Məhkəmə qərarları › İş №2-1(102)-260/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-260/2024

28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-260/2024 28.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Ərizəçi İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: məhkəmə qərarının icrasının təmin edilməməsinə görə cərimənin tətbiq edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Dadaşov İlqar Ağababaş oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Ərizəçi İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə qarşı “ məhkəmə qərarının vaxtında icra edilməməsinə görə cavabdehin cərimə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 sentyabr 2023-cü il tarixli, 2-1(103)2566/2023 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə qarşı ( 3-cü şəxs: Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Nəsimi RİH MKTB-nin xx.xx.2015-ci il tarixli, 22 saylı ödəniş tapşırığı ilə "xxxx" ASC-nin 1 saylı Nəsimi filialı vasitəsi ilə DSMF-nin İri Sığortaedənlərlə iş üzrə Departamentini n hesabına köçürdüyü 10.663,82 manat vəsaitin ödəniş təyinatına uyğun olaraq iddiaçının (SSN **********513) məcburi dövlət sosial sığorta haqları üzrə pensiya kapitalına aid edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5479/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhər Nəsimi RİH MKTB-nin xx.xx.2015-ci il tarixli, 22 saylı ödəniş tapşırığı ilə "xxxx" ASC-nin 1 saylı Nəsimi rayon filialı vasitəsi ilə Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə iş üzrə Departamentin hesabına köçürdüyü 10.663,82 manat vəsaitin ödəniş təyinatına uyğun olaraq İddiaçı (SSN **********513) məcburi dövlət sosial sığorta haqları üzrə pensiya kapitalına aid edilməsi vəzifəsi cavabdeh Dövlə t Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına həvalə edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-1187/2021 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5479/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi rədd edilmişdir.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021ci il tarixli, 2-1(102)-2372/2021 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-1187/2021 nömrəli qərarı ləğv edilmiş, iddiaçının iddiasının təmin edilməsi barədə yeni qərar qəbul edilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin xx.xx.2 022-ci il tarixli məktubundan görünür ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-2372/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı icra edilməsi və məhkəmə qərarının icrası barədə məlumatın qısa müddət ərzində məhkəməyə göndərilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına göndərilmişdir.

6. Qeyd olunan məktuba Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemində İddiaçı xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqqının onun fərdi şəxsi hesabına bərkidilməsi Filial ın səlahiyyətləri xaricində olduğundan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2021-ci il tarixli 2-1(102)- 2372/2021 nömrəli Qərarının icrası ilə əlaqədar 14 mart 2022-ci il tarixli **********2 nömrəli məktubla Fondun Aparatına müraciət olunmuşdur.

7. Bakı İnzibati Məhkəməsi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına göndərilmiş 01 iyul 2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2021-ci il tarixli 2-1(102)-2372/2021 nömrəli Qərarı qüvvəyə mindiyindən, qərarın icra edilməsi barədə barədə məlumatın məhkəməyə göndərilməsi xahiş edilmişdir.

8. Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2021-ci il tarixli 2- 1(102)-2372/2021 nömrəli qərarının Filial tərəfindən tam şəkildə icra olunduğu bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

9. Ərizəçi İddiaçı xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5479/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarını vaxtında və qərəzli şəkildə icra etmədiyi üçün Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının (direktoru Hüseyn Paşayev) İPM-nin 120.3-cü maddəsinə uyğun olaraq 50.000 manat cərimə edilməsi, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5479/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından işi uzatmaq məqsədi ilə əsassız vəsatət, şikayətlər verdiyi üçün MPM-nin 174.5-ci maddəsinə uyğun olaraq Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının əməkdaşı Vüqar Muxtarovun 500 manat məbləğində cərimə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı yenidən xx.xx.2022-ci il tarixdə eyni məzmunlu ərizə ilə məhkəməyə müraciət edərək yuxarıda adları çəkilən şəxslərin cərimə edilməsini xahiş etmişdir. Ərizəçinin əsaslandırması:

11. Ərizə onunla əsaslandırmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun və onun Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə qarşı iddiası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5479/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 22 saylı, xx.xx.2015-ci il tarixli ödəniş tapşırığı ilə "xxxx" ASC-nin 1 saylı Nəsimi rayon filialı vasitəsi ilə Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə iş üzrə Departamentin hesabına köçürdüyü 10.663,82 manat vəsaitin ödəniş təyinatına uyğun olaraq İddiaçı (SSN **********513) məcburi dövlət sosial sığorta haqları üzrə pensiya kapitalına aid edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 21(103)- 1187 /2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə təmin edilmiş, 1-ci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Bu qərardan verdiyi kasasiya şikayəti Ali Məhkəmənin 2-1(102)-2372/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 2-(103)-1187/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş və yeni qərar qəbul edilərək iddia təmin edilmişdir. Ali Məhkəmə xx.xx.2021-ci il tarixli qəti qərarını verdikdən sonra qərar Bakı İnzibati Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə icra edilməsi üçün cavabdehə göndərilmiş, cavabdeh uzun müddət ərzində qərarın icrasını müxtəlif bəhanələr gətirməklə icra etməkdən yayınmışdır. Cavabdehin etirazları:

12. Cavabdeh ərizəyə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmiş dir ki, İddiaçı cavabdeh Filiala qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Birliyin 22 saylı, 1 may 2015-ci il tarixli ödəniş tapşırığı ilə "xxxx" ASC-nin 1 saylı Nəsimi filialı vasitəsi ilə Fondun İri Sığortaedənlərlə iş üzrə Departamentinin hesabına köçürdüyü 10663,82 manat vəsaitin ödəniş təyinatına uyğun olaraq onun məcburi dövlət sosial sığorta haqları üzrə pensiya kapitalına aid edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2020-ci il tarixli 2-1(112)-5479/2020 nömrəli qərarı ilə iddiaçı tələbi təmin edilərək X2 Sığortaedənlərlə iş üzrə Departamentinin hesabına köçürdüyü 10.663,82 manat vəsaitin İddiaçı məcburi dövlət sosial sığorta haqları üzrə pensiya kapitalına aid edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 27 sentyabr 2021-ci il tarixli 2-1(103)-1187/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin qərarını ləğv edərək iddiaçının iddia tələbini rədd etmişdir. Azərbaydan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 dekabr 2021-ci il tarixli 2-1 (102)-2372/2021 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddiaçının iddiası təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin 7 fevral 2022-ci il tarixli, 2- 1(112)-5479/2020 nömrəli məktubu ilə Filiala müraciət edilərək Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarı qanuni qüvvəsini aldığından məhkəmə qərarının icra edilərək icrası barədə qısa mü ddət ərzində məhkəməyə məlumat verilməsi xahiş edilmişdir. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə"nin 2-ci bəndində strukturu, daxil edilən informasiyanın tərkibi, növü və həmin informasiyadan istifadə qaydası qeyd edilmişdir. Əsasnamənin 2.3.6-cı yarımbəndinə əsasən, "Sığorta” (Hesabat) altsistemi vasitəsilə “Sosial sığorta haqqında” və "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta sahələrində xidmətlərin elektronlaşdırılması nəzərdə tutulmuşdur. Əsasnamənin 1.2-ci bəndinə əsasən MEİSin əsas təyinatı əmək, məşğulluq, sosial müdafiə və sosial təminat, habelə Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə informasiyanın yaradılması, toplanılması, işlənməsi, saxlanılması və axtarışı işlərinin avtomatlaşdırılmasından ibarətdir. Nazirliyin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının 17 dekabr 2021-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “DOST X1“ MMC-nin Nizamnaməsinin 3.1-ci yarımbəndinə əsasən, Cəmiyyət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan qurumların daxil olmayan tabeliyində olan qurumların informasiya-kommunikasiya mart 2022-ci il tarixli, **********2 nömrəli məktubu ilə müvafiq düzəl işlərin edilməsi üçün aidiyyəti üzrə Fonda müraciət edilmişdir. Fond 19 may 2022-ci il tarixli, **********8 nömrəli məktubu ilə Nazirliyin tabeliyində “DOST X1“ MMC-yə müraciət edərək Ali Məhkəmənin Qərarının qəti olmasını nəzərə alaraq, Birlik tərəfindən 2015-ci il üzrə təqdim edilmiş illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumata (Forma B3) əsasən fərdi şəxsi hesablarına məcburi dövlət sosial sığorta haqları bölüşdürülmüş və əmək pensiyası təyin edilməmiş sığortaolunanların fərdi şəxsi hesablarından məcburi dövlət sosial sığorta haqqının İddiaçı əmək fəaliyyətli olduğu 2006-2014-cü illər dövlət sosial sığorta haqlar na uyğun olaraq bölüşdürülməsi və fərdi şəxsi hesabında əks olunması üçün köməklik göstərilməsi xahiş edilmişdir. “DOST RİM" MMC Fonda 22 iyun 2022-ci il tarixli, **********9 nömrəli məktub ünvanlayaraq bildirmişdir ki, Birlik tərəfindən 2015-ci il üzrə təqdim edilmiş illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumata əsasən, təqdim olunan siyahı üzrə sığortaolunanların fərdi şəxsi hesablarından məcburi dövlət sosial sığorta haqqı azaldılmışdır. Həmin məbləğ sığortaolunan İddiaçı əmək fəaliyyətli olduğu 2006-2014- cü illər üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqlarına uyğun olaraq fərdi şəxsi hesabına bərkidilməsi təmin edilmişdir. Filial Bakı İnzibati Məhkəməsinə və Birliyə 4 iyul 2022-ci il tarixli **********4 nömrəli məktub ünvanlayaraq bildirmişdir ki, Ali Məhkəmənin 15 dekabr 2021-ci il tarixli 2-1(102)-2372/2021 nömrəli Qərarı tam icra edilmişdir. Cavabdeh hesab etmişdir ki, “İnizbati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının müddəalarına əsasən iddia mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

13. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-5479/2023 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Ali Məhkəmənin sözügedən məhkəmə qərarı cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixdə icra edilmişdir. Ümumiyyətlə ərizəçinin tərəf olduğu Ali Məhkəmənin 15 dekabr 2021-ci il tarixli 2-1(102)-2372/2021 nömrəli qərarının cavabdeh tərəfindən icra edilməsi işin mübahisəsiz halını təşkil edir. Bu baxımdan indiki halda inzibati orqanın cərimə edilməsi ərizəçi nin hüquqi statusunda hər hansı dəyişikliyə səbəb olmayacaqdır.

15. Digər tərəfdən, sözügedən məhkəmə qərarının vaxtında icra edilməməsinə görə ərizəçi ona vurulmuş hesab etdiyi ziyanı artıq başqa inzibati məhkəmə icraatı çərçivəsində tələb edir. Belə ki, iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 21(112)-11156/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərardan narazı qalan ərizəçi qərardan apellyasiya şikayəti vermiş və hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında baxılır.

16. Göstərilənlərə əsasən məhkəmə qərarı icra edildiyindən hazırkı mübahisə üzrə inzibati orqanın cərimə edilməsini normanın tətbi qi və məqsədləri baxımından zəruri hesab edilmir.

17. İddiaçı xx.xx.2023-cü il tarixdə həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2566/2023 nömrəli qərardadı ilə ərizəçinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-5479/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

20. İddiaçı və vəkili apellyasiya instansiya məhkəməsinin qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilm əsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri:

21. İddiaçı kassasiya şikayətində qeyd edir ki, məhkəmə qərarını gec icra etmələrinin səbəbi prosedur qaydalarına uyğun olaraq onu yuxarı vəzifəli şəxslərə göndərmələri olub, onda bu haqda əsasnamələrini təqdim edib, göstərməlidir ki, onların qərarı icra etmək səlahiyyəti yoxdur və hökmən bu prosedura əməl etməlidir, yuxarı vəzifəli şəxsdən icazə almalıdırlar. Təbii ki, bu dəlil gülünc və absurddur. Məgər yuxarı vəzifəli şəxs dövlətin adından çıxarılmış qərarın icrasına icazə verməyə bilər? Cavabdeh ərizəyə etirazında göstərmişdir ki, Cəmiyyət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan qurumların daxil olmayan tabeliyində olan qurumların informasiya-k ommunikasiya mart 2022-ci il tarixli, **********2 nömrəli məktubu ilə müvafiq düzəlişlərin edilməsi üçün aidiyyəti üzrə Fonda müraciət edilmişdir. Fond 19 may 2022-ci il tarixli, **********8 nömrəli məktubu ilə Nazirliyin tabeliyində “DOST X1“ MMC-yə müraciət edərək Ali Məhkəmənin Qərarının qəti olmasını nəzərə alaraq, Birlik tərəfindən 2015-ci il üzrə təqdim edilmiş illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumata (Forma B3) əsasən fərdi şəxsi hesablarına məcburi dövlət sosial sığorta haqları bölüşdürülmüş və əmək pensiyası təyin edilməmiş sığortaolunanlarm fərdi şəxsi hesablarından məcburi dövlət sosial sığorta haqqının İddiaçı əmək fəaliyyətli olduğu 2006-2014-cü illər dövlət sosial sığorta haqlarına uyğun olaraq bölüşdürülməsi və fərdi şəxsi hesabında əks olunması üçün köməklik göstərilməsi xahiş edilmişdir. “DOST RİMM MMC Fonda 22 iyun 2022-ci il tarixli, **********9 nömrəli məktub ünvanlayaraq bildirmişdir ki. Birlik tərəfindən 2015-ci il üzrə təqdim edilmiş illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumata əsasən, təqdim olunan siyahı üzrə sığortaolunanlann fərdi şəxsi hesablarından məcburi dövlət sosial sığorta haqqı azaldılmışdır. Həmin məbləğ sığortaolunan İddiaçı əmək fəaliyyətli olduğu 2006-2014-cü illər üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqlarına uyğun olaraq fərdi şəxsi hesabına bərkidilməsi təmin edilmişdir. Filial Bakı İnzibati Məhkəməsinə və Birliyə 4 iyul 2022-ci il tarixli **********4 nömrəli məktub ünvanlayaraq bildirmişdir ki, Ali Məhkəmənin 15 dekabr 2021-ei il tarixli 2-1( 102)-2372/2021 nömrəli Qərarı tam icra edilmişdir”. Göründüyü kimi cavabdeh etirazında dəqiq tarixlər göstərmir, çünki günahı var və məhkəmə də buna əhəmiyyət vermir və ya incəliyini bilmir. Belə ki, cavabdeh etirazında məhkəmənin xx.xx.2023-cü il tarixli icra məktubunu aldığını bildirsə də, bundan sonra hansı hərəkətləri etdiyini açıqlamamış, məktubu aldıqdan etdiyi hərəkətsizliyin səbəbini bildirməmişdir. b. kassasiya şikayətinə etiraz və mülahizə:

22. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmiş, apellyasiya instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə

120. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icra edilməsi 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orq ana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya məhkəməsinin qərardadı bütö vlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərt ərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı iddia ərizəsi Ali Məhkəmənin 15 dekabr 2021-ci il tarixli, 2-1(102)-2372/2021 nömrəli qərarı ilə təmin edilmiş və həmin qərar Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubu ilə icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilmiş, xx.xx.2022-ci il tarixli məktuba əsasən sözügedən məhkəmə qərarı cavabdeh tərəfindən icra edilmişdir.

29. İstinad olunan İPM-in 120-ci maddəsindən göründüyü kimi, inzibati qanunvericilik cərimə institutunu inzibati orqan üçün məhkəmə qərarını icra etməyə məcburetmə mexanizmi kimi nəzərdə tutmuşdur. Hazırkı halda isə Ali Məhkəmənin sözügedən məhkəmə qərarı cavab deh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixdə icra edilmişdir.

30. Apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, məhkəmə qərarı icra üçün cavabdeh quruma göndərildikdən sonra vaxtında icra olunmuşdur. Bununla bağlı sübutlar olduğu halda məhkəmə qərarının icra olunmadığı üçün inzibati orqanın cərimə olunması barədə iddiaçının ərizəsi birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilməmişdir. Hazırki vəziyyətdə isə iddiaçı bu tələbinin qanuni əsasını ərizəsində göstərə bilməmişdir.

31. İşə kassasiya qaydasında baxan məhkəmə kollegiyası hesab eddir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür, kassasiya şikayətinin təmin olunması üçün isə əsaslar yoxdur.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasi ya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(103)-2566/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar