Məhkəmə qərarları › İş №2-1(102)-2593/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2593/2023

21.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2593/2023 21.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində ödənilən əlavə haqq nəzərə alınmaqla sabiq dövlət qulluqçusu kimi təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış məbləğ fərqinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı (XX.XX.1948-ci i l təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində ödənilən əlavə haqq nəzərə alınmaqla sabiq dövlət qulluqçusu kimi təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış məbləğ fərqinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2023-cü il tarixli, 2-1(103)1645/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2000-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan Beyləqan rayon Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2015-ci ildə dövlət qulluğunda olma müddətinin başa çatması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş və xx.xx.2016-cı il tarixdən ona sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. İddiaçı ona təyin olunmuş əmək pensiyasının məbləği ilə razılaşmayaraq pensiyanın yenidən hesablanması barədə cavabdehə müraciət etmişdir.

3. Cavabdehin xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon şöbəsi tərəfindən xx.xx.2016-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2013-cü il tarixdə vaxtilə qulluq keçdiyi vəzifə üzrə maaşı 280 manat, qulluq stajına görə əlavə 68,82 manat, ixtisas dərəcəsinə görə 55 manat, mükafatlarla müavinətin cəminə görə əlavə 81,67 manat olmaqla orta aylıq əmək haqqı 485,49 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş 20.11.З-cü maddəsinə əsasən 15 il 11 ay 9 gün qulluq stajına uyğun olaraq orta aylıq əməkhaqqının (485,49 manat) 80 faizi - 388,39 manat məbləğində müəyyən edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən xx.xx.2018-ci il tarixdən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 310 manat, qulluq stajına görə əlavə 76,20 manat, ixtisas dərəcəsinə görə əlavə 55 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 90,42 manat olmaqla orta aylıq əmək haqqı 531,62 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentin in 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada xx.xx.2018-ci il tarixədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əməkhaqqı (485,49 manat) ilə xx.xx.2018-ci il tarixdən sonrakı orta aylıq əməkhaqqı (531,62 manat) arasındakı fərq məbləğinin (46,13 manat) 52,75 faizi - 24,33 manat xx.xx.2018-ci il tarixədək hesablanmış pensiyanın (388,39 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanın məbləği 412,72 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində ümumilikdə 7016,24 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 6571,84 manat ödənilmişdir. Bu səbəbdən də iddiaçıya yuxarıda qeyd olunan dövr ərzində 444,40 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövl ət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən xx.xx.2019-cu il tarixdən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 465 manat, qulluq stajına görə əlavə 114,30 manat, ixtisas dərəcəsinə görə əlavə 55 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 135,63 manat olmaqla orta aylıq əmək haqqı 769,93 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada xx.xx.2019-cu il tarixədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə ümumilikdə orta aylıq əmək haqqı (531,62 manat) ilə xx.xx.2019-cu il tarixdən sonraki orta aylıq əmək haqqı (769,93 manat) arasındakı fərq məbləğinin (238,31 manat) 52,75 faizi - 125,71 manat xx.xx.2019-cu il tarixəd ək hesablanmış pensiyanın (412,72 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanın məbləği 538,43 manat müəyyən edilmişdir. Lakin xx.xx.2019-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində hər ay 536 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində 46,17 manat əskik pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 490,57 manat fərq məbləği cari ilin aprel ayında pensiyanın üzərinə əlavə olunmaqla (538,43 + 490,57 = 1029 manat) müvafiq kart hesabına köçürülmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, dövlət qulluğunda və digər sahələrdə işlədiyi döv rün və əlavələrin nəzərə alınaraq yaşa görə təyin olunmuş əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2016-ci il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunmuşdur. Lakin hesablama aparılarkən onun dövlət qulluqçusu kimi vəzifə maşına əlavələr nəzərə alınmamışdır. İddiaçı ona təyin edilmiş pensiyasının yenidən hesablanması barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli cavab məktubu ilə onun yaşa görə əmək pensiyanı düzgün hesablamamışdır.

6. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 02 mart 2022-ci il tarixli, 2-1(112)-2273/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

7. Biri nci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının dövlət qulluğunda stajı 15 il 11 ay 9 gün təşkil edir. Qanunvericiliyə uyğun olaraq dövlət qulluğuna görə əmək pensiyasının hesablanması üçün vaxtilə iddiaçının qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə (50 faiz + 2,75 faiz) 52,75 faiz tətbiq edilməlidir. Belə olan halda Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada iddiaçının pensiyası cavabdeh tərəfindən yenidən hesablanaraq xx.xx.2019-cu il tarixədək hesablanmış əmək haqqı (531,62 manat) ilə xx.xx.2019-cu il tarixdən sonrakı orta aylıq əmək haqqının (769,93 manat) arasındakı fərq məbləğinin (238,31 manat) 52,75 faiz, yəni 125,71 manat xx.xx.2019-cu il tarixədək he sablanmış pensiyanın üzərinə əlavə olunmaqla 538,43 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının əmək pensiyasını yenidən hesablanması zamanı qanunvericiliyin tələblərini nəzərə almış və düzgün tətbiq edərək pensiya məbləğini müəyyən etmişdir.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

9. Apellyasiya qaydasında işə baxılarkən iddiaçı izahat verərək bildirmişdir ki, 2000-2015-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Beyləqan Rayon Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi vəzifəsində işləmiş, bu səbəbdən də ona hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilərək pensiyasının yenidən hesablanmasını və pensiyaya çıxdığı gündən hal-hazıradək yaranan məbləğ fərqinin ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

10. İddiaçının “dövlət qulluğunda və digər sahələrdə işlədiyi dövrün və əlavələrin nəzərə alınmaqla həmin hissələr sığorta stajı kimi nəzərə alınaraq yaşa görə təyin olunmuş əmək pensiyasının yenidən hesablanması”na dair iddia tələbinə dair ifadə tərzi qeyri-müəyyən və aydın olmadığından, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının iddia tələbi üzrə çatmaq istədiyi məqsəd müəyyənləşdirilərək, iddia tələbi “hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində ödənilən əlavə haqq nəzərə alınmaqla xx.xx.2016-cı il tarixdən pensiyasının yenidən hesablanması və həmin t arixdən hal-hazıradək yaranacaq məbləğ fərqinin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” kimi qəbul edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinə iddiaçının 2000-2015-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Beyləqan Rayon Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi vəzifəsində işlədiyi müddətdə hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşına əlavə haqq nəzərdə tutulub-tutulmaması barədə məlumatların təqdim edilməsinə dair sorğu verilmiş, məhkəməyə ünvanlanan xx.xx.2022-ci il tarixli cavab məktubundan müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Beyləqan Rayon Dövlət Texniki Nəzarət Müfəttişliyi 5-ci kateqoriya dövlət orqanı olduğu üçün həmin o rqanın rəisi vəzifəsini tutan dövlət qulluqçusu hakimiyyət səlahiyyətləri verilən dövlət qulluqçusu hesab edilir və həmin dövlət qulluqçusuna hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilir.

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Mirzə Tağızadə /sədrlik edən və məruzəçi/, Vahid Sadıqov və Aytən Oruczadə) 22 avqust 2022ci il tarixli, 2-1(103)-1953/2022 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilmiş, iddiaçıya hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində ödənilən əlavə haqqı nəzərə alınmaqla xx.xx.2016-cı il tarixdən pensiyasının yenidən hesablanması və həmin tarixdən hal-hazırad ək yaranacaq məbləğ fərqinin ona ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

13. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, sözügedən 15 faiz əlavə haqqın alınmasına dair hüquqmüəyyənedici akt Azərbaycan Respublikası Prezidentinin 776 nömrəli, 20 iyun 2008-ci il tarixli Fərmanıdır. Belə olan halda yəni, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Beyləqan Rayon Dövlət Texniki Nəzarət Müfəttişliyi 5-ci kateqoriya dövlət orqanı olduğu üçün həmin orqanın rəisi vəzifəsini tutan iddiaçı hakimiyyət səlahiyyətləri verilən dövlət qulluqçusu hesab edildiyindən, hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq pensiya təyinatı zamanı nəzərə alınmalı idi.

14. Apellyasiya instansiya məhkəməsi öz hüquqi mövqeyinin əsası kimi “Dö vlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nın 2ci, 10-cu bəndlərinə, Azərbaycan Respublikası Prezidentinin “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı”nın və “Hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə” 20 iyun 2008-ci il tarixli, 776 nömrəli Fərmanının 2-ci bəndinə istinad etmişdir.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

16. Az ərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Rahib Nəbizadə /sədrlik edən və məruzəçi/, Zakir Quliyev və Səyyad Kərimov) 12 yanvar 2023-cü il tarixli, 2-1(102)-66/2023 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

17. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının işlədiyi dövrdə hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavənin alınıb-alınmaması, ondan sosial sığorta haqqının tutulub-tutulmaması ilə bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilm əsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli qərarının tələblərinə uyğun araşdırma aparılmamışdır. Qeyd olunan hallar araşdırılmalı və araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymətləndirmə aparılmalıdır. Bu məqsədlə məhkəmə tərəfindən aidiyyəti qurumlara sorğular göndərilməlidir. Belə araşdırmanın təmin edilməsi iş üzrə obyektiv və qanunauyğun qərarın qəbulu baxımından zəruridir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

18. İşin təkrar apellyasiya baxışı zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının 2000-ci ildən 2016-cı ilə qədər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan Beyləqan rayon Dövlət Texniki Nəzarət Müfəttişliyinin baş məsləhətçisi – rəisi vəzifəsində işlədiyi dövr ün son iki ilində ona hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavənin ödənilib-ödənilmədiyi, ödənildiyi təqdirdə həmin əlavələrdən sosial sığorta haqlarının tutulub-tutulmadığı barədə məhkəməyə məlumat verilməsi ilə bağlı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə sorğu göndərilmişdir.

19. Həmin sorğuya cavab olaraq xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyindən apellyasiya instansiyası məhkəməsinə daxil olmuş məktubda qeyd edilmişdir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin Beyləqan rayonu üzrə Dövlət Texniki Nəzarət Müfəttişliyinin baş məsləhətçisi – rəisi vəzifəsində çalışmış iddiaçıya 2014-2016-cı illər üzrə ştat cədvəllərində qeyd olunan vəzifə üzrə hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə nəzərdə tutulmadığı üçün həmin illərdə müvafiq əlavə ona ödənilməmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Xəyalə Cəmilova /sədrlik edən və məruzəçi/, Rəşid Səmədov və Məhəmməd Rüstəmli) 10 iyul 2023-cü il tarixli, 2-1(103)-1645/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı işdə iddiaçıya 2014-2016-cı illər üzrə (pensiyaya çıxanda götürülən son iki ildə) hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavənin ödənilmədiyi müəyyən olunur. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının hakimiyyət səlahiyyətinin yerinə yetirilməsinə görə əmək pensiyasının yenidən hesablanması və ödənilməsi ilə bağlı tələbinin təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Buna görə də məhkəmənin bu barədə gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır.

22. Apellyasiya instansiya məhkəməsi öz hüquqi mövqeyinin əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli qərarına istinad etmişdir.

23. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğ v edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçının kassasiya şikayəti onun iş üzrə ilkin apellyasiya icraatı zamanı verdiyi izahatın məzmununa uyğun tərtib olunmuş və qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 38-ci, 127ci və 129-cu maddələrinin tələbləri pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

25. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilən xx.xx.2016-cı il tarixdə qüvvədə olan redaksiyada) Maddə

20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir:... 20.1.7. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla);... 20.11. Bu qanunu n 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir:... 20.11.3. dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.... 20.12. Bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 27. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilən xx.xx.2016-cı il tarixdə qüvvədə olan redaksiyada) Maddə

22. Dövlət məvacibi 22.1. Dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, vəzifədə qulluq stajından asılıdır. 22.2. Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir.... 22.6. Dövlət qulluqçusuna hakimiyyət səlahiyyəti vermək barədə qərar qəbul edilməsi ilə eyni zamanda müvafiq səlahiyyətin icrasına görə onun üçün qanunvericiliklə müəyyən edilən məbləğdə əlavə haqq müəyyən edilir.... 22.8. Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq təyin edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir. 28. “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı”nın və “Hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləğinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2008-ci il tarixli, 776 nömrəli Fərmanı “Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın təyin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram: 1. “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı” təsdiq edilsin.

2. Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilsin. “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının siyahısı” “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli, 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”na uyğun olaraq:... 4. 3-cü - 5-ci kateqoriya dövlət orqanlarının (mərkəzi, yerli icra hakimiyyəti orqanları və məhkəmələr istisna olmaqla) rəhbə rləri və rəhbərlərinin müavinləri, yerli icra hakimiyyəti başçılarının müavinləri, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri və nümayəndələrinin müavinləri;

29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü madd ələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarı 2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası p ensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əməkhaqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. 3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.

31. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal bax ımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

33. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

35. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə g örə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

36. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn, həmçinin iş üzrə kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

37. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində ödənilən əlavə haqq nəzərə alınmaqla xx.xx.2016-cı il tarixdən ona sabiq dövlət qulluqçusu kimi təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasına və həmin tarixdən hal-hazıradək yaranacaq məbləğ fərqinin ona ödənilməsinə nail olmaqdan ibarətdir.

38. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. O dur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

39. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

40. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2015-ci il tarixədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan Beyləqan rayon Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi vəzifəsində işləmiş, ona 15 il 11 ay 9 gün qulluq stajına uyğun olaraq dövlət qulluğunun son 24 ayı ərzindəki ixtisas dərəcəsinə və qulluq stajına görə əlavələr, mükafat və müavinətlər də daxil dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət mə vacibindəki sonrakı artımlar da nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada 20.11.З-cü maddəsinə əsasən xx.xx.2016-cı il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən dövlət orqanının rəisi vəzifəsində dövlət qulluğunun son 24 ayı ərzində iddiaçıya hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə ödənilməmişdir.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü madd ələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz.

42. Göründüyü kimi, sözügedən dövlət orqanının rəisi vəzifəsində dövlət qulluğunun ona əmək pensiyası təyin edilərkən nəzərə alınan son 24 ayı ərzində hakimiyyət səlahiyyətlərinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq almadığından iddiaçı iddia tələbində haqlı deyildir.

43. Hazırkı qərarın 26-28-ci və 30-cu bəndlərində qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2023-cü il tarixli, 21(103)-1645/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar