Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2599/2023 15.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması; ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1955-ci il, FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa gö rə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)-938/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1974-1976-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
2. İddiaçıya məxsus AT-İ seriyalı ******* saylı xx.xx.1979-cu il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1979-xx.xx.1980, xx.xx.1980- xx.xx.1982, xx.xx.1982-xx.xx.1982, xx.xx.1982-xx.xx.1983, xx.xx.1983-xx.xx.1998-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Əmək kitabçasındakı sonuncu qeydə əsasən o, xx.xx.1983cü il tarixdən xx.xx.1998-ci il tarixinədək Kürdəmir rayon Muradxan kənd “Şirvan” kolx ozunda inşaat briqadasında fəhlə işləmişdir.
3. İddiaçı cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
4. Cavabdehin iddiaçıya ünvanlanmış **********9 saylı xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi xx.xx.1979-cu il tarix0də tərtib edilmiş AT-İ № ******* saylı əmək kitabçasına və NZ № ******* saylı hərbi biletinin surətinə əsasən sığorta stajı 11 il 9 ay olmaqla, tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 12.958,50 manat olmaqla tələb olunan məbləğdən (28800 manatdan) azdır. Fondun 12 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli məktubuna əsasən xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixi nədək işlədiyi Kürdəmir rayon Muradxan kənd “Şirvan” kolxozunun arxiv sənədləri mühafizə olunması üçün Dövlət Arxivinə təhvil verilmədiyindən sözügedən dövrün araşdırılıb sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Ona xx.xx.2008-ci il tarixindən İİİ dərəcə əlilliyə görə sosial müavinət təyin olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, pensiya hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və hal-hazıradək ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırma sı:
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehə ərizə ilə müraciət edərək, ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli **********9 saylı məktubu ilə iddiaçının ərizəsi təmin edilməmişdir. cavabdehin etirazı:
7. Cavabdeh iddia tələbinə dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi xx.xx.1979-cu il tarixdə tərtib edilmiş AT-İ № ******* saylı əmək kitabçasına və HZ № ******* saylı hərbi biletin surətinə əsasən mübahisələndirilməyən sığorta stajı 11 il 9 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 12.958,50 manat olmaqla tələb olunan məbləğdən (28.800 manatdan) azdır. Fondun 12 saylı regional ərazi filialını n xx.xx.2021-ci il tarixli məktubuna əsasən xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi Kürdəmir rayon Muradxan kənd “Şirvan” kolxozunun arxiv sənədləri mühafizə olunması üçün Dövlət Arxivinə təhvil verilmədiyindən (Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli məktubu) sözügedən dövrün araşdırılıb sığorta stajına əlavə edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir (mübahisələndirilən dövr). Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığor taolunana əmək pensiyası təyin edilir. Normanın məzmunundan göründüyü kimi qanunvericilik xx.xx.2006-cı il tarixə qədər olan dövrə görə şəxsin işlədiyi illərin yalnız əmək kitabçasında olması ilə kifayətlənməyərək, əsas şərt kimi iş illərinin dövlət arxivinin arayışları ilə təsdiq olunmasını şərtləndirir. Göründüyü kimi, iddiaçının əmək kitabçasına əsasən cavabdeh tərəfindən mübahisələndirilən stajı nə Dövlət Arxivinin arayışı ilə, nə də iş üzrə digər sübutlarla təsdiqini tapır. Kürdəmir rayon Muradxan kənd “Şirvan” kolxozunun arxiv sənədləri mühafizə olunmadığından, iddiaçının həmin kolxozdakı iş stajının bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınmaqla hesablanması da mümkün deyil. Beləliklə, sadalanan səbəblərdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. məhkəmə sorğuları və cavablar:
8. Kürdəmir Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 61 №-li məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayon “Şirvan” kolxozunun şəxsi heyətə aid və ya digər sənədlər Kürdəmir rayon Dövlət Arxiv İdarəsinə təhvil verilməmişdir.
9. DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 2020-ci il tarixinə 11 il 9 ay ((9/12+11)x306=3580.2) sığorta stajına uyğun olaraq pensiya sığorta kapitalı hesablanmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
10. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixl i, 2-1(112)-7344/2022 saylı qərarı ilə iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddiası təmin edilməmişdir.
11. Məhkəmə hesab etmişdir ki, iddiaçının 64 yaş 6 ayının tamam olduğu xx.xx.2020ci il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır.
12. Məhkəmə bildirir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 12.921,4 manat olmaqla qanunvericiliyə uyğun olaraq ona münasibətdə hesablanmış tələb olunan həddən (28.800 manat) azdır. Belə olan halda, yəni qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə, ikinci şərt kimi iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır.
13. İddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1979-xx.xx.1980, xx.xx.1980xx.xx.1982, xx.xx.1982-xx.xx.1982, xx.xx.1982-xx.xx.1983, xx.xx.1983-xx.xx.1998-cü illərdə əmək fəaliyyəti ilə məşğul olmasına dair qeydlər aparılmışdır. Cavabdeh tərəfindən iddiaçının xx.xx.1979-xx.xx.1980, xx.xx.1980-xx.xx.1982, xx.xx.1982-xx.xx.1982, xx.xx.1982-xx.xx.1983-cü illərə dair iş stajı mübahisələndirilməmiş, xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixədək Kürdəmir rayon Muradxan kənd “Şirvan” kolxozunda işləməsinə dair qeydlər mübahisələndirilərək, Kürdəmir rayon Muradxan kənd “Şirvan” kolxozunun arxiv sənədləri mühafizə olunması üçün Dövlət Arxivinə təhvil verilməməsi səbəbindən sözügedən dövrün araşdırılmasının mümkün olmadığı bildirilmişdir.
14. Məhkəmə tərəfindən əmək kitabçasına baxış keçirilərkən müəyyən olunur ki, iddiaçının xx.xx.1983-cü il tarixdə Kürdəmir rayonun (latın qrafikalı əlifba ilə yazılmışdır) Muradxan kənd “Şirvan” kolxozunda inşaat briqadasına fəhlə təyin edilməsi, xx.xx.1998-ci il tarixdə X1 ləğv olunduğu üçün işdən azad edilməsi qeyd edilmişdir. Əmək kitabçasında işdən azad olunma əmri qeyd edilməmişdir. İşə qəbul edilməsi və işdən azad edilməsinə dair əmək kitabçasında əks olunan qeydlər latın qrafikalı möhür ilə təsdiq edilmişdir. 1983ci il tarixə aid olan qeydin latın qrafikalı əlifba ilə yazılması iddiaçının 1983-1998-ci illərdə həmin kolxozda işləməsi faktına əsaslı şübhələr yaradır. Azərbaycan Əlifba Komissiyasının tərtib etdiyi yeni latın qrafikalı əlifba 1991-ci ildə təsdiq edilmiş və tətbiq edilməyə başlanılmışdır. Qeyd edilənlərdən də aydın olmuşdur ki, 1991-ci il tarixdən əvvəlki dövrlərə aid qeydlərin latın qrafikalı əlifba ilə yazılması mümkün deyildir. Qanunvericilik normalarına uyğun olaraq işçinin işdən azad edildiyi gün müvafiq əmrə əsasən əmək kitabçasında qeydlər aparılaraq həmin müəssisənin möhürü ilə təsdiq edilir. İddiaçının əmək kitabçasındakı qeydlər isə həmin dövrdə mövcud olması şübhə doğuran latın qrafikalı əlifba yazılmış, həmçinin işdən azad edilməsi dair əmrin tarixi və nömrəsi əmək kitabçasınd a qeyd edilməmişdir.
15. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və 25 il sığorta stajına malik olmadığından iddia təmin edilməməlidir.
16. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-938/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia qismən təmin olunaraq iddiaçıya 64 yaş 6 aydan, yəni xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə rədd edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.1979-xx.xx.1980, xx.xx.1980-xx.xx.1982, xx.xx.1982-xx.xx.1982, xx.xx.1982-xx.xx.1983, xx.xx.1983-xx.xx.1998-cü illərdə əmək fəaliyyəti ilə məşğul olmasına dair qeydlər aparılmış, cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1979xx.xx.1980, xx.xx.1980-xx.xx.1982, xx.xx.1982-xx.xx.1982, xx.xx.1982-xx.xx.1983-cü illərə dair iş stajı mübahisələndirilməmişdir.
19. Beləliklə, hazırda cavabdeh inzibati orqan iddiaçının ümumi iş stajının 25 ildən az olması, pensiya kapitalının kifayət qədər olmaması, eləc ə də onun işlədiyi müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi səbəbindən xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixədək Kürdəmir rayon Muradxan kənd “Şirvan” kolxozunda işlədiyi dövrlərdə sosial sığorta stajının araşdırılmasının mümkün olmaması və buna görə də pensiya hüququnun yaranmaması qənaətindədir.
20. İşə birinci instansiya qaydasında baxmış məhkəmənin müvafiq sorğularına cavab olaraq təqdim edilmiş Kürdəmir Rayon Dövlət Arxivinin 61 saylı, xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayon “Şirvan” kolxozunun şəxsi heyətə aid və ya digər olan sənədlər Kürdəmir rayon Dövlət Arxiv İdarəsinə təhvil verilməmişdir.
21. DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 2020-ci il tarixinə 11 il 9 ay ((9/12+11)x306=3.580,2) sığorta stajına uyğun olaraq pensiya sığorta kapitalı hesablanmışdır. Eyni zamanda xx.xx.2006-cı il tarixindən sonrakı dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı 4.248,11 manat təşkil edir. Ümumi pensiya kapitalı 12.921,4 manat (4.248,11+8.673,29) təşkil edir.
22. Hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün məhkəmə tərəfindən X1nın yaranması, o cümlədən ləğv olunması barədə xx.xx.1998-ci il tarixli Kürdəmir rayon Aqrar İslahat Komissiyasının qərarlarının təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı məhkəmə sorğusu göndərilmişdir.
23. Həmin sorğuya cavab olaraq Kürdəmir rayo n İcra Hakimiyyəti başçısının verdiyi xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, 5 il müddəti ötmüş məlumatların əldə edilməsi üçün Kürdəmir rayon Dövlət Arxivinə müraciət edilməsi tövsiyə olunur.
24. Eyni zamanda, məhkəməyə daxil olmuş Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X1nın yaranması və ləğv olunması barədə X2 Komissiyasının qərarına dair hər hansı sənəd aşkar edilməmişdir.
25. Məhkəmə kollegiyası cavabdehin “iddiaçının işlədiyi müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi, əmək kitabçasındakı sonuncu qeydin həm latın, həm də kiril qrafikası ilə aparılması və işdən çıxma əmrinin tarixi və nömrəsinin qeyd olunmaması” barədə dəlillərinə münasibətdə qeyd edir ki, arxiv sənədlərinin saxlanılması və onun təhvil verilməsi, əmək kitabçasının qanunvericiliyin tələblərinə uyğun şəkildə doldurulması iddiaçının deyil, işlədiyi müəssisənin rəhbərliyinin səlahiyyətində olmuşdur. Həmin səlahiyyətə uyğun sənədlərin Arxivə təhvil verilməsi və əmək kitabçasının lazımi qaydada doldurulması vəzifəsinin lazımınca icra olunmaması isə iddiaçının təqsiri deyil və buna görə də yaranan məsuliyyət iddiaçının üzərinə qoyula bilməz.
26. Digər tərəfdən, iddiaçının xx.xx.1983-xx.xx.1998-ci illərdə işlədiyi müəssisənin həmin dövrdə real mövcud olmaması faktı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Qeyd olunan əmək fəaliyyəti dövründə qüvvədə olan qanunvericiliyin tələblərinə görə iş stajının hesablanması üçün əsas sənədin əmək kitabçası olduğunu nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, əmək kitabçasında a parılmış qeydlərin şübhəli olması, həqiqəti əks etdirməməsi cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən iddiaçının əmək kitabçasında qeyd olunan mübahisəli- xx.xx.1983 xx.xx.1998-ci illərdə işlədiyi dövr ona pensiya təyin edilməsi üçün iş stajına daxil edilməlidir.
27. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək qüvvədə olan qanunun tələbinə görə əmək kitabçasında qeyd olunan xx.xx.1983-xx.xx.1998-ci illər üzrə stajdan irəli gələn hüquqlarının (hazırkı halda sosial təminat hüququnun) tanınmasını tələb etmək haqqına sahibdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşd ıran müddəalar ona münasibətdə tətbiq oluna və iddiaçının artıq bunadək qazanmış olduğu hüququnun (sosial təminat tədbirinin tətbiqinin zəruri şərti kimi çıxış edən iş stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz.
28. Odur ki, iddiaçının xx.xx.1983-cü-ci il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi müddət onun iş stajına daxil edilməlidir. Belə olan halda iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan iki şərtdən biri- 25 ildən az olmayan ümumi sığorta stajına malik olması şərti ödənildiyi üçün digər şərtə- “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi” şərtinin yoxlanılmasına ehtiyac qalmır.
29. Hazırki işdə iddiaçıya yaşa görə əmək pensiya sının təyin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu cavabdeh inzibati orqan sübuta yetirə bilmir.
30. Beləliklə, apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə haqlı olmuşdur.
31. Məhkəmə kollegiyası iddiaçıya 64 yaş 6 aydan, yəni xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbinin əsaslı olub, onun təmin edilməsi qənaətinə gəlsə də, iddia “pensiyanın təyin edildiyi tarixdən ödənilməmiş məb ləğin birdəfəlik ödənilməsi” hissəsində qanunvericilikdə “birdəfəlik” ödənilmə ilə bağlı müddəa təsbit olunmadığı üçün tələb həmin hissədə əsassızdır və təmin edilə bilməz.
32. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
33. Kassasiya şikayətində qeyd edilmişdir ki, sığorta stajı 11 il 9 ay olmaqla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 12.958,50 manat olmaqla tələb olunan məbləğdən (28800 manatdan) azdır.
34. Qanunvericilik xx.xx.2006-cı il tarixə qədər olan dövrə görə şəxsin işlədiyi illərin yalnız əmək kitabçasında olması ilə kifayətlənməyərək, əsas şərt kimi iş illərinin dövlət arxivinin arayışları ilə təsdiq olunmasını şərtləndirir. Göründüyü kimi, iddiaçının əmək kitabçasına əsasən cavabdeh tərəfindən mübahisələndirilən stajı nə Dövlət arxivinin arayışı ilə, nə də iş üzrə digər sübutlarla təsdiqini tapır. 35.Həmçinin bildiririk ki, əmək kitabçasına baxış keçirilərkən müəyyən olunur ki, iddiaçının xx.xx.1983-cü il tarixdə Kürdəmir rayon (latın qrafikalı əlifba ilə yazılmışdır) Muradxan kənd “Şirvan” kolxozunda inşaat briqadasına fəhlə təyin edilməsi, xx.xx.1998-ci il tarixdə X1 ləğv olunduğu üçün işdən azad edilməsi qeyd edilmişdir. Əmək kitabçasında işdən azad olunma əmri qeyd edilməmişdir. İşə qəbul edilməsi və işdən azad edilməsinə dair əmək kitabçasında əks olunan qeydlər latın qrafikalı möhür ilə təsdiq edilmişdir. 1983ci il tarixə aid olan qeydin latın qrafikalı əlifba ilə yazılması iddiaçının 1983-1998-ci illərdə həmin kolxozda işləməsi faktına əsaslı şübhələr yaradır. Beləliklə, sadalanan səbəblərdən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
36. Apellyasiya instansiyası məhkəməsi iddiaçının əmək kitabçasının düzgün doldurulmamasında və işlədiyini iddia etdiyi müəssisənin sənədlərinin arxivə təhvil verilməməsində onun günahının olmadığını, həmçinin iddiaçının işlədiyi müəssisənin mövcud olmadığı cavabdeh orqan tərəfindən sübuta yetirilmədiyini əsas gətirərək iddia tələbini təmin etmişdir. Halbuki, cavabdeh orqan tərəfindən iddiaçının əmək kitabçasında olan qey dlərinin mötəbər olmaması sübuta yetirilmişdir. İddiaçının işlədiyi müəssisənin faktiki mövcud olub-olmamasının sübut edilməsi vəzifəsi isə cavabdeh orqana aid edilə bilməz. Həmçinin qeyd edilməlidir ki, müəssisənin faktiki olaraq mövcud olması hər hansı şəxsin orda işləməsinə dəlalət etmir. b. kassasiya şikayətinə etirazın dəlilləri
37. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 38. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.2 Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azə rbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 39.17. “Ə mək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (2007-ci il 6 mart tarixli, 260İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siya hıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 41. “İnzibati icraat haqqında” Qanun Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
42. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instans iyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
43. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
44. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq nor malarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan azı 25 il iş stajı yaranmışdır.
47. Cavabdehin mübahisələndirdiyi iş illərinə gəldikdə, iddiaçının həmin iş müddəti əmək kitabçası ilə təsdiq olunur.
48. Məhkəmə kollegiyası, nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə u yğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
49. İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur.
50. İddiaçının 2006-cı il 1 yanvar tarixədək işlədiyi müəssisələrin arxiv sənədlərinin olmaması isə iddiaçının əmək kitabçasında mübahisələndirilən illərə dair qeydlərin mötəbərliyini özü-özlüyündə aradan qaldırmır.
51. Beləliklə, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq iddiaçının əmək kitabçasındakı qeydlər üzrə əmək stajını ona əmək pensiyası təyin edilməsi üçün sosial sığorta stajına aid etmişdir. Bu səbəbdən də, cavabdehin şikayətinin dəlilləri apellyasiya instansiyas ı məhkəməsinin qərarının ləğvinə əsas vermir.
52. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-938/2023 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.