Məhkəmə qərarları › İş №2-1(102)-260/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-260/2025

31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-260/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın yenidən hesablanaraq ödənilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası 31.01.2025 Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fond u publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanaraq ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 2-1(103)3188/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı Apellyasiya Məhkəməsinin 387 nömrəli, 30 dekabr 2023-cü il tarixli “Səlahiyyətlərinə xitam verilmiş hakim İddiaçı əmək haqqının ödənilməsinin dayandırılması haqqında” Əmrinə əsasən, hakimlik səlahiyyətlərinin həyata keçirilməsiüçün son yaş həddinə çatması nəzərə alınaraq Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının 30 dekabr 2023-cü il tarixli qərarı ilə hakimlik səlahiyyətlərinə xitam verilmiş Bakı Apellyasiya Məhkəməsinin hakimi İddiaçı 30 dekabr 2023-cü il tarixdən əmək haqqının ödənilməsi dayandırılmışdır.

2. Məhkəmə-Hüquq Şurasının 30 dekabr 2023-cü il tarixli Qərarından çıxarışa əsasən, hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatması nəzərə alınaraq, Bakı Apellyasiya Məhkəməsinin hakimi X1 2023-cü il 30 dekabr tarixdən xitam verilməsi qərara alınmışdır. 3. “Əmək pensiyasına qulluq stajına görə əlavələrin hesablanması üçün” arayışdan görünür ki, İddiaçı 01 yanvar 2022-ci il tarixdən 30 dekabr 2023-cü il tarixləri arasındakı işlədiyi dövr ərzində onun əmək haqqı aşağıdakılardan ibarət olmaqla, ümumi məbləği 166382.86 (bir yüz altmış altı min yüz səksən iki manat 86) qəpik təşkil etmişdir.

4. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1976-cı ildə Qazax rayon Ağstafa qəsəbəsi üzrə 3-cü (üçüncü) dərəcəli fəhlə vəzifəsinə qəbul olunmuş, xx.xx.1977-ci ildə tutduğu vəzifəsindən azad edilmiş, xx.xx.1978-ci ildə “Qazaxpromostroy” SU Trest-3-də 1-ci dərəcəli fəhlə vəzifəsinə qəbul olunmuş, xx.xx.1978-ci ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək hərbi xidmətdə olmuş, xx.xx.1980-ci ildə xx.xx.1985-ci ildə təhsil almış, xx.xx.1985-ci ildən 07 avqust 2008-ci ilədək prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2008-ci ildə Ağır Cinayətlərə Dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş, xx.xx.2013-cü ildə Bakı Apellyasiya Məhkəməsinə hakim təyin edilmiş, xx.xx.2023-cü ildə son yaş həddinə çatması nəzərə alınaraq hakimlik səlahiyy ətlərinə xitam verilmişdir.

5. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 31 yanvar 2024-cü il tarixli, 3-17-1/2-M-22520/2024 saylı məktubuna əsasən bildirilmişdir ki, iddiaçının prokurorluq orqanlarındakı xidmət illəri hakim kimi iş stajının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İddiaçıya 31 dekabr 2023-cü il tarixindən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilib. Vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2556,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 1150,20 manat, səlahiyyətlərin icrasına görə vəzifə maaşının 25 faizi miqdarında 639,00 manat, bir aylıq vəzifə maaşı həcmində əlavə 25 56,00 manat, digər növ əlavələr 1043,70 manat olmaqla orta aylıq əmək haqqı 7944,90 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanın “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinə əsasən 15 il 4 ay 24 gün hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (7944,90 manat) 51 faizi-4051,90 manat məbləğində müəyyən edilib. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının prokurorluq orqanlarında işlədiyi xidmət illərini hakim kimi əmək stajına daxil edilməsi, iddiaçıya 01 yanvar 2022-ci il tarixdən 30 dekabr 2023-cü il tarixə kimi aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə verilməsi, h akimlik stajının hər 05 ilinə görə vəzifə maaşının 15 faizi həcmində olmaqla 45 faiz həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunması üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar da nəzərə alınmaqla yanaşı iddiaçıya hakim kimi əmək pensiyasının hesablanması, həmçinin pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla, müəyyən edilmiş orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavə hesablanmaqla ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 30 iyul 1985-ci il tarixd ən 07 avqust 2008-ci il tarixədək prokurorluq orqanlarında müstəntiq, baş müstəntiq, xüsusilə mühüm işlər üzrə müstəntiq, prokuror köməkçisi, prokuror müavini və digər vəzifələrdə fasiləsiz 23 il 08 gün müddətdə işləmişdir. Həmin müddət ərzində Azərbaycan Respublikası Konstitusiya Dövlət quruluşunun qorunmasında, Azərbaycan Respublikasının ərazisində sabitliyin təmin edilməsində, Dövlət çevrilişi cəhdlərinin, təxribatların, terror aktların, digər cinayətlərin açılmasında, onların istintaqının aparılmasında müsbət nəticələr göstərməsinə görə dəfələrlə təltif olunmaqla yanaşı, Azərbaycan Respublikası sabiq X3 sərəncamı ilə “İgidliyə görə” medalı ilə şəxsən tərəfindən təltif edilmiş, fəaliyyətinə və yüksək göstəricilərinə görə Azərbaycan Respublikası Prezidentinin 2979 nömrəli 06 avqust 2008c i il tarixli Sərəncamı ilə ilkin olaraq Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş, bundan sonra 1238 nömrəli 13 dekabr 2010-cu il tarixli Sərəncamla 01 yanvar 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir. Bundan sonra, Milli Məclisinin 708-4 QR saylı 06 avqust 2013-cü il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi vəzifəsinə təyin olunmaqla, 65 yaş həddinə çatdığına görə Məhkəmə-Hüquq Şurasının 387 saylı 30 dekabr 2023-cü il tarixli Qərarı ilə hakimlik səlahiyyətlərinə xitam verilmiş, bununla da onun hakimlik stajının müddəti ümumilikdə 15 il 04 ay 24 gün təşkil etmişdir. Beləliklə, prokurorluq orqanlarında və məhkəmə sistemində iş stajının müddəti cəmi 38 (o tuz səkkiz) il 04 (dörd) ay 27 (iyirmi yeddi) gün olması mübahisələndirilməyən haldır. Buna baxmayaraq cavabdehin 31 yanvar 2024-cü tarixli məktubundan görünür ki, ona yaşa görə əmək pensiyası hesablanarkən prokurorluq orqanlarında olan xidmət illəri hakim kimi iş stajının hesablanması zamanı nəzərə alınmamışdır. Nəzərə almaq lazımdır ki, konstitusion hüquqi dəyərlər şəxsin hakim vəziyyətdə işlədiyi dövrdə mövcud olan daha üstün sosial müdafiə təminatlarını nəzərdə tutan qanunvericilik müddəaların tətbiqini şərtləndirir və zəruri hesab edir. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun “20.0.4 və 20.7-ci maddələrinin şərh edilməsinə dair” 18 iyul 2008-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə hakimlərin səlahiyyət müddətdə olmuş və tədricən dəyişdirilmiş, h akimlərə daha üstün sosial müdafiə təminatını əks etdirən qanunvericiliyin müddəaları Konstitusiyanın 149-cu maddəsinin 7-ci hissəsinin müddəaları nəzərə alınmaqla, qanunvericiliyinin dəyişdirilməsindən asılı olmayaraq, öz qüvvəsini saxlamalıdır. Şəxsin hakim vəzifəsində işlədiyi dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyinin müddəalarının tətbiqi pensiya qanunvericiliyində sonradan həyata keçiriləcək dəyişiklərinin hakimlərin sosial müdafiəsinə, o cümlədən pensiyanın təminatına neqativ təsirini Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinə əsasən, neytrallaşdırmaq və bunun üzərindən hakimlərin hüquqi təhlükəsizliyini təmin etmək məqsədlərinə xidmət edir. İş materialına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 30 dekabr 2023- cü il tarixli arayışına görə, onun işlədiyi son iki ildə aldığı əmək haqqının tərkibinə staja görə əlavə, vəzifə maaşına görə əlavə, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün əlavə, məzuniyyətə çıxmaq və müalicə olunmaq üçün müavinətlər daxil olmuş, habelə göstərilən bütün həmin müavinətlərdən ödənişlərdən məcburi sosial sığorta haqları tutulmuşdur. Belə olan halda, Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq hesab edir ki, onun işlədiyi son iki ildə aldığı əmək haqqının tərkibinə staja görə əlavə, vəzifə maaşına görə əlavə, səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün əlavə, məzuniyyətə çıxmaq və müalicə olunmaq məqsədi ilə müavinətlər verildiyindən, ona pensiya təyin olunarkən, bütün müavinətlər, ödənişlər və çıxılmalar birm ənalı şəkildə nəzərə alınmalıdır. İddia ərizəsinə əlavə olunan sənədlərdən göründüyü kimi, Azərbaycan Respublikasının Prezidentinin 06 avqust 2008-ci il tarixli Sərəncamı ilə Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş, sonradan isə 1238 saylı 13 dekabr 2010-cu il tarixli Sərəncamla 01 yanvar 2011-ci il tarixdən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir. Bundan sonra, Milli Məclisinin 708-4 QR saylı 06 avqust 2013-cü il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi vəzifəsinə təyin olunmaqla, 65 yaş həddinə çatdığından, Məhkəmə-Hüquq Şurasının 387 saylı 30 dekabr 2023-cü il tarixli Qərarı ilə onun hakimlik səlahiyyətlərinə xitam verilmiş, bununla da onun hakimlik stajının m üddəti ümumilikdə 15 il 04 ay 24 gün təşkil etmişdir. Beləliklə, onun prokurorluq orqanlarında işlədiyi xidmət illəri hakim kimi əmək stajına daxil edilməklə; onun 01 yanvar 2022-ci il tarixdən 30 dekabr 2023-cü il tarixə kimi aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə; hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmdə olmaqla 45 faiz həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunması üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar da nəzərə alınmaqla, hakim kimi əmək pensiyasının h esablanması, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla, müəyyən edilmiş orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavə hesablanaraq ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6399/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmiş, İddiaçı prokurorluq orqanlarında işlədiyi xidmət illərini hakim kimi əmək stajına daxil edilməklə, iddiaçıya 01 yanvar 2022-ci il tarixdən 30 dekabr 2023-cü il tarixə kimi aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 05 ilinə görə vəzifə maaşının 15 faizi həcmində olmaqla 45 faiz həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ö dənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunması üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar da nəzərə alınmaqla yanaşı iddiaçıya hakim kimi əmək pensiyasının hesablanması, həmçinin pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla, müəyyən edilmiş orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavə hesablanmaqla ödənilməsi vəzifəsi cavabdeh üzərinə qoyulmuşdur.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının prokurorluqdakı xidmət illəri də daxil olmaqla, məhkəmə və prokurorluq orqanlarında 38 il 04 ay 27 gün sığorta stajı vardır. Odur ki, iddiaçı ona hakim kimi əmək pensiyası təyin edilərkən, qanunvericilikdə qeyd e dilən əlavələr nəzərə alınmaqla, hakim vəzifəsindəki fəaliyyətinin son 24 ayı ərzindəki orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavənin hesablanmasını, habelə əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edilənlərin məntiqi davamı olaraq iddia tələbində iddiaçının tələb etdiyi hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15% həcmində vəzifə maaşına əlavə olmaqla 45 faiz həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunması üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı ilə bağlı aşağıdakıları qeyd edir: “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-ci maddəsinə görə, hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir: 106-ci maddənin birinci hissəsinə “məbləğdə” sözündən sonra “aylıq sözü” və “edilir” sözündən sonra “ və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir” sözləri 12 iyul 2019-cu il tarixli 1647-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixə qədər hakim işlədiyindən həmin əlavəni almışdır. - hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. - səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunun aylıq pul təminatı verilir. 12 iyul 2019cu il tarixli 1647-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 106-cı maddənin üçüncü hissəsi yeni redaksiyada verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixə qədər hakim işlədiyindən pul təminatını almışdır;. - Qanunun 107-ci maddəsinə əsasən hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqq verilir. 8 iyul 2022-ci il tarixli 582-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 107-ci maddənin birinci hissəsinin ikinci cümləsindən ”və iki aylıq əmək haqq məbləğində müavinət” sözləri çıxarılmışdır. İddiaçı həmin pul təminatını almışdır; - 8 iyul 2022-ci il tarixə dək qüvvədə olmuş Qanunun 109-cu maddənin dördüncü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuşdur ki, hakimlərə müalicə olunması üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Beləliklə, iddiaçının prokurorluq orqanlarında xidmət illəri də nəzərə alınmaqla,ona 01 yanvar 2022-ci il tarixdən 30 dekabr 2023-cü il tarixə kimi aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının hər 05 ilinə görə vəzifə maaşının 15 faizi həcmində olmaqla 45 faiz həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunması üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar da nəzərə alınmaqla yanaşı iddiaçıya hakim kimi əmək pensiyasının yenidən hesablanmasını, habelə qeyd edilən əlavələr nəzərə alınmaqla orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavənin hesablanmasını tələb etməkdə haqlı sayılmalıdır. Eyni zamanda əmək pensiyasına əlavənin hesablanması zamanı iddiaçının xx.xx.2023-cü il tarixədək işlədiyi nəzərə alınmalı, əmək pensiyasının yenidən hesablanması və əlavələr nəzərə alınmaqla orta aylıq əmək haqqının 80 faizi miqdarında əlavənin hesablanması həmin tarixdən həyata keçirilməlidir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası mehkemesində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 2-1(103)-3188/2024 nömrəli, 15 avqust 2024-cü il tarixli qərarı ilə (hakimlər: E.Əliyev sədrlik edən və məruzəçi, R.Səmədov və X.Cəmilova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılm ışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 20.7-ci, 20.7.1-ci və 20.7.2-ci maddələrinə əsasən sabiq hakimlərə əmək pensiyası onların hakim vəzifəsində işlədikləri son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki aldıqları əmək haqqının orta aylıq məbləğinə əsasən hesablanır. Pensiyanın faiz dərəcəsi isə 15 il hakim kimi iş stajına görə 50 faiz, 15 ildən yuxarı hər ilinə görə 3 faiz miqdarında müəyyən edilir (80 faizdən çox olmamaq şərti ilə).

15. Eyni zamanda bildiririk ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinin doqquzuncu hissəsinə əsasən hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq veri lir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. Göründüyü kimi, prokurorluq orqanlarında xidmət illəri hakimlik stajının hesablanması zamanı deyil, yalnız əlavə haqqın hesablanması zamanı nəzərə alınır.

16. Əlavə olaraq bildirir ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.5-ci maddəsinə əsasən prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun adından, həmçinin Azərbaycan Respublikası Konstitusiyasında hakimlərə dair müddəalardan (vəzifəyə təyin və azad olunma qaydaları və s.) göründüyü kimi, məhkəmə orqanları əməkd aşları (müvafiq məhkəmənin aparatında işləyən aparat rəhbəri, şöbə müdirləri və onların müavinləri, sektor müdirləri və məsləhətçilər, məhkəmə iclas katibləri, kargüzarlar, tərcüməçilər və s.) ilə hakimlərin statusları qanunvericilikdə fərqləndirilib. Bundan başqa, qulluq stajına görə əmək pensiyasına əlavənin verilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinin bəzi müddəalarında əmək stajı müəyyən qurumdakı (məsələn, prokurorluq orqanlarında) xidməti və ya iş fəaliyyətini ehtiva etdiyi halda, həmin maddə məhkəmə hakimlərinə münasibətdə məhkəmə orqanlarındakı əmək fəaliyyətini deyil, məhz “hakim işləmiş” şəxsə “hakim vəzifəsində aldıqları” vəsaitdən hesablanan əlavəni nəzərdə tutur.

17. Qeyd olunanları nəzərə alaraq, İddiaçı prokurorluq orqanlarındakı xidmət illərinin hakim kimi iş stajına hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil.

18. Belə ki, iddiaçıya 31 dekabr 2023-cü il tarixindən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Onun vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2556,00 manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavəsi 1150,20 manat, səlahiyyətlərin icrasına görə vəzifə maaşının 25 faizi miqdarında 639,00 manat, bir aylıq vəzifə maaşı həcmində əlavəsi 2556,00 manat, digər növ əlavələri 1043,70 manat olmaqla orta aylıq əmək haqqı 7944,90 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinə əsasən 15 il 4 ay24 gün hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (7944,90 manat) 51 faizi4051,90 man at məbləğində müəyyən edilmişdir.

19. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU

20. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3- cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ci ddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məlum olduğu kimi, İddiaçının prokurorluq orqanlarında işlədiyi xidmət illərini hakim kimi əmək stajına daxil edilməsi, iddiaçıya 01 yanvar 2022-ci il tarixdən 30 dekabr 2023-cü il tarixə kimi aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə verilməsi, hakimlik stajının h ər 05 ilinə görə vəzifə maaşının 15 faizi həcmində olmaqla 45 faiz həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunması üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar da nəzərə alınmaqla yanaşı iddiaçıya hakim kimi əmək pensiyasının hesablanması, həmçinin pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla, müəyyən edilmiş orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavə hesablanmaqla ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə yuxarıda göstərilmiş nəticəyə gələ rkən qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında öz hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, “iddiaçı 30 iyul 1985-ci il tarixdən 07 avqust 2008-ci il tarixədək prokurorluq orqanlarında müstəntiq, baş müstəntiq, xüsusilə mühüm işlər üzrə müstəntiq, prokuror köməkçisi, prokuror müavini və digər vəzifələrdə fasiləsiz 23 il 08 gün müddətdə işlədiyindən və həmin dövrlər hakimlik stajına nəzərə alındığı üçün iddiaçıya buna görə əlavələr (əmək haqqı) verildiyindən və həmin əlavələrin də hesablandığı əmək haqqından məcburi sosial sığorta ayırmaları həyata keçirildiyindən həmin dövr üzrə stajı hakim kimi pensiyası hesablanarkən nəzərə alınmalıdır. Beləliklə, iddiaçı ona 01 yanvar 2022-ci il tarixdən 30 dekabr 2023-cü il tarixə kimi aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənil ən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə verilməsi, hakimlik stajının hər 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində olmaqla 45 faiz həcmində əlavə haqq, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunması üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı, eləcə də sonrakı artımlar da nəzərə alınmaqla yanaşı iddiaçıya hakim kimi əmək pensiyasının yenidən hesablanması, həmçinin pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla, müəyyən edilmiş orta aylıq əmək haqqının 80 faizi miqdarında pensiyaya əlavənin hesablanmasını tələb etməkdə haqlı sayılmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 3 87/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli oxşar qərarı). Bununla yanaşı qeyd edilməlidir ki, əmək pensiyasının yenidən hesablanması və əmək pensiyasına əlavənin hesablanması zaman iddiaçının 30 iyul 1985-ci il tarixdən 07 avqust 2008-ci il tarixədək prokurorluq orqanlarında işlədiyi dövr nəzərə alınmalı, əmək pensiyasının yenidən hesablanması və əlavələr nəzərə alınmaqla orta aylıq əmək haqqının 80 faizi miqdarında əlavənin hesablanması həyata keçirilməlidir.”

25. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq göstərmişdir ki, İddiaçı 30 iyul 1985-ci il tarixdən 07 avqust 2008-ci ilədək prokurorluq orqanlarında, 07 avqust 2008-ci il tarixdən 30.12 2023-cü il tarixədək Bakı Ağır Cinayətlər Məhkəməsində hak im kimi işləməsi, prokurorluq orqanlarında 23 il 08 gün, hakim kimi isə 15 il 04 ay 24 gün sosial sığorta stajının olması öz təsdiqini tapmaqla işin mübahisələndirilməyən haldır. 26. “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsinə əsasən bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. 27. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun “Prokurorluqda qulluq keçmənin yaş həddi” adlanan 32-ci maddəsinin 5-ci hissəsinə görə, prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirilərkən onların prokurorluqdakı xidmət illəri həmi n orqanlarda xidmət illərinə daxil edilir. Qanunun həmin tələbi baxımından iddiaçının prokurorluqdakı xidmət illərinin hakim kimi xidmət illərinə daxil edilməsinə qanuni gözlənti hüququ mövcuddur. Belə olan halda onun prokurorluq orqanlarında 23 il 08 gün, hakim kimi isə 15 il 04 ay 24 gün sosial sığorta stajı toplanır ki, bu da Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 20.7.3-cü maddəsinin tələbi qaydasında ona orta aylıq əmək haqqının 80 faizi miqdarında əmək pensiyası təyin edilməsinə imkan verir.

28. Həmçinin iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı ilkin olaraq Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş, bundan sonra 01 yanvar 2011-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi və zifəsinə təyin edilmişdir. Bundan sonra, Milli Məclisinin 708-4 QR saylı 06 avqust 2013- cü il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi vəzifəsinə təyin olunmaqla, 65 yaş həddinə çatdığına görə Məhkəmə-Hüquq Şurasının 387 saylı 30 dekabr 2023-cü il tarixli Qərarı ilə hakimlik səlahiyyətlərinə xitam verilmişdir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin kassasiya şikayətində göstərdiyi dəlili ondan ibarətdir ki, cavabdeh “Əmək pensiyaları haqqında” qanunun 20.7, 20.7.1, 20.7.2-ci maddələrinə, “Məhkəmələr və hakimlər haqqında” qanunun 106-cı maddəsinə, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunun 32.5-ci maddəsinə istinadən hesab edir ki, iddiaçının prokurorluq orqanlarındakı xidmət illərinin hakim kimi iş stajına hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Belə ki, iddiaçıya 31 dekabr 2023-cü il tarixindən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir.

30. Məlum olduğu kimi, hazırkı inzibati mübahisəni həll etmiş məhkəmələr qeyd etmişlər ki, “iddiaçı prokurorluq işçisi kimi məhkəmə orqanlarına işə keçirildiyindən, onun prokurorluqdakı xidmət illərinin hakim kimi xidmət illərinə daxil edilməsinə qanuni gözləntisi var. Belə ki, yuxarıda qeyd edilən “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanununun “Prokurorluqda qulluq keçmənin yaş həddi” adlanan 32-ci maddəsinin 5-ci hissəsinə görə, prokurorluq işçiləri məhkəmə orqanlarına işə keçirərkən onların prokurorluqdakı xidmət illəri həmin orqanlarda xidmət illərinə daxil edilir. Göründüyü kimi, qeyd olunan norm a məhz, prokurorluq işçilərinin hakim kimi xidmət illərinə daxil edilməsini tənzimləyir və xidmət illəri geniş anlayış olmaqla, təkcə xidmət illərinə görə maaşa əlavələri ehtiva etmir.”

31. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin edərkən, apellyasiya məhkəməsi isə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlayarkən, digər məbləğlərlə yanaşı, cədvəldə göstərilən bütün məbləğlərin də nəzərə alınmasını vəzifə olaraq cavabdehin üzərinə öhdəlik olaraq qoymuşdur.

32. Lakin sözügedən məbləğlərin iddiaçı tərəfindən alınıb-alınmaması və onların MDSS-ə ödənilib-ödənilməməsi apellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır.

33. Eyni zamanda işin 9-cu səhifəsində olan Bakı Apellyasiya Məhkəməsinin iddiaçıya verdiyi “Əmək pensiyasına qu lluq stajına görə əlavələrin hesablanması üçün” arayışda göstərilmiş bir neçə məbləğlərin, o cümlədən 4707,90, 1774,60, 6482,50, 6702,90, 7813,20, 14295,70 manat (“məzuniyyət pulu” kimi qeyd edilmiş) və 8726,90, 17453,80 manat (“müavinət pulu” kimi qeyd edilmiş) hesablanması mənbələri haqqında işdə heç bir məlumat mövcud deyildir ki, bu da onların tam və hərtərəfli araşdırılmasını tələb edir.

34. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi qərarı qalan hissədə yuxarıda göstərilmiş səbəblərə görə qanuni və əsaslıdır.

35. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı qismən, yəni məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunması üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı məbləğlərinin pensiyaya əlavə hesablanmaqla ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması hissəsində apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iş həmin hissədə təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, apellyasiya məhkəməsinin qərarı qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)3188 /2024 nömrəli qərarı “Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6399/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının “məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunması üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı”nın qüvvədə saxlanılması hissəsində ləğv edilsin. Həmin hissədə təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar