Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-260/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARDAD Açar sözlər: ( dövlət hesabına vəkil təyin olunmasından imtina ) GİRİŞ HİSSƏ: 12.02.2020 Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə şöbənin xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraatın dayandırılması tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-567/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli qər ardadından kassasiya şikayəti verilməsi üçün iddiaçının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi barədə ərizəsinə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında, xx xxxxxx 2020-ci il tarixdə baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdehnə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şöbənin xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1246/2019 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə (hakim: R.A.Məcidov) iddia mümkün sayılmamışdır. Məhkəmənin həmin qərardadından iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, Şəki Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kol legiyasının 2-1(107)-567/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən: M.R.Hüseynov, hakimlər: G.Q.Abbasov və R.R.Rəfiyev) iddiaçının apelyasiya şikayəti təmin edilmiş, Şəki İnzibatiİqtisadi Məhkəməsinin 2-1(84)-1246/2019 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-567/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərardadının ləğv olunmasını və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. İddiaçının kassasiya şikayəti üzrə kassasiya icraatının mümkünlüyü məsələsinə baxılması xx xxxxxx 2020-ci il tarixə təyin edilərək, bu barədə məhkəmə icraatı iştirakçılarına lazımi qaydada məlumat verilmişdir. Bundan sonra, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək Şəki Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-567/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. Ərizəyə baxılması xx xxxxxx 2020-ci il tarixə təyin edilərək, bu barədə iddiaçıya lazımi qaydada məlumat verilmişdir. Ərizənin dəlillərinə görə, iddiaçı vəkil tutmaq üçün kifayət qədər maddi imkanının olmadığını nəzərə alaraq, onun dövlət hesabına vəkillə təmin olunmasını xahiş edir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı ərizəsini müdafiə edərək onun təmin edilməsini, Şəki Ape lyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-567/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinin 2-ci hissəsinə görə, qanunla nəzərdə tutu lmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 14.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən, kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. ( 67.1) Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. ( 67.2) Adı çəkilən Məcəllənin 121.2-ci maddəsinə əsasən, bu Məcəllənin 67-ci maddəsində nəz ərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilmiş məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə münasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və ya məhkəmədə hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfin dən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Göründüyü kimi, qanunvericilik dövlət büdcəsinin vəsaiti hesabına vəkil təyin edilməsini hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərə aid etmişdir. Lakin hazırki halda, iddiaçı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitə malik olmamasını əsaslandırmamış, bunu təsdiq edən sübutları ərizəsinə əlavə etməmişdir. Həmçinin, iddiaçı hüquqi yardım göstərilməsi ilə bağlı hər hansı vəkilə və ya vəkil bürolarına müraciət etməsi barədə heç bir sübut təqdim etməmişdir. Qeyd olunmalıdır ki, iddiaçının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməməsi onun hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Belə ki, əsassız olaraq kassasiya şikayəti tərtib olunması üçün dövlət hesabına vəkillə təm in olunma, qanun və məhkəmə qarşısında bərabərlik hüququnun pozulmasına (hazırkı iş üzrə cavabdehə münasibətdə), süründürməçiliyə səbəb olur, şəxslərin intizamsızlığına şərait yaradır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Şəki Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-567/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərardadından kassasiya şikayəti verməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi barədə ərizəsi təmin olunmamalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90.3-cü maddəsini və Mülki Prosessual Məcəllənin 121.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı Şəki Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1 (107)-567/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərardadından kassasiya şikayəti verməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə ərizəsi təmin edilməsin. İddiaçı kassasiya şikayəti üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-260/2020
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-260/2020
12.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver