Məhkəmə qərarları › İş №2-1(102)-2601/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2601/2025

15.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(102)-2601/2025 15.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis Idarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Mülki işlə əlaqədar iş üzrə icraatın dayandırılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, IŞIN HALLARI

1. Iddiаçı İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon Polis Idarəsinə qarşı “Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, dalan 12, * saylı evdə qeydiyyatda olan Üçüncü şəxs, Əliyev Adil Baba oğlu və X1 həmin mənzildən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı Inzibati Məhkəməsinin (hakim: E.Ə.Əliyev) ##.##.2024-cü il tarixli, *-*(***)- ****/**** nömrəli qərardadı ilə Üçüncü şəxs, Əliyev Adil Baba oğlu və X1 məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb edilmişlər.

3. Bakı Inzibati Məhkəməsinin (hakim: M.T.Hacıbəyova) ## ###### 2024-cü il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddiа tələbi təmin еdilərək, iddiaçı İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanından Üçüncü şəxs, Əliyev Adil Baba oğlu və X1 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Yasamal rayon Polis Idarəsinə həvalə edilməsi qərara alınmışdır.

4. Qərardan narazı qalan üçüncü şəxs Üçüncü şəxs apellyasiya şikayəti vermişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, G.M.Abbasova və C.A.Yusifov) ## ###### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarının qismən, üçüncü şəxslər Üçüncü şəxs və onun yetkinlik yaşına çatmamış övladı X1 münasibətdə ləğv edilməsi, üçüncü şəxslər Üçüncü şəxs və X1 iddiaçı İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması hissəsində iddianın rədd edilməsi, qalan hissədə qərarın dəyişdirilmədən saxlanılması, Bakı Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarının icrasında Üçüncü şəxs və onun yetkinlik yaşına çatmamış övladı X1 münasibətdə dönüş edilməsi, üçüncü şəxslər ##.##.1972-ci il təvəllüdlü Üçüncü şəxs və ##.##.2009-cu il təvəllüdlü X1 ünvan 1 ünvanına qeydiyyatının bərpa edilməsi qərara alınmışdır.

6. Sonradan Bakı Inzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, e-*-*(***)- ****/**** nömrəli qərarından üçüncü şəxs Əliyev Adil Baba oğlu tərəfindən də apellyasiya şikayəti verilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və O.N.Ismayılov) ## ### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı ilə hazırkı iş üzrə icraat iddiaçı Üçüncü şəxs cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddiası üzrə Yasamal Rayon Məhkəməsinin icraatında olan *(***)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər dayandırılmışdır.

8. Üçüncü şəxs Əliyev Adil Baba oğlu kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

KASSASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI

a) kassasiya şikayətinin dəlilləri

9. Üçüncü şəxs Əliyev Adil Baba oğlu kassasiya şikayətini ümumi sözlərlə əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı hüquq normalarının pozulması ilə qəbul edildiyindən, əsassız, qeyri-obyektiv və ədalətsiz olduğundan ləğv edilməlidir.

b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

TƏTBIQ EDILƏN HÜQUQ

11. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 7. Mübahisə ilə bağlı iş üzrə icraatın dayandırılması ... 7.2. Inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır.

Maddə 91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Maddə 91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

KASSASIYANIN MÜMKÜNLÜYÜ, KASSASIYA BAXIŞININ HƏDLƏRI

12. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

13. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI

14. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

15. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 7.2-ci maddəsinə əsasən Inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır.

16. Apellyasiya instansiyası məhkəməsi iş üzrə icraatın dayandırılması barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı Üçüncü şəxs cavabdeh İddiaçı qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə hazırda qanuni qüvvəsini almamışdır. Мəhkəmə kollegiyası hazırkı inzibati işin “qeydiyyatdan çıxarılma” ilə bağlı olduğunu və bu məsələnin də mülki məhkəmə icraatında araşdırılmalı olan “mənzilə istifadə hüququnun tanınması”ndan asılı olduğunu nəzərə alaraq hesab edir ki, sözügedən mülki işin nəticəsinin inzibati məhkəmə icraatında vahid məhkəmə qərarının qəbul edilməsinə əhəmiyyətli təsiri vardır. Həmin mülki işlə bağlı İddiaçı və övladlarının mübahisəli mənzilə “istifadə hüququnun” olub-olmaması məsələsinə mülki məhkəmə icraatında qiymət verilib yekun məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər hazırkı inzibati işə baxmaq mümkün deyil. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, iş üzrə digər apellyantların şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Bu baxımdan, inzibati iş üzrə vahid məhkəmə qərarının qəbul edilməsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan *(***)-****/**** nömrəli mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarının əhəmiyyətli təsirini nəzərə alaraq, Kollegiya hesab edir ki, həmin mülki iş üzrə yekun qərar qanuni qüvvəsini alanadək hazırkı inzibati işin icraatı dayandırılmalıdır.

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

18. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən nəzərə alır ki, hazırkı kassatorun kassasiya şikayəti verməkdə hüquqi marağı Bakı Inzibati Məhkəməsinin (hakim: M.T.Hacıbəyova) ## ###### 2024-cü il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarından onun verdiyi apellyasiya şikayətinə mahiyyəti üzrə baxılmasına nail olmağa yönəlib. Iş üzrə icraatın dayandırılmasına əsas olan hal isə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan *(***)-****/**** nömrəli mülki iş üzrə qəbul edilmiş yekun qərarı qanuni qüvvəyə mindiyi üçün artıq aradan qalxmışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinə ünvanlanmış ## ### 2026-cı il tarixli məktubda qeyd olunmuşdur ki, iddiaçı Üçüncü şəxs cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə ## ######## 2025-ci il tarixdə yekun məhkəmə aktı qəbul edilmişdir. Həmin qətnamədən iddiaçı Üçüncü şəxs nümayəndəsi və vəkili X2 tərəfindən ## ###### 2025-ci il tarixdə kassasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Iddiaçı Üçüncü şəxs nümayəndəsi və vəkili X2 tərəfindən ## ###### 2026-cı il tarixdə həmin qərardaddan şikayət verilmiş, şikayət Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli qərardadı ilə geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2026-cı il tarixli qərardadı ## ###### 2026-cı il tarixdə iddiaçı Üçüncü şəxs nümayəndəsi və vəkili X2 elektron kabinetinə yerləşdirilmiş, həmin qərardaddan kassasiya şikayəti verilməmişdir.

19. Beləliklə də, mübahisələndirilən qərardadın qüvvədə saxlanılması üçüncü şəxs Əliyev Adil Baba oğlunun (hazırkı kassator) apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılmasına maneə təşkil etmir.

20. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## ### 2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar