Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-26/2022 02.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (hərbi qulluqçu kimi pensiya alan ədliyyə orqanları işçilərinə əlavə haqqın hesablanması) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar olaraq onlara əlavə haqqın verilməsi qaydası haqqında” 29 may 2008-ci il tarixli 123 saylı Qərarın qüvvəyə mindiyi tarixdən ona şamil edilərək əlavə haqqın hesablanaraq hissə-hissə və yaxud birdəfəlik verilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)958/2021 nömrəli iş üzrə 09.08.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1958-ci il tarixdə Ağdam rayonu, Maqsudlu kəndində doğulmuşdur, eyni ünvanda qeydiyyatdadır. Əmək kitabçasından müəyyən edilir ki, iddiaçı N saylı hərbi hissənin N nömrəli əmrinə əsasə n 07.04.1979-cu il tarixdə N saylı hərbi hissədə nəzarətçi təyin olunmuş, 365 ş/h saylı, 05.07.1997-ci il tarixli əmrə əsasən 01.07.1997-ci il tarixdən MQİBİ-nin 7 saylı KM-nın nəzarətçi vəzifəsinə təyin olunmuş, 598 ş/h saylı, 22.07.2005-ci il tarixli əmrə əsasən həmin tarixdən böyük nəzarətçi vəzifəsinə təyin olunmuş, 21.02.2007-ci il tarixli, 141 ş/h saylı əmrlə həmin tarixdən Penitensiar Xidmətin 7 saylı MTCM-nin rəisinin nəzarətçilər xidməti üzrə köməkçisi vəzifəsinə təyin edilmiş, 49 ş/h saylı, 25.01.2008-ci il tarixli əmrə əsasən Penitensiar Xidmətin sərəncamına götürülmüş, 379 ş/h nömrəli, 25.04.2008-ci il tarixli əmrə əsasən həmin tarixdən 7 saylı MTCM-nin böyük nəzarətçi vəzifəsinə təyin edilmiş, 107 ş/h saylı, 03.03.2010-cu il tarixli əmrə əsasən həmin tarixdən “Ədliyyə orqanlar ında qulluq keçmə haqqında” Qanunun 40.1.10-cu maddəsinə müvafiq olaraq (qulluqda olmanın son yaş həddinə çatdıqda) pensiyaya çıxmaqla tutduğu vəzifədən azad olunaraq ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir.
2. İddiaçıya məxsus pensiya işi materiallarında olan sənədlərdən müəyyən edilir ki, iddiaçıya DSMF-nin Xətai rayon şöbəsinin 01.04.2010-cu il tarixli qərarına əsasən 2010-cu ilin mart ayından etibarən əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin məlumat vərəqəsinə əsasən İddiaçı Xidmətdə son vəzifəsi 7 saylı MTCM-nin böyük nəzarətçisi, sonuncu rütbəsi isə ədliyyə baş giziri olmuş, təqvimi xidmət illəri 32 il, 11 ay, 02 gün təşkil etmişdir. Ona xidmət illərinə görə 50 faiz əlavə haqq hesablanıb ödənilmişdir.
3. Cava bdeh 26.12.2019-cu il tarixli məktubla iddiaçının 05.12.2019-cu il tarixli ərizəsinə cavab olaraq bildirmişdir ki, “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Qanunun 33.1-ci maddəsinin birinci cümləsinə uyğun olaraq Penitensiar Xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara, mülkı işçilərə və hərbi qulluqçulara bölünür. Qanunun 33.2-ci maddəsinə görə Penitensiar Xidmətin xüsusi rütbəsi olan əməkdaşları və mülki işçiləri ədliyyə orqanlarının işçiləridir (göründüyü kimi, Penitensiar Xidmətin hərbi qulluqçuları ədliyyə orqanlarının işçiləri sırasına aid edilmir). Həmin Qanunun 35.2-ci maddəsinə əsasən Penitensiar Xidmətdə hərbi qulluqçuların, o cümlədən, müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçmə qaydaları “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Qanunlar, “Hərbi qulluqçular haqqında” Əsasnamə, “Azərbaycan Respublikası Silahlı X1” və digər normativ hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli, 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın 1-ci bəndində yalnız ədliyyə orqanları işçilərinin (xüsusi rütbəsi olan əməkdaşların və mülki işçilərin) qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi məsələsi tənzimləndiyindən sözügedən Qaydanın iddiaçının əmək pensiyasının hesablanması zamanı tətbiq edilməsi mümkün hesab olunmur. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Bakı İnzibati Məhkəməsinə (bundan s onra mətndə-birinci instansiya məhkəməsi) iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar olaraq onlara əlavə haqqın verilməsi qaydası haqqında” 29 may 2008-ci il tarixli, 123 saylı Qərarın qüvvəyə mindiyi tarixdən ona şamil edilərək əlavə haqqın hesablanaraq hissə-hissə və yaxud birdəfəlik verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 07.04.1979-cu il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində işə qəbul olunmuş, həmin nazirlikdə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində kiçik və böyük rəis heyəti üzrə müxtəlif vəzifələrdə işl əmişdir. 03.03.2010-cu ildən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 7 saylı MTCM-dən pensiyaya çıxmışdır. Xidmət illəri 32 il 11 ay 2 gün, güzəştli xidmət illəri 13 il 10 ay 5 gün, cəmi xidmət illəri 46 il 9 ay 7 gün təşkil etmişdir. Lakin ona Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi rütbəli əməkdaşı kimi qulluq illərinə görə 50 faiz əlavə verilmir.
6. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia mümkünsüz sayılmalıdır. Belə ki, iddiaçı ona qulluq illərinə görə 50 faiz əlavənin verilmədiyini iddia etmişdir. Halbuki, həmin məbləğ iddiaçıya ödənilir. Belə ki, iddiaçıya 04 mart 2010-ci il tarixdən cavabdeh tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla 01.09.20 19-cu il tarixdən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən cavabdehə təqdim olunmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən, iddiaçının sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun olaraq vəzifə maaşı 358.00 manat, rütbə maaşı 127.00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşlarının 50 faizi miqdarında əlavəsi – 242.50 manat, usta məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 89.50 manat, ərzaq payı əvəzinə kompensasiya 64.00 manat olmaqla iddiaçının təminat xərcliyi 881.00 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci və 20.15-ci maddələrinin tələblərinə uyğun olaraq 46 il, 9 ay, 7 gün xidmət müddətinə görə iddiaçıya təminat xərcliyinin 100 faizi miqdarında əmək pen siyası təyin edilmişdir. Göründüyü kimi iddiaçı xidmət illərinə görə 50 faiz əlavə haqq almışdır. İddiaçıya xidmət illərinə görə əlavənin məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifələrinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Qərarına uyğun olaraq müəyyənləşdirilmişdir. Belə ki, həmin qərara əsasən 30 ildən yuxarı iş stajına görə əlavənin məbləği vəzifə və rütbə maaşları cəminin 50 faizi məbləğində müəyyənləşdirilir. Göründüyü kimi iddiaçıya xidmət illərinə görə 50 faiz əlavə məbləğ ödənilir. Sonda iddianın mümkünsüz sayılması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
7. Birinci instansiya məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2-1(112)3031/2020 nömrəli (hakim X3) qərarı ilə iddia tələbi qismən təmin edilərək “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli, 123 nömrəli Qərarının iddiaçıya şamil edilməsi, onun əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş 37.7-ci maddəsində göstərilmiş müddət üzrə həmin Qanunun 37.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla yenidən hesablanması, bu hesablama zamanı fərq məbləği yaranacağı halda, həmin fərq məbləğinin “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş 37.7-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı MTCM-də nəzarətçi vəzifəsində-xüsusi rütbədə qulluqda olmaqla təqaüdə çıxmış və hazırda pensiyaçıdır. Cavabdeh tərəf iddiaçının hərbi qulluqçu olmasını iddia etmiş olsa da, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qanunvericilik Penitensiar Xidmətin xüsusi rütbəsi olan əməkdaşlarını ədliyyə orqanlarının işçiləri hesab etmişdir. İddiaçı xüsusi rütbə nəzərdə tutan vəzifələrdə çalışmış olduğundan “Ədliyyə orqanlarının işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli, 123 saylı qərarı ona da şamil edilməlidir.
9. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməs ini və iddianın rədd olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 avqust 2021-ci il tarixli, 2-1(103)-958/2021 nömrəli (hakimlər X5 - sədrlik edən və məruzəçi, X4 və X2) qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunaraq iddia rədd edilmişdir.
11. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçıya hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxs kimi, yəni təminat xərcliyinin 100% miqdarında əmək pensiyasının təyin edilməsi pensiya işində olan 16.03.2010-cu il tarixli Məlumat vərəqi ilə təsdiq olunur. Bundan əlavə, həm 16.03.2010-cu il tarixli Məlumat v ərəqi, həm də Pensiyanın yenidən hesablanması haqqında 23.12.2013-cü il tarixli qərardan məlum olur ki, iddiaçı hazırda xidmət illərinə görə vəzifə və rütbə maaşlarının 50 faizi miqdarında əlavəni alır və əvvəllər də almışdır. Bu isə da o deməkdir ki, hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxs statusunda xidmət illərinə görə vəzifə və rütbə maaşlarının 50 faizi miqdarında əlavəni alan iddiaçı bu dəfə belə statusu olmayan (hərbi qulluqçulara bərabər tutulmayan) xüsusi rütbəli şəxslərə “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” ilə tanınan üstünlüklərdən də, yəni eyni güzəştdən qanunsuz olaraq ikinci dəfə istifadə etmək istəyir.
12. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
13. İddiaçının pensiyasının məbləğinə “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar əlavə haqqın verilməsi Qaydası”nın İİİ hissəsinin 3.1 ci bəndində göstərilən 30 ildən yuxarı qulluq illərinə görə 50 faiz hesablanmamışdır. “Qayda”nın İİİ hissəsinin 3.1-ci bəndinə əsasən qulluq illərinə görə verilən əlavə haqq vəzifə maaşından və xüsusi rütbəyə görə əlavədən hesablanır və 30 ildən yuxan qulluq illərinə görə 50 faiz məbləğində ödənilir. İddiaçının iddia tələbi bu məbləğin hesablanması və ödənilməsi ilə əlaqədardır.
14. Apelyasiya instansiyası məhkəməsi iddiaçıya əmək pensiyası təyin edilməsinə dair 01.0 4.2010 tarixli və pensiyanın yenidən hesablanması haqqında 23.12.2013-cü il tarixli qərarlara istinad etmiş, lakin pensiyanın məbləğinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli, 123 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar əlavə haqqın verilməsi Qaydası”nın İİİ hissəsinin 3.1-ci bəndində göstərilən 30 ildən yuxarı qulluq illərinə görə 50 faiz hesablanmadığına əhəmiyyət verməmiş, sonrakı dövrdə pensiyanın məbləğinin artırılmasını, həmin məbləğin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli, 123 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar əlavə haqqın verilməsi Qaydası”nın İİİ hissəsinin 3.1- ci bəndində göstərilənlərə uyğun olub-olmadığını araşdırmamış, pensiyanın sonrakı hesablanmasına dair sənədləri cavabdehdən tələb etməmiş, İPM-in 12, 48-ci maddələrinin tələbini yerinə yetirməmişdir.
15. İddiaçının hərbi qulluqçu statusunda pensiyaya çıxması barədə məhkəmənin gəldiyi nəticə də səhvdir. 16. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 33.1-ci maddəsinə əsasən penitensiar xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara, mülki işçilərə və hərbi qulluqçulara bölünür. Həmin Qanunun 33.4-cü maddəsinə əsasən hərbi qulluqçular penitensiar müəssisələrin mühafizəsi və penitensiar müəssisələrdə saxlanılan şəxslərin müşayiəti üçün təşkil edilmiş penitensiar xidmətin xüsusi bölmələrində xidmət keçirlər.
17. İddiaçı Penitensiar Xidmətin Xüsusi rütbəli əməkdaşı olmuşdur və hərb i qulluqçu statusu ona aid deyildir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmuşdur. Etirazda kassasiya şikayətinin təmin olunmaması və apelyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
19. Kassasiya mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
20. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Qanun: Maddə
1. Əsas anlayışlar 1.0.3. hərbi qulluqçular - Azərbaycan Respublikası Silah lı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Maddə
20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla. 20.15. Bu maddədə göstərilən qaydada hesablanan əmək pensiyasına əlavənin əmək pensiyası ilə birlikdə məbləği müvafiq təminat xərcliyindən artıq ola bilməz. 22. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: Maddə
161. Həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istef aya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Ali Məhkəmənin İnzibati Kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İn san hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
26. Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
27. Hazırkı mübahisəyə münasibətdə iddiaçının kassasiya şikayətinin dəlilləri pensiya hesablanarkən onun pensiyasının məbləğinə “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar əlavə haqqın verilməsi Qaydası”nın İİİ hissəsinin 3.1-ci bəndində göstərilən 30 ildən yuxarı qullu q illərinə görə 50 faiz əlavənin hesablanmaması, Penitensiar Xidmətin xüsusi rütbəli əməkdaşı kimi ədliyyə orqanının işçisi olması, hərbi qulluqçu statusunun ona aid olmaması ilə bağlıdır.
28. Bununla əlaqədar işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, qulluq illərinə görə 50 faiz əlavə iddiaçıya ödənilir. Belə ki, iddiaçıya 04 mart 2010-ci il tarixdən cavabdeh tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla 01.09.2019-cu il tarixdən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən cavabdehə təqdim edilmiş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən iddiaçının sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun olaraq vəzifə maaşı 358.00 manat, rütbə maaşı 127.00 mana t, xidmət illərinə görə vəzifə və rütbə maaşlarının 50 faizi miqdarında əlavəsi – 242.50 manat, usta məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 89.50 manat, ərzaq payı əvəzinə kompensasiya 64.00 manat olmaqla, iddiaçının təminat xərcliyi 881.00 manat təşkil etmişdir. 29. “Əmək pensiyaları haqqında” Qanununun 20.14.1-ci və 20.15-ci maddələrinin tələblərinə uyğun olaraq 46 il, 9 ay, 7 gün xidmət müddətinə görə iddiaçıya təminat xərcliyinin 100 faizi miqdarında əmək pensiyası təyin edilmişdir. İddiaçıya xidmət illərinə görə əlavənin məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Qərarına uyğun olaraq müəyyənləşdirilmişdir.
30. Azərbaycan Respubli kası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında 17 fevral 1994-cü il tarixli, 67 saylı qərarına 2 saylı əlavədə Azərbaycan Respublikası hərbi qulluqçularına xidmət illərinə əsasən verilən əlavələrin məbləği 30 ildən yuxarı iş stajına görə vəzifə və rütbə maaşlarının 50 faizi qədərində müəyyən olunmuşdur. İddiaçıya xidmət illərinə görə 50 faiz əlavə məbləğin ödənildiyi iş üzrə materiallarla təsdiq olunur.
31. Bununla belə, iddiaçı hərbi qulluqçulara xidmət illərinə görə vəzifə və rütbə maaşlarının 50 faizi miqdarında ödənilən əlavəni almasına rəğmən, eyni zamanda belə statusu olmayan (hərbi qulluqçulara bərabər tutulmayan) xüsusi rütbəli şəxslərə “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hes ablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” ilə nəzərdə tutulmuş mahiyyətcə eyni güzəştin təkrarən ona tətbiq olunmasını tələb edir.
32. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçıya hərbi qulluqçu kimi pensiya təyin etməsi barədə cavabdehin ona əmək pensiyası təyin edilməsi haqqında 01.04.2010-cu il tarixli qərarı (inzibati akt) qüvvədə olduğu və həmin qərara əsasən qeyd olunan əlavəni aldığı üçün, iddiaçıya “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar əlavə haqqın verilməsi Qaydası”nın İİİ hissəsinin 3.1-ci bəndində göstərilən 30 ildən yuxarı qulluq illərinə görə 50 faiz əlavə yenidən hesablana bilməz. Bu baxımdan iddiaçıya həm “Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndiri lməsi haqqında” Nazirlər Kabinetinin 17 fevral 1994-cü il tarixli, 67 saylı qərarına 2 saylı əlavədə nəzərdə tutulmuş hərbi qulluqçulara 30 ildən yuxarı xidmət illərinə əsasən vəzifə və rütbə maaşlarının 50 faizi qədərində müəyyən olunmuş əlavənin, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli, 123 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar əlavə haqqın verilməsi Qaydası”nın İİİ hissəsinin 3.1-ci bəndində göstərilən 30 ildən yuxarı qulluq illərinə görə 50 faiz əlavənin eyni vaxtda təkrarən hesablanması istisna olunmalıdır.
33. Nəzərə almaq lazımdır ki, “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar əlavə haqqın verilməsi Qaydası”nın İİİ hissəsinin 3.1-ci bəndinin (30 ildən yuxarı qulluq illərinə görə 50 faiz əlavənin) iddiaçıya tətbiq edilməsi, yalnız ona hərbi qulluqçu kimi pensiya təyin edilməsi barədə pensiya orqanının 01.04.2010-cu il tarixli müvafiq qərarının (inzibati aktın) ləğv olunduğu və Penitensiar Xidmətin xüsusi rütbəli əməkdaşı kimi ədliyyə orqanının işçisi qismində ona pensiya təyin olunduğu təqdirdə mümkün ola və ədliyyə orqanları işçilərinə 30 ildən yuxarı qulluq illərinə görə nəzərdə tutulan 50 faiz əlavə ödənilə bilər.
34. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən, hazırkı mübahisəyə münasibətdə “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar əlavə haqqın verilməsi Qaydası”nın ona tətbiq olunmasını və bunun üzərindən əlavə haqqın hesablanmasını tələb et məkdə iddiaçı haqlı sayıla bilməz. Odur ki, cavabdehin imtinası mahiyyətcə qanunauyğun olmuş və iddiaçının hüquqlarının pozulması ilə (İPM-in 73.1-ci maddəsi) nəticələnməmişdir.
35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.08.2021-ci il tarixli, 21(103)-958/202