Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-260/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: keçmiş dövr üçün pensiyanın hesablanması; yaranmış fərqin ödənilməsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1966, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial M üdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “keçmiş dövr üçün pensiyanın hesablanması və yaranmış fərgin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2597/2022 nömrəli, 23 sentyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 1992-ci ildə Qarabağ müharibəsində aldığı xəsarətlə bağlı 20 sentyabr 1994-cü ildən Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon şöbəsindən İİ qrup əlil kimi pensiya təyin olunmuşdur. 2. 31 oktyabr 2017-ci il tarixində İddiaçı ona hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin olunması üç ün ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir.
3. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 18 oktyabr 2017-ci il tarixli MN-09288 nömrəli məlumat vərəqəsinə əsasən, İddiaçı 1 noyabr 2017-ci il tarixindən “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlə əlaqədar” İİ qrup əlilliyə görə pensiya təyin edilmişdir.
4. Pensiya işinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə verilməsindən sonra pensiya məbləğində artım olmuşdur. Lakin keçmiş dövr üzrə yalnız üç il müddət üçün pensiya yenidən hesablanaraq ödənilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, keçmiş dövr üçün pensiyanın hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1984-1986-cı illərdə Rusiyada hərbi xidmətdə olmuşdur. 1992-ci ildə Qarabağ müharibəsində aldığı xəsarətlə bağlı pensiyanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon şöbəsindən alırdı. Pensiya işi cavabdeh idarəyə verildikdən sonra pensiya məbləğində artım olmuşdur. Lakin pensiya keçmiş dövr üçün yalnız 3 il üçün ödənilmişdir. Əvvəlki illərin pensiya fərqinin ödənilməsindən isə əsassız olaraq imtina edilmişdir.
7. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı 31 oktyabr 2017-ci il tarixində idarəyə hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin olunması üçün ərizə ilə müraciət etmişdir. İdarənin sorgusuna əsasən Dövlət Sosial Müdafiə Fondunun Beyləqan rayon şöbəsinin 28/3676 nömrəli məktubunda iddiaçının əmək pensiyasının 31 oktyabr 2017-ci il tarixinədək ödənildiyi qeyd edilmişdir. Bununla əlaqədar olaraq, AR Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 18 oktyabr 2017-ci il tarixli MN-09288 nömrəli məlumat vərəqəsinə əsasən, “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış xəsarətlə əlaqədar” 2-ci qrup əlilliyə görə 1 noyabr 2017-ci il tarixində iddiaçıya onun təminat xərcliyinin (493.00 manat) 80 faizi - 351.20 manat məbləğində pensiya təyin edilmiş və keçmiş üç il müddəti üçün yenidən hesablanmışdır. “Əmə k pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 və 37.7-ci maddələrinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlarla əlaqədar keçmiş müddət üçün hesablanmış 6029,80 manat məbləğində fərq xx.xx.2017 - xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hissə-hissə iddiaçının müvafiq kart hesabına köçürülmüşdür. Buna görə də, iddiaçının pensiyasının yenidən hesablanması üçün heç bir əsas yoxdur. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim M.T.Hacıbəyova) 2-1(81)3348/2019 nömrəli, 10 dekabr 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçıya hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyasının keçmiş dövr üçün (xx.xx.1994-cü ildən xx.xx.2017-ci ilədək) hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsinin əsaslandırması:
9. İşin faktiki hallarına əsasən, iddiaçı Müdafiə Nazirliyinin (MAHHX əsgəri) hərbi qulluqçusu olaraq, 28 sentyabr 1992-ci ildə (xəstəliyə görə) hərbi xidmətdən tərxis olunmuş, ona 20 sentyabr 1994-cü ildə ikinci qrup əlili kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İş materiallarından göründüyü kimi, iddiaçının hərbi qulluqçu kimi əmək pensiyası almaq hüququ artıq 1994-cü ildə yaranmışdır. Lakin cavabdeh tərəfindən iddiaçıya hərbi qulluqçu kimi 01 noyabr 2017-ci il tarixdən pensiya məbləği hesablanıb ödənilməsi qərara alınmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01 iyul 2017-ci ilə qədər olan redaksiyasında əmək pensiyası hüququ olan şəxslərin əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan əmək pensiyasını almaq hüququ nəzərdə tutulmuşdu. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndinə görə, 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra m üraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir.
10. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: V.M.Ağayev /sədrlik edən və məruzəçi/, A.B.Nuriyeva və A.Ə.Hüseyn) 2-1(103)-921/2020 nömrəli, 18 avqust 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3348/2019 nömrəli, 10 dekabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması:
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Z.M.Quliyev /sədrlik edən və məruzəçi/, R.S.Nəbizadə və İ.Ə.Şəfiyev) 2-1(102)-2010/2020 nömrəli, 14 oktyabr 2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-921/2020 nömrəli, 18 avqust 2020-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Kassasiya instansiyası məhkəməsinin əsaslandırması:
15. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbay can Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx.xx.2020-ci il tarixli 3/2020 nömrəli Qərardadı ilə qərara alınmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya hərbi qulluqçu kimi xx.xx.2017-ci il tarixdən pensiya məbləğinin hesablanıb ödənilməsi qə rara alınmışdır. ç) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsindəki icraat
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və İddiaçı şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 sentyabr 2021-ci il tarixli Qərarı ilə İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı keçmiş dövr üçün pensiyanın hesablanması və yaranmış fərqin ödənilməsi tələbinə dair iş üzr ə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 oktyabr 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 38 və 60-cı maddələrinə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. d) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumundakı icraat
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13-1(102)-1(k)/2022 nömrəli, 15 aprel 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2010/2020 nömrəli, 14 oktyabr 2020-ci il t arixli qərarı və həmin qərarla əlaqədar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)921/2020 nömrəli, 18 avqust 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. e) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) 2-1(103)-2597/2022 nömrəli, 23 sentyabr 2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3348/2019 nömrəli, 10 dekabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunaraq iddia təmin edilməmişdir.
19. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
20. İddiaçı kassasiya şikayətində işin faktiki hallarına, iş üzrə məhkəmələr tərəfindən qəbul edilmiş aktlara, bir sıra maddi və prosessual hüquq normalarına istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2597/2022 nömrəli, 23 sentyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu 32.1-1. Əmək pensiyaları on u almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx.xx.2020-ci il tarixli 3/2020 nömrəli Qərardadı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci madd əsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
24. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərard adının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikay ətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələbləri nə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, işin hallarının tam və hərtərəfli ara şdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
30. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından, keçmiş dövr üçün pensiyanın hesablanması və yaranmış fərqin ödənilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq norm alarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
31. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
32. Məlum olduğu kimi, Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il tarixli qərardadı ilə qərara alınmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbi q edilməlidir.
33. Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və İddiaçı şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 sentyabr 2021-ci il tarixli Qərarında isə qeyd etmişdir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməsinin səbəblərini (belə müraciətlərin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uğun olaraq qərar qəbul etməlidirlər.
34. Eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etmişdir ki, işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə xx.xx.2018-ci il tarixdə yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə ə vvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə bağlı məsələlər tənzimlənmişdir. Yeni müəyyən edilmiş normaya əsasən, qeyd edilən Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.11-ci maddəsinə uyğun ödənilir.
35. İş materiallarından göründüyü kimi, cavabdeh tərəfində iddiaçıya hərbi qulluqçu kimi xx.xx.2017-ci il tarixdən pensiya məbləği hesablanıb ödənilməsi qərara alınmışdır.
36. İşə təkrar apellyasiya qaydasında baxılarkən məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, o, xx.xx.2017-ci il tarixə qədərki dövrdə cavabdeh orqana müraciət etməmişdir, cavabdeh öz təşəbbüsü ilə onun əlilliyini müharibə əlilliyinə dəyişdirmiş və pensiyasını yenidən hesablamaqla əvv əlki 3 il üçün ödəyib.
37. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli qərardadına uyğun olaraq pensiya müraciət edilən tarixdən yalnız əvvəlki 3 il üçün hesablana bilər.
38. İş üzrə isə iddiaçının müraciəti əsasında cavabdeh orqanın cavab məktubunda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçı nın əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 6029,80 manat məbləğində fərq xx.xx.2017-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hissə-hissə müvafiq kart hesabına köçürülmüşdür.
39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işə baxılarkən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2597/2022 nömrəli, 23 sentyabr 2022-ci il tarixli qərarı dəy