Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-26/2021 14.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin qarşı iş üzrə QƏRARİ (Açar sözlər: adın hüquqi şəxslərin dövlət reyestrdən çıxarılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Na zirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə qarşı iddiaçının adının kommersiya qurumlarının dövlət reyestrindən çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 iyun 2020-ci il tarixli 2-1(103)-384/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “xxxx” MTK təsisçiləri və nizamnamə kapitalında paylarında miqdarı: İddiaçı - 40 AZN-20%, X4 - 40 AZN-20%,, X9 - 40 AZN-20%, X6 - 40 AZN-20%, X5 - 40 AZN- 20% olmaqla yaradılmış, ümumi yığıncağın 27.04.2006-cı il tarixli qərarına əsasən İddiaçı kooperativin sədri seçilmişdir. Kommer siya təşkilatlarının dövlət reyestrindən 01.05.2006cı il tarixli 01/Ç-1657 nömrəli çıxarışa görə, “xxxx” MTK 01.05.2006-cı il tarixdə 0106P215-45745 nömrə ilə qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı 2019-cu il 26 aprel tarixdə cavabdehə qarşı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, "xxxx” MTK-nın qanuni təmsilçisi kimi adının kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o 2006-ci ildə “xxxx” MTK-nın sədri seçilmişdir. Koorperativin nizamnaməsinə uygun olaraq koorperativin sədri ümumi yığıncaq tərəfindən gizli səsvermə yolu ilə 3 il müddətinə seçilir. Lakin 2 006-ci ildən bəri koorperativin ümumi yığıncağı keçirilmədiyindən formal olaraq koorperativin sədri vəzifəsində qalmışdır.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4863/2018nömrəli 28.11.2018-ci il tarixli icra sənədinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, “xxxx” MTK-nın qanuni təmsilçisi kimi onun adının kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarılması üçün bir neçə dəfə ərizə ilə vergi orqanına müraciət etmişdir. Lakin bu günə qədər cavab ala bilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən vergi orqanı tərəfindən “xxxx” MTK-nın qanuni təmsilçisi kimi adının kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarılmalı olduğu halda, əsassız və qanunsuz olaraq bu günədək çıxarılmamışdır. 4. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 noyab r 2019-cu il tarixli 2-1(82)1965/2019 nömrəli qərarı ilə (hakim E.Mustafayev) iddia tələbi təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının kooperativin sədri kimi səlahiyyətlərinə xitam verilməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının qərarını qanunvericiliyin tələbinə müvafiq olaraq cavabdeh qeydiyyat orqanına təqdim etməsi iş materialları ilə təsdiqini tapmır, iddiaçı da bu sənədi cavabdehə təqdim etdiyini irəli sürmür, onun cavabdehə 20.04.2019-cu il tarixli ərizəsinə də ümumi yığıncağın qərarı əlavə olunmamışdır.
6. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 iyun 2020-ci il tarixli 2-1(103)-384/2020 nömrəli qərarı ilə (hakimlər V.Məmmədov (sədrlik edən və məruzəçi), E.Nağıyeva və H.Həmidov) iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 1(116)-407/2020 saylı, 20.05.2020-ci il tarixli qərarı qüvvədə saxlanılmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı kooperativ üzvlərinin ümumi yığıncağının qərarını əvəz edən sənəd kimi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4863/2018 nömrəli iş üzrə 28.11.2018-ci il tarixli qətnaməsinin cavabdehə təqdim olunmasına istinad edir ki, onun bu dəlili əsaslı deyil.
9. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏ TİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
10. Kassasiya şikayətində iddia ərizəsində göstərilən dəlillər təkrarlanmış, əlavə olaraq qeyd olunmuşdur ki, Nərimanov Rayon Məhkəməsinin 28 noyabr 2018-il tarixli qətnaməsində də qeyd edildiyi kimi İddiaçı təsisçilərlə əlaqəsi olmadığından koperativin ümumi yığıncağının keçirilməsi mümkünsüzdür. Koperativin ümumi yığıncağının keçirilməsi mümkün olsaydı nəyə görə iddiaçının əmək müqaviləsinə məhkəmə qətnaməsi əsasında xitam verilərdi? (əmək müqaviləsinə xitam verilməsinə dair əmrin hazırlanıb verilməsi vəzifəsini məhkəmə «cavabdehlər X1, X3 və X10 üzərinə qoymuşdur). İcra mərhələsində koperativin ümumi yığıncağının keçirilməsi onun üzvlərinin sayının az olması səbəbindən y ığıncağın səlahiyyətli hesab olunması qeyri-mümkün olduğundan, məhkəmə tərəfindən üzərinə öhdəlik qoyulan şəxslərdən ikisinin razılğı ilə əmək müqaviləsinə xitam verilmişdir. Çünki, iclasın səlahiyyətli sayılması üçün lazım olan şəxslərdən biri vəfat etmişdir və iki nəfər isə xarici ölkədədir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi qanuni əsaslarla həyata keçirildiyi üçün cavadeh onun adının fəaliyyəti uzun müddət dayandırılmış kooperativin təmsilçisi kimi kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarılmalıdır. Əks təqdirdə bu halın özü belə qanuna ziddir. b. Kassasiya şikayətinə qarşı etiraz
11. Kassasiya şikayətlərinə dair etiraz təqdim edilməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iddiaçı və onun vəkili kassasiya şikayətinin məz mununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər.
13. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 111.3 Kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyəti. 111.3.1. kooperativin nizamnaməsini dəyişdirmək; 111.3.2. kooperativin müşahidə şurasını yaratmaq və onun üzvlərini n səlahiyyətlərinə xitam vermək, habelə kooperativin icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə xitam vermək, bir şərtlə ki, kooperativin nizamnaməsinə görə bu hüquq onun müşahidə şurasına verilmiş olmasın; 111.3.3. kooperativ üzvlərini qəbul etmək və çıxarmaq; 111.3.4. kooperativin illik hesabatlarını və maliyyə hesabatlarını təsdiq etmək və zərəri bölüşdürmək; 111.3.5. kooperativin yenidən təşkili və ləğvi haqqında qərar qəbul etmək; 111.3.5-1. bu Məcəllənin 49-1.2-ci maddəsində nəzərdə tutulmuş əqdlərin bağlanması haqqında qərar qəbul etmək; 111.3.6. kooperativin nizamnaməsi ilə ümumi yığıncağın müstəsna səlahiyyətinə başqa məsələlərin həlli də aid edilə bilər.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həd dində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 16. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanun: Maddə 9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. 9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli v ə həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. 9.2-1. Bu Qanunun 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş hərəkətlərin edilməsi tələb olunmadan kommersiya qurumları və publik hüquqi şəxslər üzrə aşağıdakı məlumatlar birbaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilərək qeydiyyata alınır: 9.2-1.1 müvafiq icra hakimiyyəti orqanının aktları ilə təsis sənədlərində və qeydə alınmış faktlarda edilmiş dəyişikliklər; 9.2-1.2. qeydə alınmış faktlarda şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlarda dəyişikliklər. 9.2-2. Bu Qanunun 9.2-1.1-ci maddəsində qeyd edilən məlumat müvafiq icra hakimiy yəti orqanının aktları əsasında, 9.2-1.2-ci maddəsində qeyd edilən məlumat isə müvafiq icra hakimiyyəti orqanından onlayn rejimdə əldə edilir və 5 gün müddətində qeydiyyata alınır. 9.3. Bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. 9.4. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və yeni qərar çıxarılmaqla iddia təmin olunmalıdır.
20. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş halları ondan ibarətdir ki, kommersiya təşkilatlarının dövlət reyestrindən 01.05.2006-cı il tarixli 01/Ç-1657 nömrəli çıxarışa görə, “xxxx” MTK 01.05.2006-cı il tarixdə 0106-P215-45745 nömrə ilə qeydiyyata alınmışdır. Təsisçiləri və nizamnamə kapitalında paylarında miqdarı: İddiaçı - 40 AZN20%, X4 - 40 AZN-20%, X9 - 40 AZN-20%, X6 - 40 AZN-20%, X5 - 40 AZN- 20% göstərilmişdir. Ümumi yığıncağın 27.04.2006-cı il tarixli qərarına əsasən İddiaçı ko operativin sədri seçilmişdir.
21. Həmçinin məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4863/2018 nömrəli iş üzrə 28.11.2018-ci il tarixli qətnaməsi ilə cavabdehlər X1, X2 və X11 ümumi yığıncağı keçirilməklə İddiaçı işdən azad olunması ilə bağlı məsələnin müzakirə edilməsinə dair olan hərəkətsizliyi qanunsuz hesab edilmiş, İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin hazırlanıb verilməsi vəzifəsi cavabdehlərin üzərinə qoyulmuşdur. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 08.02.2019-cu il tarixli qərarına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4863/2018 nömrəli iş üzrə 28.11.2018-ci il tarixli icra sənədinə xitam verilmişdir.
22. İşə baxmış apelyasiya instansiyası məhkəməsi qərarının əsaslandırıcı hissəsində qeyd etmişdir ki, iddiaçının, onun kooperativin sədri kimi səlahiyyətlərinə xitam verilməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının qərarını qanunvericiliyin tələbinə müvafiq olaraq cavabdeh qeydiyyat orqanına təqdim etməsi iş materialları ilə təsdiqini tapmır, iddiaçı da bu sənədi cavabdehə təqdim etdiyini irəli sürmür, onun cavabdehə 20.04.2019cu il tarixli ərizəsinə də ümumi yığıncağın qərarı əlavə olunmamışdır. O, kooperativ üzvlərinin ümumi yığıncağının qərarını əvəz edən sənəd kimi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4863/2018 nömrəli iş üzrə 28.11.2018-ci il tarixli qətnaməsinin cavabdehə təqdim olunmasına istinad edir ki, onun bu dəlili əsaslı deyil. Belə ki, İPM-in 1.2-ci maddəsindən göndərişlə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
23. Kollegiya belə nəticəyə gəlir ki, məhkəmənin bu əsaslandırması tam olmamaqla yanaşı qanunun mənasına uyğun deyildir.
24. İlk növbədə qeyd olunmülıdır ki, hüquqi şəxslərin dövlət reyestri dedikdə, Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlə r) məcmusu başa düşülür. 25. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsi hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınmasını tələb edir.
26. Bu normanın təhlili oni deməyə əsas verir ki, hüquqi şəxsə dair qeydə alınmış hər hansı məlumatların dəyişməsi, bu dəyişikliyin qeydiyyata alınmasına səbəb olan hüquqi faktdır. Hüquqda faktlar dedikdə, hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. İş materiallarından göründüyü kimi iddiaçı artıq “xxxx” MTK-nın sədri deyildir. Bu, hüquqi şəxsin rəhbəri barədə məlumatın dəyişdirilməsi üçün qanunla müəyyən olunan hüquqi faktdır.
27. Məhkəmənin bu halı təsdiq edən sübut kimi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4863/2018 nömrəli iş üzrə 28.11.2018-ci il tarixli qətnaməsini qəbul etməməsi, məsələyə formal yanaşmadır. Əvvəla məhkəmə aktının qanuni qüvvəyə minməsi həmin qətnamə ilə müəyyən edilmiş faktların təkzibedilməzliyi, müstəsnalığı və məhkəmə aktının məcburiliyi kimi hüquqi nəticə törədir.
28. Bundan başqa, nəzərə alınmalıdır ki, reyestr məlumatları formal vəziyyəti, deyil, hüquqi şəxslərə münasibətdə real olan, qeydiyyat məlumatlarında hüquqi cəhətdən işlək vəziyyətin əks etdirilməsinə xidmət edir. Bu baxımdan işin halları təhlil edildikdə görünür ki, MTK-nin nizamnaməsində kooperativin sədri 3 il müddətinə seçilir. İddiaçının 200 6-cı ildə seçilməsindən 3 il sonra yenidən kooperativin sədri seçilməsi barədə heç bir sübut yoxdur. İşin təkcə bu halı özlüyündə, 3 illik müddət qurtardıqdan sonra iddiaçının reyestrdə kooperativin sədri kimi məlumatların qalmasının hüquqi əsası ilə bağlı sual yaradır. Nizamnamədə və qanunda kooperativin sədrinin səlahiyyət müddəti bitdikdən sonra onun səlahiyyətinin uzadılması barədə göstəriş yoxdur. Bu o qənaətə gəlməyə əsas verir ki, kooperativin sədri kimi iddiaçının barəsində qeydin reyestrdə qalmasının hüquqi əsası yoxdur.
29. Yuxarıda göstərilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 iyun 2020-ci il tarixli 2-1(103)-384/2020 nömrəli qərarı ləğv edilsin. İd