Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2592/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi; vəzifəyə bərpa). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “əmrin ləğv edilməsi və vəzifəyə bərpa olunma” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 may 2024-cü il tarixli, 21(1 03)-1665/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin xx.xx.2022-ci il tarixli, MİHO/2.1-3.1-2022-579 nömrəli Xidməti yoxlamanın təyin edilməsi haqqında əmri ilə vəzifə səlahiyyətlərinin icrası zamanı yol verilmiş nöqsanlara görə Komitənin İnsan resursları şöbəsinin Dövlət qulluğu məsələləri sektorunun müdiri vəzifəsində çalışan X1 barəsində xidməti yoxlama təyin edilməsi əmr edilmişdir.
2. Bu yoxlama əsasında X3 resursları şöbəsinin Dövlət qulluğu məsələləri sektorunun müdiri iddiaçıda Komitənin inzibati binasına giriş-çıxış üçün nəzərdə tutulan “turniket”dən keçmək üçün Komitə tərəfindən verilən bir ədəd əsas kartla yanaşı bir ədəd əsas kartın dublikatı olan gir iş-çıxış oxuyucusu aşkar edilmişdir. Vəzifə səlahiyyətlərinin icrası zamanı yol verilmiş nöqsanlara görə iddiaçı barəsində xidməti yoxlama təyin edilmiş, onun və digər əməkdaşların izahatı alınmış, Komitənin inzibati binasında quraşdırılmış kamera görüntüləri və əldə edilmiş turniket məlumatları araşdırılmışdır. Xidməti yoxlama zamanı məlum olmuşdur ki, iddiaçı Komitə Aparatının inzibati binasına giriş-çıxış zamanı həm əsas kartdan, həm də dairə formasında olan plastik oxuyucudan istifadə etmişdir. Kamera görüntüləri və turniket məlumatları arasında aparılan müqayisə ilə müəyyən olunmuşdur ki, iddiaçı öz adına qeydiyyatda olan əsas kartdan səhər inzibati binaya giriş zamanı və iş saatı bitdikdə inzibati binadan çıxarkən istifadə etmiş, digər “turniket” oxuyucusundan isə sui-istifadə edərək istədiyi vaxt inzibati binaya giriş-çıxış üçün istifadə etmişdir. Belə ki, İddiaçı tərəfindən dublikat oxuyucu istifadə olunduqda turniket məlumatlarında onun adı yox, Komitənin aparat rəhbərinin müavini X2 adı qeyd olunmuşdur.
3. Cavabdehin xx.xx.2022-ci il tarixli MİHO/2.1-3.1-2022-596 saylı əmri ilə iddiaçı barəsində intizam tənbeh tədbiri tətbiq edilərək X3 resursları şöbəsinin Dövlət qulluğu məsələləri sektorunun müdiri vəzifəsindən aşağı vəzifə olan və aşağı maaşı olan məsləhətçi vəzifəsinə keçirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2011-ci il tarixli MİHO/2.1-3.1-2022-596 saylı əmrinin ləğv edilməsi və İddiaçı X3 resursları şöbəsinin Dövlət q ulluğu məsələləri sektorunun müdiri vəzifəsinə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, qulluçusudur. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli MİHO/2.1-3.1-2022-596 saylı əmri ilə barəsində intizam tənbeh tədbiri tətbiq edilərək X3 resursları şöbəsinin Dövlət qulluğu məsələləri sektorunun müdiri vəzifəsindən aşağı vəzifə olan məsləhətçi vəzifəsinə keçirilmişdir. Barəsindəki əmr əsassızdır və qanunsuzdur. Mübahisənin mediasiya qaydasında həlli üçün müraciət etsə də, təəssüf ki barışıq mümkün olmamışdır. Mediasiyanın yekunlarına dair sənəd ona 2023-cü il martın 07-də verilmişdir. Barəsindəki inzibati akt- əmr əsaslandırılmamışdır və o, intizam pozuntusuna yol verməmi şdir.
6. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı dair qanunvericiliyə uyğun olaraq xidməti yoxlamanın aparılması barədə xx.xx.2022-ci il tarixli MİHO/2.1-3.1-2022-579 nömrəli əmr qəbul edilmiş və nəticəsi olaraq müvafiq qərar qəbul edilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.3-cü maddəsinə əsasən dövlət qulluqçusu dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli, həmin Qanunun 18.0.12-ci maddəsinə əsasən etik davranış qaydalarına əməl etməlidir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Həmin (qanunun 25.2.3-cü maddəsinə əsasən həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi qeyd olunmuşdur. Belə ki, X3 resursları şöbəsinin Dövlət qulluğu məsələləri sektorunun müdiri İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.3-cü və 18.0.12-ci maddələrinin tələblərini pozaraq, dövlət orqanınla müəyyən edilmiş qulluq reqlamentinə riayət etməmiş, etik davranış qaydalarına əməl etməmişdir, habelə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli 49 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi apara tının, strukturuna daxil olan və olmayan tabeliyindəki qurumların əməkdaşları üçün etik davranış” Qaydalarının 3.7-ci və 4.2.1-ci maddələrinin tələblərini pozaraq qanunsuz olaraq icra və əmək intizamına, həmçinin iş qrafikinə riayət etməmiş, gizli olaraq işdən yayınma hallarına yol vermiş, üzrlü səbəb və birbaşa rəhbərinin icazəsi olmadan iş yerini tərk etmişdir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı əmrin ləğvi və işə bərpa olunma tələbinə dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, e-2-1(112)-7624/2023 nömrəli qərarı ilə (hakim A.Əhədova) iddia rədd edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, İddiaçı Komitə Aparat ının inzibati binasına giriş-çıxış zamanı həm əsas kartdan, həm də kartın dublikatı olan plastik oxuyucudan istifadə etmiş, iddiaçı üzrlü səbəb və icazə olmadan iş yerini tərk etmiş, əmək intizamına, həmçinin iş qrafikinə, davamiyyətə riayət etməmişdir. Qeyd edilən əmək intizamının pozulması halına yol verdiyinə görə iddiaçı barəsində intizam tənbehi tədbiri tətbiq edilərək “Dövlət qulluğu haqqında” Qanunun 25.2.3-cü maddəsinə əsasən iddiaçı çalışdığı vəzifə təsnifatından olan, lakin vəzifə maaşı aşağı olan İnsan resurslarının inkişafı sektorunda məsləhətçi vəzifəsinə keçirilmişdir.....mübahisələndirilən əmr qanuni və əsaslıdır. Əmr verilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdur.
9. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və id dianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 may 2024-cü il tarixli, 21(103)-1665/2024 nömrəli qərarı ilə (hakimlər: P.Hüseynov - sədrlik edən və məruzəçi, Ş.Məmmədova və M.Qarayeva) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi "Dövlət qulluğu haqqında” Qanunun 1.1.1, 18.0, 25.1, 25.2, 25.7-ci maddələrinə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin 2021-ci il 12 iyul tarixli 49 nömrəli Əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi aparatının, strukturuna daxil olan və olmayan tabeli yindəki qurumların əməkdaşları üçün etik davranış Qaydaları»nın 4.1, 4.2, 10.4, 10.14-cü bəndlərinə istinad edərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya məhkəməsi “Dövlət quluğu haqqında” Qanunun 25 – ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, o, mübahisələndirdiyi əmrin verilməsinə əsas olduğu bildirilən intizam pozuntusu törətməmiş və onun ittiham edildiyi pozuntunu törətməyi nə inzibati orqanın apardığı icraatda, nə də məhkəmə icraatda sübut ed ilməmişdir.
14. Bundan əlavə apellyasiya məhkəməsi tərəfindən “İnzibati icraat haqqında” Qanunun 61.1, 61.2, 61.4, 67.1, 67.2, 67.3-cü maddələrin də tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 may 2024-cü il tarixli, 2-1(103)-1665/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1.1. dövlət qulluğu- Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmətdir. 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları et məlidirlər: 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.12. etik davranış qaydalarına əməl etməlidir. 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnif atdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. 25.7. Bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1 ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər.
17. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin 2021-ci il 12 iyul tarixli 49 nömrəli Əmri ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi aparatının, strukturuna daxil olan və olmayan tabeliyindəki qurumların əm əkdaşları üçün etik davranış Qaydaları»: 4.1. Əməkdaşın xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar faliyyətidir. 4.2. Əməkdaş: 4.2.1. icra və əmək intizamına, həmçinin iş qrafikinə riayət etməli, iş vaxtını kənar işlərə sərf etməməli, üzrsüz səbəbdən işdən yayınma hallarına yol verməməli, üzrlü səbəb və bilavasitə rəhbərinin icazəsi olmadan iş yerini tərk etməməlidir. 10.4. Sədrin göstərişi əsasında daxili nəzarət məsələləri üzrə səlahiyyətli olan müvafiq struktur bölmə, həmçinin tabeliyindəki qurumlarda səlahiyyətli olan vəzifəli şəxs əməkdaş barəsində intizam icraatına başlaya bilər. 10.14. Aparılmış intizam icraatının nəticələri sədrə, həmçinin tabe təşkilatlarda səlahiyyətli olan vəzifəli şəxsə təqdim e dilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin, dövlət qulluqçularına münasibətdə isə əlavə olaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun və bu Qaydaların müddəalarını pozmuş əməkdaş barədə Sədr, tabe təşkilatlarda səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada intizam tənbeh tədbiri tətbiq edilir.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırm ağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
74. İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasi ya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçı larına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
19. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmişdir formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdi r.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsə lələrin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
25. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının dövlət qulluğu haqqında qanunvericiliyin pozulmasına görə intizam məsuliyyətinə cəlb olunması və intizam tənb ehi tədbiri qismində həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi ilə bağlı məsələ apelyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
26. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Kollegiya məhkəmələrin gəldiyi nəticə ilə razılaşır ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, MİHO/ 2.1-3.1-2022-596 nömrəli əmr qəbul edilərkən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi halı aşkar edilməmiş, mübahisələndirilən əmri qəbul edən inzibati orqan tərəfindən onun qəbul olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir.
28. Belə olan halda, iddiaçı əmrin ləğvi və vəzifəyə bərpa edilməsi ilə bağlı tələb hüququna malik olmadığından apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
29. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı qərarın 16-18a bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələbləri pozulmamışdır.
30. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədə n saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 may 2024-cü il tarixli, 21(103)-1665/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.