Məhkəmə qərarları › İş №2-1(102)-2598/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2598/2023

11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2598/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: tutulmuş lakin ödənilməmiş məcburi dövlət sosial sığorta haqqı, xx.xx.2006-cı il tarixdən sonrakı iş müddətinin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması, mütənasiblik) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1949-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 2-1(103)1335/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1949-cu il təvəllüdlüdür. Ona xx.xx.2006-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək Xətai rayon 34 nömrəli Uşaq musiqi məktəbində əmək fəaliyyəti ilə məşğul olmuş, əməkhaqqı almış və onun əməkhaqqından işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haq ları tutulmuşdur.

3. İddiaçı cavabdehə müraciət edərək xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək Xətai rayon 34 nömrəli Uşaq musiqi məktəbində işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanmasını və fərq məbləğinin ödənilməsini xahiş etmişdir.

4. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Pensiya Altsistemi proqram təminatına əsasən, xx.xx.2014-cü il tarixindən xx.xx.2014-cü il tarixinədək müddətdə iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından, həmin müddətin nəzərə alınması mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya mə hkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2014cü il tarixdən xx.xx.2014-cü il tarixədək işlədiyi illər nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək işləmiş və onun əməkhaqqından məcburi dövlət sosial sığorta haqları tutulmuşdur. İddiaçı həmin müddət nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını və xx.xx.2014-cü il tarixdən hazıradək pensiya məbləğində yaranmış fərqin birdəfəlik ödənilməsini istəyir. Onun bu b arədə müraciəti həmin dövr üzrə onun fərdi hesabında sığorta ödənişlərinin qeydə alınmadığı əsas gətirilərək cavabdeh tərəfindən təmin edilməmişdir. İddiaçı hesab edir ki, məcburi dövlət sosial sığorta haqlarının aidiyyəti üzrə ödənilməməsi onun iradə ifadəsindən asılı olan hal deyildir.

7. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçı əmək pensiyasının yenidən hesablanması ilə bağlı ərizə ilə inzibati orqana müraciət etmiş, Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Pensiya Altsistemi proqram təminatına əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 4970,22 manat pensiya kapitalı əsasında iddiaçının əmək pensiyası yenidən hesablanaraq xx.xx.2019-cu il tarixdən 245,08 manat müəyyən edilmişdir. Bundan s onra, iddiaçının əmək pensiyasının məbləği xx.xx.2020-ci il tarixdən 285,76 manata, xx.xx.2021-ci il tarixdən 318,34 manata, xx.xx.2022-ci il tarixdən 329,16 manata çatdırılmışdır. Nəzərə alınmalıdır ki, Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Pensiya Altsistemi proqram təminatına əsasən iddiaçıya məxsus fərdi hesabın sığorta hissəsində xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) 17 oktyabr 2022-ci il tarixli, 2-1(112)-9749/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçının xx.xx.2014-cü ildən xx.xx.2014-cü il tarixədək işlədiyi illər nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin xx.xx.2019-cu il tarixdən ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işçidən məcburi sığorta haqqının tutulması məsələsində məsuliyyətli şəxs işəgötürəndir ki, məhz işəgötürən, işçidən cavabdehə çatası məcburi sığorta haqqının məbləğini qanuna müvafiq olaraq müəyyən etməklə, həmin məbləği işçidən tutmaqla cavabdehə ödənilməsini həyata keçirir. Başqa sözlə desək, işçidən məcburi dövlət sosial sığorta haqqının tutulması və ödənilməsi işəgötürənin – sığortaedənin məsuliyyət sferasına aid məsələdir. Nəzərə alınmalıdır ki, mübahisəli dövrlər üzrə, yəni 2014-cü ildə qüvvədə olan normativ hüquqi aktın tələblərinə görə, necə ki məcburi dövlət sosia l sığorta haqlarının ödənilməsi işəgötürən tərəfindən təmin olunmalı olduğu halda, həmçinin həmin sığorta haqlarının toplanmasına nəzarət cavabdeh inzibati orqanın üst qurumu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilməli idi. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məcburi sosial sığorta haqlarının ödənilib-ödənilməməsinə nəzarət funksiyasını icra etməmiş və nəticə etibarı ilə tabeliyində olan orqan (cavabdeh) işəgötürənin məcburi dövlət sosial sığorta haqlarını qanunamüvafiq qaydada vaxtında və tam ödəməməsinə əsaslanaraq işçinin (hazırkı halda iddiaçının) sosial təminat hüququnu məhdudlaşdırmışdır. Halbuki, bu halın meydana gəlməsində iddiaçının hər hansı təqsirli hərəkəti olmamışdır. Əksinə təqdim olunmuş əməkhaqqı cədvəllərindən və digər sənədlərdən məlum olmuşdur ki, iddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək 34 nömrəli Uşaq musiqi məktəbində əmək fəaliyyəti ilə məşğul olmuş, müvafiq olaraq əməkhaqqı almış və onun əməkhaqqından məcburi sığorta haqları tutulmuş, lakin aidiyyəti üzrə işəgötürən tərəfindən cavabdeh inzibati orqana ödənilməmişdir. Bilavasitə dövlət orqanının tabeliyində olan qurum tərəfindən iddiaçının işlədiyi müddət ərzində əməkhaqqından məcburi sosial sığorta haqlarının tutulduğu halda, aidiyyəti üzrə müvafiq orqana ödənilməməsi, inzibati orqanın məsul əməkdaşının səhvi kimi qiymətləndirilməlidir. Nəticə etibarı ilə, bu hal maraqlı şəxs qismində çıxış edən iddiaçının hesabına düzəldilə bilməz.

10. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına uyğun olaraq əvvəlki müddət üçün alınmamış pensiya məbləği müraciət edilən tarixdən – xx.xx.2022-ci ildən (ilkin müraciət edilən tarix) əvvəlki üç illik dövr üçün ödənilməlidir. Belə ki, iddiaçının pensiyanın yenidən hesablanması ilə bağlı “Əmək pensiyalar haqqında” Qanunun 32.1-2-ci maddəsi ilə 3 illik məhdudiyyətin tətbiq olunmağa başlandığı xx.xx.2019-cu il tarixindən sonra müraciət etdiyindən və Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında da vurğulandığı kimi, Qanunun 32.1-2-ci maddəsi ilə məhz əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə əlaqədar məsələlər tənzimləndiyindən, bu halda iddiaçıya yenidən hesablanmış pensiya məbləği əvvəlki dövr üzrə üç illik müddət üçün ödənilməlidir. Yəni, iddiaçıya yenidən hesablanmış pensiya məbləğinin əvvəlki dövr üzrə məbləği xx.xx.2014cü il tarixdən deyil, müraciət etdiyi xx.xx.2022-ci il tarixdən geriyə üç il olmaqla, yəni xx.xx.2019-cu il tarixdən ödənilməlidir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Cahangir Yusifov /sədrlik edən və məruzəçi/, Pərviz Hüseynov və Şərafət Məmmədova) 22 iyun 2023-cü il tarixli, 2-1(103)-1335/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişd irilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, mübahisələndirilən dövr üzrə iddiaçının ödədiyi məcburi dövlət sosial sığorta haqlarının onun fərdi hesabına ödənilməməsinin iddiaçının deyil, məhz işəgötürənin və cavabdeh orqanın tabe olduğu üst qurumun qanunvericiliklə üzərinə düşən öhdəliyi olduğu sübuta yetirilir. Belə olan halda, həmin dövr üzrə iddiaçının ödədiyi sığorta haqqı ödənişlərinin onun pensiyasında cavabdeh tərəfindən nəzərə alınmaması onun pensiya hüququnu pozmuş olur.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətini n dəlilləri

15. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun imtina məktubunun, iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:... 1.0.2. sosial sığorta stajı (bundan sonra – sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrləri n məcmusudur;... 1.0.6. fərdi uçot – sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üçün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir; 1.0.7. fərdi hesab – dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır; 1.0.8. fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır;... 1.0.10. pensiya kapitalı – müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım h issəsində toplanan vəsaitlərin məbləğidir;... Maddə

3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər.... Maddə

21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edi lir.... Maddə

32. Əmək pensiyasının təyin edilməsi müddətləri... 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 32.1-2. Bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir.... Maddə

37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları... 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiya sının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. 18. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunu Maddə

1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:... 1.1.6. sığortaçı – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığortası və ya könüllü sığorta üzrə fəaliyyəti (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) həyata keçirən və sığorta fondlarını idarə edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və hüquqi şəxslər; 1.1.7. sığortaedənlər – Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbayca n Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər; 1.1.8. sığortaolunanlar – xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxslər;... Maddə

14. Məcburi dövlət sosial sığorta haqqı (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada) Məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (olunanın) vəsaitləri hesabına ödənilir.... Hər ay üçün hesablanmış məcburi dövlət sosial sığorta haqqı əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir.... Məcburi dövlət sosial sığorta haqları ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə, yaranmış borc məbləğləri aşağıdakı qaydada alınır: sığortaedən məcburi dövlət sosial sığorta haqlarını bu qanunla müəyyən edilmiş müddətdə ödəmədikdə, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu qanuna müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair sığortaedənə bildiriş göndərir; hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar və ya tətbiq edilmiş maliyyə sanksiyaları sığortaedən tərəfindən bildirişdə göstərilən müddətdə ödənilmədiyi halda, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı sığortaedənin cari, valyuta və digər hesablarından məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının hesabına alınması üçün banka və ya digər kredit təşkilatına icra sənədi olan sərəncam verir;... məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyaları sərəncamın banka və ya digər kredit təşkilatına daxil olduğu gündən 90 gün ərzində ödənilmədikdə, sərəncam geri qaytarılır və həmin borca görə sərəncam bir daha icraya qəbul edilmir, hə min borclar və maliyyə sanksiyaları sığortaedəndən məhkəmə qaydasında alınır;... Maddə

18. Məcburi dövlət sosial sığortası sahəsində idarəetmə (xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyada) Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı: məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir;... sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını qəbul edir; məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə maliyyə sanksiyaları tətbiq edir; məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedəni xəbərdar edir, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qald ırılmadıqda hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericilikdə müəyyən olunmuş qaydada dayandırır; ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün iddia qaldırır; Azərbaycan Respublikası Prezidentinin “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Fərmanının 2.1-ci bəndinə əsasən, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsində nəzərdə tutulmuş “məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalin in Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.

19. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli, 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə” (xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyada) 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Nazirliyin vəzifələri aşağıdakılardır:... 3.1.28-3. dövlət orqanlarından və büdcə təşkilatlarından, habelə hüquqi şəxslərdən, onların filial və nümayəndəliklərindən, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən (sığortaedənlərdən), eləcə də sığortaolunanlardan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş miqdarda məcburi dövlət sosial sığorta haqlarının toplanması na nəzarət etmək;

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməs inin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ

21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv ol unması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Hazırkı iş üzrə iddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək işlədiyi illər nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia qaldırmış, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia tələbi qismən təmi n edilərək iddiaçının xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək işlədiyi illər nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin xx.xx.2019-cu il tarixdən ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmiş, iddiaçı da həmin qərarı mübahisələndirməmişdir. Cavabdehin apellyasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən saxlamışdır. Buna görə də hazırkı kassasiya baxışının predmetini yalnız cavabdeh tərəfindən mübahisələndirilən hissə təşkil edir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri ol an həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

27. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş fak tiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

29. Hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən iş materiallarına (əməkhaqqı cədvəlləri və məcburi dövlət sosial sığortası üzrə “B1” hesabatları və sair) əsasən müəyyən edilmiş hallarına görə, iddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək Xətai rayon 34 nömrəli Uşaq musiqi məktəbində əmək fəaliyyəti ilə məşğul olmuş, əməkhaqqı almış və onun əməkhaqqından işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqları tutulmuş dur. Həmin hal cavabdeh tərəfindən mübahisələndirilmir.

30. Cavabdehin imtinasının, iddiaya qarşı etirazının, eləcə də apellyasiya və kassasiya şikayətlərinin təkrar edən dəlili ondan ibarətdir ki, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövr üzrə iddiaçının işəgötürəni tərəfindən onun əməkhaqqından tutulmuş məcburi dövlət sosial sığorta haqları Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş, bu səbəbdən də mübahisələndirilən dövr üzrə iddiaçının fərdi hesabının sığorta hissəsində hər hansı vəsait qeydə alınmamışdır.

31. Apellyasiya instansiyası məhkəməsi iş materiallarının ətraflı araşdırılması nəticəsində düzgün olaraq bu qənaətə gəlmişdir ki, mübahisələndirilən dövr üzrə iddiaçının ödədiyi məcburi dövlət sosial sığorta haqlarının onun fərdi hesabına ödənilməməsinin iddiaçın ın deyil, məhz işəgötürənin və cavabdeh orqanın tabe olduğu üst qurumun qanunvericiliklə üzərinə düşən öhdəliyi olduğu sübuta yetirilir. Belə olan halda, həmin dövr üzrə iddiaçının ödədiyi sığorta haqqı ödənişlərinin onun pensiyasında cavabdeh tərəfindən nəzərə alınmaması onun pensiya hüququnu pozmuş olur.

32. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, əməkhaqqından tutulmuş məcburi dövlət sosial sığorta haqlarının aidiyyəti üzrə ödənilməməsi və fərdi hesabında qeydə alınmaması iddiaçının pensiya hüququnu məhdudlaşdırıcı amil kimi çıxış edə, onun ziyanına şərh edilə bilməz. Əməkhaqqından tutulmuş məcburi dövlət sosial sığorta haqlarının aidiyyəti üzrə ödənilibödənilməməsinə, habelə həmin vəsaitin fərdi hesabında qeydə alınıb-alınmaması na nəzarət iddiaçının imkanları xaricində olmaqla, birbaşa olaraq səlahiyyətli inzibati orqanın məsuliyyəti çərçivəsində müəyyən edilən məsələdir.

33. Mübahisəli dövrdə qüvvədə olan və bu qərarın 18-ci bəndində göstərilən qanunvericiliyin normalarının tələbləri baxımından məcburi dövlət sosial sığorta haqlarının tutulub aidiyyəti üzrə ödənilməsi işəgötürənin – sığortaedənin, məcburi dövlət sosial sığorta haqlarının toplanmasına nəzarət etmək isə cavabdeh inzibati orqanın üst qurumu olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vəzifəsi olmuşdur. Lakin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işəgötürən (sığortaedən) üzərində məcburi dövlət sosial sığorta haqlarının ödənilibödənilməməsinə nəzarət funksiyasını icra etməmiş, son n əticədə tabeliyində olan cavabdeh inzibati orqan tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilmədiyi əsas gətirilərək iddiaçının sosial təminat hüququ məhdudlaşdırılmışdır.

34. Kollegiya həmçinin hesab edir ki, iddia tələbinə ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərindən çıxış etməklə də qiymət verilməlidir. Buna görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu mənada, nəzərə alınmalıdır ki, iddiaçıya ödənilən əmək haqqından məcburi dövlət sosial sığorta haqları tutulmuşdur. Lakin tutulmuş həmin haqların Dövlət Sosial Müdafiə Fonduna ödənilməməsi vəziyyəti iddiaçının iradəsi və hərəkətləri nəticəsində deyil, işəgötürənin və müvafiq dövlət orqanlarının öz vəzifələrini və səlahiyyətlərini lazımi qaydada icra etməməsinə görə yaranmışdır. Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı.

35. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldi yi nəticə əsaslı və düzgündür, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 21(103)-1335/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar