Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-26/2024 24.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi, operativ vergi nəzarəti, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin (VÖEN: **********) cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğvi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2023-cü il tarixli, 2-1(103)1277/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh tərəfindən “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********9744 nömrəli qərara əsasən iddiaçıya məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül şosesi, 3-cü Köndələn küçəsi, 2090-cı məhəllədə yerləşən obyektdə (Anbar: 140598371-15001) malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmış və bununla bağlı məlumatlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilmişdir. 2. “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron-qaimə faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2021-ci il tarixli, DVX 001856 nömrəli aktda qeyd edilmişdir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2021-ci il tarixdə qeyd edilən obyektdə (ünvan 1 ünvanında) mallar sayıldı, alış qiymətinə əsasən 654825,24 manatlıq malın olduğu müəyyən olundu. YGB invoysları, alış aktları və elektron-qaimə fakturalarına əsasən üzləşmə aparıldı, həmin mallardan 521284,83 manatı sənədlərlə öz təsdiqini tapmadı. Bununla əlaqədar, Azərba ycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 71-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə iddiaçı barəsində Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən 52124,88 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. 3. xx.xx.2021-ci il tarixli, DVX 001356 nömrəli siyahıya əsasən, sözügedən operativ vergi nəzarəti zamanı iddiaçıya məxsus qeyd edilən obyektdə müxtəlif ölçülərdə “Yapışqanlı faner” müəyyən olunmuşdur. Belə ki, həmin siyahıya uyğun olaraq elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi əsasında alınmayan mallar kimi – “Yapışqanlı faner 4 mm” dəyəri 10259,38 manat; “Yapışqanlı faner 5 mm” dəyəri 3006,66 manat, “Yapışqanlı faner 11,4 mm” dəyəri 106496,20 manat; “Yapışqanlı faner 12 mm” dəyəri 82971,07 manat; “Yapışqanlı faner 15 mm” dəyəri 67880, 79 manat; “Yapışqanlı faner 21 mm” dəyəri 2472,53 manat; “Yapışqanlı faner 25 mm” dəyəri 1349,29 manat; “Yapışqanlı faner 27 mm” dəyəri 1108,84 manat; “Yapışqanlı faner 35 mm” dəyəri 1174,15 manat; “Plitə (OSB) 9 mm” dəyəri 14313,35 manat; “Yapışqanlı faner 12 mm” dəyəri 147562,47 manat; “Yapışqanlı faner 11,1 mm” dəyəri 8497,46 manat; “Balka H20 dirək profil 2,5 mm” dəyəri 19133,02 manat; “Balka H20 dirək profil 2,9 mm” dəyəri 24280,41 manat; “Balka H20 dirək profil 2 mm” dəyəri 13143,90 manat; “Balka H20 dirək profil 3,6 mm” dəyəri 12029,06 manat və “Balka H20 dirək profil 1,95 mm” dəyəri 5606,25 manat olmaqla, cəmi 521284,83 manatlıq mal müəyyən edilmişdir.
4. İddiaçının icraçı direktoru tərəfindən imzalanmış və operativ vergi nəzarəti zamanı təqdim edilmiş siyahıya əsasən, iddiaçıya məxsus qeyd edilən obyektdə müvafiq cədvələ uyğun olaraq müxtəlif ölçüdə cəmi 16288,09 m3 mal olduğu qeyd edilmişdir.
5. Operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2021-ci il tarixli, DVX 001856 nömrəli akta uyğun olaraq “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********6832 nömrəli qərara əsasən, iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2 -ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 52128,48 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********6832 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi orqanının xx.xx.2021-ci il tar ixli qərarı ilə iddiaçıya məxsus obyektdə yoxlama keçirilmiş, lakin nəticəsi barədə akt təqdim edilməmişdir. Cavabdehin əməkdaşları xx.xx.2021 tarixdə yenidən eyni məzmunda yoxlama üçün gəlmişlər. Həmin yoxlamanın nəticəsinə dair təqdim edilmiş aktla isə iddiaçı razı olmamış və həmin aktın imzalanmasından imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********6832 nömrəli qərarı qanunsuz və əsassız olaraq qəbul edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.5-cü maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyə n edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən vergi or qanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
8. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, cavabdehin xx.xx.2021ci il tarixli, **********9744 nömrəli qərarına əsasən iddiaçıya münasibətdə malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məqsədi ilə xx. xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək operativ vergi nəzarəti tədbiri keçirilmişdir. xx.xx.2021-ci il tarixli, **********9758 nömrəli tələbnaməyə əsasən operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi iddiaçıdan tələb edilmişdir. Keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2021-ci il tarixli, DVX 001856 nömrəli akta əsasən iddiaçıya məxsus ünvan 1də yerləşən topdansatış obyektində operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı vergi orqanı əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə saat 16:20-də alış qiymətinə əsasən ümumi dəyəri 2048455,38 manat məbləğində mal qalığının olduğu müəyyən edilmiş, iddiaçının elektron qaimə fakturasına, idxal gömrük bəyannaməsi və alış aktlarına əsasən üzləşdirilmə aparılmış, nəticədə 521248,83 manat dəyərində malların sənədlərlə əksini tapmadığı müəyyən edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********6832 nömrəli qərarına əsasən, iddiaçı Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olma dığına görə 52128,48 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmiş və ondan xx.xx.2022-ci il tarixədək həmin məbləğin büdcəyə ödənilməsi tələb edilmişdir. Göründüyü kimi, iddiaçının iddia ərizəsində qeyd etdikləri işin faktiki hallarını əks etdirmədiyindən və formal mülahizələrdən ibarət olduğundan təmin edilə bilməz. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Həmin Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifə sidir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir.
9. İş üzrə birinci instansiya məhkəməsinin iclasında izahat verən yoxlayıcı vergi xidməti müşaviri X1 bildirmişdir ki, mallar iddiaçının icraçı direktoru tərəfindən imzalanmış və operativ vergi nəzarəti zamanı təqdim edilmiş siyahıya uyğun olaraq yerində yoxlandı və malların üzərində ölçüləri haqqında məlumat olduğu üçün yoxlama zamanı hər hansı qarışıqlıq yarada biləcək hal olmadı. İdxal gömrük bəyannaməsində, eləcə də alış aktlarında və mal qalığı üzrə bütün mallar ölçüləri ilə təqdim olunub. Odur ki, hesablama sadə riyazi metodla aparılıb. Belə ki, il ərzində idxal olunmuş mallarla bazardan alış aktı əsasında alınan mallar və ilin sonuna qalıq mall ar toplandıqda aktda qeyd edilən cədvələ uyğun olaraq elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi əsasında alınmayan mallar kimi – “Yapışqanlı faner 4 mm” dəyəri 10259,38 manat; “Yapışqanlı faner 5 mm” dəyəri 3006,66 manat, “Yapışqanlı faner 11,4 mm” dəyəri 106496,20 manat; “Yapışqanlı faner 12 mm” dəyəri 82971,07 manat; “Yapışqanlı faner 15 mm” dəyəri 67880,79 manat; “Yapışqanlı faner 21 mm” dəyəri 2472,53 manat; “Yapışqanlı faner 25 mm” dəyəri 1349,29 manat; “Yapışqanlı faner 27 mm” dəyəri 1108,84 manat; “Yapışqanlı faner 35 mm” dəyəri 1174,15 manat; “Plitə (OSB) 9 mm” dəyəri 14313,35 manat; “Yapışqanlı faner 12 mm” dəyəri 147562,47 manat; “Yapışqanlı faner 11,1 mm” dəyəri 8497,46 manat; “Balka H20 dirək profil 2,5 mm” dəyəri 19133,02 manat; “Balka H20 dirək profil 2,9 mm” dəyəri 24 280,41 manat; “Balka H20 dirək profil 2 mm” dəyəri 13143,90 manat; “Balka H20 dirək profil 3,6 mm” dəyəri 12029,06 manat və “Balka H20 dirək profil 1,95 mm” dəyəri 5606,25 manat olmaqla, cəmi 521284,83 manatlıq mal müəyyən edilmişdir. Yəni idxal edilmiş və satın alınmış mallarla satılmış mallar və mövcud mal qalığı müqayisə edilərkən faktiki olaraq qeyd edilən artıq mallar müəyyən edilmişdir ki, həmin malların elektron qaimə- faktura, idxal gömrük bəyannaməsi əsasında alınmasına dair sənədlər təqdim edilməmişdir. Vergi ödəyicisinin elektron qaimə fakturasına, idxal gömrük bəyannaməsi və alış aktlarına əsasən üzləşdirilmə aparılmış, nəticədə 521284,83 manat dəyərində malların sənədlərlə əksini tapmadığı müəyyən edilmişdir
10. Bakı İnzibati Məhkəməsinin (hakim: Günel Sevdimalıyeva) 03 noya br 2022-ci il tarixli, 2-1(112)-6507/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərarda göstərilən sənədlərlə təsdiqlənməyən malların mövcudluğu məhz iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilən anbardakı malların siyahısına uyğun olaraq üzləşdirilərək müəyyən edilmişdir. İddia tələbində qərarın qanunsuz və əsassız olduğu bildirilsə də, qanunsuzluğun nədə ifadə olunduğuna dair dəlillər nə iddia ərizəsində, nə də məhkəmə araşdırması zamanı bildirilməmiş, iddia tələbi formal mülahizələrə əsaslanmışdır. Cavabdeh qurum mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin, yəni sənədlərlə təsdiq edilməyən malların mövcudluğunu sübut etmişdir. Belə ki, cavabdeh tərəfindən mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsas olan sənədlərin surətləri, cədvəllər və fotoşəkillər məhkəməyə təqdim edilmişdir (Sənədlərin həcmi böyük olduğu üçün disk iş materiallarına əlavə edilmişdir). Qeyd edilən mallara dair iddiaçı tərəfindən təqdim edilən sənədlər cavabdeh tərəfindən təqdim edilən diskdəki cədvəllərlə müqayisəli nəzərdən keçirilmiş və xx.xx.2021-ci il tarixli, DVX 001356 nömrəli siyahı və ona uyğun xx.xx.2021-ci il tarixli, DVX 001856 nömrəli aktda qeyd edilən məlumatlarda uyğunsuzluq müəyyən edilməmişdir. Odur ki, elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi əsasında alınmayan mallar kimi cəmi 52128,48 (əslində 521284,83 manat) manatlıq mal müəyyən edilməsinə dair cavabdeh qurumun qənaətini təkzib edən hal yoxdur. Məhkəmə nəz ərə alır ki, mübahisələndirilən qərarda göstərilən malların vahidinin qiyməti iddiaçı tərəfindən yoxlayıcıya təqdim edilmiş siyahıdakı qiymətlərdən daha aşağı qiymətlərlə nəzərə alınmış, nəticə etibarilə sənədlərlə təsdiq edilməyən mal qalığının ümumi məbləği üç halda daha aşağı, bir halda eynidir.
12. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Mirzə Tağızadə /sədrlik edən və məruzəçi/, Kamran Əkbərov və Pərviz Hüseynov) 02 iyun 2023cü il tarixli, 2-1(103)-1277/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, cavabdehin “Vergi ödəyicisi nin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********6832 nömrəli qərarı ləğv edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, işin faktiki hallarından aydın olduğu kimi, cavabdeh tərəfindən iddiaçıya mübahisələndirilən qərarla sanksiya hesablanarkən, vergi ödəyicisinin sahibliyində olan 521248,83 manat dəyərində mallara dair sənədlərin (elektron qaiməfaktura, idxal gömrük bəyannaməsi, təhvil-qəbul aktı və s.) olmamasına əsaslanılmışdır. Birinci instansiya məhkəməsi iddianın rədd edilməsinə dair yekun mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, “... cavabdeh tərəfindən mübahisələndirilən qərarların qəbul edilməsi üçün əsas olan sənədlərin surətləri, cədvəllər və fotoşəkillər məhkəməyə təqdim edilmişdir (Sənədlərin həcmi böyük olduğu üçün disk iş materiallarına əlavə edilmişdir). Qeyd edilən mallara dair iddiaçı tərəfindən təqdim edilən sənədlər cavabdeh tərəfindən təqdim edilən diskdəki cədvəllərlə müqayisəli nəzərdən keçirilmiş və xx.xx.2021-ci il tarixli, DVX 001356 nömrəli siyahı və ona uyğun xx.xx.2021-ci il tarixli, DVX 001856 nömrəli aktda qeyd edilən məlumatlarda uyğunsuzluq müəyyən edilməmişdir. Odur ki, elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi əsasında alınmayan mallar kimi cəmi 52128,48 manatlıq mal müəyyən edilməsinə dair cavabdeh qurumun qənaətini təkzib edən hal yoxdur.” Apellyasiya şikayətində iddiaçı mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, vergi orqanına və məhkəmədə icraat davam edən zaman iddiaçı tərəf indən malların alınması barədə yük gömrük bəyannamələri və həmin bəyannamələrə əsasən gətirilmiş malların ümumiləşdirilmiş cədvəlləri təqdim edilmişdir. Həmin sənədlər sübut qismində şikayətə əlavə edilmiş və apellyasiya baxışı zamanı, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili tərəfindən cavabdehin əsaslandığı sənədsiz malların iş materiallarında mövcud olan bəyannamələrlə uyğunluğuna dair izah verilmişdir. Beləliklə, apellyasiya baxışı zamanı, iş materiallarından və tərəflərin izahatlarından aydın olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi rədd edilərkən təqdim edilmiş sənədlər (gömrük bəyannamələri, e-qaimə və s.) tam nəzərə alınmamışdır. Məhkəmənin əsaslandığı cavabdeh tərəfindən təqdim edilən sənədlərin surətləri, müvafiq diskdəki cədvəllərd ə əks olunan məlumatlar – elektron-qaimə fakturalar, idxal olunmuş mallar, satış elektron-qaimə fakturalar və kassa-satış barədə məlumatlardan ibarət olmuşdur. Diskdə qeyd olunan məlumatların doğruluğu xüsusi biliyə malik ekspert və yaxud da mütəxəssis tərəfindən yoxlanılmamış və bununla bağlı heç bir araşdırılma aparılmamışdır. Apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli, 9/2566 №-li ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “... təqdim edilmiş iş materiallarında xx.xx.2021-ci il tarixli aktda göstərilən mallar üzrə alış sənədləri (e-qaimə faktura, idxal yük gömrük bəyannamələri və sair) öz əksini tapmışdır. Təqdim edilmiş həmin sənədlər nəzərə alınmaqla iddiaçıya məxsus obyektdə operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı müəyyən edilmiş və yoxlamanın nəticəsi haqqında tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktda göstərilən 521.284,83 manat məbləğində malların alışına dair sənədlərin mövcudluğu müəyyən olunur.” Qeyd edilənlərdən göründüyü kimi, birinci instansiya məhkəməsinin mövqeyinin əksinə xx.xx.2021-ci il tarixli aktda göstərilən iddiaçının sahibliyində olan mallar üzrə alış sənədləri həqiqətən mövcud olmuş, lakin cavabdeh orqan tərəfindən nəzərə alınmamışdır. Lakin məhkəmə araşdırması zamanı, cavabdeh orqan tərəfindən qeyd edilən vergi borcunun hesablanması əsasına dair digər sübut və dəlillər məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, ekspertiza rəyinin yekun hissəsində qeyd edilmişdir ki, “... xx.xx.2021-ci i l tarixli aktla rəsmiləşdirilmiş, iddiaçıya məxsus obyektdə operativ vergi nəzarəti həyata keçirilən zaman mütəxəssis cəlb etmədən, yerində yoxlama aparılarkən malların müvafiq ad, növ, çeşid və ölçüsünün müəyyən edilməsinin mümkün olubolmamasına dair məsələ məhkəmə-mühasibat ekspertizasının predmetinə aid deyildir. Lakin qeyd edilir ki, müvafiq inşaat materiallarının ölçü, növ, çeşidi həmin sahəni bilən mütəxəssis tərəfindən müəyyən edilə bilər.” Hazırkı mübahisə üzrə vergi orqanı tərəfindən iddiaçı tərəfdən vergidən yayınma hallarına həqiqətən yol verilmiş olması faktı öz təsdiqini tapmır. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin xx.xx.2022-ci il tarixli, **********6832 nömrəli qərarı əsassız olmuşdur.
15. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayətinin dəlilləri onun iddiaya qarşı etirazının dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, əvvəla, iddiaçı tərəfindən mübahisələndirilən qərarda göstərilən sənədlərlə təsdiqini tapmayan malların mövcudluğu məhz iddiaçının səlahiyyətli nümayəndəsi tərəfindən təqdim edilmiş anbardakı malların siyahısına uyğun olaraq üzləşdirilərək müəyyən edilmişdir. Belə ki, iddiaçının direktoru tərəfindən imzalanmış və operativ vergi nəzarəti zamanı təqdim edilmiş siyahıya əsasən qeyd edilən ünvanda müxtəlif ölçülərdə cəmi 16288,09 m3 mal olduğu qeyd edilmişdir. Həmçinin cav abdeh tərəfindən məhkəməyə mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsas olan sənədlərin surətləri, cədvəllər, fotoşəkillər təqdim edilmiş, sənədlərlə təsdiq edilməyən malların mövcudluğu sübut edilmişdir. İddiaçının təqdim etdiyi sənədlərlə cavabdeh tərəfindən təqdim edilmiş cədvəllərdəki məlumatlar müqayisəli nəzərdən keçirilən zaman hər hansı uyğunsuzluq müəyyən edilməmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərarında qeyd edilən “diskdə qeyd olunan məlumatların doğruluğunun xüsusi biliyə malik ekspert və yaxud da mütəxəssis tərəfindən yoxlanılmaması və bununla bağlı heç bir araşdırılma aparılmaması” dəlililinə münasibətdə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində inzibati işə baxılan zaman işin halları ilə bağlı yaranmış müvafiq suallara cavab tapılması üçün operativ vergi nəzarətində iştirak etmiş yoxlayıcı – vergi xidməti müşaviri X1 məhkəmə iclasına dəvət edilmiş və verdiyi izahatında bildirmişdir ki, mallar iddiaçının icraçı direktoru tərəfindən imzalanmış və operativ vergi nəzarəti zamanı təqdim edilmiş siyahıya uyğun olaraq yerində yoxlanmış və malların üzərində ölçüləri haqqında məlumat olduğu üçün yoxlama zamanı hər hansı qarışıqlıq yarada biləcək hal olmamışdır. İdxal gömrük bəyannaməsində, eləcə də alış aktlarında və mal qalığı üzrə bütün mallar ölçüləri ilə təqdim olunmuşdur. Odur ki, hesablama sadə riyazi metodla aparılmışdır. Yəni idxal edilmiş və satın alınmış mallarla satılmış mallar və mövcud mal qalığı müqayisə edilərkən faktiki olaraq qeyd edilən artıq mallar müəyyən edilmişdir ki, həmin malların elektron qaimə-faktura, idxa l gömrük bəyannaməsi əsasında alınmasına dair sənədlər təqdim edilməmişdir. Vergi ödəyicisinin elektron-qaimə fakturasına, idxal gömrük bəyannaməsi və alış aktlarına əsasən üzləşdirilmə aparılmış, nəticədə 521284,83 manat dəyərində malların sənədlərlə əksini tapmadığı müəyyən edilmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı yoxlayıcı tərəfindən mütəxəssisin dəvət edilməsinin zəruri olmaması əsaslandırılmış, cavabdeh tərəfindən təqdim edilmiş diskdəki cədvəllər, fotoşəkil və digər sənədlər məhkəmə iclas zalında ətraflı şəkildə təhlil edilmiş, məhkəmənin bütün sualları yoxlayıcı tərəfindən cavablandırılmış, işin faktiki halları üzrə heç bir aydın olmayan hal qalmamışdır.
18. Həmçinin iddiaçının iddia etdiyi kimi malların alış sənədləri mövcud olsa idi, yoxlayıcı tərəfindən məhkəmə icla sında cavabdehin təqdim etdiyi sənədlər təhlil edilərkən müqayisəli təhlil və cavabdehin mövqeyini təkzib üçün iddiaçı tərəfindən də qeyd edilən alış sənədləri təqdim edilməli idi. Hətta iddiaçının vəkili tərəfindən ilk prosesdə hakimə etiraz edilmiş, yoxlayıcı şahid qismində məhkəmə prosesində dindirilən zaman vəkil və iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, növbəti iclasda yoxlayıcının təkrar iştirak etməsi iddiaçının vəkili tərəfindən məhkəmədən tələb edilmiş, 3-cü iclasda yoxlayıcı təkrar iddiaçı və vəkilinin suallarını cavablamaq üçün məhkəmə iclasına dəvət edilmişdir. Yəni cavabdeh tərəfindən maliyyə sanksiyasının hesablanmasının əsaslı olması, həmçinin vergi ödəyicisinin vergidən yayınması həm sənədlər əsasında, həm də yoxlayıcının – şahidin ifadəsi ilə sübut edilm işdir. Danılmaz faktdır ki, iddiaçının mövcud olduğunu iddia etdiyi malların alış sənədlərini təqdim etmək, həmçinin ona maraqlı olan sualları yoxlayıcıdan soruşub müqayisəli şəkildə sənədlər əsasında üzləşdirmə aparılmasını tələb etmək imkanı olduğu halda, bunu etməmiş, hərəkətsizlik nümayiş etdirmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almış, qərar qəbul edən zaman müvafiq hallara ədalətli şəkildə münasibət bildirmişdir.
19. Həmçinin iş üzrə verilmiş ekspertiza rəyinin yekun hissəsində qeyd edilmişdir ki, “... xx.xx.2021-ci il tarixli aktla rəsmiləşdirilmiş, iddiaçıya məxsus obyektdə operativ vergi nəzarəti həyata keçirilən zaman mütəxəssis cəlb etmədən, yerində yoxlama aparılarkən malların müvafiq ad, növ, çeşid və ölçüsünün müəyyən edilməsinin mümkün olubolmaması na dair məsələ məhkəmə-mühasibat ekspertizasının predmetinə aid deyildir. Lakin qeyd edilir ki, müvafiq inşaat materiallarının ölçü, növ, çeşidi həmin sahəni bilən mütəxəssis tərəfindən müəyyən edilə bilər.” Göründüyü kimi, ekspert qoyulan sual üzrə cavab verməkdən yayınmış, ehtimal əsasında və bir-biri ilə ziddiyyət təşkil edən cavablar qeyd etmiş, məhkəmə isə bu natamam ekspert rəyini sübut kimi qiymətləndirərək onun əsasında qərar qəbul etməkdən çəkinməmiş, hətta qərarının digər bir abzasında özü də bu halı qeyd etmişdir: “Kollegiya hesab edir ki, qoyulan sual üzrə dəqiq ekspert münasibəti bildirilməsə də, hər bir halda inzibati orqan tərəfindən mübahisənin ədalətli həlli üçün müvafiq mütəxəssis cəlb edilə və iddiaçının sahibliyində olan malların təqdim edilmiş sənədlərə uyğunluğu dəq iq müəyyən edilə bilərdi.” Aşkar surətdə göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi natamam, bir-biri ilə ziddiyyət təşkil edən cümlə və fikirlərdən ibarət, tam sübuta yetirilməyən hallara və sənədlərə əsaslanmış ekspert rəyini əsas sübut kimi qəbul etmişdir. Halbuki məhkəməyə sual doğuran bütün əsaslar şahid qismində dindirilən zaman yoxlayıcı tərəfindən ətraflı şəkildə qeyd edilməklə yanaşı, təqdim edilmiş sənədlərlə də öz təsdiqini tapmışdır. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 23.1.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 50.1. Operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün isti fadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi; Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 58.8. Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 711.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil- qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesabfaktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda: 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlər olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında. Bu maddənin müddəaları istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən istehsal edilən hazır məhsul lara münasibətdə tətbiq edilmir;
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olun duğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olara q yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisələndirilən hissədə ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəmə sinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
27. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
28. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul e dilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.
29. Hazırkı mübahisənin mahiyyətini cavabdeh tərəfindən keçirilmiş operativ vergi nəzarəti nəticəsində müəyyən edilmiş malların alış sənədinin mövcud olmamasına görə iddiaçıya Vergi Məcəlləsinin 58.8.2-ci maddəsi ilə maliyyə sanksiyasının tətbiq olunması təşkil edir. 3
0. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməsə də, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qəbul etdiyi yeni qərarla iddia təmin olunmuşdur.
31. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin edərkən məhkəməmühasibatlıq ekspertizasının rəyi ilə kifayətlənmişdir. Belə ki, iş üzrə apellyasiya icraatı zamanı məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında iddiaçıya məxsus obyektdə keçirilən operativ vergi nəzarəti zamanı tərtib edilmiş aktlarda göstərilən 521284,83 manat məbləğində malların alışını təsdiq edən sənədlərin iş materiallarında mövcud olması, mövcud olmadığı halda malların miqdarı, adı, növü barədə suallar qoyulmuşdur.
32. Qeyd olunan suallar üzrə ekspert rəyində 521284,83 manat məbləğində malların alışını təsdiq edən sənədlərin iş mate riallarında mövcud olduğu göstərilmişdir. Lakin bununla bağlı rəydə müvafiq ekspert tədqiqatının aparıldığı, cavabdehin tərtib etdiyi qaydada alınan və satılan malların üzləşdirilməsi qaydasında həmin malların alış sənədlərinin əslində mövcud olduğuna dair araşdırma barədə hər hansı məlumata rast gəlinmir.Yəni qeyd olunan nəticənin (521284,83 manat məbləğində malların alışını təsdiq edən sənədlərin iş materiallarında mövcud olmasının) hansı araşdırma ilə müəyyən olunduğu ekspert rəyində əksini tapmamışdır və bu baxımdan aparılmış tədqiqat natamam sayılmalıdır.
33. Nəzərə almaq lazımdır ki, apellyasiya məhkəməsinin qərar qəbul edərkən yalnız ekspertin yuxarıda qeyd olunan natamam tədqiqatının nəticəsinə istinad etməsi hazırkı mübahisəyə münasibətdə qanunauyğun qərarın qəbulu üçün yetərli sayıla bilməz. Obyektiv araşdırma prinsipinin tələbi baxımından cavabdeh tərəfindən müəyyən olunmuş 521284,83 manat məbləğində malların alışını təsdiq edən sənədlərin mövcud olub-olmaması təkzibolunmaz faktlarla sübut edilməlidir. Buna nail olmaq üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkən, cavabdehin operativ vergi nəzarəti zamanı tərtib etdiyi siyahı ilə iddiaçının təqdim etdiyi idxal və elektron qaimə-faktura sənədləri arasında hər bir mal çeşidi üzrə tək-tək üzləşdirmə aparılması təmin olunmalı, hansı sənədlərin hansı mal çeşidinə aid olduğu müəyyən edilməli, zərurət olduğu təqdirdə bu məqsədlə yenidən müvafiq ekspertiza təyin edilməlidir.
34. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.
36. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (həmçinin bax: “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qər arı).
37. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı).
38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
39. Apellyasi ya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 iyun 2023-cü il tarixli, 21(103)-1277/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.