Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-260/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və X3 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı vəkili X5 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə (bundan sonra cavabdeh) qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsin in İnzibati Kollegiyasının 21(103)-1662/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X4 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arxiv arayışına əsasən iddiaçı Neftçala Rayon Polis Şöbəsinin xx.xx.1992-ci il tarixli 74 saylı əmrilə Ağdam rayonuna ezam olunmuşdur.
2. Cavabdeh tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli məktubda qeyd olunur ki, iddiaçının “Müharibə veteranı” adının və müvafiq veteran vəsiqəsinin verilməsi barədə daxil olmuş müraciətinə “Ədliyyə orqanlarında Müharibə veteranı, Silahlı qüvvələr veteranı, Əmək veteranı adlarının verilməsi üzrə komis siya”da baxılmışdır. İddiaçı 1982-1997-ci illərdə daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışmış, 1997-2007-ci illərdə 5 saylı islah əmək müəssisəsinin rəisi vəzifəsində işləmiş, xidmət illərinə görə xx.xx.2007-ci il tarixdə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Müraciətlə bağlı təqdim edilmiş Daxili işlər Nazirliyinin Baş Əməliyyat və X2 xx.xx.2019-cu il tarixli arxiv arayışına əsasən, o, Neftçala Rayon Polis Şöbəsinin xx.xx.1992-ci il tarixli 74 nömrəli əmri ilə Ağdam rayonuna ezam olunmuşdur. “Müharibə veteranı, silahlı qüvvələr və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq olunmuş Əsasnamənin tələblərinə əsasən “Müharibə veteranı” adı döyüş əməliyyatları apar an hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara həmçinin arxiv arayışları əsasında verilir. Lakin onun təqdim etdiyi müvafiq arayışda ezamiyyənin məqsədi, habelə hansı hərbi hissəyə və ya orqana ezam olunması barədə məlumat qeyd edilməmişdir. Eyni zamanda məsələnin tam və ətraflı araşdırılması məqsədilə müvafiq qanunvericiliyin tələblərinə cavab verən sənədlərin təqdim olunması üçün əvvəllər çalışdığı Neftçala Rayon Polis Şöbəsinə müraciət olunmuş, lakin həmin qurumdan barəsində arxiv sənədlərinin mövcud olmadığı bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı xx xxxxxx 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Qarabağ müharibəsində iştirakına görə müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1988-94-cü illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Neftçala Rayon polis şöbəsində rəis müavini vəzifəsində xidmət etmişdir. Xidmət etdiyi müddətdə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı dəfələrlə Qarabağda gedən döyüşlərdə iştirak etmişdir. Döyüş bölgəsində olmasına və döyüşlərdə iştirak etməsinə baxmayaraq, Daxili İşlər Nazirliyinin arxivindən Ağdam rayon polis şöbəsinə ezam olunması barədə bir Arayış (xx.xx.1992-ci il tarixli 74 saylı əmr) əldə edilmişdir. Onunla dəfələrlə Qarabağ döyüşlərində qrup halında döyüşmüş zabitlər təsdiq edə bilər ki, o, onlarla döyüşlərdə iştirak etmişdir. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995- ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, Silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci maddəsinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müdafiə, daxili işlər, milli təhlükəsizlik orqan və hərbi hissələri tərəfindən və hərbi döyüşlərdə iştirakını sübut edən başqa sənədlər əsasında verilir. Onunla Qarabağ döyüşlərində iştirak et miş Neftçala rayon polis şöbəsinin sabiq əməkdaşları X7, X9, X10 şahid kimi təsdiq edə bilərlər ki, onlar Qarabağ döyüşlərində birgə dəfələrlə iştirak etmişlər.
5. Birinci instansiya məhkəməsi tərəfindən Neftçala Rayon Polis Şöbəsinin xx.xx.1992-ci il tarixli 74 saylı əmrinin təsdiq edilmiş surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 tələb edilmişdir.
6. Məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2020-ci il tarixli, 0125509-1220 saylı məktubla Neftçala Rayon Polis Şöbəsinin xx.xx.1992-ci il tarixli 74 saylı əmrinin surəti məhkəməyə təqdim olunmuşdur.
7. Bakı İnzibati Məhkəməsinin (hakim X13, 2-1(112)-3462/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsinin mövqeyinə görə Neftçala Rayon Polis Şöbəsinin x x.xx.1992-ci il tarixli 74 saylı əmrinə baxış keçirilərkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN-nin 2/17 saylı göstərişinə əsasən polis kapitanı iddiaçı Ağdam rayonuna ezam olunmuşdur. Həmin əmrdə ezamiyyənin məqsədi, habelə iddiaçının hansı hərbi hissəyə və ya orqana ezam olunmasını müəyyən etmək mümkün deyildir. İddiaçının Ağdam rayonuna ezam olunması onun Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə iştirakını təsdiq edən sübut kimi qəbul edilə bilməz. İddiaçının döyüşlərdə iştirakını təsdiq edən sənədlər olmadığından, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 xx.xx.2019-ci il tarixli, 012-25748Q-3219 saylı arxiv arayışı əsasında ona “müharibə veteranı” adı və vəsiqəsi verilməsi mümkün olmadığından iddia tələbi təmin edil ə bilməz. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar.
9. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası (hakimlər X11-məruzəçi, X14 və X6, 2-1(103)1662/2020 saylı iş) xx xxxxxxx 2020-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
11. İddiaçı xx xxxxxx 2020-ci tarixdə kasasiya şik ayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı 1988-94-cü illərdə Azərbaycan Respublikası DİN Neftçala rayon polis şöbəsində xidmət edərkən dəfələrlə Qarabağa-döyüş bölgəsinə ezam olunmuşdur (Neftçala rayon polis şöbəsinin xx.xx.1992-ci il tarixli 74 saylı əmri ilə). Həmin dövrdə polis əməkdaşlarını Qarabağa-döyüş bölgəsinə qruplar halında göndərirdilər, ezamiyyət ünvanları əsasən rayon polis şöbələri idi. Adətən ezamiyyətlə bağlı verilmiş əmrlərdə ezamiyyətin məqsədi-məzmunu göstərilmirdi. Məhkəmə prosesləri İddiaçının iştirakı olmadan keçirilmişdir. Digər tərəfdən polis şöbəsinin əmri ilə Qarabağa ezam olunarkən ezamiyyətin məqsədi məzmunun elan olunmaması onun günahı deyil. Eyni zamanda Bakı inzibati məhkəməsində məlum olmuşdur ki, iddiaçı ilə bir qrupda Qarabağa ezam olunmuş Neftçala rayon polis şöbəsinin sabiq əməkdaşları X7, X9, X8 müharibə veteranı vəsiqəsi almışlar. Belə olan halda, hüququn başlıca prinsipi-qanun qarşısında hər kəsin bərabərliyi prinsipi pozulmuş olur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının diqqətindən kənarda qalmışdır. 12. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.
15. İşə baxılmasının va xtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində nümayəndəsinin iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 16. “Veteranlar haqqında” Qanun: Maddə 3. 2-ci hissə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 95-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 7-ci yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yu xarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhl ükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsas ında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunm ur. 2-ci bənd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. 3-cü bənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonla rının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keç diyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir...
17. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahi sə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apelyasiy a instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
18. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
19. Apelyasiya məhkəməsinin qərarı bütö vlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. İddiaçının əsas dəlili ondan ibarətdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda ermənilərə qarşı gedən döyüş əməliyyatlarında polis əməkdaşları ilə birlikdə fəal iştirak etdiyindən ona müharibə veteranı adı və vəsiqəsi verilməlidir.
22. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşı rığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara müvafiq orqan tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı və vəsiqəsi verilir.
23. İddiaçının təqdim etdiyi sənədlərlə onun döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması təsdiq olunmur.
24. İşdə olan Neftçala rayon Polis Şöbəsinin xx xxxxxxxx 1992-ci il tarixli əmrində iddiaçı da daxil olmaqla polis şöbəsinin əməkdaşlarının Ağdam rayonuna ezam olunması qeyd edilsə də, yuxarıda göstərilən Əsasnamədə göstərildiyi kimi, konkret olaraq iddiaçının döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması arayış, hərbi bilet, əmrlərdən çıxarış, hərbi döyüşlərdə iştirakı sübut edən başqa dəlillə təsdiq olunmur.
25. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə müəyyən edilmişdir və Əsasnamənin tələbinə görə iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün Azərbaycan R espublikasının ərazi bütövlüyü uğrunda 1988ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində aparılan döyüş əməliyyatlarında döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması şərtdir.
26. İşdəki sənədlərə görə iddiaçı döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması sübuta yetmir.
27. Həmçinin işdə olan sənədlərdən görünür ki, iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi aidiyyəti orqanlar tərəfindən verilmiş arayış, şəxsi işi, orden və medallarla təltif olunmaq haqqında vəsiqə, xəsarət ( yaralanma, travma, kontuziya) alma haqqında arayış, əmrlərdən çıxarış və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlə təsdiq olunmur.
28. Qeyd edilməlidir ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün Əsasnamədə tələb olunan sənədlər təqdim edilməlidir və iddiaçıya münasibətdə həmin sənədlər təqdim edilmədiyindən ayrı-ayrı şəxslərə müharibə veteranı vəsiqəsi verilməsi barədə şikayətin dəlilləri iddianın təmin edilməsi üçün əsas ola bilməz.
29. İddiaçının Ali Məhkəməyə təqdim etdiyi ayrı-ayrı şəxslərin adlarına tərtib edilmiş müharibə veteranı adı və vəsiqəsinin verilməsi iddianın təmini üçün yetərli əsas deyildir.
30. Bəhs olunanlara əsasən kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.
31. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1662/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.