Məhkəmə qərarları › İş №2-1(102)-2596/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2596/2019

20.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2596/2019 20.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı XXXun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2596/19 Bakı şəhəri 20 noyabr 2019-cu il Açar sözlər: 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş şəxslərə ailə başçısının itirməyə görə pensiyanın təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun iştirakı ilə, iddiaçı XXX tərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 iyun 2019-cu il tarixli, 2-1(107)-353/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı XXX (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 14 yanvar 2019-cu il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 1968-ci ildə anadan olmuş və uşaqlıqdan əlil olmuşdur. TibbiSosial Ekspert iza Komissiyasının 121272 saylı arayışına əsasən, ona əlillik təyin edilmiş və əlilliyin uşaqlıqdan olduğu qeyd edilmişdir. İddiaçının anası 14 yanvar 2019-cu il tarixdə vəfat etmiş, bundan sonra iddiaçı ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması ilə bağlı cavbabdehə müraciət etsə də, cavabdeh ona əlilliyin 18 yaşdan sonra təyin olunduğunu əsas gətirməklə imtina etmişdir. Halbuki, əlillik 18 yaşdan təyin edilsə də, onun uşaqlıqdan əlil olması müəyyən olunmuşdur. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş, yazılı etirazını təqdim etməmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 26 aprel 2019-cu il tarixli, 2-1(84)-569/2019 saylı qərarı ilə (hakim Rüfət Məcidov) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının uşaqlıqdan əlil olması iş materiallar ında olan və müavinət işində saxlanılan Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktlarından çıxarışlarla öz təsdiqini tapmış, bu səbəbdən cavabdehin iddiaçının əlilliyinin 18 yaşdan sonra müəyyən edilməsi əsası ilə ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunmasından imtinası əsassız olmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 iyun 2019-cu il tarixli, 2-1(107)-353/2019 saylı qərarı ilə (sədrlik edən Mübariz Hüseynov, hakimlər Gündüz Abbasov və Rövşən Rəfiyev) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia təmin edilməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçıya 18 yaşının tamam olduğu tarixdən sonra ikinci qrup əlillik təyin edilərək əlilliyin uşaqlıqdan olması rəydə qeyd edilsə də, onun uşaqlıqdan sağlamlıq imkanlarının məhdud olmasına dair iş materiallarında hərhansı sübutlar mövcud olmamışdır. Məhkəmə kollegiyası həmçinin, iddiaçının əlilliyə səbəb olan xəstəliyin uşaqlıqdan mövcud olmasına dair hər-hansı mötəbər tibbi sənədin əldə edilməsi mümkün olmadığından, habelə belə bir sənədin mövcudluğu məlum olmadığından iddiaçının barəsində xüsusi bilik tələb edən aidiyyəti tibbi və sosial ekspertizanın təyin edilməsinin əhəmiyyətsiz və səmərəsiz olması qənaətinə gəlmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1, 4.1, 17, 14.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı kassasiya şikayətində iddia tələbində qeyd olunmuş iddianın əsaslarını təkrarlamış və bildirmişdir ki, apellyasiya məhkəməsi iddiaçının xəstəliyinin uşaqlıqdan olmasına dair hər-hansı mötəbər sənədin olmamasına dair düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, işdə olan tibbi sənədlərdə iddiaçının anadangəlmə kəskin debil olduğu öz əksini tapmış və əlillik dərəcəsi təyin edən Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktında əlilliyin uşaqlıqdan olması göstərilmişdir. Bununla da müəyyən edilimişd ir ki, ona əlillik dərəcəsinin verilməsi sağlamlığında uşaqlıqdan yaranmış pozuntularla bağlı olmuş və sağlamlıq imkanları doğulduğu andan məhdud idi. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında Əsasnamə”nin 1.5, “Əlilliyin müəyyən edilməsi meyarlarına dair Əsasnamə”nin 2.3, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 2, 4.1, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 4.1, 14.1, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1, 46.3-cü maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı 13 avqust 1968-ci il tarixdə Şəki şəhərində doğulmuş və Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ona 26 may 1989-cu il tarixdə uşaqlıqdan ikinci dərəcəli əlillik təyin edilmiş və ona 088712 nömrəli müayinə aktından çıxarış verilmişdir. O, növbəti illərdə tibbi müayinələrdən keçmiş və 19 noyabr 1998-ci il tarixdə keçirilən müayinədən sonra AR seriyalı 121272 nömrəli müayinə aktından çıxarışa əsasən, ona uşaqlıqdan müddətsiz ikinci dərəcəli əlillik dərəcəsi verilmişdir. İddiçı 26 may 1989-cu il tarixdən DSM-nin Şəki şəhər şöbəsindən 2-ci qrup əlilliyə görə müavinət alır. İddiaçının anası X2 çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyaçısı olmuş, 31 dekabr 2018ci il tarixədək 181,74 manat pensiya almış, 28 dekabr 2018-ci il tarixdə ölmüşdür. İddiaçı, anasının ölümündən sonra ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, sonuncu 31 yanvar 2019-cu il tarixli, 80/681 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, iddiaçının əlilliyi 18 yaşdan sonra müəyyən edildiyindən ona ailə başçısını itirməyə görə pensiya təyin edilməsi mümkün deyildir. İddiaçını n tələb edilmiş müavinət almasına dair şəxsi işində olan sənədlərdən müəyyən edilir ki, iddiaçı hərbi xidmətdə olarkən 23 avqust 1988-ci il tarixli xəstəlik barədə 945 nömrəli şəhadətnamə ilə psixipatiya, eksploziv forma, dayanıqsız kompasiya vəziyyəti diaqnozu qoyulmuş, Şəki rayon Psixiatriya Xəstəxansının məktubuna əsasən iddiaçının 16 may 1989-cu il tarixdən həmin xəstəxanada dispanser müşahidəsində olmuş, 27 aprel 2001-ci il tarixdən 07 avqust 2001-ci il tarixədək stasionar, qalan müddətdə isə mütəmadi olaraq ambulator müalicələr almış, diaqnozu şəxiyyətin ekspliziv pozuntusu olmuşdur. İddiaçının qeydiyyatda olduğu xəstəxananın təqdim etdiyi sənədlərdə iddiaçının 1989-cu il tarixdən sonrakı dövrdə əsasən müalicə və dispanser müşahidədə olduğu qeyd edilir, lakin iddiaçının həmin xəstə liyinin hansı yaş dövründə, uşaqlıqdan yaranmasını, həmin xəstəliyin onun uşaqlıqdan əlilliyinə səbəb ola bilməsi ilə bağlı iş materiallarında iddiaçının 18 yaşdan əvvələ dair müvafiq tibb sənədləri olmadığından bunun mövcud olubolmamasını müəyyən etmək mümkün deyildir. İddiaçı 13 avqust 1968-ci il tarixdə Şəki şəhərində doğulmasına baxmayaraq uşaq vaxtı ona əllillik dərəcəsi verilməmiş, xəstəxanada qeydiyyatda olsa da, uşaqlıq dövründə mütamadi olaraq müalicə almasına dair hər hansı bir tibbi sənəd mövcud deyildir. İddiaçıya 21 yaşında 30 iyun 1989-cu il tarixdə Şəki şəhər X1 icraiyyə komitəsinin nəzdində pensiya təyin edən komissiyanın 30 iyun 1989-cu -cu il tarixli, 01/491 nömrəli protokolu ilə İİ qrup əlil kimi 30 iyun 1989-cu il tarixdən 01 iyul 1990-cı il tarixədək 40 manat miqdarınd a aylıq pensiya təyin olunmuşdur. Həmin dövrdən o, sosial müavinət almışdır. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şəki 19 nömrəli Zona Tibbi Sosial Ekspert Komissiyasının 19 noyabr 1998-ci il tarixli qərarı ilə iddiaçının müddətsiz ikinci qrup əlil, əlilliyin səbəbi-uşaqlıqdan olması qeyd edilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyin i yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsinin mövqeyinə görə iddiaçıya 18 yaşının tamam olduğu tarixdən sonra ikinci qrup əlillik təyin edilərək əlilliyin uşaqlıqdan olması rəydə qeyd edilsə də, onun uşaqlıqdan sağlamlıq imkanlarının məhdud olmasına dair iş materiallarında hərhansı sübutlar mövcud olmamışdır. Bu mövqeyi mübahisələndirən iddiaçının dəlilinə görə, işdə olan tibbi sənədlərdə iddiaçının anadangəlmə saglamlıq imkanın məhdud olduğu öz əksini tapmış v ə əlillik dərəcəsi təyin edən Tibbi-Sosial Ekspert Komissiyasının müayinə aktında əlilliyin uşaqlıqdan olması göstərilmişdir ki, bu onun iddia tələbinin təmin edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası iddiaçının dəlili ilə aşağıdakılara əsasən razılaşmadığını qeyd edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra mətndə Qanun): - 14.1-ci maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır:14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşın dan yuxarı əlil. Maddənin mətnindən göründüyü kimi, vəfat etmiş şəxslərin övladlarının ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinin əsasını iki fakt təşkil edir: şəxsin 18 yaşına çatması və bu yaşa çatanadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması. İşin hallarına görə ididaçıya bu növ pensiyann təyin ediməsinin mübahisəli halı onun 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi ilə bağlıdır. İşin hallarından göründüyü kimi, iddiaç 1968-ci il tarixində doğulmuş vəhərbi xidmətdə olarkən 23 avqust 1988-ci il tarixdə ilk dəfə xəstəliyinin diaqnozu qoyulmuş və daha sonra 26 may 1989-cu il tarixdə ikinci dərəcəli əlillik təyin edilmişdir. Mübahisəli məsələyə qiymət verilərkən məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq maddədə nəzərd ə tutulmuş “18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi” anlayışı açıqlanmalıdır. 22 iyul 2018-ci il tarixinə qədər qüvvədə olmuş “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun: - 4-1-ci maddəsinə əsasən, şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil (1) və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan (2) sayılır. Tibbi-sosial ekspert komissiyasının rəyi uşağın sağlamlıq imkanları məhdudluğunu, əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir. Əlilə və ya sağlamlıq imkanları məhdud uşağa nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir. Habelə, zamana görə qüvvədə olmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 93 saylı, 19 avqust 1997-ci il tarxili qərarı ilə təsdiq eidlmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında» Əsasnamənin: - 4.6-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyaları əlillik dərəcələri təyin etmək üçün 18 yaşa çatmış və ya ondan yuxarı yaşlı şəxsləri qəbul edirlər. (1) Bununla yanaşı komissiyalar müalicə-profilaktika müəssisələrinin göndərişinə əsasən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara pensiya və ya sosial müavinət almaq hüququ verən tibbi göstərişləri və onların digər sosial yardıma olan ehtiyaclarını müəyyənləşdirmək məqsədi ilə onları da müayinədən keçiri rlər (2). Sadalanmış qanunvericiliyin tələblərindən göründüyü kimi, sağlanmlığın pozulması ilə bağlıekspert müayinəsinin müvafiq rəyi ilə iki kateqoriya üzrə təsnifatlaşdırılma aparılmışdır: (1) 18 yaşına çatmış və ondan yuxarı olan şəxslərə münasibətdə - əlilliyin müəyyən edilməsi; (2) 18 yaşınadək olan şəxslərə münasibətdə - sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsi. Aparılmış təlilin nəticəsi olaraq məhkəmə kollegiyası bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 14.1.1.2-ci maddəsinin tətbiqi üçün 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması faktı şəxsin anadangəlmə və ya uşaqlıqdan xəstəliyinin olması faktının müəyyən edilməsini deyil, bilavasitə 18 yaşına çatanadək sağlanmlığın pozulması ilə bağlı ekspert müayinəsini n müvafiq rəyinin mövcudluğunu ehtiva edir. Belə olan halda iddiaçının tələbi o vaxt təmin oluna bilərdi ki, əgər onun 18 yaşı çatana qədər Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş olardı. Halbuki, işin hallarından göründüyü kimi, iddiaçının 18 yaşı olandan sonra o, hərbi xidmətə cağırılmış və yalnız hərbi xidmətdə olduğu dövrdə ilk dəfə onun xəstəliyinin diaqnozu və bundan sonra əlillik dərəcəsi müəyyən edilmişdir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: iddiaçı XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11 iyun 2019-cu il tarixli, 2-1(107)-353/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar