Məhkəmə qərarları › İş №2-1(102)-26/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-26/2025

13.02.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-26/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanuni qüvvəyə minmiş məhkəmə qərarına izah verilməsi barədə ərizənin təmin olunmaması; izah verilən məhkəmə qərarının məzmununun dəyişdirilməsi; prosessual normaların tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı v ə Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı (üçüncü şəxslər X5 və digərləri) «qeyri-yaşayış sahəsinə dair texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrində dəyişiklik edilərək yeni reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması» tələbinə dair inzibati iş üzrə “qərara izah verilməsi” barədə ərizəyə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyun 2024-cü il tarixli, 2-1(103)-2511/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Məhdud Məsuliyyət Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüq uqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə xx.xx.2017-ci il tarixində 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, istifadəsində olan torpaq sahəsində İddiaçı Şirkəti tərəfindən inşa edilmiş anbar və istehsalat bazasının ilkin texniki pasportunun tərtib edilməsi və dövlət reyestrində cari dəyişiklik edilərək iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehin üzərinə bir vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3541/2017 nömrəli, xx.xx.2017ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçının yeni in şa edilmiş anbar və istehsalat binasına mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, reyestrdən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

3. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apellyasiya şikayəti vermişdir.

4. Daha sonra SOCAR-ın “Neft Kəmərləri” İdarəsi vəsatət verərək Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2-1(103)-914/2018 nömrəli iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmasını xahiş etmiş, həmçinin cavabdeh vəsatət verərək, inzibati iş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin, Bakı şəhər İcra Hakimiyyətinin üçüncü şəxs qismində cəlb edilmələrinə dair qərardad qəbul edilməsini xahiş etmi şdir.

5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-914/2018 nömrəli iş üzrə 05 aprel 2018-ci il tarixli qərardadı ilə vəsatətlər təmin edilmiş, SOCAR-ın “Neft Kəmərləri” İdarəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi və Bakı Şəhər İcra Hakimiyyəti üçüncü şəxs qismində işə cəlb edilmişlər.

6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-914/2018 nömrəli iş üzrə 26 aprel 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3541/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti vermişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-1863/2018 nömrəli iş üzrə 20 noyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 914/2018 nömrəli iş üzrə 26 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 9. 28.12.2018-ci il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)1794/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qərarı icra olunması üçün cavabdehə göndərilmişdir. 10. 06.02.2019-cu il tarixdə cavabdeh məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatət təqdim edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tə rəfindən yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə verildiyini nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 105.1-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarının icrasının dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

11. Eyni tarixdə, cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizə təqdim edərək, ərizənin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 dekabr 2017-ci il tarixli, 2-1(82)-3541/2017 nömrəli qərarının ləğv edilməsi, Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əm lakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini, ekspertiza təyin edilməsini və işə sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla yenidən baxılaraq iddianın təmin edilməməsini xahiş etmişdir. 12. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3541/2017 nömrəli iş üzrə 07 may 2019-cu il tarixli qərardadı ilə ərizəçi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin mübahisə ilə bağlı yeni açılmış hallara və üçüncü şəxslərin cəlbinə dair ərizəsi təmin edilməmişdir.

13. Məhkəmənin eyni tarixli qərardadı ilə ərizəçi Azərbaycan Respublikası Əmla k Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3541/2017 nömrəli iş üzrə 05 dekabr 2017-ci il tarixli qərarının icrasının dayandırılması barədə vəsatəti təmin edilməmişdir.

14. Məhkəmənin həmin qərardadlarından Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-1904/2019 nömrəli, 23 iyul 2019-cu il tarixli qərardadı apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)3541/2017 nömrəli, 07 may 2019-cu il tarixli (yeni açılmış hallarla bağlı məhkəmə qərarın ın icrasının dayandırılması barədə vəsatətə baxılması haqqında) qərardadı dəyişdirilmədən saxlanılmışdır.

15. Eyni tarixli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3541/2017 nömrəli, 07 may 2019-cu il tarixli (yeni açılmış hallarla bağlı icraatın təzələnməsi və üçüncü şəxslərin inzibati icraata cəlb edilməsi barədə ərizəyə baxılması haqqında) qərardadı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsinin qərardadlarından cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 23 iyul 2019-cu il tarixli, 2-1(103)-1904/2019 nömrəli qərardadlarının ləğv edilməsi, cavabdeh İdarə tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizənin və müvafiq məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətin təmin edilməsi, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 05 dekabr 2017-ci il tarixli, 2-1 (82)-3541/2017 nömrəli qərarının ləğv edilməsi, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi, ekspertiza təyin edilməsi və sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla işə yenidən baxılaraq iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişd ir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-36/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1904/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixi qərardadı dəyişdirilmədən saxlanılmışdır. 18. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3541/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qərarı xx.xx.2020-ci il tarixində qanuni qüvvəyə minmiş və xx.xx.2020-ci ildə icraya yönəlmişdir (xx.xx.2020-ci il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmişdir).

19. Cavabdeh tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)3541/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qərarı xx.xx.2021-ci il tarixdə icra edilərək Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, 77L ünvanında yerləşən 4449 kv.m. ümumi sahəsi olan əmlak kompleksinə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir.

20. Cavabdeh xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3541/2017 nömrəli iş üzrə xx.xx.2017-ci il tarixli qərarına izah verilməsini xahiş etmişdir.

21. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3541/2017 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə rədd edilmişdir.

22. Həmin qərardaddan şikayət verilməmişdir. 23. 23.11.2023-cü il tarixdə cavabdeh yenidən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3541/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarına izah verilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

24. X2 Bakı İnzibati Məhkəməsinə vəsatət (ərizə) təqdim edərək, onun iddiaçı Delta İnvestment” MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə dair texniki pasportun tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrində dəyişiklik edilərək yeni reyestrdən çıxarışın verilməsi” barədə iddia tələbinə dair iş üzrə məhkəmə icraatına cəlb olunmasını və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir.

25. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3541/2017 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə X3 xx.xx.2023-cü ildə üçüncü şəxs qismində cəlb edilməyə dair verdiyi ərizə təmin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

26. Cavabdeh ərizəni onunla əsaslandırmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)- 3541/2017 saylı iş üzrə 5 dekabr 2017-ci il tarixli qərarı ilə İddiaçı MMC-nin yeni inşa edilmiş anbar və istehsalat binasına mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla reyestrdən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qərar Bakı Apellyasiya Məhkəməsinin 26 aprel 2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmçinin Ali Məhkəmənin 20 noyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin 26 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdir. Müvafiq məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və bununla əlaqədar İddiaçı MMC-yə reyestrdən çıxarış və texniki pasport təqdim edilmişdir. Tərtib olunmuş 26 dekabr 2020-ci il tarixli texniki pasporta əsasən iddiaçı tərəfindən iddia olunmuş “A”, “F” və “K” tikililəri texniki pasporta əlavə edilmişdir. Bundan sonra, vətəndaş X5 1 saylı Bakı Ərazi İdarəsinə şikayətlə müraciət edərək bildirmişdir ki, müvafiq ərazidə yəni, Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, 77L ünvanında onun özü tərəfindən özbaşına tikdiyi tikili mövcuddur, lakin həmin əmlakla əlaqədar İddiaçı MMC-nin adına İdarə tərəfindən qanunsuz olaraq reyestrdən çıxarış və texniki pasport tərtib edilmişdir. Şikayətin ətraflı araşdırılması məqsədilə müvafiq əraziyə İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış nəticəsində məlum olmuşdur ki, X3 ona məxsus olduğunu iddia etdiyi tikili İddiaçı MMC-nin adına verilmiş ********** qeydiyya t nömrəli reyestrdən çıxarış və həmin çıxarış əsasında hazırlanmış texniki pasportda qeyd olunan “F” tikilisidir. Bununla əlaqədar X4 izah edilmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlakla (“F” tikilisi) əlaqədar İddiaçı MMC müvafiq hüquqmüəyyənedici sənədlər əsasında məhkəməyə müraciət etmiş, iddiası təmin edilmiş və bununla bağlı verilmiş məhkəmə qərarı öz qanuni qüvvəsini almışdır. Bundan başqa, X4 həmin tikili ilə əlaqədar İddiaçı MMC-nin müvafiq hüquqmüəyyənedici sənədləri barədə də məlumat verilmişdir. Belə ki, İddiaçı MMC-nin məhkəmə mübahisəsi üzrə müvafiq qərarlarda da qeyd edildiyi kimi həmin şirkət tərəfindən müvafiq tikililərə dair təqdim olunmuş sənədlər bunlardır: Nərimanov RİH-in 6 fevral 2017-ci il tarixli sərəncamı, Nərimanov RİH tərəfindən təsdiq edilməklə İddiaçı MM C-nin adına verilmiş 9 fevral 2017ci il tarixli tikinti obyektinin istismarına icazə, Nərimanov RİH tərəfindən təsdiq olunmuş eskiz layihə. Qeyd olunanlarla razılaşmayan X5 bildirmişdir ki, müvafiq tikiliyə dair heç bir hüquqmüəyyənedici sənədi olmasa da, tikili özbaşına olaraq onun tərəfindən 2007 – 2008ci illərdə inşa edilmiş, 2017-ci ilə qədər həmin tikili artıq mövcud olmuş və onun faktiki istifadəsində olmuşdur. X5 həmçinin qeyd etmişdir ki, müvafiq mübahisə ilə əlaqədar Nərimanov RİH-ə şikayətlə müraciət etmişdir. RİH tərəfindən belə məlumat verilmişdir ki, yuxarıda adları sadalanan və İddiaçı MMC-yə verilmiş müvafiq sənədlərin X3 özbaşına tikdiyi tikiliyə heç bir aidiyyəti yoxdur. Yuxarıda sadalananlardan göründüyü kimi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3541/2017 saylı iş üzrə 5 dekabr 2017-ci il tarixli qərarı ilə əlaqədar ziddiyyətli məqamlar ortaya çıxmış, müvafiq qərar əsasında hansı tikililərə dair çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar məhkəmə tərəfindən qərara izah verilməsi zərurəti yaranmışdır.

27. Bakı İnzibati Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə mütəxəssis rəyinin alınması barədə qərardad qəbul edilmişdir.

28. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən aşağıdakılar qeyd edilmişdir: - Müayinə edilən və mübahisə predmeti olan tikili 28 dekabr 2020-ci il tarixli 04/4219 inventar nömrəli texniki pasportda tikintialtı sahəsi 197.8 kv.m olan inzibati bina kimi göstərilmiş “F” literli tikilidir. Mübahisələndirilən tikilinin 1-ci mərtəbəsi Cəmilə Ağayevanın, 2-ci mərtəbəsi "xxxx" MMC-nin is tifadəsindədir. Mübahisə predmeti olan tikili **********3612301 reyestr nömrəsi ilə "xxxx" Şirkətinin adına qeydiyyata alınmış Əmlak kompleksi kimi müəssisənin bir hissəsidir. - 29 dekabr 2023-cü il tarixdə saat 11:00-da keçirilən məhkəmə iclasında (yerində müayinədə) İdarənin nümayəndəsi iştirak etmişdir. Tərtib edilmiş texniki pasportda göstərilən mübahisəli (2-mərtəbəli) tikiliyə baxış keçirilmişdir. Həmin tikili İdarəyə təqdim edilmiş razılaşdırılmamış layihədə “B” binası (anbar-istehsalat korpusları və yardımçı sahə) kimi qeyd edilmişdir. Həmin bina 28 dekabr 2020-ci il tarixli 04/4219 inventar nömrəli texniki pasportda tikintialtı sahəsi 197.8 kv.m olan, inzibatı bina kimi göstərilmiş “F” literli tikilidir. Məhkəmə qərarında yeni inşa edilmiş anbar və istehsalat binasının qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi idarənin üzərinə öhdəlik qoyulmuşdur. - Bakı şəhəri Nərimanov RİH başçısının 6 fevral 2017-ci il tarixli 64 nömrəli sərəncamına əsasən "xxxx" şirkətinə məxsus qeyri-yaşayış sahəsinin əlavəsinin mövcud vəziyyətdə sənədləşdirilməsinə icazə verilmişdir. Belə ki, həmin vaxt 27 yanvar 2017-ci il tarixdə tərtib edilmiş razılaşdırılmış layihədə mübahisəli tikili əksini tapmışdır. - Mübahisələndirilən tikilinin 1-ci mərtəbəsi Cəmilə Ağayevanın, 2-ci mərtəbəsi "xxxx" MMC-nin istifadəsindədir.

29. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3541/2017 nömrəli, 19 mart 2024-cü il tarixli qərardadı ilə (hakim R.Kərimli) ərizənin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 3541/2017 nömrəli iş üzrə 5 d ekabr 2017-ci il tarixli qərarında “yeni inşa edilmiş anbar və istehsalat binası” dedikdə “X4 aid tikili istisna olmaqla inşa edilmiş anbar və istehsalat binası” nəzərdə tutulması və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-3541/2017 nömrəli iş üzrə 5 dekabr 2017-ci il tarixli qərarının İddiaçı MMC-nin X4 aid tikili istisna olmaqla inşa edilmiş anbar və istehsalat binasına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təmin etməsi qərara alınmışdır.

30. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericilik normaları 1 yanvar 2013-cü il tarixədək inşa edilmiş qeyri-yaşayış binalarına münasibətdə hüququn qeydiyyata alınması əsası kimi sənədlərin dairəsini müəyyən etmiş və bu sırada müvafiq qaydada təsdiqlənmiş layihə və tikintinin istismarına icazə sənədi də yer almışdır. Hazırkı iş üzrə iddiaçı inzibati icraatda və məhkəmə icraatında torpaq ayırma sənədini, tikilinin təsdiqlənmiş layihəsini və RİH-in istismara icazə sənədini təqdim etsə də, icra icraatında təqdim olunmuş sənədlər və dəlillərlə təsdiq olunur ki, tikiliyə dair istismara icazə sənədi 2017-ci ildə alınsa da, tikilinin bir hissəsi mübahisəli olmuş və onun inşası daha əvvəlki dövrə təsadüf etmişdir. İstismara icazə sənədinin və iddia tələbinin müvafiq ünvanda yalnız yeni inşa olunmuş tikiliyə aid olmasını da nəzərə aldıqda belə nəticə yaranır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin mübahisə üzrə 5 dekabr 2017-ci il tarixli qərarına izah verilməklə aydınlıq gət irilməlidir. Məhkəmə qərarının icrası üzrə mübahisəli hal yarandığından, qərara izah verilməsi məqsədəuyğundur.

31. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və məhkəmə qərarına izah verilməsi barədə ərizənin rədd edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

32. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyun 2024-cü il tarixli, 21(103)-2511/2024 nömrəli qərardadı ilə (hakimlər: E.Əliyev – sədrlik edən və məruzəçi, R.Səmədov və X.Cəmilova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3541/2017 nömrəli, 19 mart 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

34. İ ddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

35. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, məhkəmə kollegiyası işə baxılan zaman hansı prosessual hüquq normalarına riayət olunması, habelə mübahisəli hüquq münasibətlərini ( halbuki burada hər hansı bir mübahisəli hüquq münasibətləri yoxdur ) tənzimləyən hansı maddi hüquq normalarının tətbiq olunmasını belə göstərməyə lüzum görmür.

36. Həmçinin qərarın izahı zamanı məhkəmə baxışının predmeti olmamış məsələlərin həlli yolverilməzdir. Qərarın izahı həm də onun məzmunun dəyişdirilməsi ilə nəticələnə bilməz. Bildirirəm ki, qərardadın 52-ci bə ndi birmənalı şəkildə birinci instansiya məhkəməsi kimi məhkəmə kollegiyasının da gəldiyi nəticənin səhv olduğunu göstərir. Məhkəmə instansiyaları qərarın izahı zamanı məhkəmə baxışının predmeti olmamış məsələni həll etmişlər, bu isə birmənalı şəkildə yolverilməzdir. Həmçinin məhkəmə instansiyaları qərarın məzmununu da dəyişdirmişlər. Qanunvericilik isə göstərir ki, qərarın izahı onun məzmunun dəyişdirilməsi ilə nəticələnə bilməz.

37. Məhkəmə qərarı icra olunmuş, əmlaklar mülkiyyət kimi qeydiyyata alınmış və 09 fevral 2021-ci il tarixdə "xxxx" Şirkətinin adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış və Texniki pasport verilmişdir. Bütün məhkəmə aktları iş materiallarında var. Qanuni qüvvəyə minmiş qərar icra olunmuşdur və qanunvericilik birmənalı şəkildə icra olunmuş məhkəmə aktları na izah verilməsinə icazə vermir.

38. Bildirmişdir ki, məhkəmə qərara izah verilməsi haqqında ərizəyə baxan zaman İPM-in maddələrinə deyil, Məhkəmə qərarına izah verilməsinin əsasları barədə Azərbaycan Respublikası MPM-in 230-cu maddəsinə istinad etməli idi. Birinci instansiya məhkəməsi kimi məhkəmə kollegiyası da qərardadı qəbul edərkən Azərbaycan Respublikası MPM-in 230-cu maddəsinə istinad etməmiş, qəbul etdiyi qərardadı qanunvericiliyin həmin normasına uyğun olaraq əsaslandırmamışdır ( sadəcə olaraq həmin hüquq normasını qərardadda göstərməklə kifayətlənmişdir).

39. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində, qərardadın ləğv edilməsini və qərara izah verilməsi barədə ərizənin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Maddə 230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. Maddə 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir.

41. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan s onra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 28.1. İş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağ lı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişa fının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 42. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2015-ci il tarixli Qərarı. 43. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

44. Kassasiya şikayəti vaxtında verilmişdir formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

45. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

46. Məhkəmə kollegiyası ilk öncə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 47. 2 saylı Bakı İnzibati-İ qtisadi Məhkəməsinin 2-1(82)-3541/2017 saylı iş üzrə 5 dekabr 2017-ci il tarixli qərarı ilə İddiaçı MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddiası təmin edilərək, iddiaçının yeni inşa edilmiş anbar və istehsalat binasına mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdehin həmin qərardan verdiyi apellyasiya şikayətinə baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

48. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı məhkəmənin qərardadı ilə ARDNŞ “Neft Kəmərləri İdarəsi”, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyi və Bakı Şəhər İcra Hakimiyyə ti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 26 aprel 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 5 dekabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

49. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli qərarı ilə üçüncü şəxs SOCAR-ın “Neft Kəmərləri İdarəsi”nin kassasiya şikayəti təmin edilməmiş və 26 aprel 2018-ci il tarixli qərar dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Ali Məhkəmənin 20 noyabr 2018-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş və 26 aprel 2018-ci il tarixli qərar dəyişdirilmədən saxlanılmışdır.

50. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi (DƏDRX Bakı şəhə r Ərazi İdarəsinin bazasında yaradılmış) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə sözügedən mübahisəyə dair yeni açılmış hallarla bağlı icraatın təzələnməsi və üçüncü şəxs qismində digər qurumların icraata cəlbi barədə ərizə təqdim etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, müvafiq daşınmaz əmlakla bağlı İdarənin mütəxəssisləri tərəfindən sənədlər ətraflı şəkildə öyrənilməklə ünvanda yenidən araşdırma aparılarkən məhkəmə icraatında əvvəlcədən məlum olmayan və icra sənədinin icrasını mümkünsüz edən yeni hallar və sübutlar aşkar edilmişdir. 51. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 7 may 2019-cu il tarixli tarixli qərardadı ilə “yeni açılmış hallara və üçüncü şəxslərin cəlbinə dair” ərizə təmin edilməmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə cavabdehin “məhkəmə qərarının icrasın ın dayandırılması barədə” vəsatəti də rədd edilmişdir.

52. Bakı Apellyasiya Məhkəməsinin 23 iyul 2019-cu il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin “yeni açılmış hallarla bağlı məhkəmə qərarının icrasının dayandırılması barədə vəsatətə baxılması haqqında” 7 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

53. Eləcə də, Bakı Apellyasiya Məhkəməsinin 23 iyul 2019-cu il tarixli digər qərardadı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmədən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi və üçüncü şəxslərin icraata cəlb edilməsi barədə ərizəyə baxılması haqqında” 7 may 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

54. Azərbaycan Respub likası Ali Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayətləri təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 23 iyul 2019-cu il tarixli qərardadları dəyişdirilmədən saxlanılmışdır.

55. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli 1325 nömrəli Fərmanının 1-ci və 2-ci bəndlərinə əsasən 2020-ci il yanvarın 1-dən Bakı şəhərində Bakı İnzibati Məhkəməsi və Bakı Kommersiya Məhkəməsi təşkil edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi ləğv edilmişdir.

56. Bakı İnzibati Məhkəməsinə X2 vəsatət (ərizə) təqdim edərək, onun iddiaçı Delta İnvestment” MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı «qeyri-yaşayış sahəsinə dair texniki pasportun tərtib edil məsi və daşınmaz əmlakın dövlət reyestrində dəyişiklik edilərək yeni reyestrdən çıxarışın verilməsi» barədə iddia tələbinə dair iş üzrə məhkəmə icraatına cəlb olunmasını və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir.

57. Bakı İnzibati Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli qərardadı ilə X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

58. Bakı İnzibati Məhkəməsinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə qərarına izah verilməsi barədə ərizəsi daxil olmuşdur.

59. Ərizədə bildirilir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3541/2017 saylı iş üzrə 5 dekabr 2017-ci il tarixli qərarı ilə İddiaçı MMC-nin yeni inşa edilmiş anbar və istehsalat binasına mülkiyyət hüquqları daşınmaz əmlakın döv lət reyestrində qeydə alınmaqla reyestrdən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qərar Bakı Apellyasiya Məhkəməsinin 26 aprel 2018-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmçinin Ali Məhkəmənin 20 noyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin 26 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdir. Müvafiq məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və bununla əlaqədar İddiaçı MMCyə reyestrdən çıxarış və texniki pasport təqdim edilmişdir. Tərtib olunmuş 26 dekabr 2020- ci il tarixli texniki pasporta əsasən iddiaçı tərəfindən iddia olunmuş “A”, “F” və “K” tikililəri texniki pasporta ə lavə edilmişdir. Bundan sonra, vətəndaş X5 1 saylı Bakı Ərazi İdarəsinə şikayətlə müraciət edərək bildirmişdir ki, müvafiq ərazidə yəni, Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, 77L ünvanında onun özü tərəfindən özbaşına tikdiyi tikili mövcuddur, lakin həmin əmlakla əlaqədar İddiaçı MMC-nin adına İdarə tərəfindən qanunsuz olaraq reyestrdən çıxarış və texniki pasport tərtib edilmişdir. Şikayətin ətraflı araşdırılması məqsədilə müvafiq əraziyə İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış nəticəsində məlum olmuşdur ki, X3 ona məxsus olduğunu iddia etdiyi tikili İddiaçı MMC-nin adına verilmiş ********** qeydiyyat nömrəli reyestrdən çıxarış və həmin çıxarış əsasında hazırlanmış texniki pasportda qeyd olunan “F” tikilisidir. Bununla əlaqədar X4 izah edilmişdir ki, mübahisə predm eti olan daşınmaz əmlakla (“F” tikilisi) əlaqədar İddiaçı MMC müvafiq hüquqmüəyyənedici sənədlər əsasında məhkəməyə müraciət etmiş, iddiası təmin edilmiş və bununla bağlı verilmiş məhkəmə qərarı öz qanuni qüvvəsini almışdır. Bundan başqa, X4 həmin tikili ilə əlaqədar İddiaçı MMC-nin müvafiq hüquqmüəyyənedici sənədləri barədə də məlumat verilmişdir. Belə ki, İddiaçı MMC-nin məhkəmə mübahisəsi üzrə müvafiq qərarlarda da qeyd edildiyi kimi həmin şirkət tərəfindən müvafiq tikililərə dair təqdim olunmuş sənədlər bunlardır: Nərimanov RİH-in 6 fevral 2017-ci il tarixli sərəncamı, Nərimanov RİH tərəfindən təsdiq edilməklə İddiaçı MMC-nin adına verilmiş 9 fevral 2017-ci il tarixli tikinti obyektinin istismarına icazə, Nərimanov RİH tərəfindən təsdiq olunmuş eskiz layihə. Qeyd olunanlarla razılaşm ayan X5 bildirmişdir ki, müvafiq tikilyə dair heç bir hüquqmüəyyənedici sənədi olmasa da, tikili özbaşına olaraq onun tərəfindən 2007 – 2008-ci illərdə inşa edilmiş, 2017-ci ilə qədər həmin tikili artıq mövcud olmuş və onun faktiki istifadəsində olmuşdur. X5 həmçinin qeyd etmişdir ki, müvafiq mübahisə ilə əlaqədar Nərimanov RİH-ə şikayətlə müraciət etmişdir. RİH tərəfindən belə məlumat verilmişdir ki, yuxarıda adları sadalanan və İddiaçı MMC-yə verilmiş müvafiq sənədlərin X3 özbaşına tikdiyi tikiliyə heç bir aidiyyəti yoxdur.

60. Cavabdehin qənaətinə görə yuxarıda sadalananlardan göründüyü kimi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3541/2017 saylı iş üzrə 5 dekabr 2017-ci il tarixli qərarı ilə əlaqədar ziddiyyətli məqamlar ortaya çıxmış, müvafiq qərar əsasında hansı tikililə rə dair çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar məhkəmə tərəfindən qərara izah verilməsi zərurəti yaranmışdır. Bu səbəbdən cavabdeh göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 230-cu maddəsinə əsaslanaraq, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 3541/2017 saylı iş üzrə 5 dekabr 2017-ci il tarixli qərarına izah verilməsini məhkəmədən xahiş etmişdir.

61. Üçüncü şəxs X5 məhkəməyə qaldırılan məsələ ilə bağlı yazılı izahatını təqdim etmişdir. İzahatda bildirilir ki, şəxsi vəsaiti hesabına Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, 2062 ünvanında 2007 – 2008-ci illərdə yaşayış sahəsi inşa etmişdir. Həmin tikili onun yeganə yaşayış sahəsidir və o, ailəsi ilə birlikdə orada yaşayır. 2015-ci ildən sonra ərazidə yerləşən modulların sahibi İddi açı MMC ilə aralarında mübahisə yaranmışdır. O, şəxsi hesabına inşa etdiyi evdən çıxarılmağa məcbur edilmişdir. Onun həmin tikilidən çıxarılması ilə bağlı 9 yanvar 2017-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət olunmuşdur. Həmin vaxt iddiaçının heç bir hüquqi sənədi olmamışdır. Məhkəmə iddia ərizəsini baxılmamış saxlamışdır. X8 şəxsi vəsaiti hesabına inşa etdiyi tikili ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinə (hazırkı Əmlak Məsələləri Dövlət Xidmətinə) 2015-ci ilin dekabr ayından 2019-cu ilin iyul ayınadək olan dövrdə dəfələrlə müraciət etmişdir. Bundan başqa, o, Nərimanov RİH-də, Nərimanov RPİ-də və 1 saylı Bakı Ərazi İdarəsində həmin qurumların vəzifəli şəxslərinin qəbullarında olmuş, mübahisəli sahə ilə bağlı həmin qurumlara məlumatlar vermişdir. Əmlak Məsələlər i Dövlət Komitəsinin Bakı şəhəri üzrə 3 saylı Ərazi Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 2062 – 73-cü məhəllə, Z.Bünyadov prospekti, 77L ünvanında yerləşən qeyri-yaşayış sahəsinə baxış keçirilərkən ərazidə İddiaçı MMC-yə verilmiş texniki pasporta əlavə olunan ərazinin Baş planında qeyd olunmayan tikinti altı və faydalı sahələri təqribən 275 kv.m və 550 kv.m təşkil edən birinci mərtəbədən iaşə obyekti, ikinci mərtəbəsindən isə ofis kimi istifadə olunan ikimərtəbəli qeyri-yaşayış binası aşkar olunmuşdur. Qeyd edilən tikiliyə dair istifadəçilər tərəfindən heç bir sənəd təqdim olunmamış və C.İ.Ağayeva binanın onun şəxsi vəsaiti hesabına inşa edildiyini bildirmişdir. Həm də ilkin sənədlərdə İddiaçı MMC-yə məxsus modulların tikinti alt ı sahəsinin 0,39188 ha olduğu müəyyən edilsə də, 31 dekabr 2016-cı il tarixdə icarə müqaviləsinə xitam verilmiş, lakin Şirkətin tikinti altı sahəsi 0,4504 ha kimi müəyyən olunmuşdur. 600 kv.m torpaq sahəsinin hansı şəkildə əlavə olunması naməlumdur. 14 yanvar 2020-ci il tarixdə heç bir hüquqi sənəd olmadan yenidən oxşar iddia ilə Nərimanov Rayon Məhkəməsinə müraciət olunmuşdur. 12 aprel 2021-ci il tarixdə ona (C.Ağayevaya) məlum olmuşdur ki, yaşadığı tikiliyə dair 6 yanvar 2021-ci il tarixdə reyestrdən çıxarış verilmiş, 26 dekabr 2020-ci il tarixdə texniki pasport tərtib edilmişdir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən yanlışlığa yol verilmiş və İddiaçı MMC-yə aid olmayan tikiliyə dair texniki pasport və reyestrdən çıxarış verilmişdir. İddia ərizəsində qaldırılan məsələ yeni inşa ol unmuş anbar-istehsalat bazası ilə əlaqədardır və iddiaçıya məxsus tikiliyə aidiyyəti yoxdur. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.

62. Məhkəmə qərarı həmin tələblərə cavab vermədikdə məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsinə, qərarın icrasında qeyri-müəyyənliyin yaranmasına səbəb olur. Bu halda qanunvericilik yaranmış vəziyyətin qərara izah verilməsi yolu ilə həll olunmasını təsbit etmişdir. Bu prosessual vasitədən istifadə qaydaları və əsasları MPM-nin 230-cu maddəsi ilə tənzimlənir. Nəzərə alınmalıdır ki, qərarın izahı heç bir halda məhkəmənin baxılmış mübahisə üzrə təkrar araşdırmanı, qərarın təsviri, əsaslandırıcı və nəticə hissələrində olan ziddiyyətlərin təhlilini ehtiva etmir. Bu hallarda yol verilmiş nöqsanlar qərardad çıxarılmaqla aradan qald ırıla bilər. Həmçinin qərarın izahı zamanı məhkəmə baxışının predmeti olmamış məsələlərin həlli yolverilməzdir. Qərarın izahı həm də onun məzmununun dəyişdirilməsi ilə nəticələnə bilməz. 63. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 sentyabr 2015-ci il tarixli Qərarında qeyd edilir ki, Mülki Prosessual Məcəllənin 228-230-cu maddələrində qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsindən, əlavə qətnamədən və qətnamənin izah edilməsindən bəhs edilir.... Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin qeyd olunan normalarına əsaslanaraq hesab edir ki, qətnam ə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır.

64. Eyni zamanda “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, Qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi ) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir.

65. Göründüyü kimi, məhkəmə qərarına onun məzmunu dəyişdirilmədən izah verilə bilər. Qərara izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir.

66. Lakin birinci instansiya məhkəməsi qanunun bu tələbini pozmuş və məhkəmə qərarına məhkəmə araşdırılması predmeti olmayan hissədə izah verərək “yeni inşa edilmiş anbar və istehsalat binası” dedikdə “X4 aid tikili istisna olmaqla inşa edilmiş anbar və istehsalat binası” nəzərdə tutulmasını qeyd etmişdir.

67. Belə olan halda, məhkəmə qərarında olmayan məsələnin izah ı qanunvericilikdə nəzərdə tutulmadığından, bununla bağlı cavabdeh məhkəmədən müvafiq izah verilməsini tələb etməkdə haqlı sayıla bilməz. 68. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3541/2017 nömrəli, xx.xx.2017ci il tarixli qərarında iddiaçı tərəfindən irəli sürülən iddia tələblərinə ayrı-ayrılıqda və ətraflı şəkildə münasibət bildirilmiş, məhkəmənin gəldiyi nəticə də aydın və başa düşülən olmuşdur.

69. Bütün yuxarıda göstərilənlərlə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aktının izah edilməsi (İPM-in 1.2-ci maddəsinə istinadən) MPM-in “Qətnamənin və ya qərardadın izah edilməsi” adlanan 230-cu maddəsi ilə tənzimlənir.

70. Belə ki, MPM-in 230.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır.

71. Həmin Məcəllənin 230.3-cü maddəsinə görə, Qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir.

72. Burada qeyd edilməlidir ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3541/2017 saylı iş üzrə 05 dekabr 2017-ci il tarixli qərarına izah verilməsinə dair ərizəyə baxılarkən, MPM-in istər 230.1-ci, istərsə də 230.3-cü maddələrinin tələbləri aşkar şəkildə pozulmuşdur.

73. Belə ki, cavabdeh tərəfindən izah edilməsi xahiş olunan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3541/2017 saylı, 05 dekabr 2017-ci il tarixli qərarının nəticə hissəsində “İddia təmin e dilsin. İddiaçı Şirkətinin yeni inşa edilmiş anbar və istehsalat binasına mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi və texniki pasportun tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulsun” yazıldığı halda, Bakı İnzibati Məhkəməsinin cavabdehin sözügedən qərarının izah edilməsinə dair xx.xx.2024-cü il tarixli, 2-1(82)-3541/2017 saylı qərardadının “Qərara aldı:” hissəsində göstərilmişdir ki, “ “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə qərarına izah verilməsi barədə ərizəsi təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəm əsinin 2-1(82)-3541/2017 saylı iş üzrə 5 dekabr 2017-ci il tarixli qərarında “yeni inşa edilmiş anbar və istehsalat binası” dedikdə “X4 aid tikili istisna olmaqla inşa edilmiş anbar və istehsalat binası” nəzərdə tutulsun. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3541/2017 saylı iş üzrə 5 dekabr 2017-ci il tarixli qərarının İddiaçı MMC-nin X4 aid tikili istisna olmaqla inşa edilmiş anbar və istehsalat binasına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təmin etsin.”

74. Beləliklə, Bakı İnzibati Məhkəməsinin sözügedən xx.xx.2024-cü il tarixli, 2-1(82)354/2017 saylı qərardadından bariz şəkildə göründüyü kimi, MPM-in 230.1-ci maddəsinin tələbləri pozulm uş, yəni 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3541/2017 saylı, 05 dekabr 2017-ci il tarixli qərarının nəticə hissəsinin məzmunu dəyişdirilmişdir ki, bu da qanuna zidd olduğundan yol verilməzdir.

75. Digər tərəfdən MPM-in 230.3-cü maddəsinin tələbləri də pozulmuşdur.

76. Belə ki, iş materiallarından göründüyü kimi, eyni zamanda cavabdeh özünün bildirdiyinə görə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3541/2017 saylı, 05 dekabr 2017-ci il tarixli qərarı artıq icra edilmişdir ki, bu da sözügedən qərarın izah edilməsini qanuna zidd və yolverilməz edir.

77. Beləliklə, birinci instansiya məhkəməsi MPM-in 230.1 və 230.3-cü maddələrinin tələblərini pozmaqla qanuni qüvvəyə minmiş və hətta icra edilmiş 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-3541/2017 saylı, 05 dekabr 2017-ci il tarixli qərarı ilə həll edilmiş inzibati mübahisəyə mahiyyəti üzrə faktiki olaraq yenidən baxmış və yuxarıda göstərilmiş qanunsuz xx.xx.2024-cü il tarixli, 2-1(82)-3541/2017 nömrəli qərardad qəbul etmişdir.

78. Lakin apellyasiya məhkəməsi həmin prosessual pozuntulara hüquqi qiymət verməyərək birinci instansiya məhkəməsinin qanuna uyğun olmayan sözügedən qərardadını dəyişdirilmədən qüvvədə saxlamışdır.

79. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin 11 iyun 2024-cü il tarixli qərardadı ləğv edilməli, cavabdehin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-1(82)3541/2017 saylı qərarının izah verilməsi barədə ərizəsi rədd edilməlidir.

80. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etmə yi zəruri hesab edir ki, üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması qaydası İPM-in eyni adlı 28-ci maddəsi ilə tənzimlənir.

81. Belə ki, İPM-in 28.1-ci maddəsinə görə, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərarda d qəbul edir.

82. Həmin Məcəllənin 28.2-ci maddəsinə müvafiq olaraq, mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə).

83. Göründüyü kimi qanunla üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması üçün iki əsas müəyyən edilmişdir.

84. Birincisi, üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunması iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər mümkündür.

85. İkincisi, iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda.

86. Lakin birinci instans iya məhkəməsi İPM-in 28-ci maddəsi ilə müəyyən edilmiş həmin iki məhdudiyyəti nəzərə almamış, halbuki yuxarıda artıq göstərildiyi kimi, sözügedən məhkəmə qərarı qanuni qüvvəyə minmiş və icra edilmişdir.

87. Eyni zamanda üçüncü şəxs kimi məhkəmə icraatına cəlb edilmiş C.Ağayeva məhkəməyə təqdim etdiyi yazılı izahatında göstərmişdir ki, şəxsi vəsaiti hesabına Bakı şəhəri, Nərimanov rayonu, X6 prospekti, 2062 ünvanında 2007-2008-ci illərdə yaşayış sahəsi inşa edilmiş, onun həmin tikilidən çıxarılması ilə bağlı 09 yanvar 2017-ci il tarixdə Bakı şəhəri Nərimanov Məhkəməsinə müraciət etmişdir. Həmin vaxt iddiaçının (yəni, C.Ağayevin – Qeyd: Ali Məhkəmənindir) heç bir hüquqi sənədi olmamışdır. Məhkəmə iddia ərizəsini baxılmamış saxlamışdır.

88. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası Q ƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 iyun 2024-cü il tarixli, 21(103)-2511/2024 nömrəli qərardadı ləğv edilsin. Cavabdehin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 21(82)-354/2017 saylı qərarına izah verilməsi barədə ərizəsi rədd edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar