Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2591/2023 15.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: dövlət qulluqçusuna təyin edilmiş əmək pensiyanın yenidən hesablanması; qulluq illərinin nəzərə alınması; maddi hüquq normasının düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüdü: xx.xx.1952; FİN: OU7PSFU) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2626/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, o, xx.xx.1973-cü ildən əmək fəaliyyətinə başlamış, xx.xx.2007-ci ildə üç ay sınaq müddəti müəyyən olunmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və Təminat İdarəsinin böyük məsləhətçisi vəzifəsinə təyin olunmuş, xx.xx.2007-ci ildə sınaq müddətinin bitməsi ilə əlaqədar həmin vəzifəyə təyin olunmuş, xx.xx.2022-ci il tarixdən pensiyaya çıxması ilə əlaqədar tutduğu vəzifədən azad edilərək d övlət qulluğuna xitam verilmişdir.
2. İddiaçıya xx.xx.2022-cı il tarixdən dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmişdir.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.
4. Cavabdehin **********5 №-li, xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2022-ci il tarixdə daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmışdır. Mərkəzi Filial tərəfindən xx.xx.2022ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. Vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1.470,00 manat, qulluq stajına görə əlavə 109,07 manat, ixtisas dərəcəsinə görə əla və 100,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 147,00 manat olmaqla orta aylıq əmək haqqı 1.826,07 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 34 il 2 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (1.826,07 manat) 80 faizi-1.460,86 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və bu yeni hesablamaya görə ödəniş edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı həmin məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli, **********4 №li Qərarı ilə ona xx.xx.2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi təyin olunmuş yaşa görə əmək pensiyasının “Qulluq stajına görə əlavə” (7,42 faiz – 109,07 manat olmaqla) hissəsində onun ümumilikdə 34 il 2 gün dövlət qulluğu stajının nəzərə alınmaqla, yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, müxtəlif vəzifələrdə işləmiş və 35 ildən çox dövlət qulluqçusu kimi çalışmışdır. Ona xx.xx.2022-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə 1.460,86 manat məbləğində əmək pensiyası təyin edilib. Pensiyanın yenidən hesablanması üçün cavabdeh inzibati orqana xx.xx.2022-ci il tarixdə rəsmi müraciət edilmişdir. Lakin cavabdeh xx.xx.2022-ci il tarixli, **********5 nömrəli cavab məktubu ilə bildirmişdir ki, xx.xx.2022-ci il tarixindən “Əmək pensiyaları haqqında" Qanunun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. Vaxtı ilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1470 manat, qulluq stajına görə əlavəsi 109,07 manat, ixtisas dərəcəsinə görə əlavə 100 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 147 manat olmaqla orta aylıq əmək haqqı 1.826,07 manat təşkil edir. Əmək pensiyası “Əmək Pensiyaları haqqında" Qanunun 20.11.2-ci maddəsinə əsasən 34 il 2 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (1.826,07) 80% - 1.460,86 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Pensiyanın təyin edilməsinə dair cavabdehin inzibati aktı qanuna zidd olmuş və hüquqlarının pozulmasına səbəb olmuşdur. Cavabdeh tərəfindən ona əmək pensiyası təyin edilməsinə dair inzibati aktda onun əmək stajı tamlıqla və dəqiqliklə nəzərə alınmayıb və ona pensiya məbləği az hesablanıb. Cavabdehin etirazları:
8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçıya cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. Vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 147 0 manat qulluq stajına görə əlavə 109.07 manat, ixtisas dərəcəsinə görə əlavə 100 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 147 manat olmaqla orta aylıq əmək haqqı 1.826,07 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 34 il 2 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqı (1.826,07 manat) 80 faizi1.460,86 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması barədə qərar çıxarılması xahiş olunmuşdur.
9. Cavabdehin **********7 saylı, xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş iddiaçıya aid 034904 №-li pensiya işinə əlavə olunmuş Əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli, **********4 №-li qərarı ilə müəyyən olunur ki, iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanması zamanı vəzifə maaşı 1480 manat, ixtisas dərəcəsinə görə əlavə 100 manat, qulluq stajına görə əlavə faizlə -7,42 % -109,07 manat, mükafatlar – 600%, məbləğ 147 manat, cəmi 1.826 07 manat (pensiya faizi 80) olmaqla yenidən hesablanmış pensiya məbləği 1.460,86 manat təşkil etmişdir. Cavabdeh tərəfindən iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunarkən onun dövlət qulluğunda stajı 34 il 2 gün hesablanmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-3539/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli, **********4 №li Qərarı ilə iddiaçıya xx.xx.2022-ci il tarixdən dövlət qulluqçusu kimi təyin olunmuş yaşa görə əmək pensiyasının “Quluq stajına görə əlavə” (7,42 faiz – 109,07 manat olmaqla) hissəsində iddiaçının ümumilikdə 34 il 2 gün dövlət qulluğu stajının nəzərə alınmaqla yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının yaşa görə əmək pensiyası hüququ 63 yaşdan, yəni xx.xx.2015-ci il tarixdə yaranmışdır. Daha sonra xx.xx.2022-ci il tarixdə iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunmuşdur. Pensiya işindən də göründüyü kimi iddiaçının xx.xx.2022-ci il tarixədək dövlət qulluğunda ümumi iş stajının 34 il 2 ay olması tərəflər arasında mübahisə doğurmayan bir haldır. Tərəflər arasında mübahisə açan məsələ iddiaçıya qulluq stajına görə hesablanmış əlavələr ilə bağlı olmuşdur ki, iddiaçının qənaətinə görə cavabdeh tərəfindən qulluq stajına görə əlavələr müəyyən edilərkən onun dövlət qulluğunda olduğu müddət tam nəzərə alınmamışdır. Cavabdeh isə tam əksinə, qulluq stajına görə əlavənin düzgün müəyyən edildiyini, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun müddəaları əsasında ardıcıllıq dövlət qulluğunda olan 60 ayını (xx.xx.1988-xx.xx.1993) nəzərə aldığını, bununla da düzgün olaraq qulluq stajına görə əlavənin 7,42% = 109,07 manat təşkil etdiyini bildirmişdir.
12. İddiaçının dövlət qulluqçusu kimi pensiya hüququ xx.xx.2022-ci il tarixdən yarandığından ona münasibətdə hesablanmalı olan qulluq stajına görə əlavə həmin dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun redaksiyasına əsasə n tənzimlənir.
13. İddiaçıya qulluq stajına görə əlavə hesablanarkən əlavənin faiz dərəcəsi iddiaçının yalnız xx.xx.1988-xx.xx.1993-cü il dövrlərdə dövlət qulluğunda işlədiyi müddət əsasında müəyyən edilmişdir. Halbuki, hazırda qüvvədə olan qanunvericilik qulluq stajına görə əlavənin müəyyən edilməsi üçün şəxsin təkcə dövlət qulluğunda olan son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı nəzərə alınmalı olması ilə bağlı məhdudiyyət tətbiq etməmişdir. Əksinə həmin müddətdən başqa dövlət qulluğundaki illərin hər il üçün dövlət məvacibinin orta aylıq məbləğinə faiz dərəcələri müəyyən etmişdir.
14. Eyni zamanda, dövlət qulluqçusuna əmək pensiyası təyin edilərkən dövlət məvacibinin hesablanmasını tənzimləyən digər normativ hüquqi akt məhz Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il t arixli 194 №-li Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması” Qaydalarıdır.
15. İstərsə “Əmək pensiyaları haqqında” Qanunu, istərsə də dövlət məvacibinin hesablanmasını tənzimləyən “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması” Qaydaları qulluq stajına görə əlavənin hesablanması üçün şəxsin ümumi dövlət qulluğu stajının nəzərə alınmaması üçün imperativ qaydada hər hansı bir məhdudiyyət nəzərdə tutmamışdır.
16. Hazırda söhbət sabiq dövlət qulluqçusundan getdiyindən və həmin şəxsin dövlət qulluğunda stajı 34 il 2 gün təşkil etdiyindən, ona əmək pensiyası hesablanması zamanı qulluq stajına görə əlavələr məhz ümumi dövlət qulluğu stajı əsasında aparılmalıdır. Çünki bir daha qeyd olunur ki, qüvvədə olan qanunvericilik qulluq illərinə görə əlavənin müəyyən edilməsi zamanı ümumi dövlət qulluğu stajının nəzərə alınmaması ilə bağlı hər hansı müddəa nəzərdə tutmamışdır. Qanunvericilikdə belə bir normanın olmaması iddiaçının ziyanına şərh edilə bilməz.
17. Eyni zamanda, dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibinə daxil olan ödəmələrin müəyyən olunması zamanı, həm də Konstitusiya Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh olunmasına dair xx.xx.2020-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqe də nəzərə alınmalıdır. Həmin qərarda qeyd etmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur.
18. Buna görə, şəxsin əmək pensiya sının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: -“Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; -“Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun.
19. Göründüyü kimi, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrin in tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə aldığı və məcburi dövlət sosial sığortasına cəlb edilən əmək haqqının təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qeyd edilmişdir.
20. İddiaçı dövlət qulluğu, yəni 34 il 2 gün dövlət qulluğu müddətində əmək haqqı aldığından, həmin əmək haqqından, eyni zamanda aldığı digər əlavələrdən məcburi sosial sığorta haqları tutulduğundan (bu hal işin mübahisələndirilməyən hallarına aiddir), iddiaçı qulluq stajına görə əlavələrin hesablanması zamanı ümumi dövlət qulluğu müddətinin nəzərə alınmasını tələb etməkdə haqlı olmuşdur.
21. Belə olan halda, cavabdeh inzibati orqan iddiaçının dövlət qulluğunun 34 il 2 ay olduğu halda, qulluq stajına görə əlavələri məhz onun xx.xx.1988-xx.xx.1993-cü illərdəki dövrlərdə dövlət qulluğunda işlədiyi müddət əsasında aparmışdır ki, bu da inzibati orqan tərəfindən aparılmış hesablamanın əsassız olmasını və vətəndaşın pensiya hüququnun məhdudlaşdırılmasına səbəb olmuşdur.
22. Yuxarıda göstərilənlər əsasında məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının ümumilikdə 34 il 2 gün dövlət qulluğu stajı olduğundan, həmçinin, onun yaşa görə əmək pensiya hüququ 63 yaşı tamam olduğu vaxtdan yarandığından, onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.3-cu maddəsində göstərilən əlavələr nəzərə alınmaqla yenidən hesablanmalıdır.
23. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbi nin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
24. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-2626/2023 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
26. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
27. Kassasiya şikayətində iddiaya verilən etirazın dəlilləri sadalanmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsinin qərarı əsassızdır. Məhkəmə iddi anı təmin edərkən hesab etmişdir ki, cavabdeh iddiaçının dövlət qulluğunun 34 il 2 ay olduğu halda, qulluq stajına görə əlavələri məhz onun xx.xx.1988-xx.xx.1993-cü illərdəki dövrlərdə dövlət qulluğunda işlədiyi müddət əsasında aparmışdır ki, bu da tərəflərindən aparılmış hesablamanın əsassız olmasına və vətəndaşın pensiya hüququnun məhdudlaşdırılmasına səbəb olmuşdur. Yuxarıda göstərilənlər əsasında məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının ümumilikdə 34 il 2 gün dövlət qulluğu stajı olduğundan, həmçinin, onun yaşa görə əmək pensiya hüququ 63 yaşı tamam olduğu vaxtdan yarandığından, onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.3-cu maddəsində göstərilən əlavələr nəzərə alınmaqla yenidən hesablanmalıdır. Beləliklə, məhkəmənin qənaətinə görə, cavabdeh tərəfindən “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə əsasən iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası xx.xx.2022-ci il tarixdən təyin edilsə də, sonuncunun həmin dövrə olan ümumilikdə 34 il 2 gün dövlət qulluğu stajının nəzərə alınmadan “Qulluq stajına görə əlavə” kimi 7,42 faiz - 109,07 manat olmaqla hesablanması həm “Dövlət qulluğu haqqında”, həm də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunlarının tələblərinə zidd olmaqla, iddiaçının pensiya ilə bağlı hüquqlarının pozulmasına səbəb olmuşdur. İddiaçıya cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilib. İddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 34 il 2 gün dövlət qulluğu stajına uyğun olaraq orta aylıq əmək haqqının (1.826,07 manat) 80 faizi1.460,86 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Göründüyü kimi, iddiaçıya təyin olunmuş əmək pensiyası tərəflərindən qanunvericiliyə uyğun aparılmışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri
28. İddiaçı xx.xx.2023-cü il tarixdə kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. İddiaçı etirazını onunla əsaslandırmışdır ki, Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır.
29. İddiaçı bildirmişdir ki, 1985-ci ilin avqust ayından 1996-cı ilin oktyabr ayın a kimi o, ləğv olunmuş Mənzil Kommunal Təsərrüfatı Nazirliyində (sonradan Tikinti və Arxitektura Komitəsinin tərkibinə) Əmək və Sosial Müdafiəsi İdarəsinin rəisi vəzifəsində işləyib.
30. Komitədən təqdim etdiyi arayışa əsasən ölkə Prezidentinin qeyd olunan fərmanına uyğun olaraq dövlət qulluğu vəzifələrinə uyğunlaşdırma siyahısında həmin işlədiyi vəzifə maaşı 1470 manat təşkil etmişdir.
31. Cavabdehin etirazında qulluq stajı Mənzil Kommunal Təsərrüfatı Nazirliyində 1985-ci ilin avqust ayından 1993-cü ilə kimi müddəti (8 il) əsassız olaraq cəmi 7% staj müddəti hesablanmış və bu haqda əsaslı sübutlar göstərilməmişdir.
32. Dövlət qulluğunda əmək stajı 34 il 2 gün təşkil edir. Qeyd olunan fərmanında 15 ildən yuxarı olan dövlət qulluğunda olan staja görə 30% əlavə təyin olunmalıdır. Bu da 1470 manat x 30% = 441 manat.
33. Dövlət qulluğunda inzibati vəzifəni tutan dövlət qulluqçularına inzibati vəzifələrin təsnifatına uyğun olaraq ixtisas dərəcələri verilir. İxtisas dərəcələri dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Mənə dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsi verilmişdir bu da 100 manat təşkil edir.
34. Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır. Bu da Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən təqdim etdiyi arayışa əsasən 147 manat təşkil edir. Bu da vəzifə maaşı 1470 manat x 3 misli: 12 ay = 365,5 manat təşkil edir. 35. “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın və “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”na əsasən aşağıdakı qaydada hesablanmalıdır: Vəzifə maaşı 1470 manat + qulluq staja görə 441 manat + ixtisas dərəcəsi 100 manat + mükafat 147 manat = 2158 manat x 80% = 1.726,40 manat.
36. Göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)2626/2023-cü il tarixli qərarın dəyişdirilmədən saxlanılmasını xahiş edir. TƏTBİQ EDİLƏN HÜQUQ 37. “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2022-ci il tarixdə qüvvədə olan redaksiyada) Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir:... 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğu na xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla);... 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il t am olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.... 20.12. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 38. “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları (Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmişdir):
1. Bu Qaydalar əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir.
2. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun pensiya təyinatı tarixinədək sonuncu artımlar nəzərə alınmaqla, müvafiq vəzifədə aldığı vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır.
3. Əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 2 4 ayı və ya ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır....
8. Dövlət qulluqçularına pensiya hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun: 8.1. 22.4-cü maddəsinə əsasən qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında vəzifə maaşları üçün müəyyən edilən artıq əmsal; 8.2. 22.5-ci maddəsinə əsasən müəyyən edilən yerli əmsallar; 8.3. 30.2-ci maddəsinə əsasən iş vaxtından artıq işə görə müəyyən edilən əlavə haqq nəzərə alınır.
9. Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır.
10. Dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində ixtisas dərəcəsinə görə haqq ixtisas dərəcəsinin verilməsi haqqında onun qulluq etdiyi dövlət orqanı tərəfindən əmək kitabçası əsasında verilmiş arayış üzrə nəzərə alınır.
11. Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinə hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında hesablanır.
12. Dövlət qulluqçusunun pensiyasının hesablanması üçün dövlət məvacibinin tərkibində mükafatlar bu barədə onun qulluq etdiyi dövlət orqanı tərəfindən verilmiş arayış əsasında mövcud qanunvericiliyə uyğun olaraq nəzərə alınır.
39. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsaslı old uğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
40. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
41. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
42. Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. 43. “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsinin tələbindən göründüyü kimi, həmin qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət m əvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.
44. İşdən göründüyü kimi, iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluğunun ardıcıl gələn 60 ayı - xx.xx.1988xx.xx.1993-cü il tarixləri arasındakı qulluq dövrü üzrə hesablanmışdır.
45. Beləliklə, iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin tərkibi xx.xx.1988-xx.xx.1993-cü il tarixləri arasında əldə etdiyi gəlirlərdən ibarət olmuşdur.
46. Cavabdeh də haqlı olaraq həmin dövrdə iddiaçıya ödənilmiş dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi, yəni “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsində nəzərdə tutulmuş son yuxarı hədd miqdarında əmək pensiyası təyin etmişdir. Başqa sözlə, cavabdeh iddiaçı nın 34 il 2 gün qulluq stajını nəzərə aldığından, onun əmək pensiyasının məbləği dövlət məvacibinin orta aylıq məbləğinin (1826,07 manat) 80 faizi (1460,86 manat) miqdarında olmuşdur.
47. Məhkəmələrin istinad etdikləri “qulluq stajına görə əlavənin 7,42% hesablanması”na gəldikdə, yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddia olunan məzmunda tələbi əsaslı hesab edən məhkəmələr dövlət məvacibinin tərkibinə aid edilən “qulluq stajına görə əlavə”ni (hazırkı halda, xx.xx.1988-xx.xx.1993-cü il tarixləri arasındakı dövrə aid olan və 1826,07 manat orta aylıq məvacibin tərkibinə daxil edilən 7.42% - 109.07 manat) dövlət qulluqçusu kimi əmək pensiyası almaq hüququ verən və “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1, 20.11.2-ci maddələrində nəzərdə tutulan dövlət qulluğu stajlarına uyğun faizlə hesablanan əlavələrlə eyniləşdirmiş, buradan, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişlər.
48. Nəzərə alınmalıdır ki, iddiaçının xx.xx.1992-ci il tarixdən sonrakı dövlət qulluğu müddəti xx.xx.1988-xx.xx.1993-cü il arasındakı qulluq müddəti ilə birlikdə “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1, 20.11.2-ci maddələrində nəzərdə tutulan dövlət qulluğu stajlarına uyğun faizlə hesablanan əlavələrin miqdarına təsir edə bilər (bu səbəbdəndir ki, iddiaçının dövlət qulluğu müddəti tam olaraq nəzərə alınmış və ona 80% əlavə hesablanmışdır), lakin pensiya təyin edilməsi üçün xx.xx.1988-xx.xx.1993-cü il tarixləri arasındakı dövr üzrə hesablanan məvacibin orta aylıq məbləğinə təsir edə bilməz.
49. Hazırkı halda, iddiaçı xx.xx.1988-xx.xx.1993-cü il arasındakı qulluq müddəti üzrə ona ödəni lmiş və əmək pensiyası təyin edilərkən nəzərə alınmış dövlət məvacibindəki sonrakı artımlara ümid edə bilərdi ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.11-ci maddəsinin bununla bağlı tələbinin (xx.xx.2022-ci il tarixdə qüvvədə olan redaksiyada) cavabdeh tərəfindən nəzərə alındığı mübahisələndirilmir.
50. Yuxarıda qeyd olunan normalar apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün tətbiq edilmədiyindən, bununla da məhkəmə iddianın təmin edilməsi ilə bağlı səhv nəticəyə gəldiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia əsassız olduğu üçün rədd edilməlidir.
51. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2626/2023 nömrəli qərarı ləğv edilir. İddia rəd