Məhkəmə qərarları › İş №2-1(102)-2600/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2600/2024

06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2600/2024 06.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X8, X6 və X13) qarşı iş üzrə QƏRARİ Açar sözlər: İHB-nın sərəncamı və bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X8, X6 və X13) qarşı “Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 750 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 may 2024-cü il tarixli, 2-1(103)-1947/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Səbail rayon İHB-nın 03 may 2000-ci il tarixli, 367 nömrəli Sərəncamı ilə RİHB-nın 20 aprel 1994-cü il tarixli 1253 nömrəli sərəncamında dəyişiklik edilməsi, fərdi ev tikintisi üçün Badamdar qəsəbəsində X5 ayrılmış 600 kv.m torpaq sahəsinin İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır.

2. Səbail Rayon İcra Hakimiyyətinin Başçısının 03 may 2000-ci il tarixli, 367 nömrəli Sərəncamı ilə İddiaçı ayrılmış, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 3-cü döngə 8 nömrəli 600 kv.m torpaq sahəsinə dair yerləşmə cizgisi təsdiq edilmişdir.

3. Səbail rayonu Badamdar Bələdiyyəsinin 21 dekabr 2006-cı il tarixli, 214 nömrəli qərarı ilə Badamdar qəsəbəsi 1-ci yaşayış massivində olan 150 kv.m torpaq sahəsinin İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır.

4. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, həmin akt Səbail rayon Badamdar bələdiyyəsi nümayəndəsinin, torpaq alanın və şəhər torpaq şöbəsinin müdirinin iştirakı ilə tərtib edilmişd ir.

5. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin kadastr planından görünür ki, torpaq sahəsinin kadastr planı Səbail rayon İcra Hakimiyyətinin Başçısının 03 may 2000-ci il tarixli, 367 nömrəli Sərəncamı və Badamdar Bələdiyyəsinin 21 dekabr 2006-cı il tarixli, 214 nömrəli qərarı ilə 1-ci yaşayış massivində fərdi yaşayış evi tikintisi üçün ayrılan 750 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmişdir.

6. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarış verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, Səbail rayon İHB-nın xx.xx.1994-cü il tarixli, 1253 nömrəli sərəncamı əsasında Bad amdar qəsəbəsi, 3- cü yaşayış massivi 1664 nömrəli torpaq sahəsi (0.06 ha) ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2006-cı il tarixli JN 27370D, KOD 00400016 şəhadətnaməsi ilə X3 mülkiyyətinə verilmişdir. Daha sonra Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 1664 nömrəli torpaq sahəsi (0.06 ha) xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X7 tərəfindən X1, sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Müvafiq torpaq sahəsi X6 tərəfindən xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X2. X9 torpaq sahəsi üzərində mülkiyyət hüququ ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır, hazırda Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0.06 ha torpaq sahəsi onun mülkiyyətindədir. Rayon İHB-nın xx.xx.1994-cü il tarixli. 1253 saylı sərəncamına dəyişiklik edilməsi barədə Səbail rayon İHB-nın xx.xx.2000-ci il tarixli. 367 nömrəli sərəncamı və Badamdar Bələdiyyəsinin xx.xx.2000-ci il tarixli qərarı əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına 1-ci yaşayış massivində yerləşən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi (750 kv.m) ilə bağlı kadastr planı tərtib edilmişdir. Ölçüsü 600.0 kv.m. olan torpaq sahəsinə dair Səbail rayon İHB-nın xx.xx.2000-ci il tarixli 367 nömrəli sərəncamında istinad edilmiş xx.xx.1994-cü il tarixli 1253 nömrəli sərəncam əsasında xx.xx.2006-cı il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən şəhadətnamə verilmiş, daha sonra digər fiziki şəxslərə satılmışdır. Əlavə olaraq, kadastr planının verilməsinə əsas kimi bələdiyyə qərarı göstərilsə də, elekton kadastr baza məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi bələdiyyə ərazilərinə aid deyildir. Həmçinin, torpaq sahəsinə münasibət bildirilməsi barədə Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi ərizəyə əlavə edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 750 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dai r çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

8. İddiaçının tələbi hazırkı qərarın 1-6-cı bəndlərində sadalanan faktiki hallara istinad edilməklə əsaslandırılmışdır.

9. Cavabdehin iddia tələbinə yazılı etirazının əsasını iddiaçının müraciətindən imtinaya dair məktubda qeyd olunanlar təşkil edir.

10. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə X8, X6 və X13 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.

11. İşin məhkəmə araşdırması zamanı təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, X5 təqdim olunmuş keçmiş X10 Komitəsi tərəfindən verilmiş JN-27370D saylı şəhadətnamə əsasında özəlləşmiş **********49 reyestr nömrəli torpaq sahəsi faktiki göstərilən sahədən təqribən 2000-2500 metr aralıda yerləşir.

12. Ekspert rəyindən görünür ki, Azərbaycan Respublikas ının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 Saylı Bakı Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Ramiz Babayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, faktiki göstərilən torpaq sahəsi dörd tərəfdən daş hasarla sərhədlənmişdir. İki tərəfi yol, iki tərəfi isə qonşu sahə ilə əhatələnmişdir. Həmçinin, üzərində zirzəmili, 2 (iki) mərtəbəli, mansardlı yaşayış evi və həyat tikilisi mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi dövlət mülkiyyətindədir.

13. Bakı İnzibati Məhkəməsinin (hakim: O.X.Həsənov) 20 oktyabr 2023-cü il tarixli, 21(112)-199/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış ma ssivində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 750 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair çıxarışın verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

14. Birinci instansiya məhkəməsinin əsaslandırması: 14.1. İşin hallarından da göründüyü kimi, iddiaçı 750 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. İddiaçının istifadəsində olan həmin torpaq sahəsi iki hüquqmüəyyənedici sənəd əsasında ona ayrılmışdır - 600 kv.m hissəsi yerli icra hakimiyyətinin sərəncamı və 150 kv.m hissəsi bələdiyyə qərarı. Məhkəmə ilk növbədə iddiaçının 600 kv.m hissəsinə münasibətdə hüquqlarının yaranmasına münasibət bildirmişdir. 14.2. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, Səbail rayo n İHB-nın 03 may 2000-ci il tarixli, 367 nömrəli Sərəncamı ilə RİHB-nin 20 aprel 1994-cü il tarixli 1253 nömrəli sərəncamında dəyişiklik edilməsi, fərdi ev tikintisi üçün Badamdar qəsəbəsində X5 ayrılmış 600 kv.m-lik torpaq sahəsinin İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. Daha sonra həmin Sərəncam əsasında torpaq sahəsinə dair yerləşmə cizgisi tərtib edilmişdir. Cavabdeh iddiaçının müraciətinin təmin olunmasından imtina edərkən Səbail rayon İHB-nın xx.xx.1994-cü il tarixli, 1253 nömrəli sərəncamı əsasında Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 1664 saylı torpaq sahəsinin (0.06 ha) ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2006-cı il tarixli JN 27370D, KOD 00400016 şəhadətnaməsi ilə X3 mülkiyyətinə verildiyini, daha sonra isə həmin şəhadətnamə əsasında verilən torpağın özəlləşdirildiyini bildirmişdir. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, iddiaçıya torpaq sahəsinin (600 kv.m) ayrılması Səbail rayon İHB-nın 03 may 2000-ci il tarixli, 367 nömrəli Sərəncamı əsasında həyata keçirilmişdir ki, həmin sərəncam hüquqmüəyyənedici sənəd qismində çıxış edir və sərəncamın qüvvədə olduğu görünür. İddiaçıya torpaq sahəsinin ayrıldığı və həmin sahənin onun istifadəsində olduğu müddətdə qeyd olunan hüquqmüəyyənedici sənədin hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materiallarına əsasən müəyyən edilmir. Cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin sənəd qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmi ş və ya etibarsız sayılmamışdır. Bu baxımdan həmin inzibati akt - Səbail rayon İHB-nın 03 may 2000-ci il tarixli, 367 nömrəli Sərəncamı hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. 14.3. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, 600 kv.m torpaq sahəsinin iddiaçıya ayrılması barədə sərəncamda konkret olaraq RİHB-nin 20 aprel 1994-cü il tarixli 1253 nöm rəli sərəncamına dəyişikliyin edilməsi və torpaq sahəsinin İddiaçı adına sənədləşdirilməsi göstərilmişdir. Göründüyü kimi, yerli icra hakimiyyəti orqanın özü də daha əvvəlki tarixə olan sərəncamda dəyişikliyin edilməsini və nəticə etibarı ilə torpaq sahəsinin hər hansı fiziki şəxsə deyil, iddiaçıya ayrılmasını nəzərdə tutmuşdur. Başqa sözlə, əvvəlki sərəncam ilə torpaq sahəsinin digər fiziki şəxsə ayrılması iddiaçının iradə ifadəsindən asılı olmayan bir haldır və onun məsuliyyət sferasına aid deyil. Dəyişiklik edilmiş sərəncam nəzərə alınmadan, ilkin sərəncam əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması isə cavabdehin həmin qeydin ləğv edilib-edilməməsinə münasibətdə səlahiyyətlərinə aid məsələdir. Nə qədər ki, həmin qeydin ləğvi tələbi mövcud olmamışdır, adıçəkilən dəyişdi rilmiş sərəncam əsasında qeydiyyatın aparılması hazırkı mübahisə üzrə qərar qəbuluna təsir etməməklə, iddiaçının qanuni qüvvəsi olan sərəncamının hüquqi nəticəsini aradan qaldıra bilməz. 14.4. Eyni zamanda məhkəmə onu da qeyd etmişdir ki, inzibati orqan tərəfindən, daha doğrusu inzibati orqanın məsul əməkdaşları tərəfindən yol verilən səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz. İndiki halda isə yerli icra hakimiyyəti əvvəlki sərəncamı (dəyişiklikdən əvvəl olan RİHB-nin 20 aprel 1994-cü il tarixli 1253 nömrəli sərəncam) əsasında digər fiziki şəxsə torpaq sahəsinin ayrılması hazırkı vəziyyəti iddiaçının ziyanına dəyişmir. 14.5. Bundan başqa qeyd olunmalıdır ki, məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq Səbail rayon İcra Hakimiyyətinin Başçısının 03 may 2000-ci il tarixli, 367 nömrəli Sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin RİHB-nin 20 aprel 1994-cü il tarixli 1253 nömrəli sərəncamı ilə digər fiziki şəxsin adına ayrılmış torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsi ilə bağlı araşdırma aparmış və müəyyən etmişdir ki, X5 təqdim olunmuş keçmiş X10 Komitəsi tərəfindən verilmiş JN-27370D saylı şəhadətnamə əsasında özəlləşmiş **********49 reyestr nömrəli torpaq sahəsi faktiki göstərilən sahədən təqribən 2000-2500 metr aralıda yerləşir. Göründüyü kimi, iddiaçıya ayrılmış və hazırda onun istifadəsində olan 600 kv.m torpaq sahəsi hər hansı digər fiziki şəxsin mülkiyyətində və ya istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Belə olan halda, həmin sərəncam, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.1-ci maddəsində nəzərdə tutul an hüquqmüəyyənedici sənədlərin əhatə dairəsinə düşdüyündən, həmçinin ləğv edilmədiyindən, dəyişdirilmədiyindən və hal-hazırda qüvvədə olduğundan, eyni zamanda iddiaçının istifadəsində olan 600 kv.m torpaq sahəsinin digər fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşməsi müəyyən olunmadığından, iddiaçının torpaq sahəsi (600 kv.m hissədə) üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün yetərli sənəd hesab edilir. 14.6. Məhkəmə iddiaçının torpaq sahəsinin 150 kv.m hissəsinə münasibətdə hüququnun yaranmasına münasibət bildirərək qeyd etmişdir ki, işin faktiki hallarından da göründüyü kimi, Səbail rayonu Badamdar Bələdiyyəsinin 21 dekabr 2006-cı il tarixli, 214 nömrəli Qərarı ilə Badamdar qəsəbəsi 1-ci yaşayış massivində olan 150 kv.m torpaq s ahəsinin İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. Daha sonra Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Səbail rayon İcra Hakimiyyətinin Başçısının 03 may 2000-ci il tarixli, 367 nömrəli Sərəncamı və Badamdar Bələdiyyəsinin 21 dekabr 2006-cı il tarixli, 214 nömrəli qərarı ilə 1-ci yaşayış massivi saylı fərdi yaşayış evi tikintisi üçün ayrılan 750 kv.m torpaq sahəsinə dair kadastr planı tərtib edilmişdir. Cavabdeh inzibati orqan isə həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olduğuna əsaslanmış, bu səbəbdən də həmin torpaq sahəsinə münasibətdə onun hüququnun qeydə alınmasından imtina etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası bu hissədə də əsassızdır. Belə ki, bələdiyyə, mülkiyyətində olan torpaq sahəsini fiziki və hüquqi şəxslərin mülkiyyətinə verilməsi ilə bağlı sərəncam vermək kimi müstəsna səlahiyyətə malikdir ki, bunun davamı kimi həmin torpaqayırma barədə sərəncam əsasında torpaq sahəsi ayrılmış şəxsin hüquqlarının dövlət qeydiyyatına alınmasının zəruriliyi də adıçəkilən maddi hüquq normalarında öz əksini tapmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tələbindən də görünür ki, bələdiyyə qərarı hüququn dövlət qeydiyyatına alınması üçün əsas qismində çıxış edir. 14.7. Bundan əlavə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın t ərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardı ğına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). 14.8. Məhkəmə diqqətə çatdırmışdır ki, cavabdeh iddiaçıya ayrılmış 150 kv.m torpaq sahəsinin torpaqayırma zamanı bələdiyyənin mülkiyyətində olmadığına istinad etsə də, bu hal Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planı ilə təkzib olunmuşdur. Belə ki, “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında” Əsasnamədən də göründüyü kimi, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə uyğun olaraq rayon, şəhər, şəhər tipli qəsəbələr və digər yaşayış məntəqələrinin və bələdiyyələrin sərhədlərini naturada müəyyən etmək və xəritələşdirilməsin i həyata keçirmək həmin qurumun funksiyalarına aid olmuşdur. Göründüyü kimi, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin fiziki şəxslərə ayrılması zamanı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mövqeyi hüquqi əhəmiyyət daşımaqla, həlledici olmuşdur. Hazırki işdən də göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Səbail rayon İHB-nın 03 may 2000-ci il tarixli, 367 nömrəli Sərəncamı və Badamdar Bələdiyyəsinin 21 dekabr 2006-cı il tarixli, 214 nömrəli qərarı ilə 1-ci yaşayış massivi saylı fərdi yaşayış evi tikintisi üçün ayrılan 750 kv.m torpaq sahəsinə dair kadastr planı tərtib edərək 150 kv.m olan torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğunu təsdiq etmişdir. Göründüyü kimi, həmin sənəd hazırkı mərhələdə iddiaçının iddia etdiyi torpaq sahəsinin həmin dövrdə bələdiyyə mülkiyyətində olduğunu təsdiq edən hüquqmüəyyənedici sənəd qismində çıxış edir. Baxmayaraq ki, cavabdeh İdarənin mütəxəssisləri, o cümlədən də Məhkəmə Ekspertiza Mərkəzinin eksperti iddiaçının iddia etdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olmasına istinad etsələr də, məhkəmə həm mütəxəssis rəyini, həmçinin də ekspert rəyinin mötəbərliyini şübhə altına alır. Belə ki, həm mütəxəssis rəyindən, həm də ekspert rəyindən də görünür ki, iddia olunan torpaq sahəsinin dövlət mülkiyyətində olması qənaətinə gələrkən elektron kadastr baza məlumatlarına istinad olunmuşdur. Nəzərə alınmaldır ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iddiaçıya verilmiş dövlət aktı elektron kadastr baza məlumatlarına daxil olan məlumatlardan daha mötəbərdir və hər hansı şübhə yaratmır. Bu səbəbdən də, məhz cavabdeh tərəfindən tərtib edilmiş mütəxəssis rəyi və həmin rəyi eyni ilə təkrarlayan ekspert rəyi torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmamasına münasibətdə məhkəmə tərəfindən qəbul edilmir. Nəzərə alınmalıdır ki, cavabdehin və ekspertizanın istinad etdiyi elektron kadastr baza məlumatlarının tərtib edilməsinin əsasında həmin vaxt torpaq sahələrinə münasibətdə məlumatların müstəsna daşıyıcısı olan DTXK çıxış etmişdir ki, həmin Komitə tərəfindən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasına dair mövqe nümayiş etdirilsə də, torpaq bələdiyyə torpağı hesab edilsə də, cavabdehin baza məlumatlarında DTXK-dan alınmış məlumatlara zidd olaraq torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmadığının göstərilməsi inandırıcı hesa b edilmir. Həmin rəyə istinadən verilən ekspert rəyi də bu əsaslardan torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmamasına münasibətdə həqiqəti əks etdirmir. Başqa sözlə, kadastr planı tərtib edildiyi dövrdə torpaq sahəsinin bələdiyyə mülkiyyətində olub-olmamasına dair müstəsna məlumat bazasına malik inzibati orqan tərəfindən tərtib edilmiş kadastr planı mötəbərdir, ləğv edilməmişdir. 14.9. Məhkəmə belə qənaətə gəlmişdir ki, ekspert tədqiqatı zamanı yalnız elektron kadastr baza məlumatlarına istinad olunduğundan və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planı nəzərə alınmadığından, ekspert rəyi hazırkı iş üzrə sübut qismində dəyərləndirilmir. Məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını arzuladığı 150 kv.m torp aq sahəsi torpaqayırma zamanı bələdiyyə mülkiyyətində olduğundan və bu hal Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş kadastr planı ilə təsdiq olunduğundan, torpaq sahəsinin ayrılması ilə bağlı sənədlərin qüvvədə olmasını nəzərə alaraq, hazırkı iddianın həmin hissədə də təmin olunması məqsədəuyğundur.

15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, S.R.Səlimova və M.N.Tağızadə) 21 may 2024-cü il tarixli, 21(103)-1947/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci i nstansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin iddiaçıya qanunamüvafiq qaydada ayrılması məhkəmə tərəfindən araşdırılmamış, torpaq sahəsinin dövlət mülkiyyətində olması nəzərə alınmamış və işin hərtərəfli araşdırılması üçün Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində cəlb edilməmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

20. Kassasiya şi kayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 22. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyət ində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır.... Maddə 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək;... Maddə 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsind ə idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur.... Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.... 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır....

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilə r.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahi səli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Apellyasiya instansiya məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi 750 kv.m torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədlər işə baxan məhkəmələr tərəfindən araşdırılmış və həmin torpaq sahəsinin iddiaçıya qanunamüvafiq qaydada ayrılması öz təsdiqini tapmışdır.

31. Eyni zamanda, cavabdeh inzibati orqanın dövlət qeydiyyatından imtina səbəbləri aşağı instansiya məhkəmələri tərəfindən tam araşdırılmış və imtinanın əsassız olduğu sübuta yetirilmişdir.

32. Məhkəmə kollegiyası Əmlak Məsələləri Dövlət Xidmətinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməli olması barədə kassasiya şikayətinin dəlilini də əsassız hesab edir. Belə ki, iş üzrə qəbul edilən yekun məhkəmə qərarı Əmlak Məsələləri Dövlət Xidmətinin maraqlarına toxunmayacağından, sonuncunun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsinə də zərurət yoxdur.

33. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı qərarın 21-23-cü bəndlərində istinad olunan qanunvericiliyin tələbl əri baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

34. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 may 2024-cü il tarixli, 21(103)-1947/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar