Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2601/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1959-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl iyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2023-cü il tarixli, 2-1(103)-1528/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus ******* nömrəli diploma əsasən o, 1 sentyabr 1990-cı il tarixində Laçın 127 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş, 26 iyun 1991-ci ildə orada elektrik qaz qaynaqçısı peşəsi üzrə tam kursu bitirmiş və ona 3-cü dərəcəli elektrik qaz qaynaqçısı ixtisası verilmişdir.
2. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasına əsasən o: - xx.xx.1976-xx.xx.1992-ci il tarixlərdə Laçın meşə Təsərrüfatçılıqda traktorçu işləmiş; - xx.xx.1997-ci il tarixdən “Qum adası” Neftqazçıxarma idarəsində tikinti quraşdırma sexinə müvəqqəti olaraq 4-cü dərəcəli beton qarışdıran qurğunun motorçusu işləmiş; - xx.xx.2001-ci il tarixdən həmin sexdə 5-ci dərəcəli elektrik qaz qaynaqçısı işləmiş, xx.xx.2004-cü il tarixdən həmin sexin təmir-tikinti quraşdırma briqadasına keçirilmiş, xx.xx.2008-ci il tarixdən İstismar avadanlıqlarının təmiri və kirayə sexinin hidrotexniki qurğuların nəzarəti və xidməti sahəsinə 5-ci dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə keçirilmiş, xx.xx.2008-ci il tarixdən Dəniz neft-mədən hidrotexniki qurğuların istismar təmir sexinə 5-ci dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə keçirilmiş, xx.xx.2010-cu il tarixdə Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən “Bahar Energi Limited” şirkəti ilə əmək müqaviləsi bağladığı üçün onunla bağlanmış əmək müqaviləsi ləğv edilmiş; - xx.xx.2010-cu il tarixdən “BEOCL” şirkətinin Azərbaycan Nümayəndəliyində Dəniz neft mədən hidrotexniki qurğuların istismar təmir sexində, xx.xx.2014-cü il tarixdən Tikinti departamentinin mexaniki təmir və tikinti şöbəsində elektrik qaz qaynaqçısı işləmiş, xx.xx.2016-cı il tarixdən həmin departamentinin neft-qaz-mədən qurğularının tikintisi və təmiri istehsalat şöbəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixdə isə Azərbaycan Respublikasının ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən əmək müqaviləsi öz xahişi ilə ləğv edilmişdir. 3. “X1 Company Limited” şirkətinin Azərbaycan Res publikasında Nümayəndəliyi tərəfindən verilmiş BE/78 nömrəli, xx.xx.2022-ci il tarixli arayışa əsasən iddiaçı həmin müəssisədə xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixinə kimi Dəniz neft-mədən hidrotexniki qurğuların istismar təmir sexində elektrik qaz qaynaqçısı, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixinə kimi Tikinti departamentinin mexaniki təmir və tikinti şöbəsinə elektrik qaz qaynaqçısı və xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixinə kimi Tikinti Departamentinin neft-qaz-mədən qurğularının tikintisi və təmiri istehsalat şöbəsinin bahar sahəsində elektrik qaz qaynaqçısı və xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinə kimi Əməliyyat departamentinin neft-qaz-mədən qurğularının tikintisi və təmiri istehsalat şöbəsində elektrik qaz qaynaqçısı peşəsinə işlə miş, xx.xx.2021-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı tam iş günü ərzində bu peşədə dəniz şəraitində işlədiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş 10.2 bəndinin “a” yarımbəndinə əsasən onun güzəştli iş stajı xx.xx.2021-ci il tarixə kimi 10 il 11 ay 06 gün təşkil edir.
4. SOCAR “Azneft” İB-nin 4 oktyabr 2022-ci il tarixli məktubuna əsasən iddiaçı “Qum adası” Neft və Qazçıxarma İdarəsinin Tikinti-Quraşdırma sexində xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək beton qarışdıran qurğunun motorçusu, xx.xx.2001-ci tarixdən xx.xx.2008-ci il tarixədək həmin sexdə elektrik qaz qaynaqçısı, İstismar avadanlıqlarının təmiri və kirayə sexinin hidrotexniki qurğuların nəzarəti və xidməti sahəsində xx. xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixədək elektrik qaz qaynaqçısı, Dəniz neft-mədən hidrotexniki qurğuların istismar təmir sexində xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək elektrik qaz qaynaqçısı peşəsində işləmişdir. İddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2010-cu il tarixədək (9 il 5 ay 11 gün) işlədiyi elektrik qaz qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 33-cü “Ümumi peşələr” bölməsində 23200000-19756 kodu ilə qeyd edilmiş “kəsməkdə və əl ilə qaynaq işlərində məşğul olan elekt rik qaz qaynaqçıları” peşəsi ilə eynilik təşkil edir.
5. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmişdir.
6. Cavabdeh 14 yanvar 2022-ci il tarixli, **********7 nömrəli məktub ilə iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Mərkəzi Filial tərəfindən 25 iyul 1992-ci il tarixli, ******* nömrəli əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, əmək kitabçanın 42-43-cü səhifələrinin müvafiq olaraq 01-02-ci qeydlərində sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunmuşdur. Qeyd edilənlərə əsasən əmək kitabçasında və ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan iddiaçıya güzəştli şərtl ərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 60 yaşı tamam olduğu vaxtdan (xx.xx.2019-cu il tarixindən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı, iddia ərizəsində işin hallarında göstərilən xüsusatları sadalamış və əlavə olaraq göstərmişdir ki, 40 ildən artıq müddətə çalışmış, çalışdığı müddətin isə xeyli hissəsini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquq verən peşələrdə işləmişdir. Artıq 60 yaşı tamam olduğundan, eyni zamanda qanunla müəyyən edil miş 25 ildən çox ümumi staja malik olduğundan və həmin stajın 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquq verən peşədə çalışdığından iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ vardır. İş stajı və yaşı qanunla müəyyən olunmuş şərtlərə cavab verdiyindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin olunması üçün ərizə ilə cavabdehə müraciət etmiş, lakin ona imtina məktubu göndərilmişdir. Sözü gedən imtina məktubunda ona məxsus əmək kitabçasında 42-43-cü səhifələrində 01-02-ci qeydlərdə sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunması kimi absurd əsaslandırılma edilərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina olunmuşdur. Halbuki, xx.xx.1991-ci il tarixində latın qrafikalı A zərbaycan əlifbasının bərpası haqqında Qanuna əsasən 1940-cı ilə qədər Azərbaycanda istifadə olunan 32 hərfdən ibarət latın qrafikalı əlifba kiçik dəyişikliklərlə bərpa edilmişdir. Həmin tarixdən etibarən bütün dövlət qurumlarının möhür və digər hüquqi sənədlər məhz latın qrafikalı əlifba əsasında yazılmağa başlanılsa da, tam tətbiqi bir neçə il sonra mümkün olmuşdur. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən latın qrafikalı əlifbaya keçid prosesinə başlanılmış və əmək kitabçasında əmək stajına dair qeydləri latın və kiril qrafikası əsasında tərtib olunması iddiaçının iştirakı ilə həyata keçirilməmişdir, belə bir absurd əsaslandırma ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin olunmasından imtina olunması onun qanunvericiliklə müəyyən olunmuş hüquqlarına toxun ur.
9. Cavabdeh iddia tələbinə yazılı etirazında göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 60 yaşı tamam olduğu tarixinədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 4 şərtə riayət edilməklə yaranır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarında göstərilməsi; 4) yetərli pensiya kapitalı. Hazırki iş üz rə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. Belə ki, iddiaçının xx.xx.1992-ci il tarixli AZE ******* nömrəli əmək kitabçasının 42-43-cü səhifələrinin müvafiq olaraq 01-02-ci qeydlərində sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə edilmişdir (xx.xx.1976-xx.xx.1992-ci il tarixləri). 1939-cu il iyulun 11-də Azərbaycan SSR Ali Soveti 1940-cı il yanvarın 1-dən keçmiş Azərbaycan SSR ərazisində latın qrafikasından kiril qrafikasına keçmək haqqında qərar qəbul etdi. Yəni, iddiaçının əmək kitabçasının 1-ci qeydi aparılan dövrdə (1976-cı ildə) Azərbaycan ərazisində kiril əlifbasından istifadə edilirdi. Yalnız 25 dekabr 1991-ci il tarixindən başlayaraq Azərbaycan ərazisində latın qrafikasından istifadə edilməyə başlanılmışdır. Odur ki, xx.xx.1976-xx.xx.1992-ci il tar ixləri ilə bağlı iddiaçının əmək kitabçasındakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan həmin dövr iddiaçının ümumi iş stajına daxil edilə bilməz. Belə olan halda, iddiaçı tələb edilən 25 il ümumi iş stajı müddətini tamamlamamışdır (xx.xx.1997xx.xx.2021 – 24 il 7 ay 22 gün). Yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir. İddiaçının işləmiş olduğu müəssisələrdən güzəştli iş stajını təsdiq edəcək müvafiq arayışları təqdim etməmişdir. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur.
10. Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2-1(112)-5974/2022 nömrəli qərarı (hakim M.T.Hacıbəyova) ilə iddia təmin edilmiş, iddiaçıya 60 yaşı tamam olduğu vaxtdan (xx.xx.2019-cu il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının xx.xx.1976-xx.xx.1992-ci il tarixədək olan əmək stajı - əmək kitabçasındakı məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan ümumi stajında nəzərə alınmamışdır. Məhkəmə hesab etmişdir ki, “əsaslı şübhələr” yalnız əlavə araşdırmanın aparılması üçün əsas ola bilər. Vətəndaşların pensiya təminat məsələlərin həlli sahəsində cavabdeh öz fəaliyyətində əmək pensiyaları haqqında qanunvericiliklə yanaşı «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu rəhbər tutmalıdır. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında göstərilən xx.xx.1976-xx.xx.1992-ci ilədək müddətdə işləməməsi barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçının iş stajı, o cümlədən onun mübahisəli hissəsi (xx.xx.1976-xx.xx.1992-ci il) əmək kitabçasında, arxiv çıxarışında olan məlumatlarla təsdiqlənir. Cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmaması və ya saxta olması sübuta yetirilməmişdir.
12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2023-cü il tarixli, 2-1(103)-1528/2023 nömrəli qərarı (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və Ş.A.Məmmədova) ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 2-1(112)-5974/2022 nömrəli qərarı dəyişdirilmiş, iddia təmin edilmiş, iddiaçıya xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
15. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi xx.xx.1976-cı ildən xx.xx.1992-ci ilədək Laçın meşə Təsərrüfatında traktorçu işləməsi ilə bağlı iddiaçının əmək k itabçasında aparılmış qeydi qəbul etmiş və həmin dövrü iddiaçının ümumi iş stajına hesablamışdır. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının əmək kitabçası xx.xx.1992-ci ildə (Laçın rayonunun işğalından sonrakı tarix) tərtib edilmişdir və həmin qeyd də həmin tarixdən sonra yazılmışdır. Həmin qeydin yazılmasının əsasları müəyyən edilməmişdir və bununla əlaqədar sənədlər və məlumatların arxiv çıxarışları mövcud deyildir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmət tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan da görünür ki, 1992-ci ildə Laçın rayonunun işğal olunması sözügedən sənədlərin gətirilməməsi ilə nəticələnmişdir, ona görə də İddiaçı əmək fəaliyyəti barədə Xidmətin arxivində heç bir sənəd mövcud deyildir. Bu səbəbdən də həmin dövr iddiaçının ümumi iş stajına daxil edilə bilməz. Eyni zamanda, nəzərə alınmalıdır ki, iddiaçının təhsil aldığı dövr (xx.xx.1990xx.xx.1991) daxil olmaqla iddiaçı xx.xx.2021-ci ilədək (xx.xx.1997-xx.xx.2021) 25 ildən çox ümumi staja malikdir (25 il 05 ay 19 gün).
16. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.2001-ci ildən xx.xx.2010-cu ilədək və xx.xx.2010-cu ildən xx.xx.2021-ci ilədək elektrik qaz qaynaqçısı işləmişdir (cəmi 20 il 04 ay 17 gün). İddiaçının işlədiyi həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ ve rən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulmuşdur (35. Ümumi peşələr; əl ilə qaynaq aparan elektrik qaynaqçıları). Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur. İddiaçı tərəfindən təqdim edilmiş ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışında da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdehin kassasiya şikayəti nin dəlilləri imtina məktubunun, iddia tələbinə yazılı etirazın və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh əlavə olaraq göstərir ki, məhkəmə tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin təsbit olunduğu xx.xx.2021-ci il tarixdə qüvvədə olmuş Qanunun 9.1-ci maddəsinin redaksiyasına əsasən pensiya təyin olunması üçün iddiaçının 60 yaşının tamam olması, onun 25 il ümumi, 12 il 6 ay güzəştli stajının mövcud olması, həmçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi əsas şərt olmuşdur. Lakin iddiaçının müvafiq olaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğində n az olmayan pensiya təminatına imkan verməsi məsələsi nə işə baxan birinci instansiya, nə də apellyasiya instansiyası tərəfindən araşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və b u müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır....
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
25. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun, iddia tələbinə yazılı etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır.
28. Belə ki, iddiaçıya 8 sentyabr 2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtləri n hamısının birlikdə olması tələb olunur: 1) iddiaçının 60 yaşının tamam olması; 2) azı 25 il sığorta stajına malik olması; 3) 25 il sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması; 4) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi.
29. İş materialları ilə müəyyən edilir ki, iddiaçının 60 yaşı xx.xx.2019-cu ildə tamam olsa da, onun iddia tələbi əmək pensiyasının xx.xx.2021-ci il tarixdən təyin edilməsi ilə bağlıdır.
30. Apellyasiya instansiya məhkəməsi öz qərarında iddiaçının xx.xx.1976-cı ildən xx.xx.1992-ci ilədək Laçın meşə Təsərrüfatında traktorçu işlədiyi illəri onun iş stajına aid etməmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab e dir ki, cavabdehin kassasiya şikayətinin əmək kitabçasının 42-43-cü səhifəsindəki qeydlərdə qarışıqlıq olması səbəbi ilə həmin dövrün iş stajı kimi nəzərə alınmasının mümkünsüzlüyü ilə bağlı dəlilinin heç bir əsası yoxdur. Çünki hazırkı iş üzrə mübahisələndirilən məhkəmə qərarında həmin dövr nəzərə alınmamışdır.
31. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının təhsil aldığı dövrü (xx.xx.1990-xx.xx.1991) və cavabdeh tərəfindən mübahisələndirilməyən əmək fəaliyyəti dövrünü (xx.xx.1997-xx.xx.2021) nəzərə almaqla onun 25 ildən çox ümumi staja malik olması ilə bağlı əsaslı nəticəyə gəlmişdir.
32. Eyni zamanda, qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının xx.xx.2001-ci ildən xx.xx.2010-cu ilədək və xx.xx.2010-cu ildən xx.xx.2021-ci ilədək elektrik qaz qaynaqçısı işlədiyi müddəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na (35. Ümumi peşələr; əl ilə qaynaq aparan elektrik qaynaqçıları) əsasən güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı kimi qəbul etməkdə haqlı olmuşdur.
33. Cavabdehin kassasiya şikayətinin yeni dəlili ondan ibarətdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi məsələsi nə işə baxan birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamışdır.
34. Bunu nla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtina məktubunda iddiaçıya əmək pensiyasının təyin edilməsinin mümkünsüzlüyü kimi sadəcə ümumi iş stajına istinad edilmiş, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının həcmi mübahisələndirilməmişdir.
35. Habelə, cavabdehin iddia tələbinə dair təqdim etdiyi yazılı etirazında cavabdeh dəqiq olaraq göstərmişdir ki, iddiaçının 60 yaşı tamam olduğu tarixinədək güzəştli şərtlərlə pensiya almaq hüququ aşağıdakı 4 şərtə riayət edilməklə yaranır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehs alatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarında göstərilməsi; 4) yetərli pensiya kapitalı. Cavabdeh qeyd etmişdir ki, hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir.
36. Göründüyü kimi cavabdeh iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının həcmi ilə bağlı hər hansı mübahisə açmamış, sadəcə olaraq iddiaçının ümumi iş stajını və güzəştli iş stajı ilə bağlı arayışları mübahisələndirmişdir.
37. Ona görə də, məhkəmə kollegiyası cavabdehin qeyd edilən dəlilini əsassız və formal dəlil kimi qiymətləndirərək belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də kollegi ya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə razılaşır.
38. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2023-cü il tarixli, 21(103)-1528/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.