Məhkəmə qərarları › İş №2-1(102)-2597/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2597/2019

06.11.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2597/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Oğuz rayonu Qumlaq Bələdiyyəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-2597/19 Bakı şəhəri 06 noyabr 2019-cu il 06.11.2019 Açar sözlər: torpağın ayrılmasına dair bələdiyyə qərarının ləğvi, iddianın mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı və vəkili Vəkil, üçüncü şəxs XXXnin vəkili XXXun iştirakları ilə, İddiaçı tərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 iyun 2019-c u il tarixli, 2-1(107)-396/2019 saylı qərardadından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdehnə qarşı (bundan sonra mətndə cavabdeh) XXX üçüncü şəxs qismində cəlb olunmaqla (bundan sonra mətndə üçüncü şəxs) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üzərində ona məxsus daşınmaz əmlak və başqa yerə köçürülməsi mümkün olmayan əmlaklar olan 3 ha torpaq sahəsinin cavabdeh XXXyə icarəyə verilməsi barədə iclas protokolu və qərarının qanunsuz hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin 14 may 2014-cü il tarixli, 05 saylı iclas protokolu qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xa hiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 22 iyul 2010-cu il tarixdə Qəbələ rayonunun Həmzəli kənd sakini Yunus İsgəndərovla onun arasında təsis müqaviləsi bağlanmış, Yunus İsgəndərovun icarəsinə verilmiş 1,2 ha torpaq sahəsində iddiaçının vəsaiti hesabına balıqçılıq təsərrüfatı yaradılmışdır. Təsərrüfatın iddiaçının vəsaiti hesabına qurulması qanuni qüvvəsini almış məhkəmə aktları ilə öz təsdiqini tapmış, habelə Yunus İsgəndərov balıqçılıq təsərrüfatının yerləşdiyi torpaq sahəsinin icarəsindən imtina etmişdir. Torpaq sahəsində yerləşən, iddiaçıya məxsus daşınar və daşınmaz əmlakların mövcud olmasına baxmayaraq, cavabdeh torpaq sahəsinin icarəyə götürülməsini ona təklif etmədən iş üzrə üçüncü şəxsə icarəyə vermişdir. Ca vabdehin ona məxsus avadanlıqların yerləşdiyi torpaq sahəsini üçüncü şəxsə verməsi qanunsuz olmuşdur. Cavabdeh təqdim etdiyi etirazında bildirmişdir ki, qanunvericiliklə nəzərdə tutulmuş prosedur qaydalara uyğun olaraq cavabdeh öz mülkiyyətində olan torpaq sahəsini müvafiq icra hakimiyyəti orqanı tərəfindən keçirilmiş müsabiqədə qalib gəlmiş vətəndaşa icarəyə vermiş, bununla da həmin şəxslə cavabdehin arasında xüsusi hüquq münasibəti yaranmışdır. Bələdiyyə icarə müqaviləsinin bağlanması zamanı hər hansı inzibati vəzifə yerinə yetirməmiş, habelə onun tərəfindən inzibati akt qəbul olunmamış və yaxud inzibati aktın qəbulundan imtina ilə bağlı hərəkətsizlik edilməmişdir. Bu səbəbdən, iddia qanunvericiliklə nəzərdə tutulmuş mümkünlük tələblərinə cavab vermir və mümkünsüz sayılmalıdır. Şəki İn zibati-İqtisadi Məhkəməsinin 07 may 2019-cu il tarixli, 2-1(84)-492/2019 saylı qərardadı ilə (hakim Vidadi Qasımov) iddia mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehlə üçüncü şəxs arasında 08 iyul 2014-cü il tarixli müqavilənin bağlanmasından iddiaçı ən geci 03 noyabr 2017-ci il tarixdə məlumatlı olmuşdur. Bələdiyyə torpağının icarəyə verilməsinə dair müqavilə yalnız bələdiyyə tərəfindən müvafiq qərarın qəbul edilməsindən sonra mümkün olduğundan, iddiaçı bələdiyyənin müvafiq qərarının ləğv olunması barədə iddianı ən geci 03 noyabr 2017-ci il tarixdən sonrakı 30 gün ərzində verməli olduğu halda, iddiaçı 27 mart 2019-cu il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etməklə iddia müddətini ötürmüşdür. İddiaçı, bələdiyyə qərarının mövcudluğundan xəbərsiz olduğunu qeyd etsə də, göstərilən dəlil onun iddia ərizəsi ilə təkzib olunmuşdur. İddia ərizəsində cavadehin tarixinin və nömrəsinin məlum olmadığı qərarının ləğvi xahiş olunmuşdur. Qərarın tarix və nömrəsinin tərəfə məlum olmaması isə onun məhkəmə qaydasında mübahisələndirilməsinə maneə ola bilməzdi. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 iyun 2019-cu il tarixli, 2-1(107)-396/2019 saylı qərardadı ilə (sədrlik edən Mübariz Hüseynov, hakimlər Gündüz Abbasov və Rövşən Rəfiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərardadında qeyd olunmuş əsasları öz qərarında təkrarlamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.1, 2.3, 5.1, 5.2, 9-cu bəndləri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 35.1, 38.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardaddan iddiaçı kassasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı kassasiya şikayətində bildirmişdir ki, cavabdehə icarə müqaviləsinin ləğvi barədə ərizəni onun nümayəndəsi yazmış, sonradan nümayəndəsi Azərbaycan Respublikasını tərk etdiyindən iddiaçı cavabdeh tərəfində n ərizəyə verilmiş cavab barədə məlumatlı olmamışdır. İddiaçı həmçinin qeyd etmişdir ki, inzibait prosessual qanunvericilik mübahisələndirmə haqqında iddianın müddətinin inzibati aktın təqdim olunduğu vaxtdan başlamasını müəyyən etmişdir ki, cavabdeh tərəfindən mübahisələndirilən inzibati aktın iddiaçıya təqdim və ya elan olunması iş materialları ilə öz təsdiqini tapmamışdır. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddələsinə istinad etmişdir. Kassasiya şikayətinə etirz Üçüncü şəx kassasiya şikayətinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, Oğuz rayon Qumlaq Bələdiyyəsi tərəfindən torpaq sahəsinin ayrılmasına dair 14 may 2013-cü il tarixli, 05 nömrəli protokol-qərar iddiaçının maraqlarına to xunmamışdır. Onun həmin torpaq sahəsinə heç bir hüququ yoxdur və həmin torpaq sahəsi üzərində hər-hansı əmlakı yerləşmir. İddiaçı daha əvvəllər də həmin torpaq sahəsinin onun adına ayrılmasından məlumatlı olmuşdur, habelə son olaraq Bələdiyyəyə etdiyi müraciətə 27 dekabr 2017-ci il tarixli məktubla cavab verilmişdir. İddiaçı iddia müddətini buraxmış və iddianın mümkün sayılmamasına dair aşağı instansiya məhkəmələrinin qərardadları qanuni və əsaslı olmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin vəkili kassasiya şikayətini qəb ul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasına 06 noyabr 2019-cu il tarixdə daxil olmuş məlumatla cavabdeh kassasiya şikayətinə etiraz etmiş, apellyasiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlanılmasını və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərardadında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini tə şkil edir və həmin sənədlərin məzmununa istinad edilir. Onlara Oğuz Rayon Qumlaq Bələdiyyəsinin 14.05.2014-cü il tarixli 05 nömrəli iclas protokolu qərarı, İddiaçı tərəfindən Oğuz Rayon Qumlaq Bələdiyyəsinə yazılmış 03.11.2017-ci il tarixli ərizə, Oğuz Rayon Qumlaq Bələdiyyəsi 27.12.2017-ci il tarixli 48 nömrəli məktubu, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsinin 04.06.2013-cü il tarixli 128 nömrəli məktubu, 109 nömrəli rəyi, Oğuz rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin 21.05.2013-cü il tarixli 515 nömrəli rəyi, hərraca çıxarılan torpaq sahəsinin planı, torpaq sahəsinin A N444853 nömrəli plan və ölçüsü, torpağın icarəyə verilməsinə dair 08.07.2014-cü il tarixli müqavilə, RX seriyalı ******* nömrəli çıxarış və digər sənədlər aiddir. İddiaçının mübahisələnd irdiyi Oğuz rayon Qumlaq Bələdiyyəsinin qərarının tarixini 14 may 2014-cü il tarixini qeyd etsə də, həmin qərar 14 may 2013-cü il tarixli, 05 saylı qərardır. Həmin qərarla Oğuz rayon bələdiyyəsi mülkiyyətində olan 3 hektar torpaq sahəsinin hərrac və müsabiqə vasitəsilə uzunmüddətli icarəyə verilməsi ilə bağlı torpaq sahəsi üzərində Bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması prosedurlarına başlanılmışdır. Ona görə də iddiaçının tələbində olan qeyd edilən bələdiyyə qərarının tarixində ilini düzgün qeyd etməsə də, iddiaçının həmin qərarı mübahisələndirdiyindən iddia tələbini Oğuz rayon Qumlaq Bələdiyyəsinin qərarının tarixini 14 may 2013-cü il tarixli, 05 saylı qərarının ləğv edilməsi kimi qəbul edilməlidir. Oğuz Rayon Qumlaq Bələdiyyəsi ilə X1 arasında 08 iyul 2014-cü il tarixli ic arə müqaviləsinin bağlanması haqqında iddiaçının məlumatı ən geci onun cavabdehə ərizə ilə müraciət etdiyi 03 noyabr 2017-ci ildə olmuşdur. İddiaçı ilə üçüncü şəxsin atası Yunis İsgəndərov arasında olan məhkəmə mübahisələrinin təxminən 2014-cü il tarixdən başlanıldığı iddiaçıya məlumdur. Belə vəziyyətdə cavabdehə etdiyi müraciətində mübahisəli torpaq sahəsinin icarəyə verilməsi barədə müqavilənin tarixini qeyd etməklə və həmin ərizəni imzalamaqla iddiaçının torpağın kimə icarəyə verilməsindən məlumatlı olmasını təkzib etmək mümkün deyildir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarıdadən ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verilmədiyini apellyasiya məhkəməsi müəyyən etmiş və iddiaçı tərəfindən məsələ mübahisələndirilmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 08 iyul 2014-cü il tarixli mübahisələndirən qərardan ən geci 03 noyabr 2017-ci il tarixdə məlumatlı olmuş, həmin tarixdən sonrakı 30 gün ərzində şikayətin verməli olduğu halda, 27 mart 2019-cu il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət etməklə iddia müddətini ö türmüşdür. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, cavabdehə icarə müqaviləsinin ləğvi barədə ərizəni onun nümayəndəsi yazmış, sonradan nümayəndəsi Azərbaycan Respublikasını tərk etdiyindən iddiaçı cavabdeh tərəfindən ərizəyə verilmiş cavab barədə məlumatlı olmamışdır. İnzibait prosessual qanunvericilik mübahisələndirmə haqqında iddianın müddətinin inzibati aktın təqdim olunduğu vaxtdan başlamasını müəyyən etmişdir ki, cavabdeh tərəfindən mübahisələndirilən inzibati aktın iddiaçıya təqdim və ya elan olunması iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Azərbaycan Respublikası İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər; - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqla rının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəaların sadalanması onunla bağlıdır ki, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olub-olmaması və müddətlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddianın mümkünlüyü ilə bağlı müddətlərə riayət edilməməsi ilə bağlı bildirdiyi hüquqi və faktiki əsaslara münasibətdə qeyd edir ki, iddianın müddətlə bağlı şərti o halda yoxlanıla bilər ki, əgər ilk olaraq iddiaçının iddia qaldırmasında subyektiv hüququnun mövcudluğu müəyyən edilmiş olsun. Belə ki, iddiaçının üçüncü şəxsə verilmiş torpaq sahəsi ilə bağlı hüququnun pozulmasına əsaslanmaqla qərarın ləğv etmək tələbi o halda yaranmış hesab oluna bilər ki, əgər həmin torpaq sahisə ilə bağlı iddiaçının hüququ publik hüquqdan irəli gəlmiş olsun. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü element ləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, iddiaçının iddia qaldırmaqda hüququn mövcudluğu ilə bağlı qanunvericiliyin aşağıdakı tələbləri təhlil olunmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 51-ci maddəsinin 1 və 6-cı bəndlərinə əsasən, torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunveri ciliklə müəyyən edilmiş qaydada icarə əsasında verilir; - 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır; - 56-cı maddənin 2-ci bəndinə əsasən, (...) bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 10-cu maddəsinə əsasən, Azərbaycan Re spublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Torpaq müsabiqələrinin və ya hərraclarının keçirilməsində aşkarlıq təmin olunur. Torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 12 mart 1999-cu il tarixli fərmanının 2-ci bəndinə əsasən, «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin doqq uzuncu hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Sadalanmış maddələrin tələblərindən göründüyü kimi, mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən fiziki şəxslərin istifadəsinə bələdiyyə torpaqları icarə əsasında və yalnız açıq torpaq hərracları və ya müsabiqələrin nəticəsi olaraq verilir. Əldə edilmiş hüquqlar bələdiyyələrin qərarı və onlarla bağlanan müqavilə ilə rəsmiləşdirilməlidir. Hərracın keçirilməsi qaydalarının Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilməsi nəzərdə tutulmuşdur. Sonuncu müddəaya əsasən Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli, 972 nömrəli Fərmanı ilə “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarə yə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi“ Qaydaları təsdiq edilmişdir. Həmin Qaydaların: - İ hissəsinin 1-ci bəndinə əsasən, bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqlarının torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə mülkiyyətə və ya icarəyə verilməsi mülkiyyətçilərin qərarı ilə həyata keçirilir; - İİ hissəsinin 4-cü və 6-cı bəndlərinə əsasən, təşkilatçı hərrac və ya müsabiqədə iştirak etmək üçün, torpaq müsabiqəsi və ya hərracın keçiriləcəyi vaxtı müəyyən edir. Təşkilatçı, müsabiqə və ya hərracın keçirilməsi haqqında bildirişi (bundan sonra — «bildiriş») hazırlayıb və onun kütləvi informasiya vasitələri ilə yayılmasını təşkil edir. Təşkilatçı ərizələrin qəbulu barədə qeydiyyat jurnalında müsabiqə və ya hərracda iştirak etmək istəyən lərin ərizələrini qeyd edir, ərizəçilər tərəfindən təqdim edilmiş sənədlərin bu Qaydaların tələblərinə uyğun tərtib olunub-olunmamasını yoxlayır, müsabiqə və hərracların keçirilməsi və ona hazırlıq barədəki təklifləri protokolla rəsmiləşdirir. - İİİ hissəsinin 8-ci və 9-cu bəndlərinə əsasən, elan olunmuş bildirişə görə istənilən fiziki və ya hüquqi şəxs müsabiqə və ya hərracda iştirak edə bilər. Hüquqi və fiziki şəxslər müsabiqə və hərracda iştirak etmək üçün təşkilatçıya ərizə verirlər və ərizədə öz rekvizitlərini göstərirlər. Maddələrin tələblərindən göründüyü kimi, bələdiyyə torpaqlarının icarəyə verilməsi müvafiq qaydalar əsasında həyata keçirilir ki, bu qaydalara görə, bələdiyyə tərəfindən təşkil edilmiş hərracda istənilən fiziki şəxs ərizə verməklə öz niyyətini bəyan etmiş olur. İşin hallarına görə iddiaçı tərəfindən mübahisələndirilən qərarla üçüncü şəxsə ayrılmış torpaq sahəsi üzrə açıq hərracda iştirak etmək üçün bələdiyyəyə müraciət olunması müəyyən edilməmiş və iddiaçı bu barədə bildirməmişdir. Həmin torpaq sahəsinə hüququnun mövcudluğunu iddiaçı o halla əsaslandırmışdır ki, torpaq sahəsi ilə bağlı icarə müqavilsinin bağlanması ilk növbədə ona təklif olunmalı idi və həmin torpaq sahəsində onun maliyyə vəsaitləri hesabına avadanlıqlar quraşdırılmış və tikililər inşa edilmişdir. İddiaçının bildirdiyi hala münasibətdə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 56-cı maddəsinin 4-cü bəndinə əsasən, bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə aşağıdak ı şəxslərə üstünlük verilir: bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə; - 58-ci maddəsinin 1-ci bəndinə əsasən, torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, təbiətin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır; - 58-ci maddəsinin 2-ci bəndinə əsasən, qanunvericilikdə, habelə istifadə və icarə müqaviləsində başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsindən müvəqqəti istifadə (icarə) müddəti başa çatdıqdan sonra istifadəçi (icarəçi) tərəfindən ucaldılmış müvəqqəti tikili on un hesabına sökülməlidir. Maddələrin tələblərindən göründüyü kimi, bələdiyyə torpaqlarının icarəyə veriməsi zamanı açıq hərrac keçirildikdə torpağın əvvəlki icərəçisinə üstünlük verilir. Habelə, icarə müqaviləsinin müddəti bitdikdən sonra əvvəlki icarəçi tərəfindən inşa edilmiş tikililərin onun hesabına sökülməsi müəyyən edilmişdir. İşin hallarından göründüyü kimi, iddiaçının istifadəsində və ya icarəsində həmin torpaq sahəsi əvvəllər olmamışdır. İddiaçının istinadına görə, torpaq sahəsi fiziki şəxs kimi onunla birgə sahibkarlıq fəaliyyətini həyata keçirən şəxsin icarəsinə verilmişdir. Bu hal isə iddiaçının özünün həmin torpaq sahəsinin icarəçi olduğu anlamını yaratmır və bu əsasla həmin torpaq sahəsinin icarəçisi olduğuna istinadən keçirilmiş hərraçın nəticələrinin mübahisələndirməsind ə iddiaçının subyektiv hüququnun yaranmaması nəticəsi əldə olunur. Bundan başqa, həmin torpaq sahəsində aparılmış tikinti və qurğuların sökülməsi onları həyata keçirmiş əvvəlki icərəçinin səlahiyyətinə aid olduğundan, iddiaçının həmin torpaqla bağlı hər hansı bir hüququ olmadığından, iddiaçının bu hala istinadı da qanunamüvafiq hesab oluna bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirdiyi qərarın ləğvi ilə bağlı iddia qaldırmaqda sübuyektiv hüququ olmamış, çünki həmin torpaq sahəsi ilə bağlı və ya həmin torpaq sahəsinin ayrılması zamanı prosedur hərəkətlərlə bağlı qanunla müəyyən edilmiş qaydada hər hansı bir hüququ mövcud olmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyaisiya məhkəsinin hüquqi qiymətləndirm əsi qismən əsaslı olduğundan, lakin əldə edilmiş nəticə düzgün olduğundan, Azərbaycan Respublikası İPM-nin 96.7-ci maddəsinin tələblərinə əsasən, apellyasiya instansiya məhkəməsinin qərardadı ləğv oluna bilməz. Çünki həmin maddəyə əsasən, mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı əsasən prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərardadın ləğv olu nması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.9-cı maddəinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 iyun 2019-cu il tarixli, 2-1(107)-396/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar