Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-2594/2023 29.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasın ın 30 may 2023cü il tarixli, 2-1(104)-318/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2023-cü tarixli, 2-1(114)-226/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
2. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-318/2023 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 21(114)-226/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdı r.
3. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-318/2023 nömrəli qərarı xx.xx.2023-cü il tarixli məktubla kağız daşıyıcıda poçt vasitəsilə iddiaçıya göndərilmiş və xx.xx.2023-cü il tarixdə sonuncu tərəfindən şəxsən imzalanmaqla qəbul edilmişdir.
4. İddiaçı xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarından kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
5. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonr a - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ
6. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayəti üzrə kas sasiya mümkün sayılmamalıdır.
7. Belə ki, kassasiya şikayətinin mümkünlüyünün əsasları dedikdə, kassasiya şikayətinin İnzibati Prosessual Məcəllənin 90-cı maddəsində nəzərdə tutulan hallarda və şikayət vermə hüququ olan şəxslər tərəfindən, bu Məcəllənin 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verilməsi başa düşülür.
8. Hazırkı mübahisəyə dair iş materiallarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı iddiaçıya xx.xx.2023-cü il tarixdə rəsmi qaydada çatdırılmış, iddiaçı isə xx.xx.2023-cü il tarixdə həmin qərardan elektron kabinet vasitəsilə kassasiya şikayəti vermiş, beləliklə də, məhkəmə qərarından kassasiya şikayəti vermək üçün İPM-in 94.1-ci maddəsində nəzərdə tutulmuş prosessual müddəti (bir ay) buraxmışdır.
9. Bununla əlaqədar, iddiaçıya məhkəmə bildirişi göndərilməklə, 16 oktyabr 2023cü il tarixədək yuxarıda göstərilən nöqsanın aradan qaldırılması təklif olunmuş, əks halda şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə məlumat verilmişdir.
10. İddiaçı həmin məhkəmə bildirişinə münasibət bildirməmiş, məhkəməyə prosessual müddətin buraxılmadığını təsdiq edən hər hansı sübut və ya buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə (vəsatət) təqdim etməmişdir.
11. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarından kassasiya şikayətinin verilməsi üçün yuxarıda istinad edilən qanunvericilik normaları ilə müəyyən olunmuş prosessual müddət iddiaçı tərəfindən buraxılmışdır. Bu səbəbdən kassasiya şikayəti mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.
12. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 may 2023-cü il tarixli, 2-1(104)-318/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.