Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2592/2023 08.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın mübahisələndirilməsi; operativ vergi nəzarəti; əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğ lundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-1640/2023 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********3582 nömrəli qərarı ilə iddiaçıya (VÖEN: **********) məxsus obyektdə (Bakı şəhəri, Binəqədi rayonu, X16 2 saylı bina ilə üzbəüzdə yerləşən “Cirə” restoranı) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikası nın Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır.
2. Həmin qərara əsasən cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə xx.xx.2022-ci il tarixdə operativ vergi nəzarəti həyata keçirilərkən 14 nəfər fiziki şəxsdən 7 nəfərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə, 1 nəfərin Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyinə dair “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2 022-ci il tarixli, DVX seriyalı, 002640 nömrəli akt tərtib olunmuş, həmin akta qeyd edilən şəxslərin adlı siyahısı əlavə edilmiş və iddiaçı barəsində Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təklif olunmuşdur.
3. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********2353 nömrəli qərarı ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 7 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə görə 14000 manat məbləğində, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 -cu maddəsinə əsasən bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən 1 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edildiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsin ə müraciət edərək, cavabdehin əməkdaşları tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 002640 nömrəli akt əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********2353 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu, X16 2 saylı bina ilə üzbəüzdə yerləşən və iddiaçının istifadəsində olan “Cirə” restoranında cavabdeh tərəfindən operativ vergi nəzarəti həyata keçirilmiş və nəticəsi haqqında DVX seriyalı, 002640 nömrəli akt tərtib edilmişdir. Həmin akta görə guya iddiaçının istif adəsində olan obyektdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən onun tərəfindən işlərin yerinə yetirilməsinə 7 nəfər, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə 1 nəfər cəlb edilmişdir. Həmin akt restoranda tərtib edilməmiş, həmçinin aktın mahiyyətindən həmin zaman iddiaçının xəbəri olmamışdır.
6. Eyni zamanda, vergi əməkdaşları operativ vergi nəzarətinin keçirilməsi ilə bağlı qərarla iddiaçını tanış etməmiş, həmçinin obyektə müştəri kimi daxil olaraq özlərini təqdim etməmişdirlər. Operativ vergi nəzarətinin aparılmasına dair qə rar, aparılan yoxlamanın vahid məlumat reyestrindən çıxarış və tələbnamə, vergi nəzarəti zamanı vergi ödəyicisinə dərhal təqdim edilməli olmasına baxmayaraq, iddiaçıya təqdim olunmamışdır. Bununla bərabər, aktda 8 nəfər fiziki şəxs göstərilsə də, 4 nəfər fiziki şəxsin şəxsiyyətləri müəyyən edilmişdir. Digər şəxslər barədə məlumatlar yoxdur.
7. Buna baxmayaraq, cavabdeh vergi orqanı iddiaçını dəvət etmədən və ona məlumat vermədən barəsində vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli, **********2353 nömrəli qərara görə iddiaçı Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 7 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 14000 manat məbləğində və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqında qəbz” əldə edilmədən 1 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir.
8. İddiaçı hesab edir ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ” xx.xx.2022-ci il tarixli, **********2353 nömrəli qərar əsassız olduğundan aşağıdakılara əsasən ləğv olunmalıdır. Birincisi, qərarın qəbul olunmasına əsas olmuş xx.xx.2022-ci il tarixli, 002640 nömrəli akta əlavədə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 4 nəfər fiziki şəxsin siyahısı vardır. Siyahıda göstərilən şəxslər həmin gün iddiaçının işçisi olmamış və əmək müqaviləsi bağlanmadan iddiaçı onları işə cəlb etməmişdir. Aktda adları göstərilən şəxslər həmin gün ora iş üçün müraciət edən şəxslər olmuş, orada işləyən şəxslər olmamışlar. Həmin şəxslər təsadüfən restorana yoxlama keçirildiyi gün gəlmiş, müvafiq razılıq əldə edildiyindən, onlarla əməkdaşlığa razılıq verilmiş və sabahısı gündən əmək müqaviləsinin bağlanması razılaşdırılmışdır. Vergi işçiləri nəzərə almamışlar ki, həmin gün işç i kimi izahatı alınmış şəxslər restoranda təcrübə keçmək üçün, yoxlama keçirilən gün gəlmişlər. İşəgötürən təcrübə üçün işçini çağırdığı gün məcburən işə götürməli, onunla həmin gün kontrakt bağlamalıdır deyə bir şey yoxdur. Yəni hər hansı bir şəxs qapıdan girən kimi deyil, onunla müqavilə bağlanması vaxtını müəyyən etmək və onun əmrini vermək işəgötürənin hüququdur. Onun üzərinə günün hansı saatında əmr vermək kimi öhdəlik qoyula bilməz. Həmin şəxslər isə restoranda təcrübə keçmiş, onlarla əmək müqavilələri yalnız razılıq əldə edildikdən sonra 2022-ci il 27 aprel tarixdə bağlanaraq, sistemə vurulmuşdur. Yəni yoxlama zamanı həmin şəxslərin heç biri işçi kimi işləməmişlər. İkincisi, vergi orqanının işçiləri restoranda vergi yoxlaması zamanı, yəni xx.xx.2022-ci il tarixdə həmin 4 nəfərin i zahatını almamışlar. Səhərisi gün iddiaçını vergi orqanına dəvət edib, ona akta imza etməsini bildirmişlər. Hətta orada rəis tərəfindən öz əməkdaşlarına nəyə görə izahat almadıqlarına görə irad tutulduqdan sonra, səhəri gün, öz hərəkətlərini “qanuniləşdirmək” məqsədilə xx.xx.2022-ci il tarixdə, yəni vergi yoxlamasının sabahısı həmin 4 nəfərdən izahatları almışlar. Lakin izahatın tarixini xx.xx.2022-ci il kimi göstərmişlər. İzahat aldıqları şəxslərə doğru olmayan izahatlar yazdırmış, istədikləri formada diqtə etmişlər. Cavabdehin aktında həmin 4 şəxsin şəxsiyyətini müəyyən edən kifayət qədər məlumatlar var və məhkəmə onları məhkəmə iclasında dindirərək iddia ərizəsində göstərilənlərin həqiqətə uyğun olduğunu müəyyən edə bilər. Lakin aktla müəyyən edildiyi kimi, vergi orqanı 7 nəfər fiziki ş əxsin əmək müqaviləsi qüvvəyə minmədən işlədiklərini və 1 nəfəri fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsini bəyan etməsinə baxmayaraq, nədənsə yalnız 4 nəfər fiziki şəxsin şəxsiyyətləri müəyyən edilmişdir. Digər şəxslər barədə məlumatlar yoxdur, halbuki, belə olduğu halda onların da şəxsiyyətləri müəyyən edilməli və izahatları alınmalı idi. Onlardan izahat alınmasına dair vergi orqanı məhkəməyə sübut təqdim etməlidir. Həmin şəxslərin iddiaçının istifadəsində olan restoranda işləmələri barədə cavabdehin heç bir sübutu yoxdur. Bu, onu göstərir ki, vergi orqanı araşdırma aparmadan restoranda olan bütün gördüyü şəxsləri işçi kimi qəbul edərək o nlara görə iddiaçıya maliyyə sanksiyası tətbiq etmişdir. Bu hallar bütövlükdə vergi orqanının iddiaçıya qarşı qərəzliliyinin və aktın qanunsuz olmasının göstəricisidir.
9. Beləliklə, iddiaçı tərəfindən 8 nəfər şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsinə dair cavabdehdə mötəbər sübutlar yoxdur.
10. Bundan əlavə, aktda adı olan şəxslərdən başqa, daha 4 nəfərin qeyri-qanuni işlədilməsi müəyyən deyil. İşlədildiyi halda onların izahatı alınmalı və akta onların imza etmələri və yaxud imza etməkdən imtinası barədə qeydlər olardı. Vergi orqanının əməkdaşları tərəfindən bu göstərişlər təmin edilməmiş, həmin və digər şəxslərin sözügedən obyektdə olmaları və işləmələri yalnız aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir. Bu hallar ziddiyyətli məqamlar olmaqla, iddiaçıya qaranlıqdır. Vergi orq anının əməkdaşları pozuntu faktını foto və video çəkilişlə qeydə almaq vəzifələri olduğu halda bunu etməmişlər.
11. Həmçinin xx.xx.2022-ci il tarixdə vergi əməkdaşları tərəfindən operativ vergi nəzarətinin nəticəsi barədə heç bir protokol tərtib edilməmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, 002640 nömrəli akt tərtib edilmişdir ki, bu da Vergi Məcəlləsinin 48-ci maddəsinə ziddir. Eyni zamanda tərtib edilmiş akt nə iddiaçının yanında tərtib edilmiş, nə də ki, yoxlamanın nəticəsi barədə ona məlumat verilməmişdir. Yoxlamadan çıxan əməkdaşlardan yoxlamanın nəticəsini soruşduqda, iddiaçıya sənədləri göndərəcəklərini bildirdilər. Beləliklə, iddiaçının həmin aktda yazılanlardan xəbəri olmayıb. Lakin akta iddiaçının imza etməkdən imtina etməsi qeyd olunur. Göründüyü kimi, mübahisələnd irilən qərarın qəbul olunmasına əsas olmuş aktda bir neçə ziddiyyətli məqamlar vardır. Bu səbəbdən də iddiaçı hesab edir ki, tərtib edilmiş qərar ləğv edilməlidir.
12. Qanunverici operativ vergi nəzarətinin həyata keçirilməsi üçün mütləq qaydada 4 əsas müəyyən edir. Operativ vergi nəzarətinin həyata keçirilməsi barədə cavabdeh tərəfindən qəbul olunmuş qərarda göstərilən əsaslardan hər hansı birinin qeyd olunması və qərarın ümumiyyətlə əsaslandırılması məhkəmə tərəfindən müəyyən edilməlidir. Olmadığı halda yoxlamanın həyata keçirilməsi qanunsuz sayılmalı və onun əsasında qəbul edilmiş qərar ləğv olunmalıdır. Vergi orqanı iddiaçı barəsində operativ vergi nəzarətinin tətbiqini nəzərdə tutan qərarını dərhal iddiaçıya təqdim etməmişdir. Yoxlama keçiriləndən bir gün sonra iddiaçı vergi orqanın a dəvət edilərək, barəsində yalnız akt tərtib edildiyi bildirilmişdir. Eyni zamanda, iddiaçının vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar da Vergi Məcəlləsinin 49.2-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, həmin qərarda nə vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, nə həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, nə vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri göstərilməmişdir. Göstərilən hallar Məcəllənin 49-cu maddəsinin tələblərinin pozulmasıdır. Beləliklə, cavabdehin mübahisələndirilən qərarı qanuna ziddir və iddiaçının hüquqlarını pozur. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normal arının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır və mübahisələndirmə haqqında iddia əsasında ləğv olunmalıdır. Cavabdehin etirazları:
13. Cavabdehin iddia tələbinə qarşı etirazında qeyd edilmişdir ki, cavabdehin xx.xx.2022-ci il tarixli, **********3582 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Binəqədi rayonu, X17 2 saylı bina ilə üzbəüzdə yerləşən “Cirə” restoranında həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 7 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi, həmçinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəssamlıq, aşpazlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətinə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən 1 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında cavabdeh tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********2353 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 16000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliy yə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamə vergi ödəyicisinə göndərilmişdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
14. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-10531/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin əməkdaşları tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbirləri nəticəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 002640 nömrəli akt əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********2353 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ləğv edilmişdir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, operativ vergi nəzarətinin həyata keçirilməsi barədə xx.xx.2022-ci il tarixli qərarda vergi orqanı tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi üçün göstərilən əsaslardan hansına görə (cavabdeh tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktların və ya cavabdeh tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdiyi məlumatların olması; iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə cavabdehin tələblərinin bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilməməsi; cavabdehin bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin iddiaçı tərəfindən pozulma sı barədə kifayət qədər əsasının olması və vergi ödəyicisinin riskli vergi ödəyicisinin olması) operativ vergi nəzarətinin həyata keçirilməsi öz əksini tapmamışdır ki, bununla da Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 50.2-ci maddəsinin tələbləri pozulmuşdur.
16. Bundan başqa, Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Lakin vergi orqanı pozuntu faktını foto və ya video çəkilişlə qeydə almaq hüququ olduğu halda bunu etməmiş, məhkəmə iclaslarında da iddiaçının həmin şəxsləri həqiqətən əmək müqaviləsi bağlamadan i şə cəlb etdiyini sübut edə bilməmişdir. Vergi yoxlaması aktında adları qeyd olunan şəxslər tərəfindən notariat qaydasında hər hansı ərizə verilməmiş, vergi yoxlaması aktı onların iddiaçıya məxsus obyektdə həqiqətən işləməməsi faktını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilmir, bunun üçün yetərli sübut sayılmır. Cavabdeh tərəfindən iddiaçıya 16000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi barədə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın qanuni əsasları mövcud deyildir.
17. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1640/2 023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, **********2353 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı qismən, yəni iddiaçının 8000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilmiş, iddia digər hissədə təmin edilməmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın qəbul edilməsinin əsası odur ki, vergi ödəyicisi sahibkarlıq fəaliyyətini icra edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini pozmuş və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri işə cəlb etmişdir. Həqiqətən də, əgər əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən cəlb olunmuş əməkdaşların əmək funksiyalarının yerinə yetirilməsi aşkar olunursa, bu zaman vergi ödəyicisinə təqvim ili ərzində belə hallara neçə dəfə yol verilməsindən asılı olaraq maliyyə sanksiyası tətbiq edilir.
20. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı xx.xx.2022-ci il tarixli, DVX seriyalı, 002640 nömrəli akta əlavə edilmiş siyahıda adları göstərilən 8 nəfərdən 4 nəfərin - X7, X8, X5, X2 izahatı alınmış, digər 4 nəfərin - X9, X15, X3, X1 isə izahatı alınmamışdır. Belə ki, X7 iza hatında bildirmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, X16 2 saylı bina ilə üzbəüzdə yerləşən “Cirə” restoranında iddiaçı tərəfindən ofisiant vəzifəsinə işə qəbul edilmiş, onunla əmək müqaviləsi imzalanmamış, 300 manat əməkhaqqı alır. Digər işçi X8 izahatında bildirmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, X16 2 saylı bina ilə üzbəüzdə yerləşən “Cirə” restoranında iddiaçı tərəfindən salatçı vəzifəsinə işə qəbul edilmiş, onunla əmək müqaviləsi imzalanmamış, 300 manat əməkhaqqı alır. Digər işçi X5 izahatında bildirmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, X16 2 saylı bina ilə üzbəüzdə yerləşən “Cirə” restoranında iddiaçı tərəfindən işə qəbul edilmiş, onunla əmək müqaviləsi imzalanmamış, 300 manat əməkhaqqı alır. Digər işçi X6 izahatında bildirmişdir ki, o, Bakı şəhəri, Binəqədi rayonu, X16 2 saylı bina ilə üzbəüzdə yerləşən “Cirə” restoranında iddiaçı tərəfindən ofisiant vəzifəsinə işə qəbul edilmiş, onunla əmək müqaviləsi imzalanmamış, 300 manat əməkhaqqı alır, vergi orqanında qeydiyyatdan keçmiş, VÖEN almış, sabit qəbzi yoxdur.
21. Göründüyü kimi, qeyd olunan 4 nəfər verdikləri izahatlarında iddiaçı tərəfindən işə qəbul edildiklərini, əməkhaqqı aldıqlarını, lakin onlarla əmək müqaviləsinin bağlanılmadığını təsdiq etmişlər. Bu səbəbdən də, iddia tələbi həmin hissədə əsassız hesab edilməlidir.
22. Digər 4 nəfərin isə cavabdeh orqanın əməkdaşları tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı operativ vergi nəzarətinin nəticəsi haqqında akt tərtib edilərkən şəxsiyyəti müəyyən edilməmiş, onların izahatı alınmamış, bu şəxslərə münasibətdə qeyd olunan halla rın mövcudluğuna dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdehin təqdim etdiyi icraat materiallarına həmin şəxslərin yalnız elektron informasiya sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatları əlavə edilmişdir. Belə olan halda, həmin şəxslərlə əlaqədar iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi əsassızdır. Bu səbəbdən də iddia tələbi həmin hissədə əsaslı hesab edilməlidir.
23. İddiaçı və cavabdeh həmin qərardan kassasiya şikayətləri vermişlər. İddiaçı qərarın iddianın r ədd edilməsi hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə qərarın iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
24. İddiaçının kassasiya şikayətinin dəlillərinin əsasını onun iddia ərizəsində göstərilənlər təşkil edir.
25. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını onun iddiaya qarşı etirazında göstərilənlər təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2020-ci il tarixli, **********516100 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”-nın 10.4-cü bən dinə əsasən, vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilir. İddiaçının obyektində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslərin faktiki sayı və onların şəxsiyyəti müəyyən edilmişdir. Həmin Qaydaların 10.8-ci bəndinə əsasən, vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, habelə həmin təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslər tələb olunan sənədləri təqdim etməkdən və (və ya) izahat verməkdən imtina etdikdə bu hal nəzarətin həyata keçirildiyi obyektdə həmin şəxslər və vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən imzalanan sərbəst formada tərtib edilmiş aktla rəsmiləşdirilir. İ ddiaçının obyektində əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilmiş şəxslər müvafiq izahat verməkdən imtina etmiş, bu hal xx.xx.2022-ci il tarixində sərbəst formada tərtib edilmiş aktla rəsmiləşdirilərək qanunvericiliyin tələblərinə riayət edilmişdir. Qeyd olunan şəxslərin izahat verməkdən imtina etməsi onlara görə tətbiq olunmuş maliyyə sanksiyasının ləğvinə əsas ola bilməz və vergi ödəyicisi tərəfindən yol verilmiş vergi hüquq pozuntusunu aradan qaldırmır. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliklə nəzərdə tutulmuş iş üzrə halların tam və hərtərəfli araşdırılması vəzifəsinə laqeyd yanaşmışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi izahat verməkdən imtina etmiş 4 nəfər şəxsi (X10, X15, X3, X4) məhkəmə iclasına şahid qismində çağıra bilərdi. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə uyğun olaraq araşdırmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
26. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə
23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək;... Maddə
24. Vergi orqanlarının vəzifələri 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə;... 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə;... Maddə
50. Operativ vergi nəzarəti 50.1. O perativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: … 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi;... Maddə
58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları... 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcb uri dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM) Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair təl əblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə q ərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayətləri vaxtında verilmiş, şikayətlər formal baxımdan lazımi qaydada əsaslandırılmış və şika yətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün hesab edilmişdir.
29. Tərəflərin verdikləri şikayətlərdə apellyasiya instansiyası məhkəməsinin qərarı iddianın həm təmin, həm də rədd edilən hissələrdə mübahisələndirildiyindən məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.
32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın qəbul edilməsinin əsası kimi vergi ödəyicisi tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxsləri işə cəlb etməsi çıxış etmişdir.
33. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı xx.xx.2022-ci il tarixli, DVX seriyalı, 002640 nömrəli akta əlavə edilmiş siyahıda adları göstərilən 8 nəfərdən 4 nəfərin - X7, X8, X5, X2 izahatı alınmı ş, digər 4 nəfərin - X9, X15, X3, X1 isə izahatı alınmamışdır.
34. Apellyasiya instansiyası məhkəməsi iş materiallarının ətraflı araşdırılması nəticəsində düzgün olaraq belə qənaətə gəlmişdir ki, izahatları alınmış 4 nəfər iddiaçı tərəfindən işə qəbul edildiklərini, əməkhaqqı aldıqlarını, lakin onlarla əmək müqaviləsinin bağlanılmadığını təsdiq etmişlər. Bu səbəbdən də, iddia tələbi həmin hissədə əsassız hesab edilməlidir. Digər 4 nəfərin isə cavabdeh orqanın əməkdaşları tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı operativ vergi nəzarətinin nəticəsi haqqında akt tərtib edilərkən şəxsiyyəti müəyyən edilməmiş, onların izahatı alınmamış, bu şəxslərə münasibətdə qeyd olunan halların mövcudluğuna dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, həmin şəxs lərlə əlaqədar iddiaçının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi əsassızdır. Bu səbəbdən də apellyasiya instansiyası məhkəməsi düzgün olaraq iddia tələbini həmin hissədə əsaslı hesab etmişdir.
35. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətlərin təmin olunması üçün əsaslar yoxdur.
36. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-1640/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.