keçirilməli, iş üzrə əlavə araşdırmaya zərurət olduğundan iddianın təmin edilməsi hissəsində şikayət təmin edilməməlidir.

46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 avqust 2023-cü il tarixli, 21(103)-4/2023 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar