Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2597/2023 08.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın yenidən hesablanması; hərbi qulluqçu kimi əlilliyə görə təyin edilmiş pensiya fərqinin əvvəlki dövrlər üzrə ödənilməsi; pensiyanın müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarə t tərkibdə, İddiaçı (xx.xx.N972-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona xx.xx.2006-cı il tarixdən xx.xx.20N5-ci ilədək olan müddət üçün pensiya fərqinin (xx.xx.20N8-ci ilədək Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsindən 3-cü dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən xx.xx.20N8-ci ildən hərbi qulluqçu kimi 3-cü dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərqin) hesablanaraq fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Koll egiyasının 4 iyul 2023-cü il tarixli, 2-N(N04)-39N/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı N nömrəli hərbi hissə komandirinin N avqust N992-ci il tarixli 92 nömrəli əmrilə Qazax RHK-dan səfərbər edilərək alayın 3-cü batalyonunun şəxsi heyət siyahısına salınıb bütün növ təminatlarla təmin edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N995-ci tarixli 3/5-63N nömrəli məktubuna əsasən xəstəliyi ilə əlaqədar tərxis olunduğu üçün komandirin 07 fevral N995-ci il tarixli 35 nömrəli əmrilə şəxsi heyət siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Qazax RHK-na göndərilmişdir.
2. İddiaçıya xx.xx.2002-ci il tarixdən “Azərb aycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmişdir. 3. 20N8-ci ildə Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumat vərəqəsinə əsasən iddiaçıya hərbi qulluqçu kimi üçüncü dərəcə əlilliyə görə pensiya təyin olunmuşdur.
4. İddiaçı cavabdehə müraciət edərək onun hərbi qulluqçu kimi pensiya hüququ yarandığı gündən xx.xx.20N8-ci tarixədək olan müddət üçün pensiya fərqi məbləğinin hesablanaraq ödənilməsini xahiş etmişdir.
5. Cavabdeh iddiaçıya 3 illik ödəniş etmişdir.
6. İddiaçı cavabdehə müraciət edərək ona hərbi qulluqçu kimi pensiya fərqinin xx.xx.2006-cı ildən xx.xx.20N8-ci ilədək ödənilməsini tələb etmişdir.
7. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və imtinasını onunla əsaslandırmı şdır ki, iddiaçı xx.xx.20N8-ci il tarixdə cavabdehə hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyasının təyin olunması üçün müraciət etmişdir. Cavabdehin sorğusuna əsasən Fondun Qazax rayon şöbəsinin xx.xx.20N8-ci il tarixli, 3N/00675 nömrəli məktubunda iddiaçıya əmək pensiyasının xx.xx.20N8-ci il tarixinədək ödənildiyi qeyd edilib. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən cavabdehə təqdim olunmuş xx.xx.20N8-ci il tarixli, MN-N0452 nömrəli məlumat vərəqinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.N6.N-ci maddəsinə əsasən iddiaçıya xx.xx.20N8-ci il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” üçüncü dərəcəli əlilliyə görə təminat xərcliyinin 55 faizi miqdarın da pensiya təyin edilib və keçmiş üç il müddət üçün yenidən hesablanıb. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.N-N-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq, müraciətdə göstərilən dövr mərkəzi filiala müraciət edilən xx.xx.20N8-ci il tarixdən qanunvericiliklə müəyyən ed ilmiş üç il müddətindən daha çox dövrü əhatə etdiyindən həmin müddət üzrə iddiaçının əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Məlumat üçün bildirilmişdir ki, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 445N,68 manat fərq məbləği xx.xx.20N8-xx.xx.20N9-cu il tarixləri arasındakı dövr ərzində iddiaçının əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülüb. Əlavə olaraq xx.xx.2022-ci il tarixindən hesablanmaqla iddiaçıya “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən aylıq pensiya məbləğinin N0 faizi – 35,5N manat maddi yardım ödənilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİ Ş MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək ona xx.xx.2006-cı il tarixdən xx.xx.20N5-ci ilədək olan müddət üçün pensiya fərqinin (xx.xx.20N8-ci ilədək Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsindən 3cü dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən xx.xx.20N8-ci ildən hərbi qulluqçu kimi 3-cü dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərqin) hesablanaraq fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə dəqiqləşdirmə barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N992-ci ildən xx.xx.N995-ci ilədək N saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, ağır yaralanmışdır. xx.xx.2002-ci ildən 3-cü qrup müddətsiz müharibə əlillidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsindən 2002-ci ilin sentyabr ayından 20N8-ci ilin may ayınadək əmək pensiyası almışdır. xx.xx.20N8-ci il tarixdən Müdafiə Nazirliyinin məlumat vərəqəsi əsasında ona 3-cü dərəcə əlilliyə görə hərbi qulluqçu kimi pensiya təyin olunmuş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qazax r ayon şöbəsindən aldığı əmək pensiyası dayandırılmışdır. Cavabdeh tərəfindən 20N8-ci ilin may ayından etibarən 3-cü dərəcə əlilliyə görə hərbi qulluqçu kimi pensiya hesablanıb ödənilir. Ona görə də xx.xx.2006-cı ildən xx.xx.20N8-ci il tarixədək ödənilməyən pensiya fərqinin birdəfəlik ödənilməsi məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir.
10. Cavabdeh iddiaya qarşı məhkəməyə təqdim etdiyi etirazında imtina məktubunda göstərilənləri qeyd etmiş və iddianın rədd edilməsini xahiş etmişdir.
11. Gəncə İnzibati Məhkəməsinin (hakim E.Axundov) xx.xx.2023-cü tarixli, 2N(NN4)-459/2023 nömrəli qərarı ilə Gəncə İnzibati Məhkəməsinin (hakim E.Axundov) xx.xx.2023-cü tarixli, 2-N(NN4)-459/2023 saylı qərarı ilə iddianın qismən təmin edilərək İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx. 20N5-ci il tarixədək ümumi əsaslarla 3-cü dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə xx.xx.20N8-ci il tarixdən 3-cü dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərqin xx.xx.2006-cı il tarixdən xx.xx.20N5-ci il tarixədək olan müddət üzrə hesablanaraq ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı mübahisə cavabdehin etirazında göstərdiyi “Əmək pensiyaları haqqında” Qanunun 32.NN-ci maddəsinin tələbləri əsasında deyil, iddiaçının pensiya hüququnun yarandığı dövrdə qüvvədə olmuş “Hərbi qul luqçuları pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında həll edilməlidir. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.20N5-ci il tarixədək ümumi əsaslarla 3-cü dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə xx.xx.20N8-ci il tarixdən 3-cü dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərqin xx.xx.2006-cı il tarixdən xx.xx.20N5-ci il tarixədək olan müddət üzrə hesablanaraq ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə tələbin “fərq məbləğinin birdəfəlik ödənilməsi” hissəsilə bağlı qeyd edir ki, birdəfəlik ödənilmə qanunla nəzərdə tutulmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir.
13. Cavabdeh apellyasiya şikayəti verərək Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023cü tarixli, 2-N(NN4)-459/2023 saylı qərarının iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin ta m təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər A.V.Bayramov /sədrlik edən və məruzəçi/, Ş.Q.Rzaquliyev və A.V.İsgəndərova) 4 iyul 2023-cü il tarixli, 2N(N04)-39N/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2-N(NN4)-459/2023 saylı qərarı yoxlanılan hissədə ləğv edilmiş, həmin hissədə yeni qərar çıxarılaraq, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya fərqinin hesablanaraq birdəfəlik ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
15. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Göründüyü kimi, iddiaçıya xx.xx.2002-ci il tarixində 3-cü qrup əlillik verilmiş və o, xx.xx.20N8-ci il tarixə kimi əlilliyə görə əmək pensiyası almışdır. xx.xx.20N8-ci il tarixdə 3-ci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi pensiya təyin edilən zaman cavabdeh inzibati orqan tərəfindən ona qanunla müəyyən edilmiş 3 illik fərqin ödənilməsini nəzərə alınmışdır. Odur ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.20N5-ci il tarixədək olan müddət üçün pensiya fərqinin ödənilməsini t ələb etməsi əsassızdır. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 38.N, 38.3-cü, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 25-ci maddəsinin birinci hissəsinə, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun N.0.N-ci, N2.2-ci, 20.N.N2-ci, 20.N6.2-ci, 32.N-N-ci maddələrinə istinad etmişdir.
16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddiaçıya xx.xx.2006-cı ildən xx.xx.20N8-ci ilədək olan müddət üçün pensiya fərqinin (xx.xx.20N8-ci ilədək Dövlət Sosial Müdafiə Fondunun Qazax rayon şöbəsindən 3-cü dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtl ərlə Təyinat İdarəsindən xx.xx.20N8-ci ildən hərbi qulluqçu kimi 3-cü dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərqin) hesablanaraq, fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, Ali Məhkəmənin 2-N(N02)N7N9/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2-N(N02)-N539/202N nömrəli, xx.xx.202N-ci il tarixli, 2-N(N02)-430/202N nömrəli, xx.xx.202N-ci il tarixli, 2-N (N02)-N040/2020 nömrəli, xx.xx.2020-ci il tarixli analoji qərarlarına əsasən hesab edir ki, iddia tələbi haqlıdır.
18. İddiaçının pensiya hüququ xx.xx.2002-ci ildən yarandığından, hazırkı mübahi sə cavabdehin şikayətdə iddia etdiyi kimi “Əmək pensiyaları haqqında” Qanunun 32.N-N-ci maddəsinin tələbləri əsasında deyil, iddiaçının pensiya hüququnun yarandığı zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında həll edilməlidir.
19. Apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 49-cu maddəsinin tələblərinə riayət etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
32. Əmək pensiyasının təyin edilməsi müddətləri 32.N. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.N-N. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 32.N-2. Bu Qanunun 22-N.N-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 20N9-cu il yanvarın N-dən tez olmamaqla bu Qanunun 32.N-Nci maddəsinə uyğun ödənilir.... Maddə
37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.NN-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənili r. 22. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (2007-ci il N9 oktyabr tarixli, 462-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür.) Maddə N. Pensiya təminatı hüququ Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. Bu Qanunda nəzərdə tutulan şəraitdə əlil olmuş hərbi qulluqçular əlilliyə görə pensiya almaq hüququna malikdirlər.... Maddə N7. Pensiyaların təyin edilməsi şərtləri Əlil olmuş hərbi qulluqçulara əlilliyə görə pensiyalar, əlillik onl arın xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra 3 aydan gec olmayaraq üz verdikdə, yaxud əlillik bu müddətdən sonra, lakin xidmət dövründə alınmış yara, kontuziya, zədə və ya xəstəlik nəticəsində üz verdikdə təyin edilir.... Maddə
43. Pensiya təyin edilməsi üçün müraciət Pensiya təyin edilməsi haqqında ərizələri hərbi qulluqçular və onların ailə üzvləri müvafiq icra hakimiyyəti orqanlarına təqdim edirlər.... Maddə
49. Keçmiş müddət üçün pensiyaların ödənməsi Hərbi qulluqçulara və onların ailə üzvlərinə hesablanmış və onlar tərəfindən vaxtında tələb edilməmiş pensiya məbləğləri pensiyanı almaqdan ötrü müraciət edildiyi gündən əvvəlki 3 ildən çox olmayan müddət üçün ödənilir. Pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keç miş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.N-N-ci maddəsinin tətbiqinə dair” xx.xx.2020-ci il tarixli, 03/2020 nömrəli Qərardadı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.N-N-ci maddəsinin N-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilmək” müddəası pensiya hüququ 20N7-ci il 0N iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. 24. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətl əri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020ci il və N4 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 202N-ci il tarixli qərarı...Müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.N-N-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 20N8-ci il tarixində yeni məzmunlu 32.N-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-N.N-ci ma ddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 20N9-cu il yanvarın N-dən tez olmamaqla həmin Qanunun 32.N-N-ci maddəsinə uyğun ödənilir. 25. “N.Hüseynbəyovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N4 iyul 2022-ci il tarixli qərarı “... Qanunverici oxşar diferensiasiyanı, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 32.N-N və 32.N-2-ci maddələrinin tətbiqi əsaslarına münasibətdə təsbit etmişdir. Həmin maddələrə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qanunun 32.N-N-ci maddəsinə görə, ə mək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunun 32.N-2-ci maddəsinə əsasən isə bu Qanunun 22-N.N-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 20N9-cu il yanvarın N-dən tez olmamaqla bu Qanunun 32.N-N-ci maddəsinə uyğun ödənilir. Burada xüsusilə qeyd olunmalıdır ki, Qanunun 32.N-N-ci maddəsinin birinci cümləsindəki “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ N iyul 20N7-ci il tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi üçün müvafiq inzibati orqana məhz həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə tətbiq olunur və bununla da, məntiqi olaraq pensiyanın yenidən hesablanmasını deyil, ilk dəfə hesablanması hallarını ehtiva edir. Həmin Qanuna 30 noyabr 20N8-ci il tarixində yeni məzmunda əlavə edilmiş 32.N-2-ci maddə isə inzibati orqana 20N9-cu il yanvarın N-dən sonra müraciət etmiş pensiyaçıların əmək pensiyasının yenidən hesablanması hallarını tənzimləyir. Beləliklə, “Əmək pensiyaları haqqında” Qanunun 32.N-2-ci maddəsinin tələblərinə müvafiq olaraq, 20N9-cu il yanvarın N-dək əmək pensiyasının yenidən hesablanması üçün müvafiq inzibati orqana müraciət etmiş pensiyaçılara münasibətdə həmin Qanunun 32.NN-ci maddəsinin tələbləri şamil e dilmir, yəni “pensiyanın müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi” şərti həmin şəxslərə tətbiq edilmir.... Göründüyü kimi, hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv edərkən ərizəçiyə N7 may 20N2-ci il tarixində Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlərlə əlaqədar İİ qrup müddətsiz əlilliyin təyin edilməsini, ərizənin, məlumat vərəqinin və cavab məktubunun zaman baxımından ardıcıl olmayan şəkildə verilməsini nəzərə almamış, Ali Məhkəmənin İnzibati Kollegiyasının yuxarıda qeyd edilmiş qərardadına əsasən isə “Əmək pensiyaları haqqında” Qanunun 32.N-N-ci maddəsinə istinad etməklə əmək pensiyasının təyin edilməsi ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması arasında hər hansı fər qləndirmə aparmadan, iş üzrə tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmişdir. Halbuki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, müvafiq iddialar üzrə işlərə baxan məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.N-N-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə 30 noyabr 20N8-ci il tarixində yeni məzmunlu 32.N-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimlənmişdir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə 202N-ci il 23 sentyabr tarixli Qərar)”.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 9N. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.N. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin N3N.3-cü və N32.3-cü maddələrində nəzərdə tutulmuş hallarda N0 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma his səsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həd də (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.N. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası hazırki qərarın 22-25 bən dində qeyd olunan maddi hüquq normalarının tələblərinə zidd qərar qəbul etmişdir.
30. İşin araşdırılmış hallarına əsasən iddiaçıya xx.xx.2002-ci il tarixdən müddətsiz üçüncü qrup əlillik təyin edilmiş, xx.xx.20N8-ci il tarixədək ona həmin əsasla əmək pensiyası ödənilmişdir. Daha sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş məlumat vərəqəsinə əsasən xx.xx.20N8-ci il tarixdə iddiaçının əlilliyinin səbəb əlaqəsi dəyişdirilərək ona 3-cü dərəcə əlillik təyin edilmişdir. Bununla əlaqədar olaraq iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.N6.N-ci maddəsinə əsasən təminat xərcliyinin 55 faizi miqdarında əlilliyə görə əmək pensiyası müəyyən edilməklə ödənilməyə başlanılmışdır. İddiaçının müraciəti əsasında ona ümumi əsasla əlilliyə görə aldığı pensiya ilə hərbi qulluqçu kimi təyin olunmuş pensiya arasında 3 illik fərq (xx.xx.20N5-ci il tarixdən xx.xx.20N8-ci il tarixədək) cavabdeh tərəfindən hesablanaraq ödənilmişdir.
31. Hazırkı iş üzrə iddiaçının hüququ marağı xx.xx.2006-cı il tarixdən xx.xx.20N5-ci il tarixədək olan müddət üçün pensiya fərqi məbləğinin hesablanaraq ona ödənilməsinə yönəlmişdir.
32. Cavabdeh imtinasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.N-N-ci və 37.7-ci maddələrinə istinad edərək qeyd edir ki, qanunvericilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmuşdur.
33. Beləliklə, iddiaçının tələbi pensiyanın təyin edilməsi ilə bağlı deyil, təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədardır. Bu zaman, şəxsə yenidən hesablanmış pensiya m əbləğinin əvvəlki hansı dövrlər üzrə ödənilməsi məsələsinə məhz pensiyanın yenidən hesablanması zamanı əvvəlki dövrlər üzrə ödəməni müəyyən edən normanın tələbinə əsasən qiymət verilməlidir.
34. Bu halda, iddiaçının tələbi üzrə tətbiq edilməli olan norma Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 202N-ci il və N4 iyul 2022-ci il tarixli qərarlarındakı hüquqi mövqeyə uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 32.N-2-ci maddəsidir. Məhz həmin norma pensiyanın yenidən hesablanması tələbinə münasibətdə əvvəlki dövrlər üzrə 3 illik ödəmə məhdudiyyəti nəzərdə tutmuş və xx.xx.20N9-cu il tarixdən qüvvəyə minmişdir.
35. Odur ki, iddiaçı pensiyanın yenidən hesablanması ilə bağlı xx.xx.20N8-ci il tarixində, yəni “Əmək pensiyaları haqqında” Qanunun 32.N-2-ci maddəsi ilə yenidən hesablanma ilə əlaqədar 3 illik məhdudiyyətin tətbiq olunmağa başlandığı 0N yanvar 20N9-cu il tarixindən əvvəl cavabdehə müraciət etdiyindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 202N-ci il və N4 iyul 2022-ci il tarixli qərarlarında da vurğulandığı kimi, Qanunun 32.N-2-ci maddəsi ilə məhz əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimləndiyindən, bu halda şəxsə yenidən hesablanmış pensiya məbləği 3 illik məhdudiyyət tətbiq olunmadan əvvəlki bütün dövrlər üzrə ödənilməlidir.
36. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır.
37. Kollegiya həmçinin qeyd edir ki, kassasiya şikayəti fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi hissəsində təmin edilə bilməz. Belə ki, iddi a tələbinin həmin hissədə rədd edilməsinə dair birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilmədiyindən həmin hissədə qərar qanuni qüvvəsini almışdır və buna görə də, kassasiya şikayətinin predmeti ola bilməz.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 4 iyul 2023-cü il tarixli 2N(N04)-39N/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.20N5-ci il tarixədək ümumi əsaslarla 3-cü dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə xx.xx.20N8-ci il tarixdən 3-cü dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərqin xx.xx.2006-cı il tarixdən xx.xx.20N5-ci il tarixədək olan müdd ət üzrə hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.