Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2595/2023 18.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə (üçüncü şəxs “Azərbaycan X8” Qapalı Səhmdar Cəmiyyəti) qarşı “mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-87/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Müslüm İbadov ilə Zərəfşan Qarayeva arasında 10 oktyabr 1983-cü il tarixdə nikah bağlanmışdır.
2. Azərbaycan Dövlət X8 Mənzil Kommunal Təsərrüfat İdarəsinə məktub ünvanlayaraq bildirmişdir ki, gəmiçiliyin rəhbərliyinin qərarı ilə Neftçilər prospekti, 145 nömrəli binanın 2 otaqlı 35 kv.metr 118 nömrəli mənzili X5 ayrılmışdır. Məktubda M.İbadovun mənzilə köçürülməsinin təmin edilməsi xahiş olunmuşdur.
3. Ölüm haqqında şəhadətnamədən görünür ki, Müslüm İbadov xx.xx.2011-ci il tarixdə vəfat etmişdir.
4. İddiaçı yaşadığı mənzilin özəlləşdirilməsi barədə “Azərbaycan X8” Qa palı Səhmdar Cəmiyyətinə müraciət etmiş, iddiaçıya ünvanlanmış cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı uzun müddətdir ki, Gəmiçilikdə çalışır və Gəmiçilik rəhbərliyinin xx.xx.2004 tarixli 98 saylı məktubuna əsasən Neftçilər prospekti 145, 118 nömrəli mənzildə ailəsi ilə birlikdə fasiləsiz yaşayır. Qeyd edilənləri nəzərə alaraq, "Azərbaycan X8" QSC-nin balansında olan Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 145, 118 nömrəli mənzilin iddiaçı tərəfindən özəlləşdirilməsinə etiraz edilmir. 5. xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikasının Nazirlər Kabineti 25s nömrəli Sərəncam qəbul edərək “Azərbaycan X8” Qapalı Səhmdar Cəmiyyətinin balansında olan və həmin sərəncamın əlavəsində göstərilən daşınmaz dövlət əmlakı, o cümlədən Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində ye rləşən 145 saylı evi Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir.
6. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 25s nömrəli Sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015ci il tarixli, 65 saylı sərəncamı ilə 25s nömrəli sərəncama əlavə edilmiş siyahı üzrə “Azərbaycan X8” Qapalı Səhmdar Cəmiyyətinin balansında olan daşınmaz əmlak Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına verilmiş, Departamentə təhvil-təslim işləri ilə bağlı həmin sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılmışdır.
7. Mübahisəli mənzil “Azərbaycan X8” Qapalı Səhmdar Cəmiyyətinin balansında olmuş, 2004-cü ildə yaşaması üçün iddiaçının əri M.İbadova, onun vəfatından sonra 2011ci ildə iddiaçıya ayrılmış, bina 2015-ci ildə Ba kı Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir.
8. İddiaçı həmin siyahıda göstərilən Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində yerləşən 145 nömrəli binanın 3-cü mərtəbəsində 35 kv.metr yaşayış sahəsi olan 118 nömrəli mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması üçün balansaxlayıcı olan cavabdehə müraciət etmişdir.
9. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil–Kommunal Təsərrüfat Birliyinin xx.xx.2020-ci il tarixli, 739 nömrəli məktubu ilə iddiaçı tərəfindən yaşayış sahəsinə kirayə müqaviləsi bağlanması üçün qanunla müəyyən edilmiş qaydada tələb olunan sənədlər (mənzildə yaşamağa əsas verən hüquqmüəyyənedici sənəd order, mənzilə hüququ olan şəxslər və yetkinlik yaşına çatmış ailə üzvlərinizin notariat qaydada t əsdiq olunmuş razılıq ərizələri və mənzilin sxemi, 2 saylı forma arayış, şəxsiyyət vəsiqələrinin notariat qaydada təsdiq olunmuş surəti, qeydiyyatda olub çıxanlar haqqında arayış) təqdim edilmədiyi üçün xahişini təmin etməyin mümkün olmadığı bildirilməklə iddiaçıya imtina cavabı verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilməsi, qanunla istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 145 nömrəli binanın 2 otaqlı, 35 kv.metrdən ibarət 118 nömrəli mənzilinə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçı daha sonra tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla qanunla istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 145 nömrəli binanın 2 otaqlı, 35 kv.metrdən ibarət 118 nömrəli mənzilinə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, iddianın dəqiqləşdirilməsi qəbul olunmuşdur.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 145 nömrəli binanın 2 otaqlı, 35 kv.m-dən ibarət 118 nömrəli mənzili onun mərhum həyat yoldaşı X4 Azərbaycan X8 idarəsində uzun müddət fasiləsiz işlədiyinə görə verilmişdir. Həyat yoldaşı vəfat edənə qədər onlarla həmin mənzildə yaşamışdır. Ondan sonra da iddiaçı və ailə üzvləri qeyd olunan mənzildə yaşamışlar və həmin mənzildə qeydiyyatdadırl ar. İddiaçı qanuni istifadələrində olan mənzilin özəlləşdirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmiş, ancaq həmin İdarədən ona imtina məktubu göndərilmişdir. İmtina isə mənzilə aid hüquqmüəyyənedici sənədin (order və ya sərəncamın) olmaması ilə əsaslandırılmışdır. Bundan sonra iddiaçı mənzili verən təşkilata müraciət etmişdir. Dövlət X8 özünün balansında olan sözügedən mənzilin özəlləşdirilməsinə etiraz etmədiyini, lakin uzun müddət keçdiyi üçün mənzilə aid sənədlərin Bakı Şəhər İcra Hakimiyyəti MənzilTəsərrüfatı Departamentinə verildiyini bildirmişdir. Bundan sonra iddiaçı Azərbaycan Dövlət X8 tərəfindən mərhum həyat yoldaşı X4 verilmiş Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 145 nömrəli binanın 2 otaqlı, 35 kv.m-dən ibarət 118 nömrəli mənzilinə aid Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentində saxlanılan orderin, sərəncamın və ya başqa hüquq təsdiqedici sənədin surətinin ona verilməsi barədə sözügedən təşkilata bir neçə dəfə müraciət etmiş, Bakı Şəhər İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfatı Departamenti İ-47/1 saylı 05 noyabr 2020-ci il tarixli məktubla ərizəni təmin etməkdən imtina etmiş, imtinasını kirayə müqaviləsinin olmaması ilə əsaslandırmış və kirayə müqaviləsinin bağlanılması məqsədi ilə müraciəti aidiyyəti üzrə 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinə göndərmişdir. Həmin təşkilat isə kirayə müqaviləsinin bağlanması üçün hüquqmüəyyənedici sənədin (order) olmaması səbəbi ilə müraciəti təmin etməkdən imtina etmişdir.
13. Cavabdeh orqan iddia ərizəsin ə qarşı etirazda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 25s nömrəli Sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 65 saylı sərəncamına əsasən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2015-ci il tarixli, 13 saylı sərəncamı ilə “Azərbaycan X8” Qapalı Səhmdar Cəmiyyətinin balansında olan mənzil fondu, o cümlədən Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 145 ünvanında yerləşən yaşayış binası 3 saylı Xüsusi Təyinatlı MənzilKommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmiş və hazırda həmin Birliyin balansındadır. Qeyd edilən binanın 118 saylı mənzili mülkiyyət formasına görə dövlət mənzil fonduna aiddir. Mənzil qanunvericiliyinə (xx.xx.2019-cu il tarixə kimi qüvvədə o lmuş Mənzil Məcəlləsinə) əsasən yaşayış sahəsinin kirayə müqaviləsi mənzilə köçməyə əsas verən hüquqmüəyyənedici sənəd (order) əsasında bağlanılır. İddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 145 saylı evin 118 saylı mənzilinin istifadəsinə verilməsinə dair order (əsli və ya notariat qaydada təsdiq olunmuş surəti) təqdim etmədiyindən yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması barədə xahişini təmin etmək mümkün olmamışdır
14. Bakı İnzibati Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qərardadı ilə “Azərbaycan X8” Qapalı Səhmdar Cəmiyyəti hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4833/2021 nömrəli, 15 dekabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən hakim S.Salahova) iddia təmin edilmiş, ünvan 4 ünvanında yerləşən 118 nömrəli mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi vəzifəsinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulması qərara alınmışdır.
16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının mübahisəli mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması barədə qərar qəbul edilməsini cavabdehdən tələb etmək hüququ mövcud olmuş, cavabdeh istinad olunan halları nəzərə almadan əsassız olaraq imtina cavabı vermişdir.
17. Vətəndaşlara yaşayış sahəsi mənzil sahəsi norması həddində (40-cı maddənin birinci hissəsi), lakin Azərbaycan SSR Nazirlər Sovetinin təyin etdiyi qaydada müəyyən olunan ölçüdən az olmayaraq verilir. Verilən yaşayış sahəsi həmin yaşayış məntəqəsində olmalıdır. Av ariya halında olan və çox köhnəlmiş evlərdə, zirzəmilərdə, baraklarda və yaşayış üçün yararsız digər tikililərdə, habelə sökülməli, əsaslı təmir edilməli yaxud qeyriyaşayış evləri sırasına keçirilməli evlərdə boşalmış yaşayış sahəsinə vətəndaşların köçürülməsinə yol verilmir. Göründüyü kimi qanunverici verilməsinə yol verilməyən yaşayış sahələrini konkret olaraq müəyyən etmiş, mansardlar buraya daxil edilməmişdir.
18. Həmçinin işdə olan X2 MMC-nin xx.xx.2021-ci il tarixli 536 saylı mütəxəssis rəyindən görünür ki, Mənzil Məcəlləsinin 13, 14 və 15-ci maddələrinə, eləcə də «İnşaat Norma və Qaydaları»nın tələblərinə əsasən tədqiq olunan “Azərbaycan X8" QSC tərəfindən İddiaçı verilmiş və faktiki olaraq İddiaçı və ailə üzvlərinin qeydiyyat üzrə yaşadığı, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pro spekti 145 ünvanında yerləşən 118 nömrəli mübahisəli tikili iki otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahədən ibarət mənzil olmaqla mənzil sahəsi olduğu müəyyən edilmişdir.
19. Belə olan halda məhkəmə hesab edir ki, bu hal iddiaçı ilə kirayə müqaviləsinin bağlanması üçün mane deyildir.
20. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
21. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-87/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qərarı ilə (hakimlər: A. Hüseyn /sədrlik edən və məruzəçi/, V.Baxışova və R.Qurbanov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia rədd edilmişdir.
22. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin halları ilə müəyyən edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 145 saylı evin 118 saylı mənzil kimi göstərilən sahə mansardda yerləşən qeyri-yaşayış sahəsinə aiddir. Qeyd edilən sahəyə dair İddiaçı hüquqmüəyyənedici sənəd verilməmişdir. Hazırkı halda iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada mənzil uçotuna alınması faktı öz təsdiqini tapmır. İddia olunan yaşayış sahəsinin iddiaçıya verilməsinin hüquqi əsaslarını mənzilin verildiyi vaxt qüvvədə olan mənzil qanunvericiliyinə əsasən iddia olunan mənzilə dair dövlət m ənzil fondunun balansaxlayıcısı və idarəedicisi olan cavabdeh qurumun iddiaçı ilə mənzil kirayə müqaviləsinin bağlaması öhdəliyi yaranmamışdır Hazırkı mənzil qanunvericiliyi ilə iddiaçı mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan mənzil uçotuna alınmış şəxs olmadığından onunla mübahisəli mənzilə kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsini tələb etmək hüququ da yaranmamışdır.
23. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarda, Bakı şəhərində mənzilə ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüş dürülməsi qaydaları haqqında Bakı şəhəri XDS-nin 4-cü sessiyası 1988-ci il 8 aprel tarixli qərarına istinad edərək göstərir ki, şəxslərin uçota götürülməsi qaydası göstərmişdir. Qeyd edilən qərarda şəxslərin yaşayış yeri və iş yerləri üzrə uçota götürülməsi qaydaları müəyyən edilmişdir. Məhkəmə nəzərə almamışdır ki, məhz ailənin yaşayış sahəsinə ehtiyacı olduğu üçün mərhum həyat yoldaşı X4 iş yerindən yəni Azərbaycan X8 QSC tərəfindən yaşayış sahəsi kimi verilmişdir. Hesab edirəm ki, məhkəmə xx.xx.2009-cu il tarixədək olan mənzil Məcəlləsinin istinad etdiyi bütün maddələrinin, o cümlədən Mənzil Məcəlləsinin 4,31,33,48 və sair maddələrinin tələblərini kobud surətdə pozmuşdur. Əslində məhkəmə Mənzil Məcəlləsinin qərarda qeyd edilən maddələrə düzgün istinad etməmiş, onları düzgün tətbiq etməm iş və tətbiq edilməli olmayan maddi normaları tətbiq etmiş və bununla da maddi hüquq normalarını kobud surətdə pozmuşdur.
25. Bundan başqa qeyd etmişdir ki, X2 MMC-nin məhkəmə sənədlərinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 536 saylı rəyindən də görünür ki, hazırda yaşadığı mənzil inşaat norma qaydalarına əsasən yaşayış üçün tam yararlıdır. Çox mənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olma imkanının təmin edən ayrıca struktur sahədən ibarətdir. Bu fakti məhkəmə qərarda göstərsə də ona obyektiv qiymət verməmişdir. Yəni öz gəldiyi nəticəni də özü təkzib etmişdir.
26. Bundan başqa X8 tərəfindən Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına verilmiş çox mənzilli binada mansardın olması göstərilməmişdir. Mərhum ərinə verilmiş məktubda da mansard yox mənzil gös tərilmişdir. Məhkəməyə təqdim etdiyi sənədlərdən də görünür ki, mənzillə qonşu olan mənzillərə Çıxarış verilib. Eyni mərtəbədə qonşu olan mənzillərin birinə Çıxarış verilir digərinə isə mansard əsas gətirilərək verilmir. Həmin mənzilə qeydiyyatı və istifadə hüququ var. X8 tərəfindən verilmiş və uzun müddət yaşadığı mənzilə mülkiyyət hüququnun verilməməsi Konstitusiyada təsbit edilmiş hüquqlarını pozur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
28. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddin də baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kass asiya mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının hazırkı iş üzrə qəbul etdiyi 16 iyun 223-cü il tarixli, 2-1(103)-87/2023 nömrəli qərarla apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi, iddianın rədd edilməsi qənaətinə gələrkən qərarında qeyd etmişdir ki, “işin halları ilə müəyyən edilir ki, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 145 saylı evin 118 saylı mənzil kimi göstərilən sahə mansardda yerləşə n qeyri-yaşayış sahəsinə aiddir. Qeyd edilən sahəyə dair İddiaçı hüquqmüəyyənedici sənəd verilməmişdir. Hazırkı halda iddiaçının qanunvericiliklə müəyyən edilmiş qaydada mənzil uçotuna alınması faktı öz təsdiqini tapmır. İddia olunan yaşayış sahəsinin iddiaçıya verilməsinin hüquqi əsaslarını mənzilin verildiyi vaxt qüvvədə olan mənzil qanunvericiliyinə əsasən iddia olunan mənzilə dair dövlət mənzil fondunun balans saxlayıcısı və idarəedicisi olan cavabdeh qurumun iddiaçı ilə mənzil kirayə müqaviləsinin bağlaması öhdəliyi yaranmamışdır Hazırkı mənzil qanunvericiliyi ilə iddiaçı mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan mənzil uçotuna alınmış şəxs olmadığından onunla mübahisəli mənzilə kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsini tələb etmək hüququ da yaranmamışdır. Məh kəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı tələbinin təmin edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur.”
32. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi inzibati kollegiyasının hazırkı iş üzrə hüquqi mövqeyi ilə razılaşmayaraq, hesab edir ki, apellyasiya məhkəməsi inzibati kollegiyası inzibati mübahisənin həll edilməsinə formal və səthi yanaşmış, bununla da İPM-in 58.7-ci maddəsinin tələblərini pozmuşdur.
33. Belə ki, məlum olduğu kimi, İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilməsi, qanunla istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, Neft çilər prospekti 145 nömrəli binanın 2 otaqlı, 35 kv.metrdən ibarət 118 nömrəli mənzilinə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
34. İddiaçı daha sonra tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla qanunla istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 145 nömrəli binanın 2 otaqlı, 35 kv.metrdən ibarət 118 nömrəli mənzilinə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmiş, iddianın dəqiqləşdirilməsi qəbul olunmuşdur.
35. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə “Azərbaycan X8” Qapalı Səhmdar Cəmiyyəti hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
36. Cavabdeh iddiaya yaz ılı münasibətini xx.xx.2021-ci il tarixli, 581 saylı məktubla bildirərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 25s nömrəli Sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 65 saylı sərəncamına əsasən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2015-ci il tarixli, 13 saylı sərəncamı ilə "Azərbaycan X8" Qapalı Səhmdar Cəmiyyətinin balansında olan mənzil fondu, o cümlədən Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 145 ünvanında yerləşən yaşayış binası 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmiş və hazırda həmin Birliyin balansındadır. Qeyd edilən binanın 118 saylı mənzili mülkiyyət formasına görə dövlət mənzil fonduna aiddir. Mənzil qanunvericiliyinə (xx.xx.2019-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinə) əsasən yaşayış sahəsinin kirayə müqaviləsi mənzilə köçməyə əsas verən hüquqmüəyyənedici sənəd (order) əsasında bağlanılır. İddiaçı tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 145 saylı evin 118 saylı mənzilinin istifadəsinə verilməsinə dair order (əsli və ya notariat qaydada təsdiq olunmuş surəti) təqdim etmədiyindən yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanması barədə xahişini təmin etmək mümkün olmamışdır
37. Beləliklə cavabdehin qənaətinə görə iddiaçının sözügedən mənzilinin onun istifadəsinə verilməsi ilə bağlı orderi olmadığından iddiaçının tələbi əsassızdır.
38. Apellyasiya məhkəməsi də cavabdehin həmin hüquqi mövqeyini qanuni və əsaslı saymışdır.
39. Bununla əlaqədar olaraq məhkəmə k ollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi, 293544 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən, X7 ilə X1 arasında 10 oktyabr 1983-cü il tarixdə nikah bağlanmışdır.
40. Həmçinin iş materiallarından görünür ki, Azərbaycan Dövlət X8 xx.xx.2004-cü il tarixdə Mənzil Kommunal Təsərrüfat İdarəsinə 98 nömrəli məktub ünvanlayaraq bildirmişdir ki, gəmiçiliyin rəhbərliyinin qərarı ilə Neftçilər prospekti, 145 nömrəli binanın 2 otaqlı 35 kv.metr 118 nömrəli mənzili X5 ayrılmışdır. Məktubda M.İbadovun mənzilə köçürülməsinin təmin edilməsi xahiş olunmuşdur.
41. AZ-İ № 467110 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir.
42. Eyni zamanda iş materiallarından görünür ki, Gəmiçiliyin Sosial Məsələlər və Təsərrüfat Xidmətinin xx.xx.2011-ci il tarixli məktubu ilə Gəmiçiliyin keçmiş işçisi X4 vəfatı ilə əlaqədar, Gəmiçilik onun ailəsinə Neftçilər prospekti ev 145, mənzil 118-də qeydiyyatsız yaşamağa razılıq vermiş və İddiaçı “Zaqfederasiya” adına gəmi təmiri zavodunun işçisi olduğu qeyd edilmiş, məktub Gəmiçiliyin Mənzil Kommunal Təsərrüfat xidmətinə ünvanlanmışdır.
43. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı xx.xx.2015-ci ildə yaşadığı mənzilin özəlləşdirilməsi barədə “Azərbaycan X8” Qapalı Səhmdar Cəmiyyətinə müraciət etmiş, iddiaçıya ünvanlanmış cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı uzun müddətdir ki, Gəmiçilikdə çalışır və Gəmiçilik rəhbərliyinin xx.xx.2004 tarixli 98 saylı məktubuna əsasən Neftçilər prospekti 145, 118 nömrəli mənzildə ailəsi ilə birlikdə fasiləsiz yaşayır. Qeyd edilənləri nə zərə alaraq, "Azərbaycan X8" QSC-nin balansında olan Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 145, 118 nömrəli mənzilin iddiaçı tərəfindən özəlləşdirilməsinə etiraz edilmir.
44. Beləliklə sözügedən mənzilin balans saxlayıcısı olmuş “Azərbaycan X8” QSC iddiaçıya həmin mənzildə yaşamaq hüququnu vermiş və hətta iddiaçı mənzilin özəlləşdirilməsi ilə bağlı QSC-yə müraciət etdiyi zaman, mənzilin iddiaçı tərəfindən özəlləşdirilməsinə etiraz etmədiyini də yazılı şəkildə bildirmişdir.
45. Həmçinin iş materiallarından görünür ki, xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikasının Nazirlər Kabineti 25s nömrəli Sərəncam qəbul edərək “Azərbaycan X8” Qapalı Səhmdar Cəmiyyətinin balansında olan və həmin sərəncamın əlavəsində göstərilən daşınmaz dövlət əmlakı, o cümlədən Bakı şəhəri, Nəsimi rayo nu, Neftçilər prospektində yerləşən 145 saylı evi Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir.
46. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 25s nömrəli Sərəncamının icrası haqqında Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2015ci il tarixli, 65 saylı sərəncamı ilə 25s nömrəli sərəncama əlavə edilmiş siyahı üzrə “Azərbaycan X8” Qapalı Səhmdar Cəmiyyətinin balansında olan daşınmaz əmlak Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin balansına verilmiş, Departamentə təhvil-təslim işləri ilə bağlı həmin sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılmışdır.
47. Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 27 fevral 2015-ci il tarixli, 13 nömrəli sərəncamından görünür ki: Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixl i, 65 saylı sərəncamına əlavə edilmiş siyahı üzrə “Azərbaycan X8” QSC-nin balansında olan daşınmaz dövlət əmlakı balansa qəbul edilmiş; Departamentin nəzdində yaradılmış məişət kommunal təyinatlı obyektlərin təhvil təslim komissiyasına 65 saylı sərəncamın əlavəsində göstərilən siyahı üzrə balansa verilmiş yaşayış binalarının və digər məişət-kommunal təyinatlı obyektlərin təhvil- təslim işləri ilə bağlı müvafiq təşkilati tədbirlərin həyata keçirilməsinin təmin edilməsi tapşırılmış; Azərbaycan Xəzər Dəniz X3 Cəmiyyətinin balansından qəbul edilən məişət kommunal təyinatlı obyektlər (yaşayış binaları, yataqxanalar) həmin sərəncamın 1 saylı Əlavəsində göstərilən siyahı üzrə 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına verilmiş; Balansa qəbul edilən mənzil fondunun m övcud texniki normalara uyğun istismarının təşkil edilməsi və sakinlərə mənzil–kommunal xidmətlərin göstərilməsi məqsədilə 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin nəzdində 3, 154, 157, 158,159 saylı mənzil-kommunal istismar sahələri yaradılmış; Həmin sərəncamın 2 saylı Əlavəsinə uyğun olaraq mənzil fondu (yaşayış binaları, yataqxanalar) istismar edilməsi üçün 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin tabeliyindəki müvafiq mənzil-kommunal istismar sahələrinin xidmət dairəsinə verilmiş; Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 709 saylı sərəncamına əsasən, dövlət mənzil fonduna keçirilmiş keçmiş yataqxanalardakı yaşayış sahələrinin özəlləşdirilməsinin orada faktiki yaşayan vətəndaşların adına yaşayış sahəsinə icarə (kirayə ) müqaviləsinin bağlanılması Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin müvafiq sərəncamı əsasında həyata keçirildiyindən, Departamentin mütəxəssisləri ilə birlikdə bu sərəncama müvafiq olaraq 3 saylı Xüsusi Təyinatlı MənzilKommunal Təsərrüfatı Birliyinin balansına verilmiş keçmiş yataqxanalarda mənzillərin özəlləşdirilməyə hazırlanması məqsədilə yaşayış sahəsinə kirayə müqaviləsinin bağlanılması və dəyişdirilməsi ilə bağlı sakinlərin müraciətlərini aidiyyəti üzrə təqdim etməklə icrasının təmin edilməsi 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə tapşırılmışdır.
48. Yuxarıda artıq göstərildiyi kimi mübahisəli mənzil “Azərbaycan X8” Qapalı Səhmdar Cəmiyyətinin balansında olmuş, 2004-cü ildə yaşaması üçün iddiaçının əri M.İbadova, onun vəfatından sonra 2011-ci ildə iddiaçıya ayrılmış, bina 2015-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilmişdir.
49. Bundan sonra iddiaçı həmin siyahıda göstərilən Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində yerləşən 145 nömrəli binanın 3-cü mərtəbəsində 35 kv.metr yaşayış sahəsi olan 118 nömrəli mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması üçün balans saxlayıcı olan cavabdehə müraciət etmişdir.
50. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil–Kommunal Təsərrüfat Birliyinin xx.xx.2020-ci il tarixli, 739 nömrəli məktubu ilə iddiaçı tərəfindən yaşayış sahəsinə kirayə müqaviləsi bağlanması üçün qanunla müəyyən edilmiş qaydada tələb olunan sənədlər (mənzildə yaşamağa əsas verən hüquqmüəyyənedici sənəd order, mənzilə hüququ olan şəxslər və yetkinlik yaşına çatmış ailə üzvlərinizin notariat qaydada təsdiq olunmuş razılıq ərizələri və mənzilin sxemi, 2 saylı forma arayış, şəxsiyyət vəsiqələrinin notariat qaydada təsdiq olunmuş surəti, qeydiyyatda olub çıxanlar haqqında arayış) təqdim edilmədiyi üçün xahişini təmin etməyin mümkün olmadığı bildirilməklə iddiaçıya imtina cavabı verilmişdir.
51. Məhkəmə kollegiyası bu imtinanı və apellyasiya məhkəməsinin bununla bağlı hüquqi mövqeyini qanuna uyğun saymır.
52. Belə ki, yuxarıda artıq göstərildiyi kimi, mübahisə predmeti olan mənzilin xx.xx.2015-ci il tarixə qədər balans saxlayanı olmuş “Azərbaycan X8” QSC tərəfindən (hər hansı şərt qeyd edilmədən) xx.xx.2004-cü il tarixli məktubla mənzilin M.M.İbadova ayrılması və onun mənzilə köçürülməsi barədə icazə verilmiş, sonradan M.M.İba dovun xx.xx.2011-ci il tarixində ölümü ilə bağlı, mənzildə onun arvadı Z.İbadovun yaşamasına razılıq verilmiş və hətta xx.xx.2015-ci il tarixdə mənzilin Z.İbadov tərəfindən özəlləşdirilməsinə etiraz edilmədiyi bildirilmiş, yəni bütün həmin hərəkətlər, məktubda öz əksini tapan, yəni QSC-nin sözügedən məsələlərə dair iradə ifadəsidir və onun orderlə və ya sərəncamla deyil, məktublarla göstərməsi, həmin məktubların mənasını və məzmununu dəyişmir.
53. Başqa sözlə bu məktublar, onların necə adlandırılmasından asılı olmayaraq, inzibati akt olması anlamına gəlir.
54. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin yaşayış sahəsinə köçməsinə əsas olan sənədin hansı formada olması, qərar, order və ya məktub formasında rəsmiləşdirilməsi onun deyil, həmin sənədi tərtib edən orqanın təqsiridir və bu hal şəx sin hüquqlarına təsir edən hal kimi qiymətləndirilməməlidir. Belə ki, bu zaman diqqət yetirilməli məsələ müvafiq qurumun həmin mənzili ayırmasına dair səlahiyyətinin olması, şəxsin buna hüququnun çatmasıdır ki, iş üzrə bu hallar öz təsdiqini tapır.
55. Digər tərəfdən yaşayış sahəsinin ayrılması haqqında qərar şəxs üçün müəyyən hüquqi nəticə yaratmaqla onun mənzillə təmin olunmasına, order isə həmin mənzilə köçməsinə əsas kimi çıxış edirsə, hazırkı halda M.İbadova mənzil ayrılmasına dair xx.xx.2004-cü il tarixli məktub da onun üçün eyni hüquqi nəticə yaratmışdır. Belə olan halda aydın olur ki, istinad olunan məktub qanunvericiliklə nəzərdə tutulan qərarla eyni məzmuna malik olmuşdur.
56. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əri M.İbadova verilən məktub ona mənzil ayrıl ması barədə qərar və onun əsasında verilən orderlə eyni hüquqi qüvvəyə malik sənəd kimi qəbul edilməlidir.
57. Belə olan halda kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin 16 iyun 2023-cü il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir.
58. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2023-cü il tarixli, 2- 1(103)87/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. ünvan 4 ünvanında yerləşən 118 nömrəli mənzilə dair İddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi vəzifəsi cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti