Məhkəmə qərarları › İş №2-1(102)-2602/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-2602/2023

08.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-2602/2023 08.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilin fərdi yaşayış evi kimi dövlət qeydiyyatına alınması və torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə vahid daşınmaz əmlak kimi hüquqmüəyyənedici sənədlərin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 48,90 kv.m olan evin fərdi yaşayış evi kimi qeydə alınması və onun yerləşdiyi 0,06 hektar torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1585/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Müdafiə Nazirinin “Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin fondunda olan mənzillərin əvəzsiz olaraq xüsusi mülkiyyətə verilməsi barədə” xx.x x.1993-cü il tarixli, 103 nömrəli əmrinə əsasən ünvan 2 ünvanında yaşayan Silahlı Qüvvələrin 20 ildən artıq xidmət etmiş veteranı X4 həmin ünvanda yerləşən 2 otaqlı, ümumi yaşayış sahəsi 54,0 kv.m olan evin əvəzsiz olaraq xüsusi mülkiyyətinə verilmiş və Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi Abşeron rayon Mənzil-İstismar hissəsi ilə X5 arasında 22 oktyabr 1993-cü il tarixli müqavilə bağlanmışdır.

2. X5 mülkiyyətində olan həmin evi xx.xx.1993-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X1, sonuncu isə 05 fevral 1994-cü il tarixdə həmin evi iddiaçıya bağışlamışdır.

3. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən iddiaçının həmin ev üzərində mülkiyyət hüquqları xx.xx.1994-cü il tarixdə qeydiyyata alınmaqla adına qeydiyyat vəsiqəsi və xx.xx.1994-cü il tarixli, 30/469 nömrəli texniki pasport hazırlanmışdır. Texniki pasportda evin 2 otaqlı, yaşayış sahəsinin 26 kv.m, 1-ci otağın 16 kv.m, 2-ci otağın 10 kv.m, bağlı balkonun 12 kv.m, qarajın 24,5 kv.m olması qeyd edilmiş, habelə həyətyanı torpaq sahəsinin planı tərtib edilmişdir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla müəyyən olunur ki, sözügedən yaşayış evi mənzil kimi dövlət qeydiyyatına alınmaqla iddiaçının adına müvafiq çıxarış və xx.xx.2021-ci il tarixli mənzilin texniki pasportu tərtib edilmişdir.

5. İddiaçı mənzilin fərd i yaşayış evi kimi, həmçinin evin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, qeyd olunan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçmişdir. Mənzilin yerləşdiyi torpaq sahəsinin onun adına dövlət qeydiyyatına alınması üçün əsas hesab edilən hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 48,90 kvm. olan evin fərdi yaşayış evi kimi qeydə alınması və onun yerləşdiyi 0,06 hektar torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsi xx.xx.1994-cü il tarixli bağışlanma müqaviləsi əsasında onun mülkiyyətinə keçmiş və Bakı şəhər İcra Hakimiyyəti Başçısının X2 və mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsi tərəfindən qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Həmin qeydiyyat vəsiqəsi və texniki pasport cavabdehə təqdim edilərək mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarış və texniki paspor t verilməsi xahiş edilmiş, cavabdeh tərəfindən çıxarış və texniki pasport verilmiş, lakin çıxarışda daşınmaz əmlakın növü mənzil yazılmış, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alınmamışdır. Cavabdehə ərizə ilə müraciət edərək, onun daşınmaz əmlak üzrə mülkiyyət hüquqlarının fərdi yaşayış evi olaraq dövlət qeydiyyatına alınaraq və həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq dövlət reyestrindən çıxarış xahiş etmiş, lakin cavabdeh müraciətindən imtina etmişdir.

8. Cavabdehin iddiaya qarşı yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.

9. İşin məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspe rtiza Mərkəzi tərəfindən verilmiş 10/3702 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın yaşayış otaqlarından, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət olmasını, fərdi qaydada istifadə olunan həyətyanı sahəsinin mövcud olmasını, eyni zamanda tikilinin digər şəxslərlə ümumi istifadədə olan sahəsinin mövcud olmamasını nəzərə alaraq Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 13-cü maddəsində göstərilənlərə uyğun olaraq həmin daşınmaz əmlakın fərdi yaşayış evi olduğu müəyyən edilir. ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın planlı yerləşməsi, konfiqurasiyası, texniki pasportda əks olunan yaşayış və yardımçı tikililərin o cümlədən qarajın faktiki və ziyyətdə ölçüləri xx.xx.1994-cü il tarixli, 30/369 nömrəli texniki pasporta uyğundur. Eyni zamanda, xx.xx.1994-cü il tarixli, 30/369 nömrəli texniki pasportda qeyd olunan 1 saylı yaşayış otağına bitişik əlavə qonaq otağı inşa edilmiş və 3 saylı eyvan tikilisinin yerləşdiyi sahə genişləndirilərək yataq otağı inşa edilmişdir. Faktiki vəziyyətdə torpaq sahəsi 0,06 ha təşkil edir. Həmin torpaq sahəsinin giriş hissəsində texniki pasportda qeyd olunmayan həyət tikilisi inşa edilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli e-2-1(112)-2422/2022 nömrəli qərarı (hakim Ş.A.Həsənova) ilə iddia təmin edilmiş, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 48,90 kv.m olan, 1 (bir) mərtəbəli vahid tikili formasındakı daşınmaz əmlakın fərdi yaşayış evi kimi qeydiyyata alınması, həmin evin və tərkib hissəsi olan faktiki istifadədəki 0,06 ha-dən ibarət torpaq sahəsinin mülkiyyət hüquqlarının vahid əmlak şəklində daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və texniki sənədin verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli daşınmaz əmlak cavabdeh inzibati orqan tərəfindən “mənzil” kimi qeydə alınsa da, araşdırılma zamanı həmin daşınmaz əmlakın xüsusiyyətlərinə görə bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını tə min edən strukturuna görə ayrıca sahə deyil, ayrıca həyətyanı sahəyə, ayrıca giriş-çıxışa, otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev olması müəyyən edilmişdir. Cavabdeh ünvan 2 ünvanında yerləşən mübahisəli daşınmaz əmlakın “mənzil” kimi hər hansı çoxmənzilli binanın tərkibində yerləşməsini təsdiq edən sübutları məhkəmə təqdim edə bilməmişdir. Eyni zamanda, yaşayış sahəsinin ünvanı yalnız “ev 19” kimi qeyd olunmuş, mənzil nömrəsi göstərilməmişdir. Bu isə həmin ünvanın yalnız bir yaşayış sahəsindən (bir evdən) ibarət olmasına dəlalət edir. Bundan əlavə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən ünvan 2 ünvanına dair tərtib ed ilmiş 12 avqust 1994-cü il tarixli, 30/469 nömrəli tarixli texniki pasportda mübahisəli daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi barədə səlahiyyətli orqan tərəfindən qeydiyyat aparılmışdır. Həmçinin, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/3702 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın fərdi yaşayış evi olduğu, həmin ünvanında yerləşən daşınmaz əmlakın planlı yerləşməsi, konfiqurasiyası, texniki pasportda əks olunan yaşayış və yardımçı tikililərin, o cümlədən qarajın faktiki vəziyyətdə ölçülərinin xx.xx.1994-cü il tarixli, 30/369 nömrəli texniki pasporta uyğun olması, faktiki vəziyyətdə torpaq sahəsinin 0,06 ha təşkil etməsi müəyyən edilmişdir. Mübahisəli daşınmaz əmlak fərdi yaşayış evinin xüsusiyyətlərinə malik olduğun dan və texniki inventarlaşdırma orqanı tərəfindən tərtib edilmiş xx.xx.1994cü il tarixli texniki pasportda mübahisəli daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi göstərildiyindən iddiaçının tələbi əsaslıdır, cavabdeh inzibati orqanın hərəkətsizliyi qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İddiaçının fərdi yaşayış evinə mülkiyyət hüquqlarını əldə etməsi isə işin mübahisəsiz halıdır.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və yeni qərar qəbul edilərək iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2023-cü il tarixli, 2-1(103)-1585/2023 nömrəli qərarı (hakimlər: Ş.A.Məmmədova /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və P.A.Hüseynov) ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2422/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv olunmuş və iddia rədd edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan mənzil ümumi sahəsi 54 kv.m təşkil etsə də, mülkiyyətində olan mənzilə bitişik əlavə qonaq otağı və 3 saylı eyvan tikilisinin yerləşdiyi sahə genişləndirilərək yataq otağı inşa etdiyi, faktiki vəziyyətdə torpaq sahəsi 0,06 ha təşkil etsə də, həmin torpaq sahəsinin giriş hissəsində texniki pasportda qeyd olunmayan həyət tikilisi inşa etdiyi və həmin sahəyə dair hər hansı hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyi müəyyən edildiyindən bu hal həmin mülkiyyətdə olan mənzilin ayrıca təcrid olunmuş fərdi yaşayış evi kimi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını istisna edir. Belə ki, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bundan başqa, iddiaçının tələbinin digər hissəsi mübahisəli mənzil fərdi yaşayış evi kimi qeydə alındığı təqdirdə həmin evin (mənzilin) yerləşdiyi torpaq sahəsinin, tərtib edilmiş texniki pasportda göstərilən ölçülər daxilində mülkiyyət hüququ üzrə dövlət reyestrində adına qeydiyyata alınması, bunun da hüquqi imkanı kimi hər iki əmlaka münasibətdə ona vahid əmlaka dair çıxarışın ver ilməsi vəzifəsinin cavabdehə həvalə olunmasıdır. Göründüyü kimi, iddia tələbinin birinci hissəsinin (iddiaçının mülkiyyətdə olan mənzilin ayrıca təcrid olunmuş fərdi yaşayış evi kimi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınması) təmin olunmasına hüquqi əsaslar olmaması, iddia tələbinin ikinci hissəsinin də, yəni həmin evin (mənzilin) yerləşdiyi torpaq sahəsinin tərtib edilmiş texniki pasportda göstərilən ölçülər daxilində mülkiyyət hüququ üzrə dövlət reyestrində adına qeydiyyata alınmasının və hər iki əmlaka münasibətdə ona vahid əmlaka dair çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasının təmin edilməsini mümkünsüz edir.

15. Apellyasiya instansiya məhkəməsi qərarında Azərbaycan Respublikası Konstitusiyasının 26,29, 60, 71, Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 2, 4.1, 8.0.5, 8.0.8, 12.1, 13.7, 15, Torpaq islahatı haqqında Qanunun 9, 10-cu maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına istinad etmişdir.

16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.

18. İddiaçı kassasiya şikayətində Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1, 80.1 və Torpaq Məcəlləsinin 9-cu maddəsinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

19. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 26.2. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60.2. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hə mkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Maddə 71.1. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.

22. Azərb aycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

23. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 13.1. Yaşayış evi, yaşayış evinin hissəsi; mənzil, mənzilin hissəsi; otaq; 13.2. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. 13.3. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. 13.5. Yerləşmə vasitələri yaşayış sahələrinə aiddir.

24. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 84.1. Torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da Qanun torpaq istifadəç ilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Maddə 88.1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina ( fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Çoxmənzilli yaşayış evlərinin, habelə onlara aid olan qeyriyaşayış tikililərinin torpaq sahələri həmin evlərin tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə keçir. 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə dayandırılmasına səb əb olan hallar aradan qaldırılmadıqda. tutulmuş qeydiyyatın

26. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

27. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq ed ilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” 2.4-cü bənd: Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərin sırasına – üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport da (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daxil edilmişdir.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1 Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə ha qqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair t ələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qər ardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Apelyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını ləğv edərək yeni qərar qəbul edib, iddianı rədd edərkən hazırki qərarın 20-28 a bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə əməl etmədiyindən qəbul etdiyi qərar ləğv edilməlidir.

32. İşin hallarından görünür ki, mübahisə predmeti olan daşınmaz əmlak ilkin olaraq fin tipli həyət evi kimi Azərbaycan Respublikası Mü dafiə Nazirliyinin balansında olmuş və Azərbaycan Respublikası Müdafiə Nazirinin “Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin fondunda olan mənzillərin əvəzsiz olaraq xüsusi mülkiyyətə verilməsi barədə” xx.xx.1993-cü il tarixli, 103 nömrəli əmrinə əsasən 22 oktyabr 1993-cü il tarixdə həmin ünvanda yaşayan X3 əvəzsiz mülkiyyətinə verilmişdir. Sonuncu xx.xx.1993-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən həmin evi X1, sonuncu isə iddiaçıya bağışlamışdır. Daşınmaz əmlak iddiaçının adına xüsusi mülkiyyət kimi xx.xx.1994-cü il tarixdə qeydiyyata alınmış və daşınmaz əmlakın faktiki vəziyyətinə dair texniki pasport tərtib edilmişdir. Həmin texniki pasportda daşınmaz əmlakın göstəriciləri, habelə yerləşdiyi torpaq sahəsi barədə məlumatlar qeyd edilmişdir.

33. İşin təsdiq edilmiş halları və m əhkəmələr tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunur ki, mübahisə predmeti olan daşınmaz əmlak cavabdeh inzibati orqan tərəfindən “mənzil” kimi qeydə alınsa da, xüsusiyyətlərinə görə bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahə deyil, ayrıca həyətyanı sahəyə, ayrıca giriş-çıxışa, otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş evdir.

34. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi qərarını belə əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan mənzil ümumi sahəsi 54 kv.m təşkil etsə də, mülkiyyətində olan mənzilə bitişik əlavə qonaq otağı və 3 saylı eyvan tikilisinin yerləşdiyi sahə genişləndirilərək yataq otağı inşa etdiyi, faktiki vəziyyətdə torpaq sahəsi 0,06 ha təşkil etsə də, həmin torpaq sahəsinin giriş hissəsində texniki pasportda qeyd olunmayan həyət tikilisi inşa etdiyi və həmin sahəyə dair hər hansı hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyi müəyyən edildiyindən bu hal həmin mülkiyyətdə olan mənzilin ayrıca təcrid olunmuş fərdi yaşayış evi kimi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını istisna edir.

35. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisənin predmeti olan daşınmaz əmlak qanuniliyi cavabdeh inzib ati orqan tərəfindən də təsdiq edilməklə mənzil kimi qeydiyyata alınmış tikilidir ki, iddiaçı məhz həmin tikilinin mənzil kimi deyil, həmin mənzilin həcminə uyğun olaraq fərdi yaşayış evi kimi qeydiyyata alınmasını tələb edir. İddiaçı tərəfindən sonradan inşa edilmiş, yəni xx.xx.1994-cü il tarixli, 30/369 nömrəli texniki pasportda qeyd olunmayan, lakin faktiki mövcud olan hər hansı daşınmaz əmlak hazırki mübahisənin predmeti olmamaqla, işə aidiyyəti yoxdur. Belə ki, iddiaçı həmin tikili üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etdiyi təqdirdə, qanunvericiliyin tələbinə uyğun olaraq cavabdeh inzibati orqana müraciət etməlidir.

36. Bundan əlavə iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 9-cu Badamdar küçəsi 19 saylı evə dair tərtib edilmiş *** *******17-05101093001 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli texniki pasportun surətindən görünür ki, sənəd üzrə sahə 0,1 ha., faktiki sahə 0,1 ha., tikinti altı sahə 0,1 ha göstərilmişdir. Mənzil 1 mərtəbəlidir. Otaqların sayı 2, ümumi sahəsi 48.9 kv.m, yaşayış sahəsi 25.2 kv.m, yaşayış otağı 15.6 kv.m, yaşayış otağı 9.6 kv.m, mətbəx 9.7 kv.m, sanitar qovşağı 1.2 kv.m, sanitar qovşağı 3.4 kv.m, dəhliz 5.8 kv.m, balkon 3.6 kv.m qeyd edilmişdir. Eyni zamanda Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 10/3702 nömrəli, xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən daşınmaz əmlak yaşayış otaqlarından, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət olmaqla fərdi qaydada istifadə olunan həyətyanı sahəsi mövcuddur. Tikilinin digər şəxslərlə ümumi istifadədə olan sahəsi mövcud olmaqla Mənzil Məcəlləsinin13-cü maddəsində göstərilənlərə uyğun olaraq həmin daşınmaz əmlak fərdi yaşayış evidir. Daşınmaz əmlakın planlı yerləşməsi, konfiqurasiyası, texniki pasportda əks olunan yaşayış və yardımçı tikililərin, o cümlədən qarajın faktiki vəziyyətdə ölçüləri xx.xx.1994-cü il tarixli, 30/369 nömrəli texniki pasporta uyğundur. Habelə, xx.xx.1994-cü il tarixli, 30/369 nömrəli texniki pasportda qeyd olunan 1 saylı yaşayış otağına bitişik əlavə qonaq otağı inşa edilmiş və 3 saylı eyvan tikilisinin yerləşdiyi sahə genişləndirilərək yataq otağı inşa edilmişdir. Faktiki vəziyyətdə torpaq sahəsi 0,06 ha təşkil edir. Həmin torpaq sahəsinin giriş hissəsində texniki pasportda qeyd olunma yan həyət tikilisi inşa edilmişdir.

37. Məhkəmə kollegiyası torpaq sahəsinə münasibətdə də apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, xx.xx.1994-cü il tarixli, 30/369 nömrəli texniki pasportda torpağın sahəsi ilə bağlı qeyd olmasa da, həmin texniki pasportun “həyətyanı torpaq sahəsinin planı” hissəsində daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinin ölçüləri dəqiq göstərilmişdir. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi tərəfindən həmin sənəd tətqiq olunmamış, ölçülər araşdırılmamış və nəticədə əsassız qərar qəbul edilmişdir. Belə ki, hazırki qərarın 27-ci bəndində qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərin sırasına – üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport da (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daxil edilmişdir.

38. Apellyasiya instansiya məhkəməsinin mövqeyi hazırki qərarın 20-28(a)-ci bəndlərində sadalanan qanunvericiliyin tələblərinə cavab vermir.

39. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 iyun 2023-cü il tarixli, 21(103)-1585/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar